Məhkəmə qərarları › İş №2(008)-3472/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3472/2024

18.04.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3472/2024 18.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Cavabdeh qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi maraqlı şəxs Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli, MŞB/16-001762 nömrəli barışıq sazişinin məcburi icra edilməsi üçün barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizə onunla əsasladırmışdır ki, Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və nikahı Kürdəmir rayonu İHB-nın Şilyan kəndi üzrə icra nümayəndəliyində 26 nömrə ilə qeyd edilmişdir. Birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X7 doğulmuşlar. Birgə yaşadığı müddətdə ilk vaxtlar münasibətləri normal olmuş, daha sonra aralarında ailədaxili münaqişələr yaranmış, getdikcə də həmin münaqişələr davamlı olmuş və daha da kəskinləşmişdir. Birlikdə eyni ailəni davam etdirmək mümkün olmadığından, nikahın pozulması, uşaqların onun himayəsində qalmaları və aliment tələbi ilə ilkin olaraq mediasiya prosesi barədə müraciət etmiş və mediasiya zamanı aralarında xx.xx.2023-cü il tarixli, MŞB/16-001762 nömrəli barışıq sazişi imzalanmışdır. Həmin saziş üzrə qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri aşağıdaki kimi müəyyən edilmişdir: Tərəflər Kürdəmir rayonu İHB-nın Şilyan kəndi üzrə icra nümayəndəliyində xx.xx.2008-ci il tarixdə 26 nömrəli qeydi ilə bağlanan nikahın pozumasma razıdır. İkinci tərəf Cavabdeh ilə nikahdan dünyaya gələn övladı xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəlüdlü X6 analarının himayəsində qalmalarına razıdır. İkinci tərəf birinci tərəfə xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh ona hər ayın 25-dən 30-a kimi 2023-cü ilin sentyabrından etibarən gəlirinin ½ hissəsi qədər məbləğində aliment ödəyəcəyinə dair ikinci tərəf Cavabdeh öz üzərinə götürdüyü öhdəliklə razıdır. Həmin sazişdən sonra nikahı məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. Lakin saziş bağlandıqdan sonra cavabdeh öz üzərinə götürdüyü öhdəliyini yerinə yetirmir, uşaqların saxlanması üçün 1 manat da yardım etmir və hətta iş yerini dəyişmişdir ki, aldığı əmək haqqını az yazdırsın ki, aliment məbləği az tutulsun. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfi dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirdib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. xx.xx.2023-cü il tarixli, MŞB/16-001762 nömrəli barışıq sazişindən görünür ki, tərəflər (Ərizəçi və Cavabdeh) xx.xx.2008-ci il tarixində Kürdəmir rayon, İHB-nın Şilyan kəndi üzrə icra nümayəndəliyi 26 nömrəli nikah akt qeydinin pozulması razılığa gəlmiş, 2-ci tərəf (Cavabdeh) tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X4 1-ci tərəfin yəni ananın (Ərizəçi) yanında qalmasına etiraz etməmiş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 2-ci tərəf ( Cavabdeh) 1-ci tərəfə (Ərizəçi), gəlirinin 1/2 hissəsi qədər alimenti ödəməyi öz öhdəsinə götürür və alimentin əmək haqqına yönəldilməsinə razı olduğunu, alimentin ödənilməsi 2023-cü ilin sentyabr ayından başlayaraq hər ayın 25-dən 30-na kimi 1-ci tərəfin (Ərizəçi) kart hesabına ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Eyni Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, barışıq sazişi xx.xx.2023-cü il tarixdə bağlanmasına baxmayaraq ərizənin verildiyi tarixədək yəni xx.xx.2024-cü il tarixədək sazişin ikinci tərəfi barışıq sazişinin icrası üçün hər hansı bir hərəkət etməmişdir, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və оnların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd оlan hallar istisna оlmaqla, оnlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə görə uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qоhumları ilə ünsiyyətdə оlmaq hüququna malikdir. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən valideynlərinin nikahının pоzulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən valideylər ayrı yaşadıqda uşaq оnların hər biri ilə ünsiyyət hüququna malikdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında 07 sentyabr 2023-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq olunmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin.

1. 2-ci tərəf (Cavabdeh) tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X4 1-ci tərəfin yəni ananın ( Ərizəçi) yanında qalmasına etiraz etmir.

2. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 2-ci tərəf ( Cavabdeh) 1-ci tərəfə (Ərizəçi), gəlirinin ½ hissəsi qədər alimenti ödəməyi öz öhdəsinə götürür və alimentin əmək haqqına yönəldilməsinə razıdır.

3. Alimentin ödənilməsi 2023-cü ilin sentyabr ayından başlayaraq hər ayın 25-dən 30-na kimi 1-ci tərəfin (Ərizəçi) kart hesabına ödəniləcəkdir.

Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar