Məhkəmə qərarları › İş №2(008)-33/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-33/2025

14.01.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-33/2025 14.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclasının katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı nümayəndəsi Nümayəndənın iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh2 qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı cavabdeh X8 qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın "Neft Kəmərləri” İdarəsinin istismarında olan Sabunçu-Böyükşor Dş-200 mm-lik yerüstü neft kəmərinin 0,2-ci km-də, 1-ci sırada, kəmərə paralel Sabunçu rayonu Şəhər şossesi döngə-4, mənzil 2 v ünvanında Cavabdeh1 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasarın və yardımçı tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı SOCAR-ın İddiaçı bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, SOCAR-ın "Neft Kəmərləri” İdarəsinin istismarında olan Sabunçu-Böyükşor Dş-200 mm-lik yerüstü neft kəmərinin 0,2-ci km-də, 1-ci sırada, kəmərə paralel, kəmərdən təqribən 35-40metr aralı məsafədə, ünvan 1 ünvanında Cavabdeh1 tərəfindən inşa olunmuş fərdi yaşayış evi və evin qarşısında yeni tikili faktları aşkar olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərinin mühafizə zondasında aşağıda göstərilən işllərin aparılması qadağandır: a) Hər hansı tikinti və quraşdırma işləri: b) Bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq buz sındırılması və yığılması c) Boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və müxanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin qurşadırılması. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclası zamanı cavabdeh X13 əsl Cavabdeh2 ilə əvəz edilmişdir. Məhkəmə iclasında iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdeh məhkəməyə gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə müraciət etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(008)-2534/2022 nömrəli qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və icra edilməsi üçün Azərbaycan Respublikası Ədliyya Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyya Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/4707 nömrəli ekspert rəyindən görünür ki, iddiaçı tərəfindən təqdim edilmiş, ünvanda cavabdehin istifadəsində olan fərdi yaşayış evinin Sabunçu- Böyükşor DŞ-200 mm-lik yerüstü neft kəmərinin 26.0 metr məsafə aralıda, daş hasar və yardımçı tikilinin 34 metr məsafə aralıda yerləşdiyini nəzərə alınarsa, həmin fərdi yaşayış evinin, hasarın və yardımçı tikilinin Azərbaycan Respublikası Sənayə və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyindəə qeydə alınmış “Magistral neft kəmərinin istismarında texniki təhlükəsizlik Qaydaları” ilə müəyyn edilmiş 50 metrlik mühafizə zolağının daxilində düşdüyü müəyyən edilmişdir. Aaprılmış tədqiqatın dəyəri 50 manat müəyyn edilmişdir. Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin FM seriyalı, 027661 nömrəli Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesi döngə küçəsində 9 otaq 158.2 yaşayış sahəsindən ümumi 306.7 kv.m olan ümumi sahədən ibarət olan 2 b və 2 v saylı fərdi yaşayış evi Cavabdeh2, B tikilsi 3 saylı otaq X4, B tikilsi 2 saylı otaq isə X9 verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-45601/**********745601 nömrəli məktubundan görünür ki, Bununla əlaqədar olaraq bildiririk ki, ünvan 4 saylı fərdi yaşayış evi ilkin olaraq xx.xx.1989-cu il tarixdə X14 və X6 adlarına qeydiyyatdan keçmişdir. Sözügedən fərdi yaşayış evinin X10 məxsus hissəsi Bakı şəhəri 4 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2003-cü il tarixli 4”Ə”- 342 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 11,02.2004-cü il tarixdə Cavabdeh2 və X1 adlarına qeydiyyatdan keçmişdir. Sözügedən fərdi yaşayış evinin X9 məxsus hissəsi Bakı şəhəri 15 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2006-cı il tarixli 4"Ə”- 2-295 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən xx.xx.2006-cı il tarixdə X7 və X11 adlarına qeydiyyatdan keçmişdir. Hazırda ünvan 4 saylı fərdi yaşayış evinin "B" tikilisindən 2 otağı X2, "V" tikilisindən 2 otağı (y/s-40,0 kv.m.) X11, "A" tikilisindən 1 otağı (y/s-23.8 kv.m) X12, "A" tikilisindən 1 otağı (y/s-15.1 kv.m) X5, "B" tikilisindən 3 otaq X3 mülkiyyətlərindədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşir (Balaxanı ƏŞ). Yuxarıda qeyd olunan əmlak neft kəmərinin mühafizə zolağında yerləşir. Verilmiş koordinata əsasən sahə **********39 reyestr nömrəli torpaq sahəsinə düşür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/4007/2025 nömrəli ekspertiza rəyinin surətindən görünür ki, torpaq sahəsinin istinad (daxilindən verilmiş) koordinatlarına əsasən Sabunçu- Böyükşor Dş-200 mm-lik yerüstü neft kəmərinin 0.2-ci km-də, X-409808, Y- ******* saylı koordinat üzrə, kəmərə paralel, ünvan 3 ünvanında Cavabdeh2 tərəfindən yaşayış evi, hasar və köməkçi tikililər inşa edilmişdir. Ünvana texniki baxış keçirilməsi tərəfimizdən mümkün olmadığından qeyd olunan sualların cavablandırılması mümkün olmadı. Vahid elektron kadastr baza məlumaitlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsinin” hüdudları daxilində yerləşir (Balaxanı ƏŞ). Yuxarıda qeyd olunan əmlak neft kəmərinin mühafizə zolağında yerləşir. Verilmiş koordinata əsasən sahə **********39 reyestr nömrəli torpaq sahəsinə düşür. Aparılmış tədqiqatın dəyəri 100 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-54863/2025 nömrəli məktubundan görünür ki ,Bununla əlaqədar olaraq bildiririk ki, **********39-10301 reyestr nömrəsi ilə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi X1 ("B" tikilisindən 2 otaq), X11 ("V" tikilisindən 2 otaq (y/s-40,0 kv.m.)), X12 ("A" tikilisindən 1 otaq (y/s-23.8 kv.m)), X5 ("A" tikilisindən 1 otaq (y/s-15.1 kv.m)), Cavabdeh2 ("B" tikilisindən 3 otaq) adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Həmçinin bildiririk ki, sözügedən torpaq sahəsinin təyinatı (koteqoriyası) yaşayış məntəqələrinin torpaqlarına aiddir və evin mülkiyyətçilərinin istifadələrindədir, lakin həmin torpaq sahəsi mülkiyyət və ya istifadə (icarə) hüquqları ilə dövlət reyestrində qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci hissəsinə əsasən Dövlət mülkiyyətində olan torpaqlara dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarixmədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları daxildir. Həmin Məcəllənin 46-cı maddəsinin 2-ci hissəsinə əsasən göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativhüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Məhkəmə araşdırması zamanı məlum olur ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh2 qarşı “özbaşına tikilinin sökülməsi” tələbi ilə müraciət edərək Cavabdeh2 tərəfindən ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin, hasarın və yardımçı tikilinin cavbadehin hesabına sökülməsini xahiş etsədə, məhkəmə tərəfindən təyin edilmiş ekspertizların rəyindən görünür ki, sözügedən fərdi yaşayış evinin, hasarın və yardımçı tikililərin yerləşdiyi sahə neft kəmərinin mühafizə zolağında yerləşsədə, həmin hissə **********39 reyestr nömrəli torpaq sahəsinin üzərinə düşür. Məhkəmə tərəfindən edilmiş sorğuya aidiyyatı orqan tərəfindən verilmiş cavab məktubundan görünür ki, **********39 reyestr nömrəli torpaq sahəsi Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi Şəhər Şossesi döngə 4, 2 b, 2v ünvanıdır və həmin ünvanda yerləşən fərdi yaşayış evinin B tikilisindən 3 otaq cavabdehin mülkiyyətindədir. Beləliklə məhkəmə hesab edir ki, nə qədər ki, sözügedən ünvanda yerləşən tikilinin bir hissəsinə cavabdehin mülkiyyət hüququ mövcuddur və iddiaçı məhz cavabdehin mülkiyyətində olan hissənin sökülməsini məhkəmədən xahiş etsədə, məhkəmə iddiaçının diqqətinə çatdıraraq qeyd edir ki, həmin tikilinin yerləşdiyi torpaq sahəsi neft kəmərlərinin mühafizə zonası yeləşsə olsa belə cavabdehin həmin əmlaka mülkiyyət hüququ olduğundan hazırki vəziyyətdə sökülə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcələsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qedy edri ki, iddia tələbi rədd edildiyindən iddia qaldırılması üçün iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Azərbaycan Respublikasındakı filialı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməli və həmçinin ekspertiza xərcləri iddiaçıdan tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh2 qarşı “özbaşına tikilinin sökülməsi” dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. 150 (bir yüz əlli) manat ekspertiza xərci iddiaçıdan tutularaq cavabdeh Azərbaycan Respublikası Ədliyya Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar