Məhkəmə qərarları › İş №2(008)-2829/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2829/2024

11.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2829/2024 11.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X24 qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili Yusubov Orxan Hümbət oğlunun iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh 4 saylı Bakı Cavabdeh Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh 4 saylı Bakı Cavabdeh Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi” tələbinə dair məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, S.Şuşinski küçəsi 2 nömrəli evin 13 nömrəli mənzilə dair X10, ardınca hər birinin ayrılıqda müvafiq payda (1\3 hissədə) və hər birinin adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinin verilməsi öhdəliyi cavabdeh 4 saylı Bakı Cavabdeh Notariat Ofisinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, mərhum X15 iddiaçılar İddiaçı1 və İddiaçı2 doğma atası, İddiaçı3 isə əri olmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, S.Şuşinski küçəsindəki 2 nömrəli evin 13 nömrəli mənzili 19 iyul 2019-cu il tarixdə vəfat etmiş mülkiyyətçi X16 mərhum X10 xalası olmuşdur. X16 19 iyul 2019-cu il tarixdə, onun yeganə övladı və qanun üzrə vərəsəsi olan X7 isə mirası qəbul etmədən 19 oktyabr 2019-cu il tarixdə vəfat etmişdir. X6 vəfatından sonra Azərbaycan Respublikası MM-nin 1159.5-ci maddəsinə əsasən, beşinci növbədə vərəsə olan X15 Bakı şəhəri, Sabunçu rayonu, S.Şuşinski küçəsi 2 nömrəli evin 13 nömrəli mənzili faktiki qəbul etmiş və mənzil onun sahibliyində və istifadəsində olmuşdur. Bununla bağlı Valeriy Tixonov vərəsəlik hüququna dair müvafiq şəhadətnaməsinin alınması üçün 4 saylı Bakı Cavabdehnə müraciət etsə də, Mərkəzin notariusu tərəfindən bundan imtina edilmişdir. Sonradan X15 Sabunçu Rayon Məhkəməsinə «vərəsəlik hüququnun müəyyən olunması» tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, Sabunçu Rayon Məhkəməsinin 2(008)-1876/2020 nömrəli 15 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8568/2020 nömrəli 27 noyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, X15 19 iyul 2019-cu il tarixdə vəfat etmiş X3 üzrə vərəsəsi hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2843/2022 nömrəli 31 may 2022-ci il tarixli qərarı ilə 4 saylı Bakı Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Apellyasiya Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata işə məhz məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilmişdir. Belə ki, Ali Məhkəməsinin 31 may 2022-ci il tarixli qərarın 9-cu vərəqində olan 45-ci bəndində qeyd olunur ki, « Hazırkı işdə iddiaçının miras qoyanla qohumluq münasibətlərinin təsdiq edən vətəndaşlıq vəziyyəti aktları və akt qeydlərindən çıxarışlar vardır və vərəsə hesab edilməsinin məhkəmə təsdiqinə zərurət yoxdur. Belə olduğu təqdirdə iddia tələbi məhkəmədə baxılan tələblərə aid deyildir.». Yəni qanuni qüvvəyə minmiş aktı ilə müəyyən olunmuşdur ki, iddiaçı Valeriy Tixonovun miras qoyan Lidiya Gerasimenko ilə qohumluq münasibətlərinin təsdiq edən vətəndaşlıq vəziyyəti aktları və akt qeydlərindən çıxarışlar artıq mövcuddur, bu münasibətlərinin müəyyən edilməsinə zərurət yoxdur, sadəcə olaraq bu məsələyə məhkəmədə baxılmalı deyil və müvafiq notarius tərəfindən həll edilməlidir. X15 07 may 2022-ci il tarixdə vəfat etmiş, onun qanun üzrə vərəsə olmaqlarına dair onlara müvafiq şəhadətnamələr verilmişdir. İddiaçılar, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2843/2022 nömrəli 31 may 2022-ci il tarixli qərarının yuxarıda qeyd olunan müddəalarına əsaslanaraq, cavabdeh 4 saylı Bakı Cavabdeh Notariat Ofisinə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, S.Şuşinski küçəsindəki 2 nömrəli evin 13 nömrəli mənzilə dair Valeriy Tixonovun, ardınca isə hər birinin ayrılıqda müvafiq payda (1\3 hissədə) və hər birinin adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinin verilməsini xahiş etmiş, lakin cavabdeh bundan imtina etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili Nümayəndə və İddiaçı3 iddia tələblərinin dəqiqləşdirilməsi barədə xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, X8 beşinci nöbvə vərəsəsi qismində Bakı şəhəri, Sabunçu rayonu, S.Şuşinski küçəsindəki 2 nömrəli evin 13 nömrəli mənzilə dair X10, ardınca isə müvafiq payda (1/3 hissədə) iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 hər birinin adına X12 münasibətdə birinci növbə qanunun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi öhdəliyi cavabdeh 4 saylı Bakı Cavabdeh Notariat Ofisinin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, 2 dəfə apellyasiya instansiyasında iddiaçının xeyrinə qətnamə qət edildiyini, apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Gerasimenko Sergey notariusa müraciət etsə də, mirası qəbul edənədək vəfat etdiyi üçün və yoldaşı, uşaqları olmadığından irsi transmisiya ona münasibətdə tətbiqinə əsas görməmişdir. Belə olan halda iddiaçılar 5-ci növbə vərəsə sayılmışdır. Azərbaycan Respublikası Ali Məhkəmədə prosessual əsaslara görə qətnamə ləğv olunmuşdur. Yenidən Notariat Ofisinə müraciət edilsə də, imtina edilmiş və iddiaçılar notariusun mövqeyi ilə razılaşmır, hesab edirlər ki, iddiaları əsaslıdır və tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. - 02 dekabr 1974-cü il tarixli, İ-ЖГ 298468 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X23 01 dekabr 1974-cü il tarixdə 77 yaşında vəfat etmişdir. - Suraxanı rayon VVADQ şöbəsi tərəfindən verilmiş 12 dekabr 2006-ci il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X22 06 dekabr 2006-cı il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 12 dekabr 2006-cı il tarixdə 1111 nömrəli akt qeydi tərtib olunmuşdur. - Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 iyun 2009-cu il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X19 12 iyun 2009-cu il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 16 iyun 2009-cu il tarixdə 577 nömrəli akt qeydi tərtib olunmuşdur. - 4 saylı Bakı Cavabdeh Qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 iyul 2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X16 19 iyul 2019-cu il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 22 iyul 2019-cu il tarixdə 1493 nömrəli akt qeydi tərtib olunmuşdur. - Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 20 noyabr 2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 19 oktyabr 2019-cu il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 20 noyabr 2019-cu il tarixdə 224 nömrəli akt qeydi tərtib olunmuşdur. - Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 iyun 2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X18 07 may 2022-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 01 iyun 2022-ci il tarixdə 932 nömrəli akt qeydi tərtib olunmuşdur. - 4 saylı Bakı Cavabdehndə yerləşən notariat ofisinin 2538, 2539, 2540 nömrəli, 24 oktyabr 2023-cü il tarixli cavab məktublarında bildirilmişdir ki, X10 iddiası üzrə məhkəmə işi aparılmış və AR Ali Məhkəməsinin 2(102)-2843/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2(103)-9524/2021 nömrəli qətnaməsi tamamilə ləğv olunaraq “xx.xx.2019-cu il tarixdə vəfat etmiş X8 və xx.xx.2019-cu il tarixdə vəfat etmiş X2 üzrə vərəsəsi olması barədə qətnamə qəbul edilməsi” tələbi üzrə məhkəmə icraatına xitam verilmişdir. Həçinin qeyd edilmişdir ki, sözü gedən miras əmlakı X1 Sergey Vladimiroviç tərəfindən “mirasın qəbulu” ərizəsi verilərək qəbul olunmuşdur. İşin hallarından isə aydın olur ki, mərhum Lidiya Gerasimenko, X10 anasının əmisi qızı idi. Lakin L.Gerasimenkonun vəfatından sonra, onun mərhum oğlu S.Gerasimenko anasından qalmış miras əmlakı qanuna müvafiq qaydada qəbul etmişdir. Belə olduğu halda artıq L.Gerasimenkonun vərəsələri yox, məhz S.Gerasimenkonun AR Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə müəyyənləşdirilmiş qanun üzrə vərəsələrin növbəlik hüququnun olub-olmaması yoxlanılmalıdır. Mərhum V.Tixonovun isə həmin maddi-hüquq norması ilə hesab oluna bilən növbəlik üzrə vərəsəlik hüququnun olması müəyyən olunmur. - Texniki İnventarlaşdırma və Mülkiyyət Hüququqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 073822 nömrəli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şuşinski küçəsi, 2 nömrəli evin, 13 nömrəli mənzili X9 adına xx.xx.2001-ci il tarixdə qeyda alınmışdır. - Qanun üzrə vərəsəlik hüququ haqqında 12 noyabr 2022-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 24 saylı notariat ofisinin xüsusi notariusu X20 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən xx.xx.2022-ci il tarixdə vəfat etmiş – X13 vərəsələri: Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan oğlu İddiaçı1 və Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan qızı İddiaçı2 hesab edilərək, onların hər biri miras əmlakdan ½ irs alması müəyyən edilmişdir. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə X17 verilmiş **********1-05101-093002 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 35.8 kv/m olan mənzildən ibarətdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2843/2022 nömrəli, xx.xx.2022-ci il tarixli iddiaçı X14 cavabdeh Bakı şəhəri 4 saylı “Asan Xidmət Mərkəzi” Notariat Ofisinə qarşı iş üzrə qərarından görünür ki, kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 noyabr 2021-ci il tarixli, 2(103)-9524/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata, işə məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. İş materiallarından göründüyü kimi xx.xx.2019-cu il tarixdə X8 ölümündən sonra oğlu X7 miras əmlakda yaşamaqla həm faktiki əmlakı idarə etməklə həm də notariat kontoruna ərizə verməklə mirası qəbul etmişdir. İddiaçılar istinad edir ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş Gerasimenko Sergeyin irsi transmissiya üzrə vərəsələrinin mirası qəbul etməməsi həmin mirası almaq hüququnun yenidən ondan əvvəl ölən anası Gerasimenko Lidiyanın vərəsələrinə keçməsi deməkdir. Lakin, qanunvericinin belə bir müddəasının olmaması iddianın bu dəlilinin əsassız olduğunu göstərir. Həmçinin Mülki Məcəllənin 1165.1-ci maddəsində iddiaçının göstərdiyi dəlilin tam əksi müəyyən olunaraq əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməmişdirsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilmişdirsə, vərəsələri olmayan əmlak dövlətə keçir. Həmçinin Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göründüyü kimi Gerasimenko Sergey xx.xx.2019-cu il tarixdə ölümüş X11 miras qalmış əmlakı faktiki idarə etməklə və bu barədə notariat kontoruna ərizə verməklə mirası qəbul etmiş lakin, şəhadətnamə alana kimi yəni xx.xx.2019-cu il tarixdə ölsə də, artıq o Mülki qanunvericiliyin tələblərinə uyğun olaraq mirası qəbul etmiş sayılır və miras onun mülkiyyəti hesab edilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, mərhum Gerasimenko Lidiya öldükdən sonra onun birinci növbəli vərəsəsi kimi oğlu Gerasimenko Sergeyin anasından qalan mirası qəbul etmək üçün müraciət etməsi, buna əsasən vərəsəlik işinin açılması, lakin onun mirası qəbul edənədək vəfat etməsi, qeyd olunan mirasdan pay almaq hüququnun irsi transmissiya üzrə artıq Gerasimenko Sergeyin vərəsələrinə keçməsi anlamına gəlir. Belə ki, Mülki Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). İddiaçılar X8 beşinci nöbvə vərəsəsi qismində Bakı şəhəri, Sabunçu rayonu, S.Şuşinski küçəsindəki 2 nömrəli evin 13 nömrəli mənzilə dair X10, ardınca isə müvafiq payda (1/3 hissədə) iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 hər birinin adlarına X12 münasibətdə birinci növbə qanunun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi öhdəliyini cavabdeh 4 saylı Bakı Cavabdeh Notariat Ofisinin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə hesab edir ki, X8 ölümündən sonra oğlu Gerasimenko Sergey mirası qəbul etdiyindən və miras əmlak artıq onun mülkiyyəti hesab olunduğundan, iddiaçılar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə müəyyən edilmiş qanun üzrə vərəsəlik zamanı vərəsə ola biləcək şəxslərin siyahısı üzrə Gerasimenko Sergeyə münasibətdə vərəsə sayıla bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə qeyd edilənlərə və Azərbayçan Respublikasının Mülki Prosesual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, Q ə t e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh 4 saylı Bakı Cavabdeh Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar