Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3254/2024 15.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, Cavabdeh1 iştirakları ilə İddiaçı Cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi qarşı daşınmaz əmlakın alqı - satqı müqaviləsinin etibarsız hesab edilməsi və bu müqavilə əsasında verilmiş dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi və daşınmaz əmlakın əvvəlki vəziyyətinə qaytarılması tələblərinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəmədə iddia qaldıraraq Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Əhmədbəy Ağayev küçəsi ev 28, 19 №-li mənzilin cavabdeh X2 96000 manata satılması barədə Bakı şəhəri 9 saylı Notariat ofisi tərəfindən təsdiq olunmuş, xx.xx.2023-cü il tarixdə reyestrdə 4Ə-379 nömrə ilə qeydə alınmış “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi, bu müqavilə əsasında dövlət reyestrində əmlaka dair cavabdeh X2 mülkiyyət hüququ ilə bağlı aparılmış qeydin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ünvan 1 ünvanında 1991-ci ildən hal-hazıradək qeydiyatda olmaqla ailəsi ilə birlikdə yaşayır, başqa yaşayış yeri də yoxdur. Həmin mənzil 2015-ci il tarixədək atası X5 xüsusi mülkiyyətində olmuş, 2015-ci ildə atası vəfat etdikdən sonra vərəsəlik yolu ilə anası X13 xüsusi mülkiyyətinə keçmişdir. 2023-cü ilin noyabr ayında iddiaçını Bakı Apellyasiya Məhkəməsinə çağırdıqları zaman hazırkı iş üzrə olan cavabdeh X1 ona qarşı iddia qaldırdığını, onun həmin mənzildən çıxarılmağı ilə bağlı Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin mövcud olduğunu öyrənmişdir. Bakı Apellyasiya Məhkəməsində işinin araşdırılması zamanı ona məlum oldu ki, anası X20 ilə cavabdeh X6 arasında həmin mənzilin satılması barədə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 9 saylı Notariat Ofisində alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin həmin mənzilin satılmasından onun məlumatı olmayıb. Belə ki, o, 2022-ci ilin sonlarından - 2023-cü ilin ilk aylıarına kimi həkim resepti və nəzarəti əsasında, yüksək dozada antideppresant qəbul edirdi. Həmin vaxtlar mənzilin ipoteka qoyulması ilə bağlı evdə müzakirələr gedirdi. Onun da həmin evdə qeydiyyatı olduğundan bunun üçün razılıq ərizəsinin yazılması ona bildirilmişdir. Hətta daha əvvəllər də evləri ipotekaya qoyulmuş və o, buna razılıq vermişdir. Qəbul etdiyi dərmanların təsirindən dəqiq qərar və mühakimə yürütmək qabiliyyəti məhdudlaşmışdır. Bakı Apellyasiya Məhkəməsində araşdırma zamanı isə əslində yaşadığı mənzilin ipotekaya qoyulmasına deyil, satılmasına razılıq verdiyi ona aydın olmuşdur. Üstəlik, həmin ərizə ona hazır vəziyyətdə təqdim edilmiş, o, isə sadəcə imza çəkmişdir. Halbuki, onun başqa yaşayış evi olmadığından o, buna razılıq verə bilməzdi. Göründüyü kimi, onun iradəsi ziddinə mənzil satılmış və o, bu məsələdə yanılmışdır. İddiaçı ərizə göndərərək iddia ərizəsinin və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh1 ərizə verərək işə mahiyyəti üzrə baxılmasını xahiş etdi. Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə müvafiq olaraq, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə mahiyyəti üzrə iddiaçının və adıçəkilən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi ev 28, mənzil 19 (sonradan – mübahisəli mənzil) ünvanında yerləşən, ümumi sahəsi 62,3 kv metr olan mənzil X13 mülkiyyətində olmuşdur (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* №-li Çıxarış, daşınmaz əmlakın reyestr nömrəsi **********68-05101-093015, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2016-cı il). Cavabdeh1 həmin mənzili xx.xx.2023-cü il tarixdə 97000 manata (1000 manat beh və 96000 manat alqı-satqı zamanı ödənilmiş məbləğ) X9 almışdır (Bakı şəhəri 9 saylı notariat ofisində bağlanmış və 4Ə-379 reyestr nömrə ilə təsdiq edilmiş AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi). Həmin müqavilədə qeyd edilmişdir ki, mənzil satılan vaxt "xxxx" MMC-də girovda olmuş, əməliyyat notarius tərəfindən "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 1545 №-li məktubu və mülkiyyətçinin razılığı əsasında ipoteka hüququ qüvvədə olmaq şərtilə aparılmış, mənzilin satış qiymətindən 36260 manat "xxxx" MMC-nin "xxxx" ASC-də olan hesabına, qalan 59740 manat isə satıcı X14 ödəniləndən, "xxxx" MMC məbləği aldıqdan və rəsmi məktub verdikdən sonra əmlak dərhal ipoteka yükündən azad ediləcək. Müqavilənin 11-ci bəndinə əsasən satıcı X20 xx.xx.2023-cü il tarixədək həmin mənzili boşaldıb iddiaçıya təhvil vermək öhdəlyi götürmüşdür. İddiaçı Cavabdeh1 xx.xx.2023-cü il tarixdə cavabdehlər X15, İddiaçı, X10, X14 qarşı Sabunçu rayon Məhkəməsinə iddia verərək cavabdehləri azyaşlılar - X11, X7, X8 ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi, 28 №-li evin 19 №-li mənzilindən istifadə hüququna xitam verilməklə, onların həmin mənzildən çıxarılması, dəymiş maddi zərərə görə 1000 manat və mənəvi zərər qismində 7000 manat, ümumilikdə isə 8000 manat məbləğində pul vəsaitinin cavabdehlər X15, İddiaçı, X10 və X9 tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda iddiaçı X20 cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Suraxanı rayon Məhkəməsində iddia qaldıraraq X6 ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 9 saylı notariat ofisində bağlanmış və 4Ə-379 reyestr nömrə ilə təsdiq edilmiş AN-İ ******* nömrəli Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi ev 28, mənzil 19 dair daşınmaz əmlakın alqı - satqı müqaviləsinin etibarsız hesab edilməsi və bu müqavilə əsasında cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən cavabdeh X2 verilmiş dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi və daşınmaz əmlakın əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hər iki iş Sabunçu rayon Məhkəməsində 2(008)-3962/2023 nömrə ilə birləşdirilmişdir. Sabunçu rayon Məhkəməsi tərəfindən həmin iş üzrə qəbul edilən xx.xx.2023-cü il tarixli qətnamə ilə Cavabdeh1 iddiasının qismən təmin edilməsi, cavabdehlər X15, İddiaçı, X10, X20 azyaşlılar - X18, X16, X17 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi, 28 №-li evin 19 №-li mənzilindən çıxarılması, Cavabdeh1 iddiasının qalan hissədə rədd edilməsi, X13 iddiasının rədd edilməsi qət edilmişdir (Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, sonuncu qətnamə Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır). Sabunçu rayon Məhkəməsi tərəfindən həmin iş üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qətnamədən görünür ki, alqı-satqıya dair notariat işinin qovluğunda mənzildə qeydiyyatda olan X15, İddiaçı, X10 tərəfindən mənzilin satılmasına dair verilmiş razılıq ərizələri mövcuddur. Həmin işdə də iddiaçı X13 nümayəndəsi hazırda iddiaçının nümayəndəsi olan X10 olmuşdur. İddiaçı məhkəməyə X12 tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı təyin olunmuş «efexol 150 qr» dərmanına dair tibbi resept təqdim etmişdir. İnternetdən həmin dərmanın antidepressant olduğu müəyyən edilmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, İddiaçı iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır, müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir, digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4-cü maddəsinə əssən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur, bu cür əqd bağlandığı andan etibarsızdır. 342.1-ci maddəsinə əsasən psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd etibarsızdır. Belə əqdin tərəflərindən hər biri aldıqlarının hamısını digər tərəfə eyni ilə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Bundan başqa, əgər fəaliyyət qabiliyyətli tərəf digər tərəfin fəaliyyət qabiliyyəti olmadığını bilirdisə və ya bilməli idisə, ona dəymiş real zərərin əvəzini də ödəməlidir. 342.2-ci maddəsinə əsasən psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd onun xeyrinə olduqda qəyyumunun razılığı ilə etibarlı sayıla bilər. 343.1-ci maddəsinə əsasən spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi, habelə qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxsin öz himayəçisindən razılıq almadan əmlaka dair sərəncam verilməsi barədə bağladığı əqd himayəçinin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 49-cıı bəndinə əsasən, yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin soyadı, adı və atasının adı haqqında elektron sənədi müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin iinvanda qeydiyyatda olan yetkinlik yaşına çatnıış bütün ailə üzvlərinin razılığını alır. İddiaçı fəaliyyət qabiliyyətli olmaması və ya fəaliyyət qabiliyyətinin məhkəmə tərəfindən məhdudlaşdırılmış olması barədə məhkəməyə sübutlar təqdim etməmişdir. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, tərəflərin arasındakı alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmışdır və onun etbarsızlığı ilə əlaqədar əsaslar mövcud deyil. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X4 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, mübahisə predmeti olan müqavilənin bir tərəfinin iddiaçının anası X20 olmasına baxmayaraq, İddiaçı onun ikinci cavabdeh qismində işə cəlb edilməsinə etiraz etmişdir. Belə ki, iddiaçı bildirmişdir ki, onu aldadan anası deyil, mənzili alan Cavabdeh1dır, halbuki, ailə tərkibinin razılığını təmin edən məhz X20 olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı mənzilin satıldığını bilmiş, sadəcə hazırda hüquqdan sui istifadə edərək belə bir iddia irəli sürmüşdür. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir, 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. «Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tədbiqi məsələləri üzrə» Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları tərəfindən qəbul edilmiş 02/2022 №-li xx.xx.2022-ci il tarixli qərardadı ilə qərar alınmışdır ki, əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Sabunçu rayon Məhkəməsində 2(008)-3962/2023 nömrəli işdə hazırki iddiaçı iş üzrə tərəf olsa da, o, həmin işdə iştirak etməmişdir. Bu əsasdan məhkəmə onun iddiasını icraata qəbul edərək mahiyyəti üzrə baxmışdır. Məhkəmə işin hallarına və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddiaçı iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-3254/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3254/2024
15.07.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver