Məhkəmə qərarları › İş №2(008)-2770/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2770/2021

06.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2770/2021 06.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Rəhmanov Cahid Faiq oğlunun katibliyi, Ərizəçi Ərizəçi iştirakları ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsi olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsi olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, nikah haqqında şəhadətnamənin, ölüm haqqında şəhadətnamənin və X12 haqqında müqavilə sənədinin atası X1, yəni eyni şəxsə məxsus olması faktı müəyyən edilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, X12 haqqında 23531 saylı müqavilə ərizəçi Ərizəçi atası X1 məxsus olması faktı müəyyən edilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, onun atası X3 xx.xx.2014-cü ildə Bakı şəhərində vəfat etmişdir. Hal-hazırda atasından onlara qalmış əmlakın özəlləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarədən onun atasına aid olan bütün sənədlərində ata qrafasında Balaqardaş yazıldığı halda, 1536 saylı bağa dair X12 haqqında 23531 saylı müqavilədə X4 qeyd edildiyini səbəb gətirərək müraciətinə imtina edilmişdir. Halbuki, atasına aid olan nikah haqqında şəhadətnamədə və ölüm haqqında şəhadətnamədə onun ata qrafasında atasının adı “Balaqardaş” kimi qeyd edilmişdir. Məhz buna görə də atasından qalmış miras əmlakın onun adına özəlləşdirilməsindən imtina edilmiş və ona məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Ona görə də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək, X12 haqqında 23531 saylı müqavilə ərizəçi Ərizəçi atası X1 məxsus olması faktı müəyyən edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsinə məlumat verilmiş, lakin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iclasında iştirak edən şahid Əsgər-zadə Mehdi Seyfulla oğlu öz izahatında bildirdi ki, o, ərizəçinin qonşusudur. Onun bağı evinin nömrəsi 1147-dir. Qonşuluqda olan bağ X1 məxsusdur. Hasarsız bağdır, ev yoxdur. Amma ara-sıra bağa gəlirlər. Ərizəçinin babasının adı Balaqardaş olmuşdur. Məhkəmə iclasında iştirak edən şahid X10 öz izahatında bildirdi ki, ərizəçinin qonşusudur. Onlar 1969-cu ildən bu ailə ilə qonşudurlar. Onun bağ evi 1661 nömrəli bağ evidir. Ərizəçi uşaqlıqdan o bağa atası ilə gəlib gedərdi. Bağın hasarı yoxdur, içində də ev yoxdur. Məhkəmə iclasında iştirak edən şahid X5 öz izahatında bildirdi ki, ərizəçinin qonşusudur. Bağın mülkiyyətçisi kimi X3 tanımışdır. Bağın hasarı yoxdur, içində də ev yoxdur. Məhkəmə, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş X12 haqqında 23531 nömrəli, xx xxxxxx 1991-ci il tarixli müqavilənin surətindən görünür ki, 1536 nömrəli bağ sahəsi X7 icarə üçün təhvil verilmişdir. -Bakı şəhəri 39 saylı Notariat Ofisinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı məktubdan görünür ki, Ərizəçi miras qoyanın vərəsəsi olması barədə məlumat verilmiş və ünvan ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə dair çıxarış verilməsi xahiş edilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Ərizəçi ünvanlanmış məktubun surətindən görünür ki, 1536 saylı bağa dair X12 haqqında 23531 saylı müqavilədə X3 deyil, X4 qeyd edildiyindən müraciətdən imtina edilmişdir. - 1990-cı ilin may ayında tərtib olunmuş Lenin rayonu Kürdəxanı XDS-nin deputatı Mirzəyev B.A. və Bağlar Birliyinin mühəndisləri tərəfindən tərtib edilmiş aktdan görünür ki, bağa baxış keçirilmiş və bağ sahəsinin X3 həmin bağ sahəsinə bağ müqaviləsi ala bilməsə də, onun istifadəsində olmuşdur. -Vətəndaşların vəziyyəti aktları qeydiyyatı şöbəsi tərəfindən verilmiş İ-ЖГ seriyalı, 336393 nömrəli nikah haqqında şəhadətnaməsinin surətindən görünür ki, X3 ilə X2 ilə xx xxxx 1975-ci il tarixdə nikaha daxil olmuşlar. - Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsinin AZ-İ seriyalı, 111128 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx xxxxxx 2004-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ali Məhkəmənin xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.2-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Həmin qərarın 6.3-cü maddəsinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə araşdırması zamanı, o cümlədən mülki işin materiallarına əlavə olunmuş aktdan, nikah haqqında şəhadətnamənin surətindən, ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Novruzov Novruzun ata adı Baba deyil, Balaqardaşdır. Belə ola halda məhkəmə hesab edir ki, X12 haqqında 23531 saylı müqavilə ərizəçi Ərizəçi atası X1 məxsus olması faktı müəyyən edilmələlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və Ərizənın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X12 haqqında 23531 saylı müqavilə ərizəçi Ərizəçi atası X1 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar