Məhkəmə qərarları › İş №2(008)-2665/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2665/2025

25.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2665/2025 25.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı X2, Cavabdeh iştirakları ilə, İddiaçı X2 Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı X4 Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1989-cu ildə Naxçıvan MR, Şərur rayonu, Daşarx kəndində doğulmuş Cavabdeh xx.xx.2015-ci ildə Bakı şəhərində doğulmuş X9 atası olmasının müəyyən edilməsi, Cavabdeh onun xeyrinə övladı xx.xx.2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət olunduğu tarixdən hesablanmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.62 misli həddində sabit pul məbləğində alimentin tutulması, mediasiya xərci kimi 60 (altmış) manat, iddia ərizəsi vermək üçün ödənilmiş dövlət rüsumu 40 (qırx) manatın, cəmi 100 manatın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2009-cu ildə X11 ilə qeyri-rəsmi nikah münasibətlərinə daxil olaraq ailə həyatı qurmuşdur. Bu nikahdan Binə qəsəbəsində yaşadığı evdə xx.xx.2015-ci il tarixdə bir qız övladı doğulmuşdur. Maddi imkanı aşağı olduğundan övladını doğumu tibb müəssisəsində deyil, ev şəraitində dayısı yoldaşının və xalasının köməkliyi ilə baş tutmuşdur. Uşağın adını Günay deyə çağırmışlar. Daha sonra məhkəmə qətnaməsi əsasında qızının doğum faktı müəyyən edilmişdir və doğum haqqında şəhadətnamə almışdır. Uşağın bioloji atası Cavabdeh olsa da o atalıq verməmiş, dəfələrlə təkid etməsinə baxmayaraq atalığı verməkdən yayınmışdır. Bununla bağlı mediasiya mərhələsi ilə bağlı ona rəsmi təklif vermiş, cavab almadığından mediasiya şurasına ərizə ilə müraciət etmişdir. Mediasiya mərhələsində cavabdeh iştirak etsə də, atalığı vermək üçün şərt irəli sürmüş, iki uşaq üçün cəmi 350 manat aliment verməsi müqabilində atalığı qəbul edəcəyini bildirmiş, daha yuxarı aliment məbləği tələb olunduğuna görə atalığı verməkdən imtina etmişdir. Bu səbəbdəndir ki, uşaq rəsmi nikah olmayan şəxslərdən doğulduğuna görə qeydiyyat şöbəsi tərəfindən onun şəhadətnaməsində ata adı yazılmamış və ata qrafasında ata adı ana soyadı ilə şərti olaraq qeyd edilmişdir. Daha sonra iddiaçı X4 xx.xx.2025-ci il tarixdə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, xx.xx.1989-cu ildə Naxçıvan MR, Şərur rayonu, Daşarx kəndində doğulmuş Cavabdeh xx.xx.2015-ci ildə Bakı şəhərində doğulmuş X9 atası olmasının müəyyən edilməsi və uşağın doğum akt qeydində soyadının “Qurbanova” kimi qeyd edilməsi, Cavabdeh onun xeyrinə övladı xx.xx.2015-ci il təvəllüdlü Qurbanova (Əliyeva) Günay Şadman qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət olunduğu tarixdən hesablanmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.62 (sıfır tam yüzdə altmış iki) misli həddində sabit pul məbləğində alimentin tutulması, mediasiya xərci kimi 60 (altmış) manat, iddia ərizəsi vermək üçün ödənilmiş dövlət rüsumu 40 (qırx) manatın, cəmi 100 (yüz) manatın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X4 iddia tələbini müdafiə etdi, iddia ərizəsinin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək, bildirmişdir ki, cavabdeh mediasiya prosesi zamanı atalığın verilməsi üçün ona alimentlə bağlı şərt kəsmişdir. Odur ki, mediasiyada razılıq əldə edilməmişdir. Məhkəmə iclasında Cavabdeh bildirmişdir ki, iddiaçı ona xəbər vermədən özü gedib uşağa şəhadətnamə almaq istəmişdir. Mediasiya prosesi zamanı bundan xəbəri olmuşdur. Amma yenə də mediasiyada razılaşma əldə olunmamışdır. Uşağın atası olması faktını təsdiq etsə də, alimentin ödənilməsinə etirazını bildirmişdir. Belə ki, hazırda Günaydan əlavə iki uşağı da var. Hətta Rəhim adlı övladı autizim xəstəliyindən əziyyət çəkir. Aliment təyin edilərkən göstərilən bu halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Aylıq gəliri 600-700 manat olur. 100 manat aliment ödəmək imkanı var. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - AZ-İV seriyalı 596354 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X13 xx.xx.2015-ci il tarixdə doğulmuşdur, atası X18, anası X10r. - AZ-İİ seriyalı 394853 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X5 ilə X14 xx.xx.2020-ci il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 632 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvad Mustafazadə soyadını qəbul etmişdir. - AZ-İV seriyalı 740507 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 xx.xx.2022-ci il tarixdə doğulmuşdur, atası Cavabdeh, anası X1r. - “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” MŞB/8/2025-00214 nömrəli xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X6 və Cavabdehs oğlu ilkin mediasiya sessiyasında iştirak etmişlər. X6 ilkin mediasiya sessiyasında 50 manat mediasiya və 10 manat poçt-kargüzarlıq xərci ödəmişdir. - Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli 3-16-5/8-15- 116/25 nömrəli məktubundan görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X9 atası olması iddia edilən şəxs atalığın müəyyən edilməsi üçün qeydiyyat şöbəsinə gəlmədiyindən və valideynlərin birgə ərizə verməsi mümkün olmadığından atalığın müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməli olması X3 izah edilmişdir. - xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 40.6 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 43-cü maddəsinə əsasən valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. 48-ci maddəsinə əsasən bu Məcəllənin 44-45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh ilə X4 faktiki nikah münasibətində olmuşlar, onların birgə yaşadıqları müddətdə, xx.xx.2015-ci il tarixdə Günay adlı uşaqları doğulmuşdur. Hazırda iddiaçı cavabdehin birgə münasibətdən doğulmuş uşağın atası olmasının müəyyən edilməsi və uşağın saxlanılması üçün aliment tutulmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh iddia tələbini atalığın müəyyən edilməsi hissəsində etiraf edərək, izahatında və yazılı ərizədə xx.xx.2015-ci il təvəllüdlü X9 atası olmasını təsdiq etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X9 atası olması faktı müəyyən edilməlidir. Məhkəmə alimentlə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyasının: 3-cü maddəsin əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə, həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli Qərarının 1.2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilmişdir: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. İş materiallarından görünür ki, X4 xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.62 misli həddində sabit pul məbləğində alimentin cavabdehdən alınıb ona verilməsini xahiş etmişdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə, alimentin məbləğini müəyyən edərkən uşağın və iddiaçının mənafeyi ilə yanaşı cavabdehin də mənafeyini nəzərə alır. Məhkəmə, cavabdehin himayəsində xx.xx.2022-ci il təvəllüdlü X7 olmasını, sonuncunun autizm xəstəsi olmasını, iddiaçının yanında qalan digər uşağa görə aliment ödəməsini, qanunvericiliyin tələblərini, həmçinin, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli Qərarındakı mövqeyi nəzərə alaraq belə qənaətə gəlir ki, xx.xx.2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.50 (200:400) misli həddində sabit pul məbləğində aliment iddiaçı X2 xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçının atalığın müəyyən edilməsi və aliment tələbi ilə bağlı iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Ona görə məhkəmə hesab edir ki, qətnamə alimentin alınmasına dair hissədə dərhal icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X9 atası olması faktı müəyyən edilməli, uşağın doğum haqqında akt qeydində soyadı “Qurbanova”, ata qrafasında “Cavabdeh” qeyd edilməli, xx.xx.2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.50 misli həddində sabit pul məbləğində aliment iddiaçı X2 xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməli, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməli, Cavabdeh 60 manat mediasiya xərcinin yarısı 30 manat, 40 manat dövlət rüsumunun yarısı 20 manat tutularaq iddiaçı X3, 60 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X9 atası olması faktı müəyyən edilsin. Uşağın doğum haqqında akt qeydində soyadı qrafasında Qurbanova, ata qrafasında Cavabdeh qeyd edilsin. xx.xx.2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.50 misli həddində sabit pul məbləğində aliment iddiaçı X2 xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh 60 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdeh 60 manat mediasiya xərcinin yarısı 30 manat, 40 manat dövlət rüsumunun yarısı 20 manat tutularaq iddiaçı X3 ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar