Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3090/2020 26.08.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, Ərizəçi iştirakları ilə, Ərizəçi maraqlı şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi və 4 saylı Bakı «Asan Xidmət» X10 qeyd edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi və 4 saylı Bakı «Asan Xidmət» X10 qeyd edilməklə ərizə ilə məhkəməyə müraciət edərək X8 məxsus Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinə dair DƏDRX-nin Abşeron rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş MH seriyalı ******* №-li çıxarışın, həmin çıxarışa əsasən qeyd olunan qurum tərəfindən verilmiş **********46 №-li daşınmaz əmlakın pasportunun, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2011-ci il tarixli torpaq sahəsinin plan və ölçüsünün X5 məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, arvadı X11 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. X11 öldüyü vaxt mülkiyyətində Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi və Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsi olmuşdur. Arvadı öldükdən sonra məhrumdan qalan əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün 4 saylı Bakı «Asan Xidmət» X4 müraciət etmişdir. Mərhumun adına çıxarışın alınması ilə bağlı notariat kontorunun məktubu ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə müraciət etdikdə məlum olmuşdur ki, mərhum arvadının soyadı ölən vaxt «Məmmədova» olmasına baxmayaraq, hazırda ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsinə dair verilmiş A seriyalı 329411 №-li «Torpaq sahəsinin plan və ölçüsü»ndə, o cümlədən həmin torpaq sahəsinin ayrılması ilə bağlı digər bələdiyyə sənədlərində «X12» kimi, ölüm haqqında şəhadətnaməsində isə «X11» kimi göstəriləmsi ilə əlaqədar uyğunsuzluq vardır. Həmçinin Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinə dair DƏDRX-nin Abşeron rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş MH seriyalı ******* №-li çıxarışda və **********46 №-li daşınmaz əmlakın pasportunda mərhumun adı «X12» kimi göstərilsə də, hazırda ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin torpaq sahəsinə verilmiş xx.xx.2013-cü il tarixli A seriyalı 449415 №-li «Torpaq sahəsinin plan və ölçüsü»ndə mərhumun adı «X11» kimi göstərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi və 4 saylı Bakı «Asan Xidmət» X10 məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-cı maddəsinin müddəalarını rəhbər tutaraq, maraqlı şəxslərin nümayəndələrinin iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). Ərizəçi Bakı şəhəri, Sabuncu rayonunda qeydiyyatdadır (AZE seriyalı 00026423 №-li şəxsiyyət vəsiqəsi). Ərizəçi Alpaşa Qacıyev (Hacıyev) Ayna Məmmədova ilə xx.xx.1971-ci ildə nikahını bağlamış, nikahın bağlanmasından sonra Ayna Məmmədova ərinin soyadına keçmədən öz soyadında qalmışdır (Gürcüstan Respublikası Dmanisi VVAQ şöbəsi tərəfindən təkrar verilmiş MN seriyalı 364260 №-li nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş sürəti). X11 xx.xx.2019-cu il tarixdə ölmüşdür (4 saylı Bakı «Asan Xidmət» Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 018290 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş sürəti). Məhkəmə müəyyən etmişdir ki, X11 nikahın bağlanılmasından sonra «Hacıyeva» soyadına keçmiş olmasa da, bəzi rəsmi sənədlərdə onun soyadı «Hacıyeva» kimi qeyd edilmişdir. Belə ki, Gürcüstan Respublikası Dmanisi VVAQ şöbəsi tərəfindən Ərizəçi uşaqları- X6, X9 və X1 verilmiş doğum haqqında şəhadətnamələrin ana qrafasında ananın soyadı «Hacıyeva» kimi göstərilmişdir (İ-Tİ seriyalı 260512 №-li, İX-Tİ seriyalı 378055 №-li və Vİİ- İT seriyalı 459484 №-li doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq olunmuş surətləri). Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsinə dair X3 adına xx.xx.2013-cü il tarixli A seriyalı 449415 №-li «Torpaq sahəsinin plan və ölçüsü» verilmişdir. Eyni zamanda, Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən 0,06 ha olan digər bir torpaq sahəsinə verilən sənədlər “Məmmədova» deyil, «Hacıyeva» soyadı ilə rəsmiləşdirilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinin X7 xüsusi mülkiyyətində olmasına dair xx.xx.2007-ci il tarixli MH seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixli reyestr nömrəsi olan **********46 №-li daşınmaz əmlakın pasportu, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X7 adına xx.xx.2011-ci il tarixli A seriyalı 329411 №-li «Torpaq sahəsinin plan və ölçüsü» verilmişdir. 4 saylı Bakı «Asan Xidmət» X10 tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə xx.xx.2019-cu il tarixli məktub göndərilərək Ərizəçi müraciəti əsasında xx.xx.2019-cu ildə ölmüş arvadı X3 adına vərəsəlik işinin açılması bildirilərək, Abşeron rayonu, Məmmədli kəndində yerləşən torpaq sahəsinə dair “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışı» notariat ofisinə göndərilməsi xahiş olunmuşdur. Hazırda ərizəçi X8 məxsus Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinə dair DƏDRX-nin Abşeron rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş MH seriyalı ******* №-li çıxarışın, həmin çıxarışa əsasən qeyd olunan qurum tərəfindən verilmiş **********46 №-li daşınmaz əmlakın pasportunun, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2011-ci il tarixli torpaq sahəsinin plan və ölçüsünün X5 məxsus olması faktının müəyyən edilməsinı istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən isə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı Qərarının: 1.2-ci bəndi ilə müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndi ilə müəyyən edilmişdir ki, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndi ilə müəyyən edilmişdir ki, məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. 1.7-ci bəndi ilə müəyyən edilmişdir ki, hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. 6-cı bəndi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Yuxarıda qeyd olunan hallardan görünür ki, «X11» «X12» ilə eyni şəxs olmuşlar. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti vardır və ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyi üçün ərizə təmin olunmalı, X8 məxsus Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinə dair DƏDRX-nin Abşeron rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş MH seriyalı ******* №-li çıxarışın, həmin çıxarışa əsasən qeyd olunan qurum tərəfindən verilmiş **********46 №-li daşınmaz əmlakın pasportunun, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2011-ci il tarixli torpaq sahəsinin plan və ölçüsünün X5 məxsus olması faktı müəyyən edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Ərizə təmin edilsin. X8 məxsus Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinə dair DƏDRX-nin Abşeron rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş MH seriyalı ******* №-li çıxarışın, həmin çıxarışa əsasən DƏDRX-nin Abşeron rayon Ərazi İdarəsi tərəfindən verilmiş **********46 №-li daşınmaz əmlakın pasportunun, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2011-ci il tarixli torpaq sahəsinin plan və ölçüsünün X5 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-3090/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3090/2020
26.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver