Məhkəmə qərarları › İş №2(008)-2699/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2699/2023

03.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2699/2023 03.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı «lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli MAS-3614 saylı «Daxili lizinq» müqaviləsinin ləğv edilməsi, Cavabdeh xx.xx.2021-ci il tarixli MAS-3614 saylı «Daxili lizinq» müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2022-ci il tarixə 479,04 manat əsas, 374,75 manat mükafat və həmin günə hesablanmış 325,77 manat dəbbə pulu, lizinq obyekti olan “Khazar SD” minik markalı, **- PT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 893 manat, ümüumilikdə 2072,56 manat borc və 100 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, “Azərmaş" MMC ilə X6 arasında bağlanmış 21 aprel 2021-ci il tarixli MAS-3614 saylı “Daxili lizinq" müqaviləsinə əsasən lizinq alanın sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME321372 ban nömrəli, qara rəngli avtomobil 16700 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 23 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 426.28 manat, ümumilikdə isə 23862 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 23862 manatın 16700 manatı əsas məbləğ təşkil edir. 01 iyul 2021-ci il tarixdə X6, X3 və İddiaçı MMC arasında MAS-3614 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 21 aprel 2021-ci il tarixli MAS-3614 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri T.Süleymanov öz üzərinə götürmüşdür. 09 iyun 2022-ci il tarixdə X3, Cavabdeh və İddiaçı MMC arasında MAS-3614 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 21 aprel 2021 -ci il tarixli MAS-3614 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Cavabdeh tərəfindən şirkətə sonuncu ödəniş 08 oktyabr 2022-ci il tarixdə 250 manat məbləğində olmuşdur. İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil 23 noyabr 2022-ci il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Servis Mərkəsi tərəfindən tərtib edilmiş qüsura aktına əsasən lizinq obyekti olan avtomobilin təmir-bərpa xərcləri 893 manat təşkil edir. Eyni zamanda Cavabdeh 21 aprel 2021-ci il tarixli MAS-3614 saylı Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 23 noyabr 2022-ci il tarixə ümumilikdə 1179.56 manat gecikmə borcu yaranmışdır. “Daxili lizinq” müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İddiaçı Azərmaş MMC xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onların iştirakı olmadan baxılmağı və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. - “Azərmaş" MMC ilə X6 arasında bağlanmış 21 aprel 2021-ci il tarixli MAS-3614 saylı “Daxili lizinq" müqaviləsindən görünür ki, lizinq alanın sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME321372 ban nömrəli, qara rəngli avtomobil 16700 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. - xx.xx.2021-ci il tarixli “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 23 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 426.28 manat, ümumilikdə isə 23862 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. -xx.xx.2021-ci il tarixli təhvil təslim aktından görünür ki, alıcı 16700 manat məbləğində “Khazar SD” minik markalı, NVAW01HHFME321372 ban nömrəli, qara rəngli avtomobili tam həcmdə, tələb olunan keyfiyyətdə və tərəflər arasında razılaşdırılmış qaydada və müddətdə satıcı tərəfindən təhvil verilməsini təsdiq edir. Tərəflərin bir birinə heç bir iddiaları yoxdur və bu aktın imzalanması ilə lizinq obyekti lizinq alanın müvəqqəti sahibliyinə verilir. - xx.xx.2021-ci il tarixli, MAS-3614 saylı öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, 21 aprel 2021-ci il tarixli MAS-3614 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri T.Süleymanov öz üzərinə götürmüşdür. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, X4 istifadəsinə verilmiş saz vəziyyətində olan və Azərmaş MMC-nin mülkiyyətində olan KHAZAR SD markalı, 9-PT- 102 dövlət qeydiyyat nişanlı avtomobil X2 təhvil verilmişdir. - xx.xx.2022-ci il tarixli, MAS-3614 saylı öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, 21 aprel 2021 -ci il tarixli MAS-3614 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. - xx.xx.2023-ci il tarixli təhvil-təslim aktından görünür ki, X1 istifadəsinə verilmiş saz vəziyyətində olan və Azərmaş MMC-nin mülkiyyətində olan KHAZAR SD markalı, 9-PT- 102 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh təhvil verilmişdir. -İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziyadan müəyyən edilir ki, cavabdeh, 15 gün ərzində müqavilənin birtərəfli qaydada ləğv edilməsi və yaranmış borcun və onun üçün çəkilən xərclərin qaytarılması ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir; -17 fevral 2023-cü il tarixli mədaxil qəbzindən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən cavabdehə qarşı iddia ərizəsi üzrə cəmi 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - X7 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, “Khazar SD” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa işləri (ümumi xidmət haqqı 490 manat, ehtiyat hissələrinin ümumi dəyəri 403 manat olmaqla) 893 manat təşkil edir. -İddiaçı MMC-nin 13 fevral 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə əsas məbləğ üzrə 479,04 manat, 374,75 manat mükafat borcu, 325,77 manat cərimə, cəmi 1179,56 manat borcu yaranmışdır. Məhkəmə iclasına müəyyən edilmişdir ki, ilk öncə iddiaçı ilə Xəlilov Səbuhi arasında lizinq müqaviləsi bağlanmış, daha sonra “öhdəliklərin ötürülməsi” müqavilələrinin bağlanması nəticəsində son olaraq hazırki iş üzrə Cavabdeh lizinq müqaviləsi üzrə üzərinə öhdəliklər götürərək, lizinq obyektinə sahibliyi həyata keçirmiş və lizinq müqaviləsi üzrə ödənişləri tam ödəməyi öz üzərinə götürmüşdür. Lakin, cavabdeh ödənişləri gecikdirmiş və iddiaçıya borcu yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə lizinq müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, muəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə görə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 748-1.12, 748-1.12.4-cü maddələrinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.5-ci maddəsinə əsasən lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-6.1-ci maddəsinə əsasən lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əmlakı lizinq verənə verdiyi andan lizinq müqaviləsinin müddəti başa çatanadək lizinq obyektini itirilmə (məhv olma), çatışmazlıq və ya zədələnmə risklərindən sığortalamalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinə əsasən, cavabdeh həmin müqavilə üzrə lizinq obyektindən istifadə hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında müəyyən edilmiş lizinq ödənişlərinin ödənilməsi vəzifəsinin daşıyıcısı olmuşdur. Cavabdeh lizinq obyektindən istifadə hüququndan istifadə etmiş, lakin ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu lizinq ödənişlərini vaxtında və lazımi qaydada icra etməmişdir. Buna görə də, cavabdeh göstərilən ödənişləri iddiaçının xeyrinə ödəməyə borcludur. Məhkəmə həmçinin iddianın 325,77 manat məbləğində dəbbə pulunun ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı lizinq müqaviləsinin ləğvini tələb etməkdə də haqlıdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı lizinq müqaviləsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, tərəflər arasında bağlanmış müqavilə ləğv edilməlidir. Eyni zamanda məhkəmə avtomobilə dəymiş zərərin cavabdehdən tutulması hissəsində qeyd edir ki, Mülki Məcəllənin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Beləliklə, X7 tərəfindən tərtib olunmuş qüsur aktına əsasən müəyyən olunmuş 893 manat maddi zərərin əvəzi də cavabdehdən tutulmalıdır. Məhkəmə həmçinin iddianın 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, lizinq borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Azərmaş MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli MAS-3614 saylı “daxili lizinq” müqaviləsi ləğv edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli MAS-3614 saylı «Daxili lizinq» müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 479 (dörd yüz yetmiş doqquz) manat, 4 (dörd) qəpik əsas, 374 (üç yüz yetmiş dörd) manat, 75 (yetmiş beş) qəpik mükafat və həmin günə hesablanmış 325 (üç yüz iyirmi beş) manat ,77 (yetmiş yeddi) qəpik dəbbə pulu, lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 893 (səkkiz yüz doxsan üç) manat, ümumilikdə 2072 (iki min yetmiş iki) manat, 56 (əlli altı) qəpik borc və 100 (yüz) manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar