Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-337/2021 02.06.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X4, İddiaçı, Cavabdeh Cavabdeh3 iştirakları ilə, İddiaçı İddiaçı Cavabdehlər Cavabdeh3, Bakı şəhəri 39 saylı notariat ofisinə və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və Çıxarışın ləğv edilməsi barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh3 cavabdehlər Bakı şəhəri 39 saylı notariat ofisinə, X6, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Pirşağı qəsəbəsi üzrə nümayəndəliyi, X7, Bakı şəhəri Pirşağı qəsəbəsi Sabunçu RİNB-nin Pirşağı qəsəbəsi üzrə nümayəndəliyinə qarşı DƏDRX-nin Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində qeyd edilməklə 39 saylı notariat ofisi tərəfindən Kazımova (Əminova) Lətafət İsa qızına Pirşağı qəsəbəsi, Ə.Məlikov küçəsindəki 19 saylı ev əvə onun yerləşdiyi 0,1753 ha torpaq sahəsinə dair verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, DƏDRX-nin Bakı Ərazi İdarəsindən həmin evə və torpağa dair Kazımova Lətafətin adına 30.08.2019-cu il tarixində verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, nənəsi X2 mülkiyyətində olan Pirşağı qəsəbəsində Ə.Məlikov küçəsindəki 5 otaqdan ibarət 19 saylı evi keçmiş Lenin rayon xalq Məhkəməsinin 08.10.1972-ci il tarixli qərarı ilə 5 nəfər oğlanları arasında bölmüşdür. Atası X5 10,2 kv.m-dən ibarət olan bir ətaq, 12kv.m-lik eyvan, ümumi sahəsi 53,2 kv.m. olan saray tipli qeyri-yaşayış sahəsi və 368.5 kv.m. torpaq sahəsi pay düşmüşdür. Həmin dövrdən əmisi X1 payına düşən 10,2 kv.m. olan bir otaq, 12 m*-m. olan balkon və 368,5 kv.m. torpaq sahəsi iddiaçın istifadəsində olmuşdur. Atası vəfat etmişdir, atasının vərəsələri özü və bacısı Lətafətdir. Cavabdeh3 atalarının savadsızlığından istifadə edərək Pirşağı Ərazi nümayəndəsi Ramil Əliyevdən payçıların vərəsəsi olmayan və həmin 19 saylı evin yeganə vərəsəsi X9 olması barədə arayış almış və 39 saylı notariat ofisi isə digər vərəsələrin olub-olmamasını müəyyən etmədən ona yeganə vərəsəlik şahədətnaməsi vermiş o isə sonradan qanuni 5 yerə bölünmüş 19 saylı evə 21 noyabr 2013-cü il tarixdə Bakı şəhər Ərazi idarəsində yeganə mülkiyyətçi olmasına dair çıxarış almışdır. X21 mülkiyyətində olan həmin 19 saylı evi 28 dekabr 2013-cü il tarixdə Əminova (Kazımova) Lətafət İsa qızına vəsiyyət etmişdir. Həmin vəsiyyətnamədə torpaq sahəsinin adı belə çəkilməmişdir. X3 evdən başqa həmdə 0,1753ha torpaq sahəsinində Lətafətə vəsiyyət edilməsi barədə DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsindən çıxarış verilməsi barədə məktub almışdır. Bunun nəticəsində onun vərəsəlik hüququ pozulmuş və mülkiyyətindən məhrum olmuşdur. Sonradan iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, cavabdeh qismində Cavabdeh3, Bakı şəhəri 39 saylı notariat ofisini və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsini qeyd edərək, 14.08.2019-cu il tarixli, reyestrdə 2V-124 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və 14.08.2019-cu il tarixli, reyestrdə 2V-123 nömrə ilə qeydə alınmış vəsiyyatnamə üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və Cavabdeh3 adına verilmiş, reyestrdə **********76-10301 nömrə ilə qeydə alınmış Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin 39 saylı notariat ofisi və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi nümayəndələrini məhkəməyə göndərməmişlər, səbəbləri barədə məhkəməyə məlumat verməmişlir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə 39 saylı notariat ofisi və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı İddiaçı iddia ərizəsinin və iddia tələbinin dəyişdiriməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh3 iş üzrə izahat verərək qeyd etdi ki, torpağın bölünməsinə etiraz etmir, lakin ev bölünə bilməz, çünki atası hələ sağlığında bacısının istifadə hüququna kompensasiya verməklə xitam verdirmişdir. Odur ki, iddianın qismən təmin edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Hazırkı işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı və cavabdeh bacıdırlar. Ataları X9 11.08.2018-ci il tarixdə ölmüşdür. Onun öldüyü məqamda iki qızında başqa vərəsələri olmamışdır. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ə.Məlikov küçəsindəki ümumi sahəsi 105,7 kv metr 5 otaqdan ibarət olan ev 19 (sonradan – mübahisəli ev) X3 mülkiyyətində olmuşdur (RX seriyalı ******* №-li, 21.11.2013-cü il tarixli Çıxarış). Həmin Çıxarışda 0,01654 ha istifadədə olan torpaq sahəsinin mülkiyyət növü «dövlət» qeyd edilmişdir. X9 28.12.2013-cü il tarixdə mübahisəli evə dair qızı Lətafətə (cavabdehə) vəsiyyatnamə vermişdir. Əminov İsa 2016-cı ildə Sabunçu rayon Məhkəməsində qızı Kifayətə (iddiaçıya) və onun ailə üzvlərinə qarşı iddia qaldırmış, məhkəmə aktları ilə İddiaçı və onun ailə üzvlərinə 12 000 manat kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilmişdir. Həmin qətnamə bu günə qədər icra edilməmişdir. Atasının ölümündən sonra Cavabdeh3 (cavabdeh) atasının mülkiyyətində olan daşınmaz əmlaka dair mərhumun adına yeni ünvanla 04.02.2019-cu il tarixli, RX seriyalı ******* №-li yeni Çıxarış almışdır. Həmin Çıxarışda evin ümumi sahəsi 47,7 kv m və 0,1753 kv metrdən ibarət torpaq sahəsi mərhumun mülkiyyətində göstərilmişdir. Cavabdeh3 (cavabdeh) 14.08.2019-cu il tarixdə mirasın qəbuluna dair 39 saylı notariat ofisinə müraciət etmişdir. Notarius tərəfindən vərəsəlik hüququna dair iki şəhadətnamə verilmişdir: 1.qanun üzrə: 2.vəsiyyatnamə üzrə. Hər iki şəhadətnamədə miras əmlak kimi 04.02.2019-cu il tarixli, RX seriyalı ******* №-li yeni Çıxarışda qeyd edilən ev və 0,1753 ha torpaq sahəsi göstərilmişdir. Qanun üzrə Şəhadətnamədə miras əmlakdan 1/4 hissə Cavabdeh3 verilmiş, 1/4 hissə mərhumun adında açıq qalmışdır. Vəsiyyatnamə üzrə Şəhadətnamədə miras əmlakdan 1/2 hissə Cavabdeh3 verilmişdir. Beləliklə, mənzildən və torpaq sahəsindən ibarət vahid əmlaka dair 3/4 hissə cavabdehə verilmiş, 1/4 hissə açıq qalmışdır. Adıçəkilən şəhadətnamələr əsasında Cavabdeh3 30.08.2019-cu il tarixdə həmin vahid əmlaka dair ********** qeydiyyat və **********76-10301 reyestr nömrəsi ilə öz adına Çıxarış almışdır. Həmin Çıxarışda onun payı 3/4 hissə qeyd edilmiş, 1/4 hissə mərhumun adında qalmışdır. Hazırda iddiaçı hər iki Şəhadətnamənin etibarsız hesab edilməsini və Cavabdeh3 adına verilmiş Çıxarışın ləğv edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin təmin olunması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1151.1-ci maddəsinin tələbinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1, 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (əri), valideynlər (övladlığa götürülənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1166-ci maddəsinə görə fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1193-ci maddəsinə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Beləliklə, mərhum Əminov İsanın bərabər paylara malik qanun üzrə iki vərəsəsi olmuşdur – iddiaçı və cavabdeh. Mərhumun öldüyü məqamadək əmlakı Pirşağı qəsəbəsi, Ə.Məlikov küçəsindəki ümumi sahəsi 105,7 kv metr 5 otaqdan ibarət olan ev 19 olmuşdur. Həmin evə dair mərhum qızı Lətafətə vəsiyyatnamə vermişdir. Yuxarıda sadalanan qanun normalarına əsasən həmin evin 3/4 hissəsinə dair vərəsəlik üzrə Şəhadətanamə cavabdehə, 1/4 hissəsinə dair iddiaçıya verilməli idi. Mərhumun adına ölümündə sonra alınan Çıxarışda evin sahəsi 47,7 kv m göstərilmişdir. Eyni zamanda artıq 0,1753 kv metrdən ibarət torpaq sahəsi də onun mülkiyyətində qeyd olunmuşdur. Adıçəkilən vahid əmlaka dair mərhum vəsiyyatnamə verməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, 0,1753 kv metrdən ibarət torpaq sahəsi iddiaçı ilə cavabdeh arasında 1/2 bərabər paylarla bölünməli idi. Məhkəmə hesb edir ki, iddiaçının kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi onu vərəsəlik hüququndan mərhum edə bilməz Belə ki, əvvəla həmin qətnamə icra edilməmişdir və həmin icra sənədi üzrə tələbkar ölmüşdür. Bundan başqa, AR MM-nin 1203.1-ci maddəsinə əsasən Məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür, 1203.2-ci maddəsinə əsasən Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Vərəsəlik hüququnda məhrumetmə isə MM-nin 1137 və 1138-ci maddələrində əks olunmuşdur. AR MM-nin 1137-ci maddəsinə əsasən Miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin, 1138ci maddəsinə əsasən Valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Göründüyü kimi X10 ləyaqətsiz vərəsə elan etdirməmiş, onun istifadə hüququna xitam verdirmişdir, həmin qətnamə də bu günə qədər icra edilməmiş və qeyd edildiyi kimi, tələbkar artıq ölmüşdür. Odur ki, məhkəmə hesab edir ki, hər iki Şəhadətnamə etibarsız hesab edilməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh3 adıçəkilən Şəhadətnamələr əsasında öz adına aldığı 30.08.2018-ci il tarixli, ********** qeydiyyat və **********76-10301 reyestr nömrəsi ilə Çıxarış da ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia təmin edilsin. 14.08.2019-cu il tarixli, reyestrdə 2V-124 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 14.08.2019-cu il tarixli, reyestrdə 2V-123 nömrə ilə qeydə alınmış vəsiyyatnamə üzrə vərəsəlik şəhadətnaməsi etibarsız hesab edilsin. Cavabdeh3 adına verilmiş, reyestrdə **********76-10301 nömrə ilə qeydə alınmış Çıxarış ləğv edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-337/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-337/2021
02.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver