Məhkəmə qərarları › İş №2(008)-2553/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2553/2022

06.07.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2553/2022 06.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilmiş tikilinin sökülməsi və yaradılmış məhdudiyyətlərin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qanunsuz tikilmiş tikilinin sökülməsi və yaradılmış məhdudiyyətlərin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz tikilmiş tövlənin sökülməsi və həmin tövlədən çıxan çirkab və yararsız tullantıların (otların) mənə məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən evin qarşısına toplayaraq yandırılması, nəticədə ətraf əraziyə (o cümlədən də evinə) pis qoxunu yayması kimi qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ailə üzvlərilə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Savxoz 2, Səfərəlibəyov küçəsi, ev 4, mənzil 7-də yerləşən fərdi yaşayış sahəsində 4,5 sot torpaq sahəsi üzərində ev tikərək yaşayır. Qeyd edilən daşınmaz əmlak Bakı şəhər DƏDRX- da qeydi alınmış çıxarışa əsasən bağışlama müqaviləsi əsasında ona məxsusdur. Onunla hasar qonşuluğunda yaşayan cavabdeh 1,5 sot torpaq sahəsi üzərində qanunsuz tövlə tikərək iri və xırda buynuzlu heyvanları həmin tövlədə saxlayır. Onun evinin pəncərəsi qarşısına tövlədən çıxan yararsız otları və digər tullantıları yandıraraq tüstüsünü onun evinə verir bu da ona və ailə üzvlərinə öz mülkündə normal yaşamağına imkan vermir. O, cavabdehin bu qanunsuz hərəkətlərindən dəfələrlə hüquq mühafizə orqanlarına, Sabunçu rayon Gigiyena və Epidemiologiya Mərkəzinə müracəit etmiş lakin onun bu qanuna zidd və özbaşına hərəkətlərinin qarşısı alınmamışdır. Bu gün də o bu qanunsuz hərəkətlərini davam etdirir. Cavabdehin əməllərinə hüquqi qiymət verilməmiş, hər dəfə də aldığım cavab məktublarında mənə bildirilmişdir ki, o bununla bağlı məhkəməyə müraciət etməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edərək bildirdi ki, Bakı şəhəri, ünvan 1 ünvanında o rəsmi qeydiyytdadır, həəmin ünvan onunatasının evidir və qeyd edilən ev cavabdehlə qonşu olduğu ev deyildir. Cavabndehlə qonşu olduğu ev Sabunçu rayonu Pirşağı qəsəbəsi Savxoz-2, Zülfü Adgözəlov döngə 2 ünvanda nömrəsiz evdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o kiçik ölçülü qeyri-yaşayış yeri tikdiyini, həmin tikilini saxlanc yeri kimi istifadə etdiyini bildirmişdir. Həmin tikilinin iddiaçıya heç bir maneçiliyi yoxdur. Bu səbəbdən də iddianın rədd edilməsini xahiş etmişdir. Və bildirmişdir ki, iddia ərizəsində qeyd edilən ünvanın harda olduğunu bildir, onlar həmon ünvana qonşu yaşamır. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin xx.xx.2021-ci il tarixli 23/1/BN-11608 saylı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Sovxoz 2 ərazisi B.Tarverdiyev küçəsindəki 2 a ünvanında heyvanların saxlanlması ilə bağlı yol verilən pozunğuların aradan qaldırılması üçün Cavabdeh məktub göndərilmiş və icrası ilə bağlı ona məjburi göstəriş verilmişdir. Azərbayjan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********88 saylı məktubundan görünür ki, Bakı şəhəri, ünvan 4 ünvanı və onun yerləşdiyi torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. Azərbayjan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********77 saylı məktubundan görünür ki, Cavabdeh adına Bakı şəhəri ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. X3 ilə X5 arasında bağlanmış Daşınmaz Əmlakın Bağışlanmasına dair xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, X3 Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 2 nömrəli savxox ünvanında yerləşən tam mülkiyyət hüququ ilə ona məxsus olan 0.08 ha olan torpaq sahəsinin 0.04 ha olan hissəsini bacısı İddiaçı Lamurad qızının başlamışdır. 0.02405 ha olan hissəsi isə hədiyyə verənin mülkiyyətində qalır. X3 ilə X5 arasında bağlanmış Daşınmaz Əmlakın Bağışlanma müqaviləsinə dəyişiklik ediləməsinə dair xx.xx.2019-cu il tarixli sazişdəm görünür ki, hədiyyə verən X3 və hədiyyə alan X5 Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 2 nömrəli savxox ünvanında yerləşən ümumi sahəsi 0.08 ha olan torpaq sahəsinə dair payların müəyyənləşditilməsinə dair aralarında razılığa gələrək bildirirlər ki, 12 saylı notariat ofisində xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 0.04 ha torpaq sahəsi 0.0427 ha olaraq əvəz edilsin. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Pirşağı qəəsbəsi İnzibati Ərzi üzrə Nümayəmdəliyinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsi Savxoz 2 Zülfü Adgözəlov2 ünvanında qonşuluq aktına əsasən nömrəsiz evdə qeydiyyatsız yaşayır. xx.xx.2017-ci il tarixli etibarnamənin sürətindən görünür ki, X1 Rahib Rəhim oğluna Abşerin rayon İcra Hakimiyyəti Abşeron Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.1012-ci il tarixli F-853 saylı Arxiv Çıxarışına əsasən Abşeron rayonu 2 saylı savxozda fərdi yaşayış evinin tikintisi üçün ayrılmaış 0.10 ha torpaq sahəsinin 0.02 hadan ibarət hissəsini özəlləşdirməyə, sənədləşdirməyə və s harəkətləri etməyi etibar tmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Məhkəmə araşdırılması zamanı məlum olur ki, iddiaçı ilə cavabdeh qonşu olaraq yaşayır və iddiaçı məhz həmin qonşu ünvanda yaşadığı evə cavabdehin ona normal yaşamasına maneə olan hərəkətlərin qadağan edilməsini, və məhz həmin qonşu ünvanında cavabdehin həyətində tikilmiş olan tövlənin sökülməsini tələb etmiş olduğu halda iddia ərizəsində tamam başqa ünvanda yerləşən evi qeyd etmişdir. Belə ki, iddia ərizəsinin xahiş etdim hissədində göstərilmiş Bakı şəhəri, ünvan 1 ünvanı cavabdehlə qonşu deyil, iddiaçının rəsmi qeydiyytda olduğu ünvandır və cavabdehin ora hər hansı bir müdaxiləsi olmadığından iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh qarşı “Bakı şəhəri, ünvan 7 ünvanına qarşısında tikilmiş qanunsuz tikilmiş tövlənin sökülməsi və yaradılmış məhdudiyyətlərin aradan qaldırılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar