Məhkəmə qərarları › İş №2(008)-2943/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2943/2025

03.10.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2943/2025 03.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X16 qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və mirasdan məcburi pay hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və mirasdan məcburi pay hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası X9 ilə, Cavabdeh Qədir qızı arasında ünvan 7 ofisində bağlanmış xx.xx.2023-cü il tarixli 789 reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 1942-ci il təvəllüdlü X9 xx.xx.1986-cı il tarixindən ünvan 1 ünvanındakı əmlakın mülkiyyətçisi olmuşdur. Valideynləri 5 yaşı olarkən ayrılmış, atası sonradan başqa şəxslə ailə qursa da, bir müddət sonra ayrılmış həmin vaxtdan tək yaşamışdır. Valideyləri ayrılandan sonra o, hər zaman atası ilə əlaqə saxlamış, atasına dəstək olmuşdur. X9 şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyindən, əsa ilə hərəkət etmişdir. Bu səbəbdən 2020-ci ildə ev işlərində ona kömək etməsi üçün hazırki Cavabdeh adlı şəxslə onu tanış etmişdir. İddiaçı özü həmin vaxt müalicəyə getməli olduğu üçün atasına Cavabdeh atasına baxmasına razılıq vermişdir. Sonradan atasının yanına getdikdə əvvəl cavabdeh atası ilə təklikdə söhbət etməyinə və halın soruşmağına maneələr yaratmış, atasının getdikcə gözləri tutulmuş və onu yalnız səsindən tanımışdır. 2021-ci ildən sonra isə həmin qadın atası ilə görüşməyinə tam mane olmuş, atasının həyatı və sağlamlığıdan qorxduğu üçün ərazi üzrə sahə müvəkkilinə müraciətlər etsə də heç bir nəticəsi olmamışdır. 22 avqust 2024-cü il tarixində qəyyumluq almaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin MAPS şöbəsinə sorğusu ilə müraciət edən zaman atası X4 03 may 2024-cü ildə vəfat etdiyi məlum olmuşdur. Atasının vəfat etməsi barədə Cavabdeh ona və əmisinə heç bir xəbər verilməmişdir. Atasının anlaqsız vəziyyətdə olmasından və gözlərinin görməməsindən sui-istifadə edən cavabdeh onunla nikaha daxil olmuş, 2021-ci ildə atasının qeydiyyat ünvanın yaşadığı Xətai rayonu, Mehmandarov küçəsi, ev 82, mənzil 79 ünvanından, ünvan 2r 2023-cü il tarixində atasının adından cavabdehə 18 saylı notariat kontorunda 789 reyestr nömrəsi ilə Mehmandarov 82 mənzil 79 ünvanında yerləşən əmlak üzrə şübhəli bağışlanma müqaviləsi bağlanmışdır. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, müqavilənin ləğvi, həmin əmlak üzrə vərəsəlik hüququnun tanınması və çəkilən xərclərin qarşı tərəfdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul ediməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə ederək, ekspert rəyi ilə razı olduğunu, 23 oktyabr 2023-cü il tarixli müqavilənin ləğv edilməsi, miras üzrə məcburi pay hüququnun tanınması və çəkilən xərclərin qarşı tərəfdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul ediməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etmədiklərini, cavabdehin verdiyi məlumatına əsasən Cəlal Məhərrəmovun başqa şəxsdən üç övladının olduğunu, onların başqa ölkədə yaşadıqlarını, hər kəsin öz mülkiyyəti ilə bağlı müstəqil sərəncam verə hüququna malik olduğunu, Notariat işindən də göründüyü kimi Calal Məhərrəmova notarius tərəfindən hüquqlarının aydın şəkildə izah edildiyi, öz razılığı ilə əmlakı bağışladığını, məcburi pay hüququnun şəxsin vəfatından sonra yarandığını, Məhərrəmov Calal vəfat edən zaman onun hər hansı əmlakının olmadığını, göstərilən əmlakın Cavabdeh mülkiyyəti olduğunu bildirərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri, Xətai rayon VVAQ şöbəsi tərəfindən verilmiş İ-ЖГ seriyalı 361683 atalığın müyyən olunması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx xxxxxx 1985-ci ildə doğulmuş X5 atası hesab edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri, Xətai rayon VVAQ şöbəsi tərəfindən verilmiş XVİİİ-ЖГ seriyalı 368743 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı atası X9, anası X8r. İş materiallarına əlavə olunmuş Bakı şəhəri, Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 445778 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2024-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2024-cü ilin 05 ayının 14 günündə 928 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Dövlət Notariat Arxivinin 06 sentyabr 2024-cü il tarixli 3-16-5/6-13-M-211-6/24 nömrəli məktubla İddiaçı, xx.xx.2007-ci ildən fəaliyyətə başlamış “Elektron notariat” İnformasiya sistemində qeyd olunan ünvana dair mərhum X4 adına ünvan 7 ofisində xx.xx.2023-cü il tarixdə 789 reyestr nömrəsi ilə müqavilənin rəsmiləşdirildiyi bildirilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X23 “X19” X22 10 oktyabr 2024-cü il tarixli 18-1-17/2-M-247-xx-xx/2024 nömrəli məktubla İddiaçı, xəstə X9 xx.xx.2024-cü il tarixdə saat 23:20 radələrində X11 Cərrahi profili reanimasiya şöbəsinə qəbul olunmuş və xx.xx.2024-cü il tarixdə saat 19:30da vəfat etmişdir. Ölümə səbəb: İ26 – Ağciyər arteriyası tromboembaleyası fonunda artan ağciyər ürək çatışmazlığıdır. Ölüm haqqında tibbi şəhadətnamə həyat yoldaşı Cavabdeh Qədir qızına verilməsi bildirilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli 3-16-5/2-M-77-6/25 nömrəli məktubla İddiaçı, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinə əsasən notarius əqdi təsdiq edərkən, əqdlər üzrə iştirak edən şəxslərin fəaliyyət qabiliyyətini aydınlaşdırmalıdır. Bununla yanaşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə gorə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onların qəyyumunun bağlaması bildirilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarətmə Birliyi” X23 “Respublika Təcili və X7 Mərkəzi” X22 16 yanvar 2025-ci il tarixli 18- 1-88/2-M-36-xx-xx/2025 nömrəli məktubla İddiaçı, xx.xx.2024-cü il tarixində saat 20:37-də “Respublika Təcili və X7 Mərkəzi” X22n Mərkəzi Çağrı Xidmətinə (103) ünvan 4 ünvanından Calal Məhərrəmovun (82 yaş) adına “halı pis” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı Xətai TTTYS bölməsinin həkimi Vaqif Məmmədov icra edərək, xəstə X6 (82 yaş) “Sidik kanalının kateterizasiyasından sonraki qanaxma. Prostat vəzinin adenoması. Tənəffüs çatışmazlığı” diaqnozu qoymuş, ilkin tibbi yardım göstərmiş və X13 hospitalizasiya edilməsi bildirilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi 02 sentyabr 2024-cü il tarixli 18/2-24330/24 nömrəli məktubla İddiaçı, 1942-cı il təvəllüdlü X9 xx.xx.1986-cı il tarixdən xx.xx.2021-ci il tarixədək Bakı şəhəri, Xətai rayonu, (1728 keçid) General Mehmandarov küçəsi, ev 82, mənzil 79-da, xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək ünvan 5 ünvanında qeydiyyatda olmuş, vəfat etdiyi üçün xx.xx.2024-cü il tarixdə şəxsiyyət vəsiqəsinin fəaliyyətsizləşdirilməsi bildirilmişdir. İş materiallarına əlavə olunmuş Dövlət Notariat Arxivinin xx.xx.2025-ci il tarixli 3-16- 5/6-13-M-18-6/25 nömrəli məktubla İddiaçı, “Elektron notariat” İnformasiya sistemində aparılmış araşdırma nəticəsində mərhum X9 tərəfindən 6 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisində xx.xx.2022-ci il tarixdə digər şəxsin adına etibarnamənin rəsmiləşdirilməsi barədə məlumat aşkar edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair məlumatdan görünür ki, X9 birinci dərəcəli əliliyi müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Təcili və X7 X15 Xəbərdarlıq vərəqəsindən görünür ki, çağırışın tarixi xx.xx.2023-cü il, xəstənin yanına gəlmə vaxtı ”12” saat “40” dəqiqə, ünvan Bakı şəhəri Xətai rayonu, Mehmandarov küçəsi, ev 82, mənzil 79 ünvanı, xəstənin adı X9 qeyd olunmuşdur. ünvan 7 ofisi 15 aprel 2025-ci il tarixli D-84/11 nömrəli sorğuya cavab məktubunda ünvan 7 ofisində xx.xx.2023-cü il tarixdə 4Ə-789 reyestr nömrə ilə qeydiyyatdan keçmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi və müqaviləyə əlavə edilmiş kserosurətləri məhkəməyə göndərmişdir. Daşınmaz Əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə X9 ünvan 8 ünvanında yerləşən, ümumi sahəsi 50.74 kv/m olan mənzili X3 hədiyyə etmişdir. Müqavilənin sonunda Qəribova Yeganə qeyd edilmişdir ki, müqavilənin məzmunu notarius tərəfindən Məhərrəmov Calala izah olunmuş, onun xahişi ilə gözdən əlil olması səbəbindən müqaviləni notarius yanında imzalamışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X22 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 8 X4 xüsusi mülkiyyəti kimi xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. “Elektron notariat” X1 vasitəsi ilə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışdan görünür ki, X9, Cavabdeh və X12 ünvan 8 ünvanında qeydiyyatda olmuşlar. 6 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 472799 nömrəli Nikah haqqında şəhadətnamədən görünür ki, X9 ilə, X10 arasında xx.xx.2021-ci ildə 441 nömrəli akt qeydi ilə nikah bağlamış, ərə Məhərrəmov, arvada Məhərrəmova soyadı verilmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 44 nömrəli rəydən görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov keçəsi 82 nömrəli evin, 79 nömrəli mənzilin bazar dəyəri 101.750 manat təşkil edir. Məhkəmə tərəflərin iddiaya olan əsaslarının təsdiqi kimi istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non negantiincumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. 1200-cü maddəsinə əsasən miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Qanunvericiliyin tələbindən göründüyü kimi xx.xx.2023-cü il tarixdə X9 ünvan 8 ünvanında yerləşən, ümumi sahəsi 50.74 kv/m olan mənzili X3 hədiyyə etmiş, İddiaçı Cəlal oğlu mirasın açıldığı vaxtdan iki il müddət keçməmiş məcburi pay hüququnun tanınması barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixdə X9 tərəfindən ona bağışlanmış ünvan 8-un dəyərinin 101750 manatın ¼ hissəsi, yəni 25437,50 manat (iyirmi beş min dörd yüz otuz yeddi manat əlli qəpik) manat alınaraq, məcburi pay kimi İddiaçı verilməldir. Belə ki, məcburi payın həcminin müəyyənləşdirilməsi qaydası Mülki Məcəllənin 1195-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Bəzən miras qoyan vəfatından öncə yalnız vəsiyyətnamə ilə deyil, bağışlama müqaviləsi əsasında əmlakını əvəzsiz özgəninkiləşdirməklə də qanuni vərəsələrini həmin mirasdan məhrum edə və ya miras əmlakın həcmini azalda bilər. Bununla əlaqədar qeyd edilməlidir ki, mülkiyyətçinin öz əmlakına dair sərəncam verməsi, bağışlaması onun konstitusiya hüquqlarından biridir. Bu hüquqların məhdudlaşdırılması isə yalnız qanunvericilik qaydasında ola bilər və belə məhdudlaşdırma digər şəxslərin bəşəri hüquqlarının müdafiəsinə xidmət etməlidir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 44 nömrəli rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov keçəsi 82 nömrəli evin, 79 nömrəli mənzilin bazar dəyəri 101.750 manat müəyyən edildiyindən, evin ¼ hissəsi, yəni 25437,50 manat (iyirmi beş min dörd yüz otuz yeddi manat əlli qəpik) manatı Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir. Məhkəmə X2 23 oktyabr 2023-cü il tarixli bağışlama müqaviləsinin ləğv olunmasına dair iddia tələbinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 423.1-ci maddəyə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Qanunvericiliyin tələblərindən göründüyü kimi İddiaçı Cəlal oğlunun X9 ilə, Cavabdeh arasında 23 oktyabr 2023-cü il tarixdə bağlanmış “bağışlama müqaviləsinin ləğv edilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixdə X9 tərəfindən ona bağışlanmış, ünvan 8-un dəyərinin 101.750 manatın ¼ hissəsi, yəni 25437,50 (iyirmi beş min dörd yüz otuz yeddi manat əlli qəpik) manat alınaraq, məcburi pay kimi İddiaçı verilsin. 50 manat dövlət rüsumi cavabdehdən tutularaq, iddaçıya ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar