Məhkəmə qərarları › İş №2(008)-2541/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2541/2024

13.06.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2541/2024 13.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1998-ci il tarixdə doğulmuş qızı X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1998-ci il tarixdə doğulmuş qızı X3 onunla birlikdə ünvan 1 ünvanında yaşayır və qeydiyyatdadır. Qızı ağır dərəcəli əqli gerilik nəzərə çarpan davranış pozuntuları xəstəliyindən əziyyət çəkir, ətrafdakılar üçün təhlükəlidir, birici dərəcəli müddətsiz əlildir, hal-hazırda ətrafdakıların yardımına ehtiyacı vardır, öz hərəkətlərini sərbəst şəkildə dərk etmək və onları idarə etmək qabiliyyətindən məhrumdur. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab emişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Ərizəçi xx.xx.1971-ci il tarixdə Gürcüstan Respublikasında doğulmuşdur, Sabunçu rayonunda xx.xx.2024-cü il tarixədək qeydiyyatdadır (Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün MYİ seriyalı ******* №-li ixazə vəsiqəsi). Onun qızı X3 xx.xx.1998-ci il tarixdə doğulmuşdur (Sabunçu rayon VVADQ Şöbəsi tərəfindən verilmiş XX-JQ seriyalı 494437 №-li doğum haqqında şəhadətnamə, AA5807660 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi). İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron bildirişində görünür ki, xx.xx.1998-ci il tarixdə doğulmuş X3 «ağır dərəcəli əqli gerilik nəzərə çarpan davranış pozuntusu” diaqnozu ilə birinci dərəcəli əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X6 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1802 №-li rəyinə əsasən X3 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarına malik deyil, onun psixi vəziyyətinə görə fəaliyyət qabilliyəti olmayan şəxs hesab edilməsinə əsaslar var. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki,xx.xx.1998-ci il tarixdə doğulmuş X3hal-hazırda öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarına malik deyil. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosseual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməli,xx.xx.1998-ci il tarixdə doğulmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1998-ci il tarixdə doğulmuş X3 fəaliyyət qabliyyətli olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar