Məhkəmə qərarları › İş №2(008)-327/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-327/2024

27.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-327/2024 27.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X10, iddiaçının nümayəndəsi Vəkil, üçüncü şəxs X7 iştirakı ilə İddiaçı cavabdeh Bakı Şəhəri 39 saylı Notariat Ofisinə qarşı "Abşeron Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2008-ci il tarixli 86 nömrəli qərarı ilə atası X6 verilmiş Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi 2 nömrəli Sovxozun ərazisində yerləşən 1000 kv.m torpaq sahəsindən ibarət olan miras əmlakın paylara bölünməsi" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı Şəhəri 39 saylı Notariat Ofisinə qarşı "atası X4 miras qalmış Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi 2 nömrəli Sovxozun ərazisində yerləşən 1000 kv.m torpaq sahəsindən ibarət olan miras əmlakın onun tərəfindən qəbul edilməsi və miras əmlakda payların müəyyən edilməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan sonra iddiaçının nümayəndəsi Vəkil xx.xx.2023-cü ildə məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə verərək, Abşeron Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2008-ci il tarixli 86 nömrəli qərarı ilə atası X6 verilmiş Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi 2 nömrəli Sovxozun ərazisində yerləşən 1000 kv.m torpaq sahəsindən ibarət olan miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və paylara bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, atası X5 Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi 2 nömrəli Sovxoz ərazisində yerləşən 1000 kv.m torpaq sahəsi vardır. Həmin torpaq sahəsində olan evdə qeydiyyatdadır, illərdir orada yaşayır. X8 xx.xx.2015-ci ildə vəfat etmişdir. Mərhumun 6 övladı olmuşdur. X3 xx.xx.2007-ci ildə, qardaşları X9 xx.xx.1999-cu ildə, X15 isə xx.xx.2022-ci ildə vəfat etmişdir. Hal-hazırda bütövlüklə miras əmlakı qəbul etmiş və faktiki idarə edir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hazırkı iş üzrə xx.xx.2024cü il tarixli ayrıca qərardadına əsasən, iş üzrə icraata İddiaçı cavabdeh Bakı Şəhəri 39 saylı Notariat Ofisinə qarşı "Abşeron Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2008-ci il tarixli 86 nömrəli qərarı ilə atası X6 verilmiş Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi 2 nömrəli Sovxozun ərazisində yerləşən 1000 kv.m torpaq sahəsindən ibarət olan miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi" tələbinə dair hissədə xitam verilmişdir. Odur ki, hazırkı qətnamədə iddianın yalnız "Abşeron Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2008-ci il tarixli 86 nömrəli qərarı ilə X6 verilmiş Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi 2 nömrəli Sovxozun ərazisində yerləşən 1000 kv.m torpaq sahəsindən ibarət olan miras əmlakın paylara bölünməsi" hissəsinə qiymət verildi. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə edərək bildirdi ki, miras əmlak iddiaçının atası X4 qalmış, mərhum 2015-ci ildə vəfat etmişdir. X5 6 övladından 3 nəfər vəfat etmiş, 3 nəfər isə sağdır. İddiaçı mübahisəli evdə xx.xx.2022-ci ilə, yəni qardaşı onu oradan qovana qədər yaşamışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxıldı. Məhkəmə baxışı zamanı üçüncü şəxs X16 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı onun bacısıdır, ailə həyatı qurduqdan sonra həmin evdən köçmüşdür. Hal-hazırda başqa yerdə yaşayır. Mübahisəli evdə iddiaçının yaşamasına etiraz etmir, evin açarlarını ona da vermişdir. Lakin İddiaçı həmin evə qızını və nəvəsini gətirir. Üçüncü şəxs X17 əvvəlki məhkəmə iclasında bildirmişdir ki, atasından qalmış mirasdan pay istəmir. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. Müəyyən edildi ki, X8 ilə X21 xx.xx.1966-cı ildə nikaha daxil olmuş, həmin nikahdan xx.xx.1958-ci ildə İddiaçı, xx.xx.1960-cı ildə X14, xx.xx.1965ci ildə X17, xx.xx.1967-ci ildə X9, xx.xx.1969-cu ildə X16 və xx.xx.1974-cü ildə X15 doğulmuşlar. X8 xx.xx.2015-ci ildə vəfat etmişdir. İddiaçı mərhum atasından miras qalmış əmlakla bağlı Bakı Şəhəri 39 saylı Notariat Ofisinə müraciət etmiş, lakin sonuncu xx.xx.2023-cü il tarixli 157 nömrəli cavab məktubu ilə bildirmişdir ki, miras qalmış əmlaka dair vərəsəlik işinin icrası zamanı vərəsələr arasında mübahisə olması ilə əlaqədar vərəsəlik işinin həlli üçün məhkəməyə müraciət etməsi tövsiyə olunur. İşdə olan Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Pirşağı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 5-18-7/2-299-2024 nömrəli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri Pirşağı qəsəbəsi 2 nömrəli Sovxozun Tanrıverdiyev küçəsində yerləşən 21-ci evin 2-ci mənzilində qeydiyyatdadır və atası mərhum X8 ölən günə kimi həmin ünvanda aşağıdakı şəxslərlə birlikdə yaşamışdır:

1. X24 (xx.xx.1989-cu il);

2. X15 (xx.xx.1974-cü il);

3. X33 (xx.xx.1990-cı il);

4. X19 (xx.xx.2006-cı il);

5. X20 (xx.xx.2004-cü il);

6. X37 (xx.xx.2019-cu il);

7. X9 (xx.xx.2016-cı il);

8. X8 (xx.xx.1988-ci il);

9. X11 (xx.xx.1990-cı il);

10. X12 (xx.xx.1967-ci il);

11. X16 (xx.xx.1969-cu il). İşdə olan İ-ИЕ seriyalı 609261 nömrəli "Doğum haqqında şəhadətnamə"nin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci ildə doğulmuş, atası X8, anası isə X18r. İşdə olan İ-ИЕ seriyalı 980778 nömrəli "Doğum haqqında şəhadətnamə"nin surətindən görünür ki, X14 xx.xx.1960-cı ildə doğulmuş, atası X8, anası isə X18r. İşdə olan АЗ seriyalı ******* nömrəli "Doğum haqqında şəhadətnamə"nin surətindən görünür ki, X17 xx.xx.1695-ci ildə doğulmuş, atası X8, anası isə X18r. İşdə olan АЗ seriyalı ******* nömrəli "Doğum haqqında şəhadətnamə"nin surətindən görünür ki, Mustafayev Məhərrəm oğlu xx.xx.1967-ci ildə doğulmuş, atası X8, anası isə X18r. İşdə olan İİİ-ЖГ seriyalı 265131 nömrəli "Doğum haqqında şəhadətnamə"nin surətindən görünür ki, X15 xx.xx.1974-cü ildə doğulmuş, atası X8, anası isə X18r. İşdə olan V-ЖГ seriyalı 345768 nömrəli "Ölüm haqqında şəhadətnamə"dən görünür ki, X9 xx.xx.1999-cu ildə vəfat etmişdir. İşdə olan AZ-İ seriyalı 245269 nömrəli "Ölüm haqqında şəhadətnamə"dən görünür ki, X14 xx.xx.2007-ci ildə vəfat etmişdir. İşdə olan AZ-İİ seriyalı 316300 nömrəli "Ölüm haqqında şəhadətnamə"nin surətindən görünür ki, X8 xx.xx.2015-ci ildə vəfat etmişdir. İşdə olan AZ-İİ seriyalı 302321 nömrəli "Ölüm haqqında şəhadətnamə"nin surətindən görünür ki, X15 xx.xx.2022-ci ildə vəfat etmişdir. İşdə olan AZ-İİİ seriyalı 858186 nömrəli "Doğum haqqında şəhadətnamə"nin surətindən görünür ki, X20 xx.xx.2004-cü ildə Bakı şəhərində doğulmuş, atası X15, anası X13r. İşdə olan AZ-İ seriyalı 742526 nömrəli "Doğum haqqında şəhadətnamə"nin surətindən görünür ki, X19 xx.xx.2006-cı ildə Bakı şəhərində doğulmuşdur, atası X15, anası X13r. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ünvan ünvanlanmış xx.xx.2023-cü il tarixli 157 nömrəli məktubdan görünür ki, xx.xx.2015-ci ildə vəfat etmiş X4 miras qalmış əmlaka dair vərəsəlik işinin icrası zamanı vərəsələr arasında mübahisə olması ilə əlaqədar vərəsəlik işinin həlli üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə görə, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1291-ci maddəsinə əsasən, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Əlavə olan "Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat"ın 7-ci bəndinə əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"ın 107-ci bəndinə əsasən, miras əmlakın tərkibində daşınmaz əmlak olduqda, notarius miras qoyanın daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədi tələb edir. Notarius hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərin ərizəsi və dövlət reyestrindən çıxarış əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı "Elektron notariat" informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edir. Daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış vərəsə və ya onun nümayəndəsi tərəfindən təqdim edilir. Sadalanan normaların birgə təhlilindən görünür ki, daşınmaz əmlakın vərəsəlik üzrə keçməsi üçün həmin əmlaka mərhumun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində mərhumun sağlığında qeydiyyata alınmış olmalıdır. Əgər miras qoyan hüququnu qeydiyyata aldırmadan vəfat edərsə, mirasın rəsmiləşdirilməsi "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində göstərilən qaydada həyata keçirilməlidir. Bu qayda ondan ibarətdir ki, vərəsə daşınmaz əmlakın dövlət reyestrini aparan qeydiyyat orqanına müraciət edərək daşınmaz əmlak, o cümlədən torpaq sahəsi üzərində mülkiyyət hüququnun miras qoyana məxsus olması haqqında arayış almalı və həmin arayışı notariat ofisinə təqdim etməlidir. İşdən görünür ki, iddia ərizəsində göstərilən 1000 kv.m həyətyanı torpaq sahəsinə X2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçının miras əmlakla bağlı məhkəməyə təqdim etdiyi yeganə sənəd X2 adına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı 069246 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"dür. Sənəddə göstərilmişdir ki, həmin sənəd X5 adına Abşeron rayonu Pirşağı qəsəbəsində yerləşən 1000 kv.m həyətyanı torpaq sahəsi ilə bağlı Abşeron Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2008-ci il tarixli 86 nömrəli qərarı əsasında tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, "Torpaq sahəsinin planı və ölçüsü" torpaq sahəsinin yalnız koordinatlarını və kadastr göstəricilərini əks etdirən sənəddir və mülkiyyət hüququnu təsdiq edən sənəd sayılmır. Həmin sənəd əsasında torpaq sahəsi miras əmlak kimi paylara bölünə bilməz. Mərhum X1 mülkiyyət hüququ qeydiyyata alınmadığına görə İddiaçı "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrini aparan qeydiyyat orqanına müraciət edərək torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum atasına məxsus olması haqqında arayış ala və həmin arayışı notariat ofisinə təqdim edə bilərdi. Lakin o, bunu etməmişdir. Belə olan halda, 1000 kv.m torpaq sahəsindən ibarət olan miras əmlakın paylara bölünməsi barədə onun iddiası təmin edilməməlidir. İddiaçı "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun qeyd olunan 22.2-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrini aparan qeydiyyat orqanına müraciət edərək torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum atasına məxsus olması haqqında arayış alaraq həmin arayışı notariat ofisinə təqdim edə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan xx.xx.2022-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Hazırkı iddia təmin edilmədiyi üçün məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Nəticə hissəsi:

Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qət etdi: İddiaçı cavabdeh Bakı Şəhəri 39 saylı Notariat Ofisinə qarşı "Abşeron Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2008-ci il tarixli 86 nömrəli qərarı ilə atası X6 verilmiş Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi 2 nömrəli Sovxozun ərazisində yerləşən 1000 kv.m torpaq sahəsindən ibarət olan miras əmlakın paylara bölünməsi" barədə iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir.

Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar