Məhkəmə qərarları › İş №2(008)-2849/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2849/2023

21.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2849/2023 21.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçı Həsənova (Hacıyeva) Müşfiqə Nurməmməd qızının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiyanın ödənilməsi və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeydiyyatda olmaqla yaşadıqları, istifadə hüquqlarının olduğu Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Aydınbəyov (sonrakı adı H.Araslı) küçəsi ev 1 mənzil 11-in onların icazələri olmadan satılması ilə əlaqədar cavabdeh X6 tərəfindən onlara 15000 manat məbləğində kompensasiya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, İddiaçı1 ilə mərhum Elman Hacıyev xx.xx.1993-cü il tarixdə nikaha daxil olmuşlar. Həmin nikahdan xx.xx.1994-cü il təvəllüdlü (digər iddiaçı) Solmaz Hacıyevə adlı övladları doğulmuşdur. Onlar əvvəl Bakı şəhəri 7-ci mikrorayonda yerləşən 10 saylı evdə yaşamış, 1995-ci ildə həmin evi sataraq Sabunçu rayonu Sabunçu qəsəbəsi Aydınbəyov küçəsi ev 1 mənzil 11-ə köçmüş və həmin mənzildə, mənzilin mülkiyyətçisi olan (iddiaçının qaynanası) cavabdeh İddiaçı2 ilə birlikdə yaşamışlar. Sonradan İddiaçı1 ilə E.Hacıyevin münasibətləri korlanmış və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2008- ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Bundan sonra İddiaçı1 azyaşlı uşağı ilə birlikdə mənzildə yaşamaqdan məhrum edilmişdir. İddiaçı1 mənzilə köçürülmə barədə iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin xx.xx.2008-ci il tarixli qiyabi qətnaməsi ilə iddianın təmin edilməsi və onun azyaşlı uşağı ilə həmin mənzilə köçürülməsi qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəsini almış və icra edilmişdir. Cavabdehlər arasında baş verən mübahisə nəticəsində iddiaçılar aranın sakitləşməsi üçün mənzili tərk edərək kirayəyə çıxmış, lakin bütün əmlakları mənzildə qalmışdır. 2018-ci ilin noyabr ayının sonlarında mənzilə qayıtmış və mənzilin qapısını açmaq istəyərkən evdə 4-5 ustanın işlədiyini görmüş və bununla maraqlananda bir nəfər özünü ev sahibi kimi təqdim edən orta yaşlı bir kişi iddiaçıları evə buraxmamışdır. İddiaçılar bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102 qaynar xəttinə” və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə məlumat vermişlər. Buna baxmayaraq, müsbət nəticə əldə olunmamışdır. İddiaçıların dövlət qurumlarından əldə etdikləri məlumatlara əsasən müəyyən edilmişdir ki, mənzilin mülkiyyətçisi olan cavabdeh İddiaçı2 iş üzrə üçüncü şəxs olan Nümayəndə verdiyi xx.xx.2019-cu il tarixli etibarnamə əsasında mənzil Cavabdeh2 satılmışdır. İddiaçılar hesab edirlər ki, həmin alqı-satqı etibarsızdır. Çünki iddiaçılar həmin mənzildə qeydiyyatda olmuşlar və istər cavabdeh İddiaçı2, istərsə də onun nümayəndəsi olan Z.Hacıyevə bunu, habelə iddiaçıların məhkəmə qətnaməsi əsasında mənzilə köçdüklərini bilirdilər. Belə olan halda mənzil iddiaçıların razılığı əsasında və ya iddiaçılara kompensasiya verilməsi qaydasında satıla bilərdi. Tərəflərindən qeyd olunan alqı-satqı müqaviləsinin etibarsızlığı barədə məhkəmədə iddia qaldırılmış, aşağıdakı formada məhkəmə aktları qəbul edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli 2(008)-4475/2019 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Sabunçu rayonu Sabunçu qəsəbəsi Aydınbəyov küçəsi ev 1 ünvanda yerləşən 11 saylı mənzilə dair Cavabdeh1 nümayəndəsi X8 ilə cavabdeh X4 arasında Bakı şəhəri 52 saylı notariat kontorunda 08 yanvar 2019-cu ildə bağlanmış AN-İ ********* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 21600 manat tutularaq Cavabdeh2 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 iyun 2021-ci il tarixli 2(103)-2769/21 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 52 saylı notariat ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə” iddiasının təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 483/2022 nömrəli iş üzrə 18 fevral 2022-ci il tarixli qərarı ilə qeyd olunan 04 iyun 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmələr hesab etmişlər ki, mülkiyyət hüququ üstün mövqeyə malik olduğuna görə orada qeydiyyatda olan şəxslərin razılıqlarının olması önəmli deyil, əgər hər hansı şəxsin həmin mənzildə istifadə hüquqları mövcuddursa, onda istifadə hüququnun itirilməsi ilə bağlı kompensasiya tələb edə bilər. Onlar 1990-cı illərdən qeyd olunan ünvana istifadə hüququ əldə etmiş, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə qeyd olunan mənzilə köçürülməklə istifadə hüququ əldə etmişlər ki, həmin mənzilin icazələri olmadan satılması nəticəsində onlara cavabdeh, yəni köhnə mülkiyyətçi tərəfindən kompensasiya ödənilməlidir. Bu kompensasiya hər birinə həmin sahədə eyni növ mənzildə azı 4-5 il yaşamaları üçün ödənilməli olan kirayə haqqına bərabər tutulur ki, həmin yaşayış evi tipli eyni mənzillərin aylıq kirayəsi təxminən 300-350 manat təşkil edir. Bu da azı 14400-21000 manat arası kompensasiya təşkil edir. Cavabdeh hətta mənzilin dəyərini həddin artıq az göstərmiş, faktiki 70000-80000 manat olan yaşayış evini, hansı ki, evin həyətyanı topaq sahəsi də mövcud idi, müqavilədə təxminən 21000 manat qeyd etmişdir. Göründüyü kimi, mənzilin keçmiş mülkiyyətçisi onlara kompensaisya vermədən və qeydiyyatdan çıxarmadan qanunsuz olaraq mənzili alqı-satqı müqaviləsi əsasında satmış və istifadə hüquqları ilə bağlı kompensaisya ödənilməsində maraqlı deyil. Ona görə də məcburiyyət qarşısında qalaraq eyni tələblə məhkəməyə müraciət etməli olmuşlar. Cavabdeh mübahisəli mənzilin keçmiş mülkiyyətçisi olduğundan, Onlar da qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə mübahisəli mənzilə istifadə hüququnun tanınması nəticəsində mübahisəli mənzildən istifadə hüququna malik olduqlarından, cavabdeh mübahisəli mənzilin mülkiyyətçisi kimi, həmin mənzildən istifadə hüququna malik olan iddiaçıların kompensasiya verməsi yolu ilə mübahisəli mənzilə istifadə hüququnu kompensasiya etməlidir. Yəni, onların yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi müqabilində cavabdeh tərəfindən ödənilməli olan kompensasiya, onlara davamlı surətdə və uzun müddət daxilində başqa yerdə mübahisəli mənzillə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı təmin edə biləcək məbləğdir və yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi nəticəsində onlar heç bir halda yaşayış sahəsi ilə təminatsız qalmırlar. Daha sonra İddiaçı1 nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, iddiaçı Həsənova (Hacıyeva) Müşfiqə Nurməmməd qızı və İddiaçı2 Bakı şəhəri ünvan 1 ünvanında yerləşən mənzilə dair məhkəmə qaydasında istifadə hüququnun tanınmasına, iddiaçının həmin mənzildən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mənzilin əvvəlki və hazırkı mülkiyyətçiləri tərəfindən cavabdehlərin istifadəni mümkünsüz etməsi səbəbi ilə həmin mənzilə dair mülkiyyət hüquqlarının faktiki itirilməsi səbəbi ilə iddiaçıya 15000 manat kompensasiya və 15000 min manat cehiz əşyaları dəyərinin ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı1 xx.xx.1993-cü il tarixdə X11 ilə ailə qurmuşdur. Nikahdan onların bir övladları doğulmuşdur: xx.xx.1994-cü il təvəllüdlü (digər iddiaçı) X7. Onlar əvvəl Bakı şəhəri 7-ci mikrorayonda yerləşən 10 saylı evdə yaşamış, 1995-ci ildə həmin evi sataraq Sabunçu rayonu Sabunçu qəsəbəsi Aydınbəyov küçəsi ev 1 mənzil 11-ə köçmüş və həmin mənzildə, mənzilin mülkiyyətçisi olan (iddiaçının qaynanası) İddiaçı2 ilə birlikdə yaşamışlar. Nikahdan uşaqları olsa da İddiaçı1 ilə E.Hacıyevin münasibətləri korlanmış və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Bundan sonra İddiaçı1 azyaşlı uşağı ilə birlikdə mənzildən qovulmuşdur. İddiaçı1 mənzilə köçürülmə barədə iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin xx.xx.2008-ci il tarixli qiyabi qətnaməsi ilə iddiası təmin edilmiş və o, azyaşlı uşağı ilə həmin mənzilə köçürülmüşdür. Qızı İddiaçı2 artıq yetkinlik yaşına çatmışdır. Sonradan iddiaçılar ilə cavabdehlər arasında baş verən xoşagəlməz söz-söhbətlər, eyni zamanda keçmiş həyat yoldaşı ilə keçmiş qaynatası arasında baş verən münaqişələr və yetirilən ciddi xəsarətlərdən həyati təhlükələri olması səbəbi ilə iddiaçılar (İddiaçı1 və övladı İddiaçı2) aranın sakitləşməsi üçün mənzili tərk edərək kirayəyə çıxmış, lakin onların bütün əmlakları mənzildə qalmışdır. Lakin ara-sıra həmin mənzilə getmişdilər. 2018-ci ilin noyabr ayının sonları-dekabrın əvvəllərində qızı ilə birlikdə evə gəlib qapını açmaq istəyərkən evdə 4-5 ustanın işlədiyini görmüşdür. İddiaçıların dövlət qurumlarından əldə etdikləri məlumatlara əsasən müəyyən edilmişdir ki, mənzilin mülkiyyətçisi olan cavabdeh İddiaçı2 iş üzrə üçüncü şəxs olan Nümayəndə verdiyi xx.xx.2019-cu il tarixli etibarnamə əsasında mənzil Cavabdeh2 satılmışdır. İddiaçılar hesab edirlər ki, həmin alqı-satqı etibarsızdır. Çünki iddiaçılar həmin mənzildə qeydiyyatda olmuşlar və istər cavabdeh İddiaçı2, istərsə də onun nümayəndəsi olan Nümayəndə bunu, habelə iddiaçıların məhkəmə qətnaməsi əsasında mənzilə köçdüklərini bilirdilər. Həmin mənzilə iddiaçıların istifadə hüququ rəsmi qaydada məhkəmə tərəfindən tanınmasına baxmayaraq, iddiaçıların yazılı razılığı olmadan mənzil notarial qaydada qanunsuz olaraq özgəninkiləşdirilmişdir. Bundan xəbərdar olan iddiaçılar bununla bağlı məhkəməyə müraciət edərək həmin mənzilə dair əqdin etibarsızlığını mubahisələndirmişdilər. İlkin olaraq yerli və apellyasiya məhkəməsi tərəfin xeyrinə qətnamə qəbul etsə də, həmin mənzilin yerləşdiyi ünvanın dəyişdirilməsi əsası ilə yekunda iddia tələbləri təmin olunmamışdır. Hazırkı mübahisədə isə onlar 2000-ci ildən əvvəlki müddətdə mübahisəli 11 saylı mənzildə pasport qeydiyyatında olmaqla yaşamaqları və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 iyun 2008-ci il tarixli 2(008)-902/2008 saylı qətnaməsi ilə onlar 11 saylı mənzilə köçürülməsi barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olduğu halda cavabdeh İddiaçı2 bilərəkdən məhkəmədə iddia qaldırdıqdan sonrakı müddətdə onların mənzilə olan qeydiyyatlarını ləğv edilmədən və istifadə hüququnun itirilməsi barədə kompensasiya ödəmədən, eləcə də mənzildə olan əmlakı (15000 manat dəyərindən olan cehiz əmlakının) mövcudluğunu nəzərə almadan, mənzili üçüncü şəxsə satmasına dair nəticə hüquqi müəyyənlik prinsipinə uyğun gəlmir. Xüsusilə qeyd edilməlidir ki, iddiaçılar ailə üzvü olmaqla təxminən 1996-cı ildən mübahisəli mənzildə qeydiyyatda olmaqla yaşamaqları və həmin mənzilin onların qeydiyyatda olduqları yer olması, onları ümumi mülkiyyətdən pay əldə etmək hüququna malik etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-8935/2018 saylı qərardadına əsasən iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı yaşayış hüququnun itirilməsi və qeydiyyatdan çıxarılma tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. xx.xx.2019-cu il tarixdə AN-İ ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən mülkiyyətçi Cavabdeh1 (etibarnamə ilə nümayəndəsi, qızı Nümayəndə vasitəsilə) tərəfindən Bakı şəhəri Sabunçu qəsəbəsi Aydınbəyov küçəsi 1 mənzil 11-i Cavabdeh2 21600 manata satmışdır. Alqı-satqı müqaviləsinin təsdiqi zamanı mənzildə qeydiyyatda olan heç kimin yazılı razılığı alınmamış, notariat icraatında olan «Elektron notariat» X1 xx.xx.2019-cu il tarixli çıxarışda axtarış zamanı qeyd edilən ünvanda qeydiyyatda heç bir şəxs guya aşkar edilməmişdir. «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 49-cu maddəsində göstərilir kı, yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olması barədə məlumatı müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşma çatmış bütün ailə üzvlərinin razılığını alır. İddiaçılar əmlaklarının mübahisəli mənzildə olmasını və mənzil satılarkən onların taleyi ilə bağlı hüquq mühafizə orqanlarına da müvafiq qaydada şikayətlər etmiş, araşdırmalar aparılmış və iddiaçı tərəfin bildirdiyinə görə bu araşdırmalar hazırkı vaxta kimi davam edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinin Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra - Konstitusiya) 29-cu maddəsinin İİ hissəsi, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra - Mənzil Məcəlləsi) 30, 34 və 82.3-cü maddələri və Mülki Məcəllənin 228.2-ci maddəsi baxımından əlaqəli şəkildə şərh olunmassına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli plenum qərarına görə Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun həyata keçirilməməsi halında ona xitam verilməsinin şərtləri qanunvericilikdə müəyyən olunmamışdır. Mülki Məcəllənin 228.2-ci maddəsinin ikinci cümləsinin mənasına görə isə bu hüquqa xitam verilməsi kompensasiya verilməklə mümkündür. Eyni zamanda, AR MM-nin maddə 228.3-ə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. (Hal- hazırkı mülkiyyətçi X2 da cavabdeh qismində cəlb olunması zəruridir. X17 də iddiaçıların həmin mənzilə məhkəmə qaydasında istifadə hüquqlarının tanınmasından məlumatlı olmuşdur.) AR MM-nin maddə 228.4 yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi uçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Konstitusiya Məhkəməsi Plenumunun iclasında müəyyən olunmuşdur ki, məhkəmə təcrübəsində Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququna kompensasiya ödəmədən xitam verilərkən mənzil Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur. Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan ədalətli balans prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balans gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150, Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Bu hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli Qərarı). Müraciətdə qaldırılan məsələnin həlli üçün Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış sahəsindən istifadə hüququnun hüquqi mahiyyətinin və əmələ gəlməsinin əsaslarının da müəyyən olunmasını zəruri hesab edir. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarında Mülki Məcəllədə istifadə sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsini qeyd edərək istifadə huququ ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir nuququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Bu hüququn hansı növ məhdud ə5ya hüququ oldu|unun müəyyən edilməsi məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur (Mülki Məcəllənin 255.1 və 255.6-cı maddələri). Bunun tək istisnası, Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutdur. Mülki Məcəllənin 255.8-ci maddəsinin məzmununa görə servitut, başqasının mülkiyyətində olan yaşayış evinin bir hissəsinin və ya hamısının müəyyən bir şəxsin xeyrinə yüklü edilməsi yolu lə də yarana bilər və bu zaman servitut sahibi həmin evdən özü və ailəsi üçün yaşayış sahəsi kimi istifadə edə bilər. Şəxsi servitut, istər yaranma şərtləri, istər üçüncü şəxslərə qarşı irəli sürülmə, istərsə də özgəninkiləşdirilməsinin yolverilməzliyi və s. bu kimi xüsusiyyətləri baxımından daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə olan servitutlardan fərqlənmir. Şəxsi servitut müəyyən şəxsin mövcud maraqlarından irəli gələn real ehtiyacını qarşılamaq məqsədilə təsis olunur və başqa şəxslərə verilmir. Şəxsi servitut müqavilə azadlığı və mülkiyyət hüququnun predmeti barəsində mülkiyyətçinin sərbəst sərəncam vermə azadlığına sahib olması nöqteyi-nəzərindən yalnız mülkiyyətçinin ailə üzvləri üçün deyil, istənilən fiziki şəxslər üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan qaydalar çərçivəsində təsis edilə bilər. Bu maddələrə əsasən əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin vasavıs binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləsdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan istifadə hüququ Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan istifadə hüququnun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan istifadə hüququ notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi özözlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Konstitusiya Məhkəməsinin Plenumu mürsciətdə qaldırılan məsələnin konstitusiya əhəmiyyətini nəzərə alaraq, qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Bu mənada xüsusilə qevd olunmalıdır ki, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etmək zərurətinin mövcudluğuna baxmayaraq, mülkiyyətçinin və digər mənzil sakinlərinin bu hüququndan istifadə etməsini mümkünsüz etdiyi qanuna zidd hallar müəyyən olunduqda kecmiş ailə üzvünün istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilməz. İddiaçı və övladı illərdir ki, həmin mənzilə istifadə hüquqları rəsmi tanınmalarına baxmayaraq, bu hüquqdan istifadə etmələri mümkünsüz olmuş və hal-hazırkı vaxta qədər kirayə mənzildə yaşamağa davam etmişlər. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında aşağıdakı nəticələrə gələrək Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin Vİ hissəsini, Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Eyni zamanda, iddiaçı Həsənova (Hacıyeva) Müşfiqə Nurməmməd qızının nümayəndəsi və vəkili Vəkil vəsatəti əsasında Cavabdeh2 cavabdeh qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçı Həsənova (Hacıyeva) Müşfiqə Nurməmməd qızının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdi, iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşidirilməsinə dair ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq digər iddiaçı və cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Nümayəndə iddianı etiraf etmədi və iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 ünvan 2 ünvanında qeydiyyatdadır. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4475/2019 nömrəli xx.xx.2019cu il tarixli qətnaməsindən görünür ki, Sabunçu rayonu Sabunçu qəsəbəsi Aydınbəyov küçəsi ev 1 ünvanda yerləşən 11 saylı mənzilə dair Cavabdeh1 nümayəndəsi Nümayəndə ilə cavabdeh X5 arasında Bakı şəhəri 52 saylı Notariat Kontorunda 08 yanvar 2019-cu ildə bağlanmış AN-İ № ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 21600 manat tutularaq Cavabdeh2 ödənilməsi qət edilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-902/2008 nömrəli xx.xx.2008-ci il tarixli qiyabi qətnaməsindən görünür ki, Həsənova (Hacıyeva) Müşfiqə Nurməmməd qızının azyaşlı uşağı ilə birlikdə Bakı şəhəri Sabunçu qəsəbəsi Aydınbəyov küçəsi 1 saylı evin 11 saylı mənzilinə köçürülməsi qət edilmişdir. - AZ-İ seriyalı 932612 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2018-ci il tarixdə ölmüşdür. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-483/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2769/2021 nömrəli iş üzrə 04 iyun 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh1, İddiaçı2, X11 ünvan 2 ünvanında qeydiyyatdadır. - yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, X9, İddiaçı2, İddiaçı1, Nümayəndə ünvan 2 ünvanında qeydiyyatdadır. - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı1 tərəfindən iddia ərizəsinin verilməsi üçün 136 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - MH seriyalı 159063 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 2 Cavabdeh1 mülkiyyətindədir. - AN-İ ******* nömrəli xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Aydınbəyov küçəsi ev 1 ünvanında yerləşən 11 saylı mənzili 21600 manata Cavabdeh2 satmışdır. - "xxxx" MMC tərəfindən verilmiş 376/E nömrəli xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Aydınbəyov küçəsində yerləşən 1 otaqlı mənzillərin kirayə haqqı 2023-cü ilin aprel-may ayları üçün 250-300 AZNə uyğundur. Məhkəmə, iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 2 ünvanında qeydiyyatdadırlar. Eyni zamanda, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-902/2008 nömrəli xx.xx.2008-ci il tarixli qiyabi qətnaməsinə əsasən iddiaçıların Bakı şəhəri Sabunçu qəsəbəsi Aydınbəyov küçəsi 1 saylı evin 11 saylı mənzilinə köçürülmələri qət edilmişdir, həmin qətnamə hazırda qüvvədədir. Göründüyü kimi, iddiaçıların mübahisəli mənzildən istifadə hüquqlarının olması işin mübahisəsiz halıdır. Məhkəmə, iddia tələbinin “iddiaçıların mübahisəli mənzildən istifadə etmək ehtiyacılarının olmasına baxmayaraq, mənzilin əvvəlki və hazırkı mülkiyyətçiləri tərəfindən cavabdehlərin istifadəni mümkünsüz etməsi səbəbi ilə həmin mənzilə dair mülkiyyət hüquqlarının faktiki itirilməsi səbəbi ilə iddiaçılara 15000 manat kompensasiya verilməsi” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Konstitusiya Məhkəməsinin bu qərarındakı hüquqi mövqeyindən belə müəyyən edilir ki, iddiaçıların mübahisəli mənzildən istifadə hüquqlarının təmin edilməsi üçün onların həmin yaşayış sahəsinə ehtiyaclarının olması tələb olunur. Yuxarıda qeyd edildiyi kimi iddiaçılar mübahisəli mənzildə qeydiyyatda olmaqla, onların həmin mənzilə köçürülmələri barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Lakin iddiaçılar mübahisəli mənzildən istifadə etmək ehtiyaclarının olmasına baxmayaraq, mənzilin əvvəlki və hazırkı mülkiyyətçiləri tərəfindən cavabdehlərin istifadəni mümkünsüz etməsi səbəbi ilə həmin mənzilə dair mülkiyyət hüquqlarının faktiki itirilməsini iddia etsələr də, qeyd olunan hallara dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, məhkəmə araşdırması zamanı bu hallar öz təsdiqini tapmamışdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun: 73.1-ci maddəsinə əsasən tələbkarın yaşayış və ya qeyri-yaşayış sahəsinə köçürülməsi haqqında icra sənədi borclu tərəfindən könüllü icra üçün icra məmurunun müəyyən etdiyi müddətdə icra edilmədikdə, köçürülmə icra məmuru tərəfindən həyata keçirilir. İcra məmuru tələbkarın icra sənədində göstərilmiş yaşayış və ya qeyri-yaşayış sahəsinə maneəsiz daxil olmasını və orada yaşamasını (olmasını) təmin edir. 73.2-ci maddəsinə əsasən borclu tələbkarın köçürülməsi haqqında icra sənədinin icrasına mane olduqda, icra hərəkətləri hal şahidlərinin iştirakı ilə həyata keçirilir, habelə icra məmuru müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarının əməkdaşlarını dəvət etmək hüququna malikdir. Tələbkarın yaşamasına (olmasına) borclu tərəfindən maneçilik törədildikdə, icra məmuru bu Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş tədbirləri görür. 73.3-cü maddəsinə əsasən tələbkarın köçürülməsi haqqında icra məmuru tərəfindən müvafiq akt tərtib olunur. 73.5-cü maddəsinə əsasən tələbkarın köçürülməsi barədə akt tərtib edildikdən sonra, borclu tələbkarın yaşamasına (olmasına) yenidən maneçilik törətdikdə, icra sənədi üzrə icraat təzələnməlidir. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən müəyyən edilmişdir ki, mübahisəli mənzilə köçürülmələri barədə məhkəmə qətnaməsinin çıxarıldığı gündən keçən 15 il müddətində iddiaçılar cavabdehlər tərəfindən mənzildə yaşamalarına maneçilik törədilib-törədilməməsi, maneçilik törədilmişdirsə, bununla bağlı qətnaməni çıxarmış məhkəməyə və ya icra şöbəsinə müraciət etmələri barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, beləliklə, bu müddət ərzində başqa ünvanda yaşayaraq, mübahisəli mənzildən istifadə hüququna ehtiyaclarının olmadığını bəyan etmişlər. Belə ki, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında bu cür istifadənin zəruriliyinin təməl şərti kimi iddiaçıların yaşayış sahəsinə ehtiyaclarının olması və bu ehtiyacın mülkiyyətçinin mənzilindən istifadə etməklə qarşılamaq məcburiyyətində olmaları göstərilmişdir. Məhkəmə, cavabdehlər tərəfindən iddiaçılara kompensasiya verilməsi ilə bağlı iddia tələbinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisəli mənzil Cavabdeh1 mülkiyyətində olmuş, sonuncu xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən mənzili 21600 manata Cavabdeh2 satmışdır. Hazırda mənzilin mülkiyyətçisi Cavabdeh2dır. Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsasən mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir. Bu mənada, mübahisəli mənzilin mülkiyyətçisinin dəyişməsi iddiaçıların həmin mənzildən istifadə hüquqlarının itirilməsinə səbəb olmamışdır. Bundan başqa, yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Hazırkı iddia tələbindən isə görünür ki, mübahisəli mənzildə qeydiyyatda olan iddiaçılar mənzilin əvvəlki və indiki mülkiyyətçisindən kompensasiyanın verilməsini tələb edirlər ki, Mülki Məcəllənin 228.2-ci maddəsinin tələbi baxımından iddiaçılar belə bir tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildirlər. Hazırda bu hüquq mənzilin hazırkı mülkiyyətçisi Cavabdeh2 məxsusdur. Odur ki, məhkəmə hesab edir ki, kompensasiyanın verilməsi hissəsində iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə, eyni zamanda, 15000 min manat məbləğində cehiz əşyaların dəyərinin ödənilməsi hissəsində iddia tələbini əsassız hesab edir. Belə ki, iddiaçılar cehiz əşyaların mübahisəli mənzildə olması və onun dəyəri ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişlər. Bununla bağlı iddiaçı tərəfin yalnız mülahizə xarakterli izahatı mövcuddur ki, həmin izahat da formal əsaslar kimi qiymətləndirilir. Belə ki, iddiaçı tərəfin izahatı iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onlar tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiyanın ödənilməsi və pul” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçılara aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiyanın ödənilməsi və pul” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar