Məhkəmə qərarları › İş №2(008)-2898/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2898/2025

25.07.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2898/2025 25.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixatirya Xəstəxanası publik hüquqi şəxsi olmaqla “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı xx.xx.1962-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək onunla əsaslandıdı ki, o, xx.xx.1965-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur. Ona məxsus AZ ******* saylı doğum haqqında şəhadətnamədən görünür ki, X3, anası X5r. X3 xx.xx.2005-ci ildə, anası X7 xx.xx.2024-cü ildə vəfat etmişlər. X2 xx.xx.1962-ci ildə Gəncə şəhərində doğulmuşdur. Qardaşı 1983-cü il tarixdən şizofreniya xəstəliyindən əziyyət çəkir. Qardaşı həmişə onun himayəsində olmuş, 1993-cü ildə Bakı şəhərinə köçmüşlər. Ail üzvləri və qardaşı ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışlar. Qardaşı ikinci qrup əlildir, belə ki, xx.xx.1995-ci il tarixdə müddətsiz ikinci qrup əlillik verilmiş, əmək qabiliyyətsiz olmaqla, diaqnozu şizofreniya paranoid forma qeyd edilmişdir. Qardaşı anlaqsızdır. O, öz hərəkətlərini idarə etmək qabiliyyətindən, hərkətlərin mənası dərk etməkdən, ümumiyyətlə hər hansı hərəkət etməkdən belə məhrumdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışda qeyd olunmuşdur ki, X8 xx.xx.2017-ci il tarixdə xəstəxayanaya stasionar müalicəyə qəbul olunmuş, hal-hazırda müalicəsi davam olunur. Qardaşı fəaliyyət qabiliyyəti olmadığından, öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətindən məhrumdur. Bu barədə, yəni fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmə qətnaməsi olmadığı üçün də o, qəyyumu kimi onun adında çıxış edə bilmir. Qardaşının nə əmək qabiliyyəti, nə də ki fəaliyyət qabiliyyəti vardır. Hal-hazırda qardaşının müalicəsi üçün daim yanında ona ehtiyacı duyması səbəbindən, öz müalicəsini saxlamışdır. Hal-hazırda qardaşı ilə məşğuldur və onun qayğısına qalır. Göstərilənlərə əsasən ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan X1 məhkəmə iclasında iştirakına yol vermədiyindən məhkəmə iclasına çağırılmamışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 xx.xx.2025-ci il tarixli, 781 saylı məktubundan görünür ki, 1962-ci il təvəllüdlü, ünvan 2 ünvanda qeydiyyatda olan X8 xx.xx.2017-ci il tarixdə adı yuxarıda qeyd olunan xəstəxanaya stasionar müalicəyə qəbul olunmuş, hal hazırda müalicəsi davam olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1962-ci il tarixdə doğulmuş, X3, anası X5r. İş materiallarında olan Gəncə şəhəri Kəpəz rayonu VVAQ şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(008)-2898/2025 saylı qərardadı ilə iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş və həmin ekspertiza üzrə alınmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 xx.xx.2025-ci il tarixli, 1589 saylı rəyində ekspert komissiyası X6 şizofreniya paranoid forma psixi xəstəliyinin olması ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsasların mövcudluğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinin mahiyyətinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onların üzərində qəyyumluq müəyyənləşdirilir. Beləliklə, işin yuxarıda tədqiq edilən hallarından və qanunun qeyd edilən tələbindən görünür ki, ərizəçinin qardaşı xx.xx.1962-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmə qətnaməsinin çıxarılması qanuni və əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 317 və 320-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1962-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar