Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-285/2022 25.02.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızıın sədrliyi ilə, Məhkəmə iclas katibi X2, Üçüncü şəxs X3 nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh ”Qiymətləndirmə Xidməti Mərkəzi” MMC-yə qarşı Yasaml rayon İcra şöbəsi və X5 üçüncü şəxs qismində cəlb edilməklə hesabatın etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ”Qiymətləndirmə Xidməti Mərkəzi” MMC-yə qarşı Yasaml rayon İcra şöbəsi və X5 üçüncü şəxs qismində cəlb edilməklə QXM 2926 nömrəli, 10.02.2021-ci il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, üçüncü şəxs X3 nümayəndəsi X4 məhkəmə iclasına gəlmiş, iddiaçı, cavabdeh və üçüncü şəxs Yasamal rayon İcra şbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X3 nümayəndəsi X4 iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə üçüncü şəxsin nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin: 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanır; 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. 268.2-ci maddəsinə əsasən qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh ”Qiymətləndirmə Xidməti Mərkəzi” MMC-yə qarşı Yasaml rayon İcra şöbəsi və X5 üçüncü şəxs qismində cəlb edilməklə hesabatın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-285/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-285/2022
25.02.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver