Məhkəmə qərarları › İş №2(008)-2647/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-2647/2025

25.02.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-2647/2025 25.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X3 qızının katibliyi ilə, İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiqi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiqi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında Bakı 15 saylı Mediasiya Təşkilatında bağlanmış, MŞB/MT015/2024-0178/02 nömrəli, xx.xx.2024-cü il tarixli Barışıq sazişinin xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs barışıq sazişi bağlandığı gündən etibarən hər ay, 300 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi hissəsində məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, mülki işin baxılmamış saxlanılaraq, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı mülki işin baxılmamış saxlanılaraq iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən məhkəmə hesab edir ki, mülki iş üzrə iddia baxılmamış saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiqi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar