Məhkəmə qərarları › İş №2(008)-2673/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-2673/2022

06.07.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-2673/2022 06.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 17 saylı Notariat Ofisi, Cavabdeh3 və DaşınmAZ Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ƏrAZi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Bakı şəhəri 17 saylı Notariat Ofisi, Cavabdeh3 və DaşınmAZ Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ƏrAZi İdarəsinə qarşı məhkəmədə iddia qaldıraraq Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2687 A saylı bağ sahəsinə dair AZərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DaşınmAZ Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Şəhər ƏrAZi İdarəsi tərəfindən Əliyev Aydın Babaş oğlunun adma verilmiş xx.xx.2022-ci il tarixli reyestr nömrə **********12 və qeydiyyat nömrəsi ********** olan çıxarışın, xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüquqi haqqında şəhadətnamənin və Cavabdeh3 adına reyestr nömrə **********12 və qeydiyyat nömrəsi ********** olan çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını və iddia ərizəsinə əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, AZərbaycan Respublikasının MPM-nin: 259.0.11-ci maddəsinə müvafiq olaraq, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır; 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlara əsaslanaraq və AZərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 17 saylı Notariat Ofisi, Cavabdeh3 və DaşınmAZ Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ƏrAZi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar