Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-2848/2023 03.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Əsədova Tahirə Əlif qızı, İddiaçı cavabdeh 4 saylı Bakı Cavabdehotariat Ofisinə qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh 4 saylı Bakı Cavabdehotariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum dayısı X1 miras qalmış Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndində nəzərdə tutulan 3 aylıq əmək haqqının azı 3 misli məbləğində pulun ona miras kimi qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbinin üzürlü sayılaraq uzadılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi forma və məzumununa riayət edilmədən verilmişdir Belə ki, iddiaçı tələbi hüquqi əhəmiyyətili olan faktın müəyyən edilməsi barədə olmasına baxmayaraq və hazırki tələb xüsusi icraat qaydasında verilməli olduğuna baxmayaraq, iddia icraatı qaydasında verilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsinin mənasına görə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı hüquqi əhəmiyyətili olan faktlara aid edilmişdir. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Odur ki, məhkəmə hesab edir ki, hazırki tələb ərizə formasında xüsusi icraat qaydasında verilməli, İddiaçı ərizəçi, 4 saylı Bakı Cavabdehotariat Ofisi isə maraqlı şəxs qismində göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin: 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 263.1-ci maddəsinə əsasən iş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Beləliklə hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinə riayət edilməməklə verildiyinə görə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, və 268-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddia ərizəsi icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-2848/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-2848/2023
03.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver