Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3503/2024 25.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X5, İddiaçıqzının nümayəndəsinin (vəkili) Vəkil iştirakları ilə, İddiaçı 4 saylı Bakı Asan xidmət mərkəzində notariat ofisinə qarşı mirasın qəbulu müddətinin bərpası və payın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı 4 saylı Bakı Asan xidmət mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi (dəqiqləşdirilmiş ərizə) ilə məhkəməyə müraciət edərək mərhum atası X1 və X9 miras qalmış ******* nömrəli və **********32 reyestr nömrəli çıxarışa əsasən qanuni mülkiyyətində olan Qax rayonu Ləkit-Kötüklü kəndində yerləşən 0.05 ha torpaq sahəsinin müvafiq olaraq ½ hissəsi və ½ hissəsinin 5/6 hissəsi ilə bağlı mirasın qəbulu müddətinin üzürlü hesab edilərək uzadılması və miras əmlakı üzərində onun payının tam olaraq müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, atası X6 xx.xx.2003-cü il tarixdə, anası X20 isə xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Onların vəfatından sonra ******* nömrəli və **********32 reyestr nömrəli çıxarışa əsasən onların qanuni mülkiyyətində olan Qax rayonu Ləkit-Kötüklü kəndində yerləşən 0.05 ha torpaq sahəsinin müvafiq olaraq 1/2 hissəsi və 1/2 hissəsinin 5/6 hissəsi miras olaraq qalmışdır. İddiaçı tərəfindən miras əmlakı faktiki olaraq qəbul edilmiş və idarə edilmişdir. Hazırda da onun istifadəsindədir. Bildirmişdir ki, atası və anasının vəfatından sonra dörd vərəsə- iddiaçı, qardaşı X14, bacısı X4 və X7 qalmışdır. Həmin əmlakdan iddiaçının qardaş və bacıları imtina etsə də, əmlakın onun adına sənədləşdirilməsi üçün notariat ofisinə getməkdən imtina edirlər. İddiaçı hazırda torpaq sahəsini öz adına keçirmək və qeydiyyata saldırmaq istəyir. Lakin miras əmlakla bağlı, yəni onun qəbul edilməsinin təsdiqi və prosessual müddətlərin bərpası zərurəti vardır. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat vermiş, cavabdeh məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkili) izahatının dinləyib, iş materiallarının araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçıoğlu xx.xx.1957-ci il tarixdə doğulmuşdur, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi, ev 28, mənzil 63-də qeydiyyatdadır, onun atası X10, anası X15r(AZE0******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, İİ-İE seriyalı, 042270 №-li doğum haqqında şəhadətnamə ). X23 xx.xx.1981-ci il tarixdə X11 ilə nikahını bağlamışdır (İİ-JQ seriyalı 409697 №-li nikahın bağlanması haqqında şəhadətnamə). Qax rayonu, Ləkit Kötüklü kəndində yerləşən 0.05 ha torpaq sahəsinə dair X3 1/2-in 1/6 hissəsində, X12 1/2 hissə və 1/2-in 5/6 hissəsində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reystrində xx.xx.2015-ci və xx.xx.2015-ci il tarixlərdə qeydiyyata alınmışdır (əmlakın reyestr nömrəsi **********-**********). İddiaçının atası X8 xx.xx.2003-cü ildə, anası X20 xx.xx.2023-cü ildə ölmüşdür(AZ-İ seriyalı 070812 №-li və AZ-İİ seriyalı 310297 №-li ölüm haqqında şəhadətnamələr). İddiaçının qardaş və bacıları-X16,X7 və X4, müraciət edərək vəfat etmiş atası- X2 irs qalmış 1/2-in 1/6 hissəsindən, vəfat etmiş anası-X9 irs qalmış bütün daşınar və daşınmaz əmlakın onlara çatacaq hissəsindən imtina etmişdirlər. xx.xx.2023-cü il tarixdə ölmüş X9 qalmış miras əmlakın qəbulu ilə bağlı 4 saylı Bakı Cavabdehndə Notariat ofisinin xx.xx.2023-cü il tarixli, 2853 nömrəli məktubuna əsasən, miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmədiyi üçün ərizəçiyə mirasın qəbulu müddətinin uzadılması üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Hazırda iddiaçı mərhum atası və anasına məxsus olmuş daşınmaz əmlak üzərində onun payının müəyyən edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə tələbin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1195. Məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. 1196.Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. 1202.1. Məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli Plenum qərarına əsasən nəzərə alınmalıdır ki, vərəsəlik hüququnda nəzərdə tutulmuş imtina institutu bir tərəfdən şəxslərin istəmədiyi halda məcburən vərəsə hesab olunmasının qarşısını almaq, digər tərəfdən isə hüquqi müəyyənliyi təmin etmək məqsədinə xidmət edir. Mirasın açılması ilə vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyini bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində bildirməlidir. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Hazırki iş materiallarından göründüyü kimi artıq qeyd edilən daşınmaz əmlaklardan iddiaçıdan başqa digər vərəsələr imtina etmiş, nəticədə miras paya şəriklik yaranmamışdır. Məhkəmə eyni zamanda qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsi, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Həmin Qərarda qeyd edilmişdir ki, «qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir». Hazırki ərizə adıçəkilən Qərarın təsiri altına düşməsə də, göründüyü kimi, artıq mirasdan imtina etməyən vərəsə müddətdən asılı olmayaraq miras əmlakı istəyə bilər. Odur ki, İddiaçı vəfat etmiş atası X1 və anası X9 miras qalmış Qax rayonu, Ləkit Kötüklü kəndində yerləşən 0.05 ha torpaq sahəsinin atasının 1/2-in 1/6 hissəsində və anasının 1/2 hissə və 1/2-in 5/6 hissəsində olan payları tanınmalıdır. İddiaçı həmçinin əmlakın qəbul edilməsi müddətinin uzadılmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə tələbin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1243-cü maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1246-cı maddəsinə görə isə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər, miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir; 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı miras qoyanın hazırda vərəsəsi olduğundan, vərəsəliyin qəbulunda mübahisə olmadığından, iddiaçı üzrlü səbəblərdən vaxtında müraciət etmədiyindən iddia təmin edilməli və miras əmlakların qəbul edilməsi müddəti ona nisbətdə uzadılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. İddiaçı vəfat etmiş atası X1 və anası X9 miras qalmış Qax rayonu, Ləkit Kötüklü kəndində yerləşən 0.05 ha torpaq sahəsinin atasının 1/2-in 1/6 hissəsində və anasının 1/2 hissə və 1/2-in 5/6 hissəsində olan payları müəyyən edilsin. xx.xx.2003-cü il tarixdə ölmüş X1 miras qalmış Qax rayonu, Ləkit Kötüklü kəndində yerləşən 0.05 ha torpaq sahəsinin 1/2-in 1/6 hissəsində və X9 miras qalmış Qax rayonu, Ləkit Kötüklü kəndində yerləşən 0.05 ha torpaq sahəsinin 1/2 hissə və 1/2-in 5/6 hissəsində olan mirasın qəbul edilməsi üçün müəyyən olunmuş müddət İddiaçı barəsində uzadılsın. (bərpa edilsin). Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-3503/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3503/2024
25.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver