Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2563/2023 16.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı "mirasın qəbul edilməsi müddətinin uzadılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı "mirasın qəbul edilməsi müddətinin uzadılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək miras qoyan X6 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Əhmədağa Əhmədov küçəsi, 14 A / 2 2 A saylı evin, Yeni qaydalarla: Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, İlqar Həsənov küçəsi, 46 saylı evə aid miras əmlakla bağlı Bakı şəhəri 9 saylı Notariat Ofisində sənədləşdirmə işlərinin aparılması, ona və yetkinlik yaşına çatmayan qardaşı xx.xx.2010-cu ildə doğulmuş X7 miras payı qəbul etmək üçün buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsi, vərəsəliyin qəbulu müddətinin 3 ayadək uzadılmasına barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Əhmədağa Əhmədov küçəsi, 14 A/22 A saylı evin, Yeni qaydalarla: Az 1039, Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, İlqar Həsənov küçəsi, 46 saylı ev onun babası X8 xüsusi mülkiyyətindədir. Babası xx.xx.2011 -ci il tarixdə vəfat etmişdir. Onun babasının vəfatından sonra yuxarıda göstərilən mülk ondan miras qalmışdır. Onun atası X16 onun anası Nümayəndə ilə qanuni nikaha daxil olmadan 2003-cü il tarixdə ailə qurmuşlar. Onların birgə ailə həyatından iki uşaqları doğulmuşdur. xx.xx.2004-cü ildə doğulmuş İddiaçı və xx.xx.2010-cu ildə doğulmuş X13. Atası və anası 2012-ci ildə ayrılmışlar. Onların nikahları olmamışdır. Atası xx.xx.2022-ci il tarixdə vəfat etmişdir, lakin atasının vəfat etməsini o gec bilmişdir. Atası vəfat etdiyi üçün babasından qalan miras əmlakın bir hissəsi onun və qardaşının adına keçməlidir. Bununla bağlı o, Bakı şəhəri 9 saylı Notariat ofisinə ərizə ilə müraciət edərək onun və yetkinlik yaşına çatmayan qardaşının adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Oradan ona bir sıra sənədlərin yığılmasını bildirmişlər. O, həmin sənədləri hazırlayaraq yenidən notariat ofisinə müraciət etdikdə oradan ona imtina edilərək bildirilmişdir ki, mirasın qəbul edilməsi üçün müddət onun tərəfindən buraxılmışdır. Ona görə də ona vərəsəlik haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. O, üzürlü səbəblərə görə vaxtında vərəsəliyi qəbul edə bilməmişdir. Belə ki onun atası ilə anası 2012-ci ildə ayrılmışlar və o anası ilə birlikdə şəhərdə ayrı ünvanda yaşamış, atası ilə əlaqəsi olmamışdır, atası bir müddət həbsdə yatmışdır, onun nə vaxtdan həbsdən çıxmasını o bilməmiş, atası ilə əlaqəsi olmadığından onun nə vaxt vəfat etdiyini bilməmişdir, sonradan bildikdən sonra o sənədlər toplamağa başlamışdır. O, atasına aid sənədləri toplayanda çətinlikləri var idi, həmin sənədləri almaq üçün o bir neçə ay gözləmiş və ona görə o üzürlü səbəblərə görə müddəti ötürmüşdür. Xahiş etmişdir ki, bunu nəzərə alınsın. Belə olan halda o məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Axundov Mehti vəfat edən zamanı yəni 2009-cu il tarixlərində X19 türmədə olmuşdur. O, iki-üç il türmədə yatdığdan sonra çıxmış lakin 2010-cu ildə Fuad anadan olduğdan 9 ay sonra yenidən tutulmuşdur. Bu dəfə isə 5-6 il türmədə qalmışdır. Axundov Mehti öldükdən əvvəldə sonrada onlar sözügedən ünvanda yaşamışlar, əvvəlcə onlarla nənələri olan Kövsərxanımda yaşasada sonradan oda vəfat etmişdir. Ev əslində iki yerə ayrılmışdır. Bir hissəsində onlar və nənə Kövsərxanım yaşamış, digərində isə Mehti türmədən çıxdıqdan sonra yaşamağa başlamışdır. Axundov Məzahirdən başqa Mehdinin ddigər oğluda olmuşdur. O sözü gedən evin yerləşdiyi torpaq sahəsini sata-sata gedir. Axundov Məzahir öləndən sonra onlar o evdə yaşamağa davam etsələrdə, sonradan görmüşdür ki, Axundov Məzahirin qardaşı oğlu torpaq sahəsini bütəvlükdə satacağından ehtiyyat edərək, evi sənədləşdirməyə başlamışdır. Sənədləşdirmə işləri gec başa çatdığından habelə əvvəllər atası Axundov Məzahirin ölməsindən xəbiri olmadığından o miras qəbulu üçün nəzərdə ttuulmuş müddəti buraxmışdır. Məhkəmə işə Bakı şəhəri 9 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını, dinləyib, iş materiallarındakı sənədlərə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 9 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 152 nömrəli qərarından görünür ki, notariat hərəkətinin aparılmasından qanunla müəyyənləşdirilmiş müddət buraxıldığı üçün imtina edilmişdir. Azərbaycan Respublikası DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, X13, İddiaçı Bakı şəhəri, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsi, ev 29 B ünavnında pasport qeydiyyatındadırlar. ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Əhmədağa Əhmədov küçəsi, ev 14 A/22A Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X8 tam pay olaraq mülkiyyətindədir. Bakı şəhəri Sabunçu rayonu VVADQ Şöbəsinin AZ İ seriyalı, 921612 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdə doğulmuş, atası X17, anası isə Nümayəndədır. Bakı şəhəri Sabunçu rayonu Qeydiyyat Şöbəsinin AZ İİ seriyalı, 419215 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2010-cu il tarixdə doğulmuş, atası X17, anası isə Nümayəndədır. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin doğum ak qeydindən çıxarışının surətindən görünür ki, X16 xx.xx.1971-ci il tarixdə doğulmuş, atası X14, anası isə X2r. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin nikah akt qeydindən çıxarışının surətindən görünür ki, X30-ruf oğlu və X3 arasında 16 may 1957-ci il tarixdə 52 nömrəsi ilə akt qeydi tərtib olunmuşdur. Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbə Bölməsinin xx.xx.2022-ci il tairli ölüm şəhadətnaməsindən çıxarışdan görünür ki, X14 xx.xx.2011-ci il tarixdə ölmüş, ölüm barədə akt xx.xx.2011-ci il tarixdə 117 nömrəsi ilə qeyd edilmişdir. Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbə Bölməsinin xx.xx.2022-ci il tarixli ölüm şəhadətnaməsindən çıxarışdan görünür ki, X4 xx.xx.2013-cü il tarixdə ölmüş, ölüm barədə akt xx.xx.2013-cü il tarixdə 58 nömrəsi ilə qeyd edilmişdir. Bakı şəhəri Sabunçu rayonu Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli ölüm şəhadətnaməsindən çıxarışdan görünür ki, X16 xx.xx.2022-ci il tarixdə ölmüş, ölüm barədə akt xx.xx.2022-ci il tarixdə 357 nömrəsi ilə qeyd edilmişdir. X18, X5, X15 notarial qaydada ərizə verərək mərhum X14 ölən günədək, xx.xx.2011ci il tarixədək və onun oğlu X16 ölən günədək, xx.xx.2022-ci il tarixədək Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Əhmədağa Əhmədov küçəsi, ev 14A/22 yeni qaydalarla: ünvan 2 ünvanında Nümayəndə ilə birlikdə yaşamış olduqlarını bildirmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1146-ci maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mulki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən 1-ci növbədə – Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1, 1243.2 və 1243.3-cu maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfındən qəbul edilmiş sayılır; Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1247.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər Həmin Məcəllənin 1252-cı maddəsinə əsasən Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Məhkəmə ilk öncə iddia tələbinin- miras qoyan X6 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Əhmədağa Əhmədov küçəsi, 14 A / 2 2 A saylı evin, Yeni qaydalarla: Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, İlqar Həsənov küçəsi, 46 saylı evə aid miras əmlakla bağlı Bakı şəhəri 9 saylı Notariat Ofisində sənədləşdirmə işlərinin aparılması, yetkinlik yaşına çatmayan qardaşı xx.xx.2010-cu ildə doğulmuş X7 miras payı qəbul etmək üçün buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsi, vərəsəliyin qəbulu müddətinin 3 ayadək uzadılması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı sözügedən iddia tələbi ilə yəni qardaşı X9 adından məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığından iddia tələbi X10 münasibətdə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi 29.1-ci maddəsinə əsasən bu Məcəllənin 29.2-ci maddəsin göstərilmiş əqdlər istisna olmaqla, 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağlaya bilərlər. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan onun valideynləri, övladlığa götürənlər və qəyyumlar tərəfindən bəyənildikdə etibarlıdır. Azərbay Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan sonra məhkəmə iddia tələbinin-miras qoyan X6 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Əhmədağa Əhmədov küçəsi, 14A / 2 2 A saylı evin, Yeni qaydalarla: Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, İlqar Həsənov küçəsi, 46 saylı evə aid miras əmlakla bağlı Bakı şəhəri 9 saylı Notariat Ofisində sənədləşdirmə işlərinin aparılması, miras payı qəbul etmək üçün buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsi, vərəsəliyin qəbulu müddətinin 3 ayadək uzadılması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbinin təmin edilməsi üçün ilk öncə sözügedən evin iddiaçının atası və digər vərəsələr tərəfindən faktiki qəbul edilib edilməməsi məsələsi aydınlaşdırılmalı yalnız bundan sonra iddiaçının sözügedən miras əmlakının qəbul edilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsinin üzürlü səbəblərdən olubolmamasına qiymət verilməlidir. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsinin vermiş olduğu izahatdan məlum olur ki, miras qoyan X14 xx.xx.2011-ci il tarixdə vəfat edən zaman sözügedən əmlakdan iddiaçı onun atası Axudov Məzahir və X8 arvadı X1 yaşamaış olduğunu bildirsədə iddiaçının atasının babasından miras qalmış əmlakın faktiki qəbul etməsini təsdiq edəcək möhtəbər subutlar məhkəməyə təqdim edilməmişdir. Bundan başqa məhkəmə həmçinin onuda qeyd etməyi zəruri hesab edir ki, iddiaçı atasının ölümündən sonra ondan miras qalmış əmlakın qəbul edilməsi müddətini ötürülməsini üzürlü olduğunu bildirsədə bu halıda təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi müddətinin uzadılması” tələbinə dair iddia ərizəsi üzrə iddia tələb təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı cavabdeh Bakı şəhər 9 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi üçün müddət uzadılması” tələbinə dair iddia ərizəsi üzrə tələb təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-2563/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2563/2023
16.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver