Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3465/2024 24.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X14 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxraq, MÜƏYYƏN ETDİ : Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 2 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN - 089H, kodu 30800118 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin 01 fevral 1953-cü il tarixdə Füzuli rayonu, Qarakollu kəndində anadan olmuş və 11 noyabr 2020-ci il tarixdə vəfat etmiş X2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 10 avqust 1979-cu il tarixdə anadan olmuşdur. Hazırda Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla yaşayır. Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-531 ünvanında yerləşən ümumi sahəsi 0.10 ha olan torpaq sahəsi JN - 089H, 30800118 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə onun mülkiyyətinə verilmişdir. Məhz, qeyd olunan şəhadətnaməni əsas gətirərək Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-531 ünvanında yerləşən, ümumi sahəsi 0.10 ha olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə bağlı iş üzrə maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə ərizə ilə müraciət etsə də imtina edilmişdir. İmtinaya əsas olaraq bildirilmişdir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də “Nəbiyeva Zərnişan M. qızı” kimi, mərhumun ölüm haqqında şəhadətnaməsində isə “X6” kimi qeyd edilmişdir və adlar arasındakı uyğunsuzluq məhkəmə qaydasında həll olunmalıdır. X1 iddiaçının anasıdır. “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən “Nəbiyeva Zərnişan M. qızı” onun anası, yəni, X3r. Ona məxsus olan digər hüquqmüəyyənedici sənədlərdə də soyadı “Nəbiyeva”, adı “Zəmişan”, ata adı isə “Mürşüd” olaraq qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, tələbin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-31/2-N-0002- 8/2024 nömrəli bildirişindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-531 ünvanında yerləşən, ümumi sahəsi 0.10 ha olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə əlaqədar “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə daxil olmuş xx.xx.2024cü il tarixli ərizəyə baxılmışdır. Müraciətlə əlaqədar olaraq bildirilmişdir ki, ərizəyə əlavə edilmiş JN-89H nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də 2-ci sırada mülkiyyətçinin ata adı qeyd edilməmişdir. Belə ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də “Nəbiyeva Zərnişan M. qızı” kimi, mərhumun ölüm haqqında şəhadətnaməsində isə “X6” kimi qeyd edilmişdir. Bildirilmişdir ki, adlar arasındakı uyğunsuzluq məhkəmə qaydasında həll olunmalıdır. Füzuli Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 18 dekabr 2020-ci il tarixli 186 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1953-cü ildə Füzuli rayonunun Qarakolu kəndində anadan olmuşdur. Bu barədə xx.xx.1953-cü il tarixdə Füzuli rayon Qaraxanbəyli nümayəndəliyi tərəfindən 15 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilən Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2020-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin 11 ayının 17 günündə 786 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətintən görünür ki, X11 ilə X4 arasında 14 sentyabr 1976-cı ildə 672 nömrəli akt qeydi ilə nikah bağlamış ərə Nəbiyev, arvada Nəbiyeva soyadı verilmişdir. İş materiallarında olan Vİ-ЖГ seriyalı, 271614 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1979-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. X5, anası X3r. İş materiallarında olan Xİİİ-ЖГ seriyalı, 300197 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1988-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X5, anası X3r. İş materiallarında olan AZ-İİİ seriyalı, 523570 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1986-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X5, anası X3r. “Torpağın mülkiyyətinə verilməsinə” dair JN-089H nömrəli 30800118 kodlu şəhadətnamənin surətindən görünür ki, şəhadətnamə Bakı şəhər sakini Ərizəçi və ailə üzvləri Nəbiyeva Zərnişan M. qızı, X11, X10 və X7 verilir. Sumqayıt şəhər İH-nin BT-nın məsələləri üzrə komissiyasının xx.xx.2000-ci il tarixli 15 nömrəli qərarı və xx.xx.2000-ci il tarixli 13565 nömrəli icarə müqaviləsi ilə 0.10 hektar Novxanı bağ massivindəki B-531 nömrəli bağ sahəsi onun mülkiyyətinə verilib. Şəhadətnamə iki nüsxədən ibarət tərtib edilib və 100 nömrə ilə kitabda qeydə alınmışdır. Şəhadətnamənin bir nüsxəsi Ərizəçi verilib. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.2-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Həmin qərarın 6.3-cü maddəsinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə araşdırması zamanı, o cümlədən mülki işin materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, “X6” JN - 089H, kodu 30800118 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə “Nəbiyeva Zərnişan M. qızı” kimi göstərilmişdir. Belə ola halda məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və Ərizənın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin olmaqlalıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. JN - 089H, kodu 30800118 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin 01 fevral 1953-cü il tarixdə Füzuli rayonu, Qarakollu kəndində anadan olmuş və 11 noyabr 2020-ci il tarixdə vəfat etmiş X2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev Hakim: Namidar Misirzadə
Məhkəmə qərarları › İş №2(008)-3465/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3465/2024
24.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver