Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-2484/2025 18.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 39 saylı dövlət notariat ofisinə qarşı “şəhadətnamənin etibarsız hesab edilməsi və miras payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 39 saylı dövlət notariat ofisinə qarşı “şəhadətnamənin etibarsız hesab edilməsi və miras payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəməyə barışıq sazişi təqdim edərək, aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsini, mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəflər arasında barışıq sazişi imzalandığı üçün mülki iş üzrə icraata xitam verilməsini xahiş etmiş, iddiaçının yaranacaq xərcləri öz öhdəsinə götürdüyünü, qarşı tərəfin isə əmlakdan pay verməyi öhdəsinə götürdüyünu bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 barışıq sazişinin təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəfləri dinləyib, iş materiallarını və barışıq sazişini araşdırıb hesab edir ki, onların arasında bağlanmış barışıq sazişi qismən təsdiq edilərək iş üzrə icraata xitam verilməli, tərəflərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi barədə onların iradə ifadələri bu hərəkətin nəticəsi aydın surətdə şərh olunan yazılı formada tərtib edilərək məhkəməyə təqdim edilmişdir, barışıq sazişinin 3-cü bəndi istisna olunmaqla qalan bəndləri qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin 3-cu bəndinə əsasən tərəflər razılaşırlar ki, gələcəkdə hər bir payçı öz payı üzərində digər tərəflərin əvvəlcədən razılığı olmadan alqı-satqı və digər mülki dövriyyə əməliyyatları aparmaqda tam sərbəstdir. Lakin məhkəmə qeyd edir ki, barışıq sazişinin 3-cü bəndində nəzərdə tutulmuş şərt Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 215 və 218-ci maddəsinin tələblərinə ziddir. Odur ki, həmin bənd təsdiq edilə bilməz. Tərəflər arasında bağlanmış həmin barışıq sazişinin şərtlərinə görə: Hazırkı mülki iş üzrə bir tərəfdən İddiaçı, digər tərəfdən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2025-ci il tarixdə aşağıdakı şərtlər əsasında bu Sazişi imzaladılar:
1. Cavabdehlər (Cavabdeh1, Cavabdeh2, Cavabdeh3) Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 87,0 m2, köməkçi sahəsi 17,9 m2, yaşayış sahəsi 69,1 m2 olan 4 otaqlı fərdi yaşayış evinin Cavabdeh1 məxsus olan 1/3 hissəsini könüllü olaraq İddiaçı bağışlanmasına razılıq verirlər.
2. Bağışlama müqaviləsinin tərtibi, hər bir şəxs üçün dövlət rüsumları, notariat haqqı, daşınmaz əmlakın reyestrində qeydiyyat və hər bir şəxsin yeni Çıxarış alınması üçün olan bütün ödənişlər və digər əlaqəli xərclərin hamısı İddiaçı öz hesabına ödəniləcəkdir.
4. İddiaçı mülkiyyətində olan pay sahəsində müvafiq icazələri əldə etməklə hazırlanmasını öz üzərinə götürür. Bu işlə bağlı bütün xərc və rüsumlar iddiaçı tərəfindən ödəniləcək, digər payçılardan maddi tələb irəli sürülməyəcək.
5. Sazişin 1, 2 və 4-cü bəndindəki şərtlərə qeyd olunan müddətlərdə əməl olunduğu halda tərəflər gələcəkdə bir-birilərinə qarşı hazırkı mübahisə ilə bağlı şikayət və iddialarının olmayacağını bəyan edirlər.
6. Tərəflər hazırkı Sazişin məhkəmə qərardadı ilə təsdiq olunmaqla, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edirlər. X1 peşəkar hüquqşünas (Vəkil) tərəfindən 3 nüsxədə tərtib edilmişdir. Onlardan biri məhkəməyə təqdim edilməsi üçün digər nüsxələri isə mülki iş üzrə iddiaçı və cavabdehdə saxlanılması üçün nəzərdə tutulur. Barışıq Sazişi sərbəst iradə ifadəsidir, heç bir təsir altında tərtib edilməmiş və imzalanmamışdır. Sazişin şərtlərinə əməl olunmasının və ya həmin şərtlərin pozulmasının hüquqi nəticələri tərəflərə izah edilmişdir. Sazişin qəbul edilməsini tərəflər öz imzaları ilə təsdiq edirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. 218.1. Ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər. 218.2. Payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. 218.3. Pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin. 218.4. Payı satın almaqda üstünlük hüququnun güzəşt edilməsinə yol verilmir. 218.5. Bu maddənin qaydaları pay dəyişmə müqaviləsinə əsasən özgəninkiləşdirildikdə də tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə, həmçinin Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən qeyd edir ki, ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191, 261-264, 266-268- ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ:
İddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında xx.xx.2025ci il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: 1.Cavabdehlər (Cavabdeh1, Cavabdeh2, Cavabdeh3) Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 87,0 m2, köməkçi sahəsi 17,9 m2, yaşayış sahəsi 69,1 m2 olan 4 otaqlı fərdi yaşayış evinin Cavabdeh1 məxsus olan 1/3 hissəsini könüllü olaraq İddiaçı bağışlanmasına razılıq verirlər. 2.Bağışlama müqaviləsinin tərtibi, hər bir şəxs üçün dövlət rüsumları, notariat haqqı, daşınmaz əmlakın reyestrində qeydiyyat və hər bir şəxsin yeni Çıxarış alınması üçün olan bütün ödənişlər və digər əlaqəli xərclərin hamısı İddiaçı öz hesabına ödəniləcəkdir. 4.İddiaçı mülkiyyətində olan pay sahəsində müvafiq icazələri əldə etməklə hazırlanmasını öz üzərinə götürür. Bu işlə bağlı bütün xərc və rüsumlar iddiaçı tərəfindən ödəniləcək, digər payçılardan maddi tələb irəli sürülməyəcək. 5.Sazişin 1, 2 və 4-cü bəndindəki şərtlərə qeyd olunan müddətlərdə əməl olunduğu halda tərəflər gələcəkdə bir-birilərinə qarşı hazırkı mübahisə ilə bağlı şikayət və iddialarının olmayacağını bəyan edirlər. 6.Tərəflər hazırkı Sazişin məhkəmə qərardadı ilə təsdiq olunmaqla, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edirlər. X1 peşəkar hüquqşünas (Vəkil) tərəfindən 3 nüsxədə tərtib edilmişdir. Onlardan biri məhkəməyə təqdim edilməsi üçün digər nüsxələri isə mülki iş üzrə iddiaçı və cavabdehdə saxlanılması üçün nəzərdə tutulur. Barışıq Sazişi sərbəst iradə ifadəsidir, heç bir təsir altında tərtib edilməmiş və imzalanmamışdır. Sazişin şərtlərinə əməl olunmasının və ya həmin şərtlərin pozulmasının hüquqi nəticələri tərəflərə izah edilmişdir. Sazişin qəbul edilməsini tərəflər öz imzaları ilə təsdiq edirlər. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 39 saylı dövlət notariat ofisinə qarşı “şəhadətnamənin etibarsız hesab edilməsi və miras payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Tərəflərə barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 262-ci maddələrinin tələbləri izah edilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində (qəbzin nömrəsi **********) dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəbnur Qədirova