Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2592/2021 19.05.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi X9, İddiaçı1, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1, 3-cü şəxs X3, Bakı şəhəri Cavabdeh4 nümayəndəsi X6 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 16 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası Əmak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı 3-cü şəxslər Cavabdeh4, Sabunçu rayonu Balaxanı Bələdiyyəsi, X18, X5 olmaqla “şəhadətnamənin etibarsız hesab edilməsi və xüsusi qərardad qəbul edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 16 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası Əmak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı 3-cü şəxslər Cavabdeh4, Sabunçu rayonu Balaxanı Bələdiyyəsi, X18, X5 olmaqla “şəhadətnamənin etibarsız hesab edilməsi və xüsusi qərardad qəbul edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 7də yerləşən torpaq sahəsinə dair Ağarza Əlipaşa oğlunun adına verilmiş 26.04.2016-cı il qeydiyyat tarixli, **********64 reyestr nömrəli, Seriya RX № ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın və Cavabdeh1 adına verilmiş 12.05.2016-cı il tarixli, reyestrdə 2V-69 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə, həmçinin cavabdehlərin əməllərində cinayətin tərkib əlamətlərinə işarə edən kifayət qədər dəlillər olduğundan prokurora bu barədə məlumat verməklə barələrində xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 26.09.2000-ci il tarixli, 916 saylı sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 24 dekabr 1999-cu il tarixli Fərmanına əsasən Bakı şəhəri Sabunçu rayon Balaxanı Bələdiyyəsinin mülkiyyətinə 65.38 ha torpaq sahəsi verilmişdir. Həmin bələdiyyə tərəfindən onlara 12 may 2004-cü il tarixdə və 30 dekabr 2006-cı il tarixdə hər birinə 112 saylı sahədən 600 kv.m olmaqla, ümumilikdə 0,12 ha torpaq sahəsi fərdi ev tikintisi üçün ayrılmışdır. Lakin, buna baxmayaraq cavabdehlərin qanunsuz və saxta əməlləri nəticəsində onlar halal zəhməti ilə Bakı şəhəri Sabunçu rayonu Balaxanı bələdiyyəsindən aldıqları və ünvan 7də yerləşən torpaq sahəsindən məhrum olmuşlar. Deməli, Vəkil sorğusuna əsasən 22.01.2021-ci il tarixdə Cavabdeh1 reyestr 2V-69 saylı 10.05.2016-cı il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə dair notariat işini əldə etdikdən sonra onlara çox hallar aydın oldu. Belə ki, Cavabdeh1 atası Ağarza Əlipaşa oğluna Cavabdeh4 Başçısının 17.04.1992-ci il tarixli, 9/55 saylı qərarına əsasən Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi sahə 110 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Ağarza Əlipaşa oğlu 13.11.2015-ci il tarixdə vəfat etdikdən sonra Cavabdeh1 02.03.2016-cı il tarixdə Bakı şəhəri 16 saylı Notariat Ofisinə ərizə ilə müraciət edərək atasından qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Bundan sonra, cavabdehlərdən Bakı şəhəri 16 saylı Notariat Ofisi tərəfindən digər cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ünvan 2 ünvanlayaraq mərhum Ağarza Əlipaşa oğlunun adına Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi sahə 110 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinə dair çıxarış verilməsi xahiş etmişdir. Lakin, vərəsəlik işinin materiallarından da göründüyü kimi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən bilərəkdən və yaxud bilməyərəkdən öz qulluq mövqeyindən sui-istifadə edərək Ağarza Əlipaşa oğlunun adına ünvan 7də yerləşən torpaq sahəsinə 26.04.2016-cı il qeydiyyat tarixli, **********64 reyest nömrəli, Seriya RX № ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir və həmin çıxarış əsasında isə cavabdeh Bakı şəhəri 16 saylı Notariat Ofisi tərəfindən Cavabdeh1 adına 12.05.2016-cı il tarixli, reyestrdə 2V-69 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilmişdir. Beləliklə də, onlara Bakı şəhəri Sabunçu rayonu Balaxanı bələdiyyəsi tərəfindən 12 may 2004-cü il tarixdə və 30 dekabr 2006-cı il tarixdə ayrılmış ümumilikdə 0,12 ha torpaq sahəsi cavabdehlər tərəfindən saxtakarlıq olunmaqla və bu saxtakarlığa qanuni don geyindirilməklə əllərindən alınmış bu da öz növbəsində Cavabdeh1 cinayət yolu ilə varlanmasına gətirib çıxarmışdır. Həmçinin, Bakı şəhəri Cavabdeh4 28.02.2020-ci il tarixli, 1/96 saylı məktubundan da açıq-aşkar görünür ki, Ağarza Əlipaşa oğlu Bakı şəhəri Cavabdeh4 Başçısının 17.04.1992-ci il tarixli, 9/55 saylı qərarı əsasında ona ayrılmış torpaq sahəsindən istifadə edərək fərdi yaşayış evi inşa etmişdir. Cavabdeh təkrarən həmin qərardan istifadə edərək Bakı şəhəri Sabunçu rayonu Balaxanı bələdiyyəsi tərəfindən iddiaçılara ayrılmış torpaq sahəsini zəbt edərək özəlləşdirmişdir. Bundan əlavə, onların torpaq sahəsi cinayət yolu ələ keçirildikdən sonra orada tikinti işlərinə başlanılmışdır və hazırda da həmin ərazidə qanunsuz tikinti işləri davam etdirilməkdədir. Göründüyü kimi, Cavabdeh1 digər cavabdehlərin köməkliyi ilə vəfat etmiş atası Ağarza Əlipaşa oğlunun miras əmlakına daxil olmayan əmlakı cinayət yolu ilə ələ keçirmişdir və məhz qeyd edilən xüsusatlarla əlaqədar məhkəmə tərəfindən xüsusi qərardad çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edərək, bildirdi ki, Sabunçu rayon Balaxanı Bələdiyəsi tərəfindən onlara ayrılmış torpaq sahəsi ilə cavabdehin atasına ayrılmış olan torpaq sahəsi ayrı-ayrı ərazilərdə yerləşir. Cavabdeh X19 110 saylı torpaq sahəsində ev inşa edərək yaşadığı halda 112 saylı torpaq sahəsini qanunsuz ələ keçirərək satmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirdi ki, qeyd olunan torpaq sahəsi yəni 112 saylı torpaq sahəsi iddiaçılara məxsusdur. Cavabdeh1 həmin torpaq sahəsinə qanunsuz olaraq əvvəlcə atasının adına, sonra isə öz adına çıxarış almışdır. Torpağa çıxarış verilənədək cavabdehə məxsus sənədlərdə torpaq sahəsinin nömrəsi 110 saylı olmuşdur və cavabdeh həmin torpaq sahəsində yəni 110 saylı sahədə yaşayır. Və cavabdehə və onun atasına 110 saylı torpaq sahəsindən başqa hər hansı bir torpaq sahəsinin ayrılmasına dair heç bir qərar, sərancam və ya çıxarış yoxdur. Belə olan halda necə ola bilər ki, yalnız bir qərar əsasında yəni Bakı şəhəri Sabunçu rayon İcra Hakmiyyəti Başçısının 17.04.1992-ci il tarixli 9/55 saylı qərarı əsasında, cavabdeh tamamilə müxtəlif ərazilərdə yerləşən 110 saylı torpaq sahəsində yaşayıb, 112 saylı torpaq sahəsini də məhz həmin qərar əsasında özəlləşdirərək satmışdır. Qeyd edilənləri nəzərə alaraq həmin çıxarış və vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilərək iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirir ki, Bakı şəhəri Sabunçu rayon İcra Hakmiyyəti Başçısının 17.04.1992-ci il tarixli 9/55 saylı qərarı əsasında 110 saylı torpaq sahəsi atası Paşayev Ağarzayə məxsus olmuşdur. 112 saylı torpaq sahəsinin atasına hansı əsaslarla məxsus olmasına dair onda məlumat yoxdur. O vərəsəliyi qəbul etmək üçün Bakı şəhəri 16 saylı Notariat ofisinə müraciət etmişdir və ona 112 saylı torpaq sahəsinə dair çıxarış verilmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs X5 izahatında bildirdi ki, Cavabdeh1 verilmiş çıxarış qanunsuz yollarla əldə edilmişdir. Cavabdeh X4 rayon İcra Hakimiyyətinin Başçısının bir qərarı əsasında iki torpaq sahəsini qanunsuz yollarla, cinayətkar qruplarla əlbir olaraq zəbt etmişdir. Cavabdehin atası vəfat etdikdən sonra X19 Bakı şəhəri Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Hüseynşir Əjdərov küçəsi, 112 saylı torpaq sahəsinə heç bir əsas olmadan 2015-ci ildə vəfat etmiş atasının adına 26.04.2016-ci il tarixində çıxarış almışdır. Məhz bu tarixdən sonrada öz cinayətkar əməllərini gizlətmək üçün isə həmin 112 saylı torpaq sahəsinə dair alqı-satqı müqavilələri bağlayaraq izi itirməyə çalışmışdır. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs Bakı şəhəri Cavabdeh4 nümayəndəsi X10 izahatında bildirdi ki, Onlar tərəfindən Bakı şəhəri Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Hüseynşir Əjdərov küçəsi, 110 saylı sahədə yerləşən torpağa sərəncam verilmişdir, onlar tərəfindən Bakı şəhəri Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Hüseynşir Əjdərov küçəsi, 112 saylı sahədə yerləşən torpağa sərəncam verilməmişdir. İddiaçılar tərəfindən mübahisələndirilən torpaq sahəsi Bakı şəhəri Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Hüseynşir Əjdərov küçəsi, 110 saylı sahədə yerləşən torpaq sahəsi deyil. Əvvəlki məhkəmə iclasında iştirak edən 3-cü şəxs X18 izahatında bildirdi ki, o, ünvan 3 ünvanda yerləşən torpaq sahəsini 2020-ci ildə X7 alqı-satqı müqaviləsi ilə almışdır. Bundan sonra ona məxsus həmin torpaq sahəsinə dair 06.08.2020-ci il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən şahid X22 ifadəsində bildirmişdir ki, o, mübahisəli torpaq sahəsi yerləşən ərazidə yaşayır. Həmin torpaq sahəsinin sahibi kimi İddiaçı1 tanıyır və həmin torpaq sahəsində yalnız onu görmüşdür. Cavabdeh1 tanımadığını və mübahisə predmeti olan torpaq sahəsinin neçə nömrəli olduğunu bilmədiyini bildirdi. Əvvəlki məhkəmə iclasında iştirak edən şahid X15 ifadəsində bildirmişdir ki, o, mübahisəli torpaq sahəsi yerləşən ərazidə yaşayır. Ona məxsus torpaq sahəsi 118 saylı sahə ünvanda, Ayşə xanıma məxsus torpaqla üzbəüz ərazidə yerləşir. Mübahisəli torpaq sahəsi Ayşə xanımın atası İnqilaba məxsus idi. İnqilab həmin əraziyə gəlib-gedirdi və deyirdi ki, bu torpaq ona məxsusdur. Tikini işləri aparılanda Ayşə xanımdan soruşaraq torpağı başqa şəxsə satıldığını öyrənmişdir. Hazırda həmin ünvanda kimin yaşadığını bilmir. Torpaqla bağlı Ayşə xanımla başqa şəxs arasında mübahisə olmasından xəbəri olduğunu bildirdi. Əvvəlki məhkəmə iclasında iştirak edən şahid X20 ifadəsində bildirmişdir ki, o, mübahisəli torpaq sahəsi yaxın ərazidə yaşayır. O, həmin ərazidə özünə məxsus torpaq sahəsində ev tikərkən, Ayşə xanımın atası İnqilab həmin əraziyə gəlirdi. Həmin torpağın əvvəldən Ayşə xanıma məxsus olduğunu bilirdilər. Həmin ərazidə 2013-cü ildən yaşayır. Təxminən 3-4 il əvvəl bir makler və başqa bir şəxs həmin əraziyə gəldiyini, artıq ondan sonra ayrı-ayrı şəxslər əraziyə gələrək, torpağı aldıqlarını bildirirdiyini, həmin makleri tanımadığını ona məxsus torpaq sahəsi Ayşə xanımın torpağı ilə üzbəüz hissədə yerləşdiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, tərəflərin istinad etdiyi halları nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. -Bakı şəhəri Cavabdeh4 9/55 nömrəli, 17.04.1992-ci il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Hüseynşir Əjdərov, 110 saylı sahə Ağarza Əlipaşa oğluna ayrılmışdır. -Bakı şəhəri Sabunçu Rayon Balaxanı Bələdiyəsinin 12 may 2004-cü il tarixli, 10/30.07.2004-cü il tarixli sərəncamdan görünür ki, İddiaçı2 145-000-130 s nömrəli layihə tipli 600 kvadrat metr sahəsi olan şəxsi yaşayış evinin tikinitisi üçün torpaq sahəsi ayrılmışdır. - Bakı şəhəri Sabunçu Rayon Balaxanı Bələdiyəsinin 30 dekabr 2006-cı il tarixdə, 825 nömrəli sərəncamından görünür ki, Yeni Balaxanı yaşayış Massivində fərdi ev tikintisi üçün İddiaçı1 600kv.m torpaq sahəsi ayrılmışdır. -13 sentyabr 2004-cü il tarixli qəbzdən görünür ki, İddiaçı2 01.01.2006-cı il tarixdə denominasiya keçirilməmişdən əvvəlki məzənnə ilə 300.000 manat torpaq rüsumu ödəmişdir. -30.07.2004-cü il tarixdə İddiaçı2 Bakı şəhəri Sabunçu Rayon Balaxanı Bələdiyyəsinin hesabına 01.01.2006-cı il tarixdə denominasiya keçirilməmişdən əvvəlki məzənnə ilə 4.800 manat torpaq özəlləşdirilməsi üçün ödəniş edilmişdir. -Bakı şəhəri Sabunçu Rayonu Balaxanı Bələdiyyəsi tərəfindən tərtib edilmiş aktdan görünür ki, İddiaçı2 145-000-130 s nömrəli layihə tipli 600kv.m sahə verildi. -10 sentyabr 2009-cu il tarixli, 088 saylı Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsi tərəfindən Bakı şəhəri Cavabdeh4nə ünvanlanmış məktubun surətindən görünür ki, İddiaçı2 tərəfindən Balaxanı Bələdiyyəsi tərəfindən 30.07.2004-cü il tarixli, 10 nömrəli sərəncam əsasında ona məxsus olan 600 kv.m torpaq sahəsində tikinti işləri aparmaq istədiyi bildirmiş, Balaxanı Bələdiyyəsinin buna etiraz etmədiyi göstərilmiş və Bakı şəhəri Cavabdeh4 bu məsələyə münasibət bildirməsi xahiş edilmişdir. -22 fevral 2010-cu il,13 dekabr 2011-ci il, 28 oktyabr 2013-cü il, 13 avqust 2019-cu il tarixli yerli (bələdiyyə) vergilərin və ödənişlərin qəbulu dair qəbzlərdən görünür ki, İddiaçı1 İlqilap qızı və İddiaçı2 İnqilab qızı tərəfindən Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsinin hesabına ödənişlər edilmişdir. İş materiallarında olan 22 dekabr 2011-ci il tarixli qəzin surətindən görünür ki, X21 1050 (bir min əlli) manat Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin hesabına 2006-cı il üçün torpaq haqqı vergisi ödəmişdir. - 22.07.2016-cı il tarixli, 067 saylı Bakı şəhəri Sabunçu Rayonu Balaxanı Bələdiyyəsi tərəfindən X11 ünvanlanmış məktubdan görünür ki, 30 dekabr 2006-cı il tarixdə İddiaçı1 ayrılmış torpaq sahəsi cizgidə nəzərdə tutulan sahə ilə üst-üstə düşür, torpağın birdəfəlik rüsumu ödənilmiş və illik vergi vaxtı-vaxtında ödənildiyi qeyd edilmişdir. - Bakı şəhəri Cavabdeh4 Başçısının İ müavini 28 fevral 2020-ci il tarixli, 1/96 saylı məktubun surətindən görünür ki, Balaxanı Bələdiyyəsindən aldığımız məlumata əsasən Ağaraz Əlipaşa oğlu Cavabdeh4 Başçısının 9/55 saylı, 14.04.1192-ci il tarixli qərarı əsasında ona ayrılmış torpaq sahəsindən istifadə edərək fərdi yaşayış evi inşa etmişdir. Ağarza Əlipaşa oğu həmin qərardan təkrar istifadə edərək başqa ərazidə də torpaq sahəsi zəbt edərək həmin torpaq sahəsini özəlləşdirmişdir. Mübahisəli həmin torpaq sahəsi Bakı şəhəri Cavabdeh4 Başçısının 9/55 saylı, 17 aprel 1992-ci il tarixli qərar əsasında ayrılmış torpaq sahəsi deyil, həmin torpaq sahəsi Balaxanı Bələdiyyəsinin tərəfindən İddiaçı1 İnqilab qızına ayrılmış torpaq sahəsi ilə üst-üstə düşür. -4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 13 noyabr 2015-ci il tarixli, AZ-İ seriyalı, 777018 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Ağarza Əlipaşa oğlu 08.11.2015-ci il tarixdə ölmüşdür. -Cavabdeh1 Bakı şəhəri 16 saylı Notariat Kontoruna ərizə ilə müraciət edərək vərəsəlik işinin aşılmasını xahiş etmişdir. 02.03.2016-cı il tarixli 16 saylı Notariat Kontoru tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə ünvanlanmış məktubunda görünür ki, Ağarza Əlipaşa oğlu 08.11.2015-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsə Cavabdeh1 Ağ-Rza oğlunun ərizəsi əsasında tərəfimizdən vərəsəlik işi açılmışdır. Və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Bakı şəhəri Sabunçu rayonu, Balaxanı qəsəbəsi, sahə 110 ünvanda yerləşən 0.12 ha torpaq sahəsinə dair çıxarış verilməsi xahiş olunmuşdur. -Azəbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ******* nömrəli, RX seriyalı çıxarışın surətindən görünür ki, ünvan 7 26.04.2016-cı il tarixdə Ağarza Əlipaşa oğlu mülkiyyətçi kimi qeydiyyata alınmışdır. -10 may 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, ünvan 7 ünvanında ümumi sahəsi 0.114 kv/m olan torpaq sahəsi Ağarza Əlipaşa oğlundan Cavabdeh1 miras əmlak kimi qeydə alınmışdır. - Azəbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 05 may 2021-ci il tarixli, **********40 nömrəli arayışdan görünür ki, ünvan 7də yeləşən 0.1140 ha torpaq sahəsi Bakı şəhəri Cavabdeh4 başçısının 17.04.1992-ci il tarixli 9/55 nömrəli qərarına (qərarda 110 saylı sahə kimi qeyd edilib), Bakı şəhəri 16 saylı Notariat Kontorunun 02.03.2016-cı il tarixli 200 nömrəli vərəsəlik məktubuna, Sabunçu rayon İcra Hakimiyyət Başçısının 17.10.2007-ci il tarixli 4374 nömrəli arxiv arayışına əsasən 26.04.2016-cı il tarixində ilkin olaraq Ağarza Əlipaşa oğlunun adına qeydiyyatdan keçmişdir. Sözügedən torpaq sahəsi Bakı şəhəri 16 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş, 10.05.2016-cı il tarixli, 2V-69 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 17.05.2016-cı il tarixdə vərəsə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. -AN – İ seriyalı, ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqısı müqavilənin surətindən görünür ki, 26008.2016-cı il tarixdə Cavabdeh1 ünvan 7də yeləşən 0.1140 ha torpaq sahəsi X1. - Daşınmaz Əmlakın Alqı-Satqısı müqavilənin surətindən görünür ki, 15.07.2020-ci il tarixdə X16 ünvan 7də yeləşən 0.1140 ha torpaq sahəsini X2. -Azəbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ******* nömrəli, RX seriyalı çıxarışın surətindən görünür ki, ünvan 7 26.08.2016-cı il tarixdə X16 mülkiyyətçi kimi qeydiyyata alınmışdır. -Azəbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 7 06.08.2016-cı il tarixdə X18 mülkiyyətçi kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsin əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddia tələbinin bir hissəsini əhatə edən ünvan 7də yerləşən torpaq sahəsinə dair Ağarza Əlipaşa oğlunun adına verilmiş 26.04.2016-cı il qeydiyyat tarixli, **********64 reyestr nömrəli, Seriya RX № ******* saylı Çıxarışın etibarsız hesab edilməsi tələbina dair məhkəmə aidiyyəti qaydaları pozulmuşdur. Belə olan halda, məhkəmə iddia tələbinin həmin hissədə məhkəmə aidiyyəti qaydalarının pozulması səbəbindən Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 261.0.1.ci maddəsini rəhbər tutaraq 19.05.2021-ci il tarixli, 2(008)-2592/2021 saylı Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin qərardadı ilə mülki işin icraatına xitam vermişdir. Məhkəmə qanunvericiliyin tələbləri nəzərə alaraq hesab edir ki, nə qədər ki, 26.04.2016-cı il qeydiyyat tarixli, **********64 reyestr nömrəli, Seriya RX № ******* saylı çıxarışın öz hüquqi qüvvəsi vardır, yəni qanunvericiliyə əsasən məhkəmə qərarı əsasında ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir, həmin çıxarışa əsasən 16 saylı Notariat Kontoru tərəfindən Cavabdeh1 adına verilmiş 12.05.2016-ci il tarixli, reystrdə 2V- 69 nömrə ilə qeydə alınmış “Qanuni üzrə vərəsəlil hüququ haqqında” Şəhadətnamə etibarsız hesab edilə bilməz. Məhkəmə iddia tələbinin cavabdehlərin əməllərində cinayətin tərkib əlamətlərinə işarə edən kifayət qədər dəlillər olduğundan prokurora bu barədə məlumat verməklə barələrində xüsusi qərardad qəbul edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hisədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, dövlət rüsumunun ödənilməsi ilə bağlı tələb olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 16 saylı Notariat Ofisinə və ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı 3cü şəxslər Cavabdeh4, Sabunçu rayonu Balaxanı Bələdiyyəsi, X23, X5 olmaqla Cavabdeh1 adına verilmiş 12.05.2016-cı il tarixli, reyestrdə 2V-69 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi, həmçinin cavabdehlərin əməllərində cinayət tərkib əlamətlərinə işarə edən kifayət qədər dəlillər olduğundan prokurora bu barədə məlumat verməklə barələrində xüsusi qərardad çıxarılması tələbinə dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-2592/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2592/2021
19.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver