Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2489/2025 03.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 nümayəndəsi İddiaçı3, İddiaçı3 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh qarşı, mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Quba rayon “Asan xidmət” Mərkəzində Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə cəlb edilməklə “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh qarşı, mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Quba rayon “Asan xidmət” Mərkəzində Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə cəlb edilməklə “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon Dövlət Notariat Kontoru tərəfindən iddiaçılar ilə Cavabdeh arasında bağlanmış 04 aprel 2006-cı il tarixli 4-Ə-741 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Quba rayon Vəlvələ kəndində yerləşən 2,33 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulmuş torpağın 1,28 ha torpağa dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və qeyd edilən alqı-satqı müqaviləsi əsasında X5 adına verilmiş ********** qeydiyyyat nömrəli çıxarışın aid 1,28 ha hissəsində ləğv edilməsi barədə qətnamə qəbul edlməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Quba rayon Aqrar İslahat Komissiyasının 29 mart 1997-cı il tarixli 03 N-li Qərarı ilə onlara Quba rayonun İsnovqışlaq kəndi ərazisindən 2,33 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmiş və qeyd edilən torpağa ləğv edilən DT və XK-nin Quba rayon Şöbəsi tərəfindən JN-312 Kod 30310018 saylı “Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı” verilmişdir. Onlar 2024-cü ilin oktyabr ayında mülkiyyətlərində olan torpağa çıxarış almaq istəyərkən onlara məlum oldu ki, guya Quba rayon Notariat Kontoru tərəfindən təsdiq edilmiş 04 aprel 2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən onlar torpaqlarının 1,28 ha hissəsinin Cavabdeh adlı şəxsə satmışlar və o, onların torpağa və digər satın aldığı torpağlara dair onun 6,84 ha torpağa çıxarış olaraq onlar torpaqları saxtakarlıq yolu ilə özgənələşdirmişdir. Ona görə də pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etməli olmuşlar. 04 aprel 2006-cı il tarixli alqı-satqısına dair müqavilədən onların xəbəri olmayıb və həmin alqısatqını imzalamamışlar. Belə ki, onlara aid dövlət aktının mülkiyyətçilərindən X6 09 fevral 2***-ci il tarixdə vəfat etmişdir. Alqı-satqı müqaviləsi isə 04 aprel 2006-cı il tarixdə tərtib edilmişdir. Mehparə Məmmədova isə 09 fevral 2***-cı il tarixdə vəfat etmiş və alqı-satqı müqaviləsində bir il əvvəl vəfat etmiş şəxsin adına qeyd edilməsi və vəfat etmiş şəxsin adından alqı-satqı müqaviləsi bağlanması qeyd edilən alqı-satqının saxta olmasına açıqaşkar sübutudur. Ona görə də hesab edir ki, qeyd edilən alqı-satqı müqaviləsi və qeyd edilən müqaviləyə əsasən tərtib edilmiş alqı-satqı müqaviləsi bizə aid 1,28 ha torpağa aid hissədə ləğv edilməlidir. JN-312 KOD 30310018 saylı “Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktından” aşkar olur ki, qeyd edilən dövlət aktına əsasən onların mülkiyyətinə 2,33 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi vardır. Ölüm haqqında şəhadətnamədən aşkar olur ki, mübahisə predmeti olan torpağın Mülkiyyətçilərindən Mehparə Məmmədova 09.02.2***-ci il tarixdə vəfat etmişdir. 04 aprel 2006-cı il tarixli alqısatqı müqaviləsindən aşkar olur ki, qeyd edilən müqavilədə onların mülkiyyətində olan 2.33 ha torpağın 1,28 ha hissəsini Cavabdeh satılması qeyd edilmişdir. Cavabdeh mülkiyyətində 6,84 ha kənd təsərrüfatı məhsulların istehsalı üçün torpağın olması qeyd edilmiş və saxta alqı- satqı müqaviləsi ilə mənimsənilməsi onların 1,28 ha torpaqları qeyd edilən çıxarışın tərkibinə daxil edilmişdir. X12 Xidmət Mərkəzində Notariat Ofisinin məktubundan aşkar olur ki, onlar İddiaçı2 və İddiaçı3 09.02.2***-ci il tarixdə vəfat etmiş X1 üzrə vərəsələri sırasına daxil edilmişik, Elçiyeva soyadı anası Mehparə Məmmədovanm qızlıq soyadıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı3 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qayadada məlumatlandırılmış Cavabdeh, mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Quba rayon “Asan xidmət” Mərkəzində Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə Cavabdeh, mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Quba rayon “Asan xidmət” Mərkəzində Notariat Ofisinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Torpağa mülkiyyət hüququna dair JN-312 nömrəli, OD 30310018 seriyalı Dövlət Aktından görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 və X2 Quba rayonu Aqrar İslahat Komissiyasının 29 mart 1997-ci il tarixli 03 nömrəli qərarı ilə gizgidə göstərilən sərhəd daxilində 2,33 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulmuş torpağ sahəsi verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-34/2-10236/2024 nömrəli məktubdan görünür ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı ərizənizə əlavə olunmuş, JN-312 nömrəli KOD (********) seriaiı Dövlət Aktı’nın 312 nömrəii planşetində göstərilən 1.2844 ha torpaq sahəsinə elektron məlumat bazasında olan xəritə üzərində (DWG) digər şəxsin adına dövlət reyestrində çıxarış verilmişdir. Ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1971-ci il təvəllüdlü Mehparə Elçiyeva 09.02.2***-ci ildə Gürcüstan Bolnisi rayonunda vəfat etmişdir. Azərbaycan Respublikasinin Ədliyyə Nazirliyi Quba Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 3166 nömrəli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixli, V-660 nömrəli vərəsəlik işinə əsasən İddiaçı2 və İddiaçı3 09.02.2***-ci il tarixdə vəfat etmiş Elçiyeva Məhparənin qanun üzrə vərəsələri sırasına daxildir. İddiaçı1, X7, İddiaçı2, İddiaçı3 ilə Cavabdeh arasında bağlanmış 4Ə-741 reyestr nömrəsi ilə qeyd edilmiş 04 aprel 2006-cı il tarixli torpaq alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı1, X7, İddiaçı2, İddiaçı3 Quba rayonu Aqrar İslahat Komissiyasının 29 mart 1997-ci il tarixli 03 nömrəli qərarı ilə verilmiş JN312 KOD 30310018 nömrəli Dövlət aktına əsasən Quba rayonu Vəl-Vələ kəndində yerləşən 1.28 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini Cavabdeh 6500 manata satmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 28.4.2025-ci il tarixli 3-21-3-34/2-5532/2025 nömrəli məktubdan görünür ki, İddiaçı1 və ailə üzvlərinə məxsus Quba rayonu Vəl-Vələ kəndi ərazisində yerləşən torpaq sahəsinə verilmiş JN-312 nömrəli KOD (********) seriyalı “Torpağa mülkiyyət hüqiqina dair aktı” 312 nömrəli planşetində göstərilən 1,28 ha torpaq sahəsi xx.xx.2006-cı il tarixlli 4-Ə-741 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh Arıf qızının adına ösgəninkiləşdirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********32 reyestr nömrəli çıxarışından görünür ki, Quba rayonu, İsnovqışlaq kəndində yerləşən ümumi sahəsi 6,84 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçisi Cavabdehdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2025-ci il tarixli vəkilin sorğusuna vermiş olduğu cavabdan görünür ki, Quba rayon Dövlət notariat arxivində saxlanılan 4Ə-741 reyestr nömrəli müqavilələr xx.xx.2006-cı və xx.xx.2006-cı il tarixlərdə təsdiq edildiyi və həmin müqavilələrin digər şəxslər barəsində rəsmiləşdirildiyi bildirilmişdir. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 xx.xx.1991-ci ildə Gürcüstan Bolnisi rayonunda anadan olmuşdur. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1989-cu ildə Quba rayonunda anadan olmuşdur. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı1 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin – valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər və ya himayəçi tərəfindən bəyənildikdə də etibarlıdır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmişşərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə əsasən Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 345.1-ci maddəsinə əsasən On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bu Məcəllənin tələblərinə görə valideynlərindən, övladlığa götürənlərdən və ya himayəçidən razılıq almasının tələb edildiyi hallarda onlardan razılıq almadan bağladığı əqd etibarsızdır. 351.1-ci maddəsinə əsasən Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Beləliklə mülki işin matriallarına əlavə edilmiş sənədlərdən görünür ki, Aqrar İslahat Komissiyasının 29 mart 1997-ci il tarixli 03 nömrəli qərarı ilə Quba rayonu, Vəl-Vələ kənd ərazisində yerləşən 2.33 hektar torpaq sahəsi İddiaçı1, X3, İddiaçı2 və İddiaçı3 verilmişdir. Mülki iş matriallarına əlavə edilmiş xx.xx.2006-cı il tarixli 4-Ə-741 reyestr nömrəli alqı-satı müqaviləsindən görünür ki, Aqrar İslahat Komissiyasının 29 mart 1997-ci il tarixli 03 nömrəli qərarı ilə İddiaçı1, X3, İddiaçı2 və İddiaçı3 verilmiş ümumi sahəsi 2.33 ha olan torpaq sahəsinin 1.28 ha olan hissəsi İddiaçı1, X7, İddiaçı2 və İddiaçı3 tərəfindən 6500 manat müqabilində Cavabdeh satılmışdır. Lakin iş matriallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, sözügedən alqı-saqı müqaviləsi bağlanan zaman müqavilənin tərəfi kimi çıxış edən X7 müqavilə bağlanmamışdan 6 il əvvəl vəfat etmişdir. Beləliklə məhkəmə qeyd edir nə qədər ki, sözügedən müqavilə bağlanan zaman müqavilənin tərəfi olan X7 vəfat etmişdir, vəfat etmiş şəxsin adından bağlanmış əqd əhmiyyətsizdir. Bundan başqa məhkəməyə təqdim edilmiş alqı-satqı müqaviləsindən görünür ki, satıcı kimi X7 və İddiaçı1 başqa İddiaçı2 və İddiaçı3da müqavilə üzrə tərəf kimi qeyd edilmiş, lakin onların adından kimin çıxış etməsini təsdiq edən sənədlər sözügedən müqavilədə öz əksini tapmamışdır. Belə ki, mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqələrindən görünür ki, alqı-satqı müqaviləsi bağlanan zaman İddiaçı2 və İddiaçı3 18 yaşı tamam olmamışdır. Bundan sonra qeyd edilən halların araşdırılması üçün Vəkil sorğusuna əsasında sözügedən alqı-satqı müqaviləsinə dair notariat işi tələb edilmiş, lakin Dövlət Notariat Arxivindən verilmiş sorğuya cavab məktubundan görünür ki, sözü gedən reyestr nömrəli alqı satqı müqaviləsi hazırki mülki iş üzrə tərəflər arasında deyildə başqa şəxslər barəsində olduğundan alqı-satqı müqaviləsi təqdim edilməmişdir. Beləliklə məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı1, X7, İddiaçı2, İddiaçı3 ilə Cavabdeh arasında bağlanmış 4Ə-741 reyestr nömrəsi ilə qeyd edilmiş 04 aprel 2006-cı il tarixli alqı-satqı müqaviləsi qanunun tələbləri pozulmaqla bağlanmış olduğundan, iddia tələb təmin edilməli, İddiaçı1, X7, İddiaçı2, İddiaçı3 ilə Cavabdeh arasında bağlanmış 4Ə-741 reyestr nömrəsi ilə qeyd edilmiş 04 aprel 2006-cı il tarixli alqısatqı müqaviləsi etibarsız hesab edilməli və sözügedən müqavilə əsasında torpaq sahəsinə dair verilmiş çıxarış ləğv edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı1, X7, İddiaçı2, İddiaçı3 ilə Cavabdeh arasında bağlanmış 04 aprel 2006-cı il tarixli torpağa dair alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. İddiaçı1, X7, İddiaçı2, İddiaçı3 ilə Cavabdeh arasında bağlanmış 04 aprel 2006-cı il tarixli torpağa dair alqı-satqı müqaviləsinə əsasən Cavabdeh verilmiş çıxarış ləğv edilsin. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-2489/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2489/2025
03.10.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver