Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-295/2024 08.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Ağayeva Səmayə Əbdurəhim qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1962-ci il təvəllüdlü Vəliyeva (Dadaşova) Nuridə Kövsər qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ərizəni müdafiə edərək onunla əsaslandırmışdır ki, ərizəçinin anası Vəliyeva (Dadaşova) Nuridə Kövsər qızı xx.xx.1962-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Ərizəçinin anası xx.xx.2014-cü il tarixdən bu günə kimi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X4 küçəsi 155 ünvanında yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası”nda publik hüquqi şəxs “Şizofreniya paranoid forma, fasiləsiz gedişli” diaqnozu ilə stasionar müalicədədir. Hazırda onun 61 yaşı vardır. Öz adından heç bir əqd bağlaya bilmir. Çünki uzun müddətdir ki, onun fəaliyyət qabiliyyəti yoxdur. Ərizəçi anası ilə birlikdə ünvan 2 ünvanında qeydiyyatdadır. Həmin mənzil də anasının adınadır. Lakin anası özünü həm əqli, həm də fiziki cəhətdən idarə edə bilmir, onunla bağlı hər hansı məsələyə, əqdə dair və yaşadığı mənzilə qanunamüvafiq qaydada sərəncam verə bilmir. Ərizəçi anası ilə birlikdə mənzildə qeydiyyatda olduğundan və bir evdə yaşadığından, anasına həmişə yaxşı baxıb, lazımi qulluğu etdiyindən ona hüquq və mənafelərinin müdafiəsi üçün məhkəmə qaydasında qəyyum təyin olunmalıdır. Göstərilənlərə əsasən ərizəçinin nümayəndəsi və vəkili, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan Vəliyeva (Dadaşova) Nuridə Kövsər qızının səhhəti məhkəmə iclasında iştirakına yol vermədiyindən məhkəmə iclasına çağırılmamışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1984-cü il tarixdə doğulmuşdur, X1 onun anasıdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)- 4963/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş və həmin ekspertiza üzrə alınmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X3 xx.xx.2023-cü il tarixli, 2948 saylı rəyində ekspert komissiyası Vəliyeva (Dadaşova) Nuridə Kövsər qızında şizofreniya paranoid forma, kəskinləşmə xroniki psixi xəstəliyi olması ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsasların mövcudluğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinin mahiyyətinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onların üzərində qəyyumluq müəyyənləşdirilir. Beləliklə, işin yuxarıda tədqiq edilən hallarından və qanunun qeyd edilən tələbindən görünür ki, ərizəçinin bacısı xx.xx.1962-ci il təvəllüdlü Vəliyeva (Dadaşova) Nuridə Kövsər qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmə qətnaməsinin çıxarılması qanuni və əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 317 və 320-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1962-ci il təvəllüdlü Vəliyeva (Dadaşova) Nuridə Kövsər qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə, fəaliyyət qabiliyyəti olmayan hesab edilən Vəliyeva (Dadaşova) Nuridə Kövsər qızının üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-295/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-295/2024
08.02.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver