Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3252/2023 23.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi ilə Ərizəçi maraqlı şəxs qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb olunmaqla “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb olunmaqla “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair məhkəməyə müraciət edərək, hüquq müəyyənedici sənəd olan Bakı şəhər Soveti İcraiyyə Komitəsi Bağ təsərrüfatı tresti ilə bağlanmış 29 sentyabr 1967-ci il tarixli,15135 nömrəli “bağ sahələrinin, tikililərin uzunmüddətli icarəyə verilməsi haqqında” müqavilənin Ərizəçi babası olan xx.xx.1970-ci il tarixdə vəfat etmiş Pircan Qurbanqulu oğluna məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsi Bağ təsərrüfatı tresti ilə bağlanmış xx.xx.1967-ci il tarixli,15135 nömrəli uzunmüddətli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,25 hektar həcmində olan 80 saylı torpaq sahəsi Ərizəçi babası Pircan Qurbanqulu oğluna uzunmüddətli icarəyə verilmişdir. Pircan Qurbanqulu oğlu xx.xx.1970-ci il tarixdə vəfat etmişdir və bundan sonra bağ sahəsinə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı Bələdiyyəsinin 225 saylı xx.xx.2022-ci il tarixli arayışı ilə təsdiq edildiyi kimi əriəzəçinin atası və ardınca özü tərəfindən faktiki sahiblik və istifadə edilmişdir. Torpaq sahəsi mərhum Pircan Qurbanqulu oğlunun mülkiyyətində olmadığı üçün Bakı şəhəri 17 saylı notariat tərəfindən varis olaraq Ərizəçi miras əmlaka vərəsəlik haqqında şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Hazırlıq iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan İV-ЖГ seriyalı 365636 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, atası X2, anası X4r. -xx.xx.1967-ci il tarixli 15/5 saylı müqavilənin surətindən görünür ki, Pircan Qurban oöluna Ləhiş bağ ərazisindəki 80 saylı bağ sahəsi ayrılmışdır. -Bağlar təsərrüfatı İdarəsi tərəfindən verilən 104410 saylı qəbzdən görünür ki, X5 bağ ərazisindəki 80 saylı bağ sahəsi üçün 1220 manat pul ödəmişdir. -xx.xx.2022-ci il tarixli DƏDK və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş məktubdan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. -xx.xx.2022-ci il tarixli, 91 saylı Kürdəxanı qəsəbə nümayəndəliyi tərəfindən verilmiş məktubdan görünür ki, D.Vasif küçəsi, ev 68 qeydiyyatda olan Ərizəçi xx.xx.1970-ci ildə vəfat etmiş babası Pircan Qurbanqulu oğlu xx.xx.1967-ci il tarixdə 15135 saylı müqavilədə qeyd olunan Pircan Qurban oğlu ilə ölüm haqqında şəhadətnamədə yazılmış Pircan Qurbanqulu oğlu eynidir. -Bakı şəhəri Sabunçu Rayon Kürdəxanı qəsəbə icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ seriyalı 260127 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Pircan Qurbanqulu oğlu xx.xx.1970-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. -Bakı şəhəri Sabunçu Rayon Kürdəxanı qəsəbə icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ seriyalı 260109 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.1993-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. -Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, arxiv fondunda mühafizə edilən sənədlərində 1935- 1939-cu illərə dair Bakı şəhəri, Lenin (Sabunçu) rayonu, Kürdəxanı qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitabında 22 aprel 1938-ci ildə doğulan X1 təvəllüdü qeyd olunur. Atası Ərizəçi Qurbanqulu oğlu, anası X3r. -xx.xx.2022-ci il tarixli 225 saylı Kürdəxanı bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.1970-ci il tarixdə vəfat etmiş babası Pircan Qurbanqulu oğluna xx.xx.1967-ci il tarixdə 15135 saylı müqavilə əsasında verilmiş Ləhiş bağ ərazisindəki 80 saylı bağ sahəsi uzun müddət ailəsinin istifadəsində olmuş, hazırda Ərizəçi istifadəsindədir və vergi ödəyicisi kimi bələdiyyənin vergi uçot sistemində qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçinin babasının adı Pircan Qurbanqulu oğlu olduğu halda səhvən Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, D.Vasif küçəsindəki 68 saylı evə 1967-ci il tarixdə tərtib olunaraq təqdim edilmiş müqavilədə Pircan Qurban oğlu kimi göstərilmişdir. Məhkəməyə təqdim olunan bütün sənədlərdə, həmçinin xx.xx.1967-ci il tarixli 15/5 saylı müqavilə üzrə ödəniş edilən qəbzdə də Pircan adlı şəxsin ata adı Qurbanqulu qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə, əxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləlilklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin babası Pircan Qurbanqulu oğluna məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, D.Vasif küçəsindəki 68 saylı evə dair müqavilədə göstərilən “Pircan Qurban oğlu” “Pircan Qurbanqulu” ilə eyni şəxsdir və Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, D.Vasif küçəsindəki 68 saylı evə dair müqavilə Pircan Qurbanqulu oğlun məxsus olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 307-311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhər Soveti İcraiyyə Komitəsi X9 ilə bağlanmış xx.xx.1967-ci il tarixli, 15135 saylı “bağ sahələrinin, tikililərin uzunmüddətli icarəyə verilməsi haqqında” müqavilənin xx.xx.1970-ci il tarixdə vəfat etmiş Pircan Qurbanqulu oğluna məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-3252/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3252/2023
23.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver