Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2694/2023 27.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı «lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, “İddiaçı MMC ilə bağlanmış xx.xx.2019-cu il tarixli, MAS-1120 saylı “Daxili Lizinq” müqaviləsi ləğv edilməsi, lizinq obyekti olan 2019-cu il buraxılışlı, “Khazar SD” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı, NVAWO1HHFKE166736 ban nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-nə geri qaytarılması, Cavabdeh 30 iyul 2019-cu il tarixli MAS-1120 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 09 fevral 2023-cü il tarixə 1690.98 manat gecikdirilmiş əsas, 226.08 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 362.68 manat dəbbə pulu, cəmi 2279.74 manat borc və ödənilmiş 100.40 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X3 arasında bağlanmış 30 iyul 2019-cu il tarixli MAS-1120 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən 2019-cu il buraxılışlı, “Khazar SD” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE166736 ban nömrəli, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 17 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 383.77 manat, ümumilikdə isə 18421 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18421 manatın 13300 manatı əsas məbləğ təşkil edir. 12 mart 2022-ci il tarixdə X3, Cavabdeh və İddiaçı MMC arasında “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və MAS-1120 saylı “Daxili Lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürərək lizinq obyekti olan “Khazar SD” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. Daxili lizinq müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığı üçün Cavabdeh MAS-1120 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən 09 fevral 2023-cü il tarixə ümumilikdə 2279.74 manat borcu yaranmışdır. “Daxili lizinq” müqaviləsi və Ödəniş cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, iddiaçının nümayəndsəi ərizə ilə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli MAS-1120 saylı X5 əsasən X1 ilə 2019-cu il buraxılışlı, “Khazar SD” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE166736 ban nömrəli, ağ rəngli avtomobil 13300 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin 17 faizlə 48 ay müddətinə müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. MAS-1120 saylı xx.xx.2019-cu il tarixli daxili lizinq müqaviləsinin 1 saylı əlavəsinin surətindən görünür ki, X4 13.300 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Azərmaş MMC mülkiyyətində olan KHAZAR SD markalı, ** PD *** dövlət qeydiyyat nişanlı avtomobili X3 təhvil almışdır. İddiaçı MMC, X3 və Cavabdeh arasında bağlanmış MAS-1120 saylı, xx.xx.2022-ci il tarixli öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, xx.xx.2019-cu il tarixli MAS-1120 saylı “Daxili lizinq" müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, Azərmaş MMC mülkiyyətində olan KHAZAR SD markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh təhvil almışdır. MAS-1120 saylı X5 3 saylı Əladən görünür ki, 43 aylıq ödəniş cədvəli müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixə gecikdirilmiş əsas borc, gecikdirilmiş mükafat borcu və həmin günə gecikdirməyə görə hesablnamış dəbbə pulu 1690.98 manat əsas borc, 226.08 manat mükafat borcu, 362.68 manat cərimə, cəmi 2279.74 manat borc məbləği hesablanmışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdehna xx.xx.2023-cü il tarixdə ünvanlanmış xəbərdarlıqdan müəyyən edilir ki, cavabdeh yaranmış borcun tez bir zamanda ödəmədiyi təqdirdə, müqavilənin ləğv edilməsi və pulun tutulması üçün lizinq şirkəti tərəfindən qanunamüvafiq tədbirlərin görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, muəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəllənin 748-1.12-748-1.12.4-cü maddələrinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-1.5-cı maddəsinə əsasən Lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-1.5-cı maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-9-cu maddəsinə əsasən əgər lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın günahı üzündən lizinq obyektinin itirilməsi və ya lizinq obyektinin öz funksiyalarının itirməsi lizinq alanı lizinq müqaviləsi üzrə öhdəliklərindən azad etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 750-ci maddəsinə əsasən Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Həmin Məcəllənin 748.2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748.2.3-cü maddəsinə əsasən lizinq verən bu Məcəllənin 748-1.11ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. Həmin Məcəllənin 748-1.11-ci maddəsinə əsasən əgər lizinq alan lizinq verənin yazılı razılığı olmadan lizinq obyektini öz vəsaiti hesabına yaxşılaşdırıbsa və bu lizinq obyektinə zərər vurmadan ayrıla bilmirsə, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan bu yaxşılaşdırmaların dəyərinin ona ödənilməsini tələb etmək hüququna malik deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə təsdiq edildi ki, İddiaçı MMC ilə X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli MAS- 1120 saylı “Daxili lizinq” müqaviləsinə və ona əlavə edilmiş xx.xx.2022-ci il tarixli öhdəliklərin ötürülməsi müqaviləsi əsasən 13300 manat dəyərində olan “Khazar SD” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Sözügedən müqavil üzrə iddiaçı öhdəliklərini icra etsədə cavabdeh tərəfindən öhdəliklər lazımı qaydada icra edilmədiyindən, iddiaçı müqavilə bağlayan zaman ümid etməyə haqqı çatanlardan xeyli məhrum olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsi ləğv edilməli, lizin obyekti olan 2019-cu ilk buraxılışlı, “khazar SD” markalı 77- PD-368 dövlət qeydiyyat nişanlı NVAW01HHFKE166736 ban nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılmalı, müqavilə üzrə ödənilməli borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Lakin məhkəmə cavabdehdən tutulmalı olan 362.68 manat dəbbə puluna diqqət yetirərək qeyd edir ki, dəppə pulu əsas mələğə münasibətdə şişirdilmiş olduğundan, dəbbə borcun məbləği azaldılaraq 50 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi qismən təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100.40 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalısı hissəsində qismən təmin edilməli, 39.7 (otuz doqquz manat, yetmiş qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci, 227, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı MMC ilə bağlanmış xx.xx.2019-cu il tarixli, MAS-1120 saylı “Daxili Lizinq” müqaviləsi ləğv edilsin. Lizin obyekti olan 2019-cu ilk buraxılışlı, “khazar SD” markalı 77- PD-368 dövlət qeydiyyat nişanlı NVAW01HHFKE166736 ban nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılsın. Cavabdeh 1690.98 (min altı yüz doxsan manat, doxsan səkkiz qəpik) manat məbləğində əsas borc, 226.08 (iki yüz iyirmi altı manat, səkkiz qəpik) manat gecikdirilmiş mükafat, 50 (əlli) manat cərimə, cəmi 1967.06 (min doqquz yüz altmış yeddi manat, altı qəpik) manat borc və 39.7 (otuz doqquz manat, yetmiş qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-2694/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2694/2023
27.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver