Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2561/2021 26.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Kazımova Zərif Rafil qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Nəsirova (Məmmədova) Elnarə Çingiz qızına qarşı “cavabdehin mənzildən çıxarılması və iddiaçının həmin mənzilə köçürülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Nəsirova (Məmmədova) Elnarə Çingiz qızına qarşı “cavabdehin mənzildən çıxarılması və iddiaçının həmin mənzilə köçürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,ünvan 1 saylı fərdi evə köçürülməyi və ünvan 1 ünvanda yerləşən fərdi evdə qanunsuz yaşayan insanların çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, A.Mustafayev küç 4d saylı fərdi evə köçürülməyi və cavabdehin həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu A.Mustafayev küçəsi 4d saylı fərdi ev onun tərəfindən öz maliyyə vəsaiti hesabına inşa edilmişdir və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2- 1887 saylı, xx xxxx 2007-ci il tarixli qətnaməsi ilə məlum ünvanda onun sahiblik - istifadə hüququ tanınmaqla bu ünvana pasport qeydiyyatına alınmışdır. xx.xx.2017-ci il tarixdə Rusiya Federasiyası Rostov vilayəti Novoçerkask şəhər məhkəməsi tərəfindən qəbul edilmiş hökm əsasında azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə azadlığa çıxmış və daimi yaşayış üçün Azərbaycan Respublikasına gəlmişdir. Mülki nikahda yaşadığı cavabdeh onun Bakıda olmadığından istifadə edərək daşınmaz əmlakı satdığı adamları mənzildən çıxarmış, hazırda mənzili kirayə vermiş və sair. Hazırda yaxınlarının mənzilində müvəqqəti yerləşmişdir, digər yaşayış sahəsi yoxdur. Cavabdeh könüllü mənzilin açarlarını təqdim etməkdən imtina edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, həmin evi o, öz vəsaiti hesabına tikmişdir, cavabdehlə ailəli olduğları müddətdə həmin evdə birgə yaşamışlar. Daha sonra o məhkum olunmuşdur, cavabdeh isə bundan istifadə edərək həmin evdə heyat yoldaşı dediyi bir şəxslə yaşayır, onun öz evinə daxil olmasına şərait yaratmır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmdən xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 iddiaçıyla eyni məzmunda ifadə verərək idddia tələbinin təmin edilməsini məhkəədən xahiş etdi. Cavabdeh məhkəmənin vaxtrı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının və onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2- 1887/2007 nömrəli, xx xxxx 2007-ci il tarixli qətnamənin surətindən görünür ki, İddiaçı ailə üzvəri ilə birlikdə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, A.Mustafayev küçəsi 4 “d” saylı evə pasport qeydiyyatına alınması qət edilmişdir. - Azərbaycan Respublikası Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti Baçşısının A.Bakıxanov qəsəbəsi üzrə Nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 942 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2012-ci l tarixdən bu ünvanda qeydiyyatdadır. -Azərbaycan Respublikası Vətəndaşının xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Sabunçu RPİ tərəfindən verilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Bakıxanov qəsəbəsi, A.Mustafayev küçəsi 4 “d” saylı evə pasport qeydiyyatındadır. -Rusiya Federasiyasının Ədliyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2017-ci ildə Rostov vilayəti Novoçerkassk şəhər məhkəməsi tərəfindən RF CM m228 m.2h.- ümumi rüjimli 4 il müddətinə azadlıqdan məhrum olunma cəzasına məhkum olunmuşdur. O, xx.xx.2017-ci ildən xx.xx.2020-ci ilədək azadlıqdan məhrum etmə yerlərində cəza çəkmişdir, cəza müddəti bitdiyi üçün azad edilib. Göründüyü kimi, hazırki iş üzrə tərəflər arasında mövcud mübahisənin predmeti iddiaçının yaşamış olduğu evə iddiaçının köçürülməsi və həmin mənzildən cavabdehin çıxarılması tələbi ilə bağlıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarından göründüyü kimi iddiaçı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-1887/2007 nömrəli, xx xxxx 2007-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Bakıxanov qəsəbəsi, A.Mustafayev küçəsi 4 “d” saylı evə pasport qeydiyyatına alınması hüququ yaranmışdır. xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixə Rusiya Federasiyasının Rostov vilayəti Novoçerkassk şəhər məhkəməsinin hökmü ilə azadlıqdan məhrum etmə yerində cəza çəkmiş, cəza müddəti bitdiyi üçün azad edilmişdir. Hal-hazırda cavadeh tərəfindən icaze verilmədiyi üçün məhkəmənin qətnaməsi ilə qeydiyyata düşdüyü daşınmaz əmlakda yaşamaq hüququndan məhrum olmuşdur. Məhkəmə İddiaçı Bakı şəhəri, Bakıxanov qəsəbəsi, A.Mustafayev küçəsi 4 “d” saylı evə köçürülməsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, məhkəmə iddiaçının mənzilə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13.1-13.2-ci maddələrinin əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. x xxxxxxx 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3cü hissəsinə əsasən, kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qeyd olunan müddəaların mənası baxımından məhkəmə hesab edir ki, iddiaçı uzun müddət yaşadığı və məhkəmənin qətnamsəi ilə qeydiyyat alındığı mübahisəli evə köçürülməlidir. Məhkəmə iddianın Cavabdeh mübahisəli evdən çıxarılmasına dair hissəsinə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı və tərəflərin də vermiş olduğu izahatlardan Bakı şəhəri, Bakıxanov qəsəbəsi, A.Mustafayev küçəsi 4 “d” saylı evə dair hər hansı hüquqmüəyyənedici sənədin olması müəyyən edilmədi. Belə ki, cavabdehin həmin evdən qanunsuz olaraq istifadə etməsinə dair hər hansı mötəbər, təkzibolunmaz sübutunu təqdim edə bilmədi. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh Bakı şəhəri, Bakıxanov qəsəbəsi, A.Mustafayev küçəsi 4 “d” saylı evdən çıxarılmasına barədə iddia tələbi təmin oluna bilməz. Məhkəmə bir daha qeyd etməyi zəruri sayır ki, iddiaçının evə köçürülməsi barədə qətnamənin qəbul olunması onun evdən istifadə hüququnun tanınması mənasına gəlmir. Bu qətnamə gələcəkdə, qanuni əsaslar olduğu halda iddiaçının həmin evdən məhrum edilməsinə mane olmur. Evə köçürülmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Bakı şəhəri, Bakıxanov qəsəbəsi, A.Mustafayev küçəsi 4 “d” saylı evə köçürülməli, iddia digər hissədə rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ünvan 3 ünvanında yerləşən fədi yaşayış evinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-2561/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2561/2021
26.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver