Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3461/2020 07.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, Ərizəçi və onun vəkili X3 iştirakları ilə Ərizəçi Maraqlı şəxs1 və Maraqlı şəxs2 olmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi qızı Maraqlı şəxs1 və Maraqlı şəxs2 maraqlı şəxs qismində cəlb edilməklə hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs2ndə xx.xx.2012-ci il tarixdə oğlan uşağının doğulması barədə həmin tibb müəssisəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş ********** saylı doğum haqqında tibbi şəhadətnamənin Ərizəçi qızına aid olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1980-cı ildə X2 Respublikasının İtum-Kalinskiy rayonunun İtum-Kali kəndində anadan olmuşdur. 1999-cu ildə 2-ci Çeçen müharibəsi başladığı üçün həmin ilin oktyabr ayında onlar ölkədən qacaraq Gürcüstana getmişlər. 2000-ci ilin mart ayında isə oradan Azərbaycana gəlmişlər. Həmin vaxtdan Azərbaycan Respublikasında yaşayırlar. Hazırda onlar qaçqın kimi X1 Qaçqınlar üzrə Ali Komissarlığının himayəsindədirlər. 2001-ci ildə BMT QAK-a müraciət etdiyi zaman pasportu yox idi. O, BMT QAK-a özünü ailə qurduğu (nikahları olmayan) şəxsin soyadına uyğun olaraq Kavtarova Zara kimi təqdim etdi. Bu səbəbdən də, BMT QAK tərəfindən ona verilən Himayə Sənədində (X6) soyadı verdiyi şifahi məlumata əsasən "Kavtarova" kimi qeyd edilmişdi. 2015-ci ildə Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyi tərəfindən pasportla təmin edildikdən sonra isə həmin pasporta uyğun olaraq Himayə Sənədində (X6) onun soyadı dəyişdirilərək "Kavtarova" soyadı "Betsieva" soyadı ilə əvəz edildi Azərbaycanda yaşadığı vaxtda xx.xx.2012-ci il tarixdə Sumqayıt şəhərində yerləşən Maraqlı şəxs2ndə bir oğlu doğulub. Oğlu doğulan zaman pasportu olmadığı üçün onun doğum haqqında tibbi şəhadətnaməsində onun soyadı BMT QAK tərəfindən ona verilmiş Himayə Sənədinə (X6) əsasən "Kavtarova" kimi göstərilib. Oğlunun tibbi şəhadətnaməsində soyadı "Kavtarova" kimi göstərildiyindən və soyadı əslində "Betsieva" olduğundan o, oğluna bu vaxta qədər doğum haqqında şəhadətnamə ala bilməmişdir.xx xxxxxx 2019-cu il tarixdə oğlu doğum haqqında tibbi şəhadətnaməsində ananın soyadı qrafasında soyadı "Kavtarova" soyadından "Betsieva" soyadına dəyişdirilərək doğum haqqında yeni tibbi şəhadətnamə verilməsi üçün oğlu doğulduğu Maraqlı şəxs2nə müraciət etdi. Lakin Maraqlı şəxs2 onun müraciətini təmin etmədi və doğum haqqında tibbi şəhadətnamədə dəyişiklik edilməsinin mümkün olmadığını bildirdi.xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri Maraqlı şəxs1nə müraciət edərək xx.xx.2012-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş oğluna doğum haqqında şəhadətnamə ilə təmin etmələrini xahiş etmişdir. Bakı şəhəri Maraqlı şəxs1 onun müraciətinə baxaraq tibbi şəhadətnamənin ona məxsus olması faktının məhkəmə qaydasında müəyyən edildikdən sonar doğumun dövlət qeydiyyatı barədə müraciətinə baxılacaqdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbini müdafiə edərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs1 və Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs2 MMC-nin xx.xx.2019-cu il tarixli 28B saylı məktubundan görünür ki, doğum haqqında şəhadətnamədə dəyişikliyin edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. - Maraqlı şəxs1 xx.xx.2019-cu il tarixli, 1302 saylı məktubundan görünür ki, ərizəçiyə məxsus Rusiya Federasiyanın pasportu ilə Maraqlı şəxs2 MMC tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli ********** saylı doğum haqqında tibbi şəhadətnamədə ziddiyət yarandığından həmin tibbi şəhadətnamənin ona məxsus olması faktı ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. -Birləşmiş Millətlər təşkilatı tərəfindən verilmiş şəxsi nömrəsi ***-*******9 olan vəsiqənin surətindən görünür ki Ərizəçi 18..02.1980-cı il tarixdə Rusiya Federasiyasında doğulmuşdur. -Birləşmiş Millətlər təşkilatı tərəfindən verilmiş şəxsi nömrəsi ***-*******9 olan vəsiqənin surətindən görünür ki Betsiev Abdul-kərim xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikasında doğulmuşdur. -********** saylı doğum haqqında tibbi şəhadətnamənin surətindən görünür ki xx.xx.2012-ci il tarixdə Maraqlı şəxs2 MMC-də oğlan uşağı doğulm anası X7 atası Kavtarov Magomed qeyd edilmişdir. - X1 Qaçqınlar üzrə Ali Kommisarlığının Azərbaycandakı nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarilxi arayışdan görünür ki, xx.xx.1980-cı il təvəllüdlü Ərizəçi xx.xx.2001-ci il tarixdən BMt QAK-ın qeydiyyatındadır. xx.xx.2001-ci il tarixdə BTM QAK-a müraciət etdikdə şifahi şəkildə verdiyi məlumat əsasında Kavtorova soyadı ilə qeydiyyata alınmışdır. xx.xx.2012-ci il tarixdə oğlan uşağı doğduğu zaman həmin uşağa doğum haqqında tibbi şəhadətnamədə ananın soyadı ona BMT QAK tərəfindən verilmiş Himayə Sənədinə əsasən Kavtorova kimi göstərilmişdir. - Dövlət Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli 15/134 və 15/133 saylı arayışların surətindən görünür ki, Rusiya Federasiyasının vətəndaşı Zara Betsiyeva və oğlu Abdul- Kerim Betsiev xx.xx.2019-cu il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş xx.xx.2021-ci il tarixədək ünvan 1 ünvanında qeydiyyata alınmışdırlar. - Rusiya Federasiyasının 53 ******* saylı pasportun surətindən görünür ki, X8 xx.xx.1980-cı il tarixdə Çeçenistan Respublikasında anadan olmuşdur. - İİ-ОЖ seriyalı 754416 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki Ərizəçi xx.xx.1980-cı il tarixdə Rusiya Federasiyası, Çeçenistan Respublikası İtum –Kalinskiy rayonu, İtum-Kali kəndində anadan olmuş atası X9 anası X4. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Maraqlı şəxs2 MMC tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli ********** saylı doğum haqqında tibbi şəhadətnamə Ərizəçi məxsusdur. Doğum haqqında tibbi şəhadətnamədə Kavtarova Zaranın əslində Ərizəçi olması faktı X1 Qaçqınlar üzrə Ali Kommisarlığının Azərbaycandakı nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışda da öz əksini tapmışdır. Belə ki arayışda Ərizəçi “soyadı” şifahi verilmiş məlumat əsasında qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə oğluna doğum haqqında şğhadətnamə alması məqsədilə lazım olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi möcvud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs2 MMC tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş ********** saylı doğum haqqında tibbi şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən olunsun. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-3461/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3461/2020
07.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver