Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3074/2025 03.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək onunla Maraqlı şəxs arasında Bakı 8 saylı Mediasiya Təşkilatında bağlanmış, MŞB/8/2024-01170 saylı, xx.xx.2024-cü il tarixli Barışıq sazişinin - xx.xx.2020-ci il təvəllüdlü X9 və xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən etibarən Maraqlı şəxs hər ay hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə 470 manat sabit pul məbləğində alimentin tutularaq o - Məcidova (Allahverdiyeva) Nərgiz Ceyhun qızına verilməsi hissəsində məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizə onunla əsasladırmışdır ki, o - Məcidova (Allahverdiyeva) Nərgiz Ceyhun qızı cavabdeh Maraqlı şəxs ilə xx.xx.2019-cu il tarixdə rəsmi nikah bağlayaraq, ailə qurmuşdur. Həmin nikahdan iki uşağı - xx.xx.2021-ci il təvəllüdlü X10 və xx.xx.2020-ci il təvəllüdlü X9 doğulmuşlar. Ailə həyatının ilk günlərindən cavabdehlə münasibətləri normal olsa da sonralar münasibətləri gərginləşmiş, xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən nikahın pozulması barədə iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət olunmuş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5051/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən onunla Maraqlı şəxs arasında bağlanmış nikah pozulmuşdur. O, cavabdehlə mediasiya prosesində xx.xx.2024-cü il tarixli, MŞB/8/2024-01170 saylı barışıq sazişi bağlayaraq, nikahın pozulması, nikah pozulduqdan sonra uşaqlarının onun yanında qalması, onların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay, hər uşaq üçün 235 manat məbləğində alimentin ödənilməsi barədə razılığa gəlmişlər. Lakin cavabdeh Maraqlı şəxs xx.xx.2021-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 235 manat aliment ödəməsi barərə barşıq sazişinin şərtlərinə əməl etməyərək, həmin vaxtdan indiyə kimi heç bir ödəniş etməmiş, aliment ödəməkdən yayınmışıdır. Belə olan halda hesab edir ki, barışıq sazişi alimentin tutulması hissəsində məcburi icra olunması üçün Məhkəmə tərəfindən təsdiq edilməlidir. Məhkəmə iclasında iştirak edən ərizəçi X13 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfi dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirdib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. xx.xx.2024-cü il tarixli, MŞB/8/2024-01170 nömrəli barışıq sazişindən görünür ki, Birinci tərəf: X2 Saziş imzalandıqdan sonra İkinci tərəf həyat yoldaşı Maraqlı şəxs ilə 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2019-cu il tarixdə 2502 nömrəli qeydi ilə bağlanan nikahın (barışıq üçün əlavə vaxt verilmədən) pozulmasına (ləğv edilməsinə) razıdır. Birinci tərəf: X1 tərəf: Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X6 onun (ananın) yanında (himayəsində) qalmalarına razıdır. Birinci tərəf: X1 tərəf: Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2020-ci il təvəllüdlü X7 və 25.11,2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 01 07.2024-cü il tarixdən etibarən İkinci tərəf: X8 ona hər ayın sonunadək bir uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla ümumilikdə 470 (dörd yüz yetmiş) manat aliment ödəcəyi ilə bağlı öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu aliment məbləğinin ikinci tərəfə təqdim edəcəyi və ona məxsus olan bank hesabına (kartına) ödəniləcəyinə dair ikinci tərəfin götürdüyü öhdəliklə razıdır. Birinci tərəf: X2 mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı aidiyyəti məhkəməyə müraciət edəcəyinə dair öhdəlik götürür. İkinci tərəf: Maraqlı şəxs Bu sazişi imzalandıqdan sonra Birinci tərəf. X5 ilə 4 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2019-cu il tarixdə N° 2502 qeydi ilə bağlanan nikahın (barışıq üçün əlavə vaxt verilmədən) pozulmasına (ləğv edilməsinə) razıdır. İkinci tərəf: Maraqlı şəxs Birinci tərəf: X5 ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2021 -ci il təvəllüdlü X6 Birinci tərəf: X3 (ananın) yanında (himayəsində) qalmalarına razıdır. İkinci tərəf: Maraqlı şəxs Birinci tərəf: X5 ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2020-ci il təvəllüdlü X7 və 25.11,2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən etibarən Birinci tərəf: X4 hər ayın sonunadək bir uşaq üçün 235 (iki yüz otuz beş) AZN olmaqla ümumilikdə 470 (dörd yüz yetmiş) manat aliment ödəcəyi ilə bağlı öz üzərinə öhdəlik götürür. Bu aliment məbləğini birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəyəcəyinə dair öhdəlik götürür. İkinci tərəf: Maraqlı şəxs Bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı Birinci tərəfin aidiyyəti məhkəməyə müraciət edəcəyi ilə razıdır və buna etiraz etmir. Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 2(008)-5051/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, X5 ilə Maraqlı şəxs arasında 2502 akt qeydi ilə xx.xx.2019-cü il tarixdə 4 saylı Bakı Asan xidmət Mərkəzi Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Eyni Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, barışıq sazişi xx.xx.2024-cü il tarixdə bağlanmasına baxmayaraq ərizənin verildiyi tarixədək, yəni xx.xx.2024-cü il tarixədək sazişin ikinci tərəfi barışıq sazişinin alimentə dair icrasını icra etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişinin alimentə dair hissəsi aşağıdakı məzmunda təsdiq edilsin.
1. Maraqlı şəxs ilə Ərizəçi birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən etibarən Maraqlı şəxs X4 hər ayın sonunadək bir uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla ümumilikdə 470 (dörd yüz yetmiş) manat aliment ödəcəyi ilə bağlı öz üzərinə öhdəlik götürür. Bu aliment məbləğini birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəyəcəyinə dair öhdəlik götürür.
Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Nilufər Cəfərli