Məhkəmə qərarları › İş №2(008)-3537/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3537/2024

24.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3537/2024 24.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürən üçüncü şəxs X14 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 6 saylı notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, Cavabdeh2, X36, X74, X64, X26 üçüncü şəxs qismində cəlb edilməklə “vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında əldə olunan bütün hüquqi nəticələrin ləğv edilməsi, vərəsəlik hüququnun tanınması, miras əmlakdan payın müəyyən edilməsi”, Müstəqil tələb irəli sürən üçüncü şəxs X14 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 6 saylı notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, Cavabdeh2, Səmədzadə (Cəfərova) Afaq Arif qızı, X64, X26 üçüncü şəxs qismində cəlb edilməklə “vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında əldə olunan bütün hüquqi nəticələrin ləğv edilməsi, vərəsəlik hüququnun tanınması, miras əmlakdan payın müəyyən edilməsi” tələbinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı Bakı şəhəri 6 saylı notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə “vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etbarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında əldə olunan bütün hüquqi nəticələrin ləğv edilməsi, vərəsəlik hüququnun tanınması, miras əmlakdan payın müəyyən edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 6 saylı notariat kontorunda təsdiq edilmiş 2V- 126 reyestr nömrəli xx.xx.2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında hüquqi nəticələrin ləğv edilməsi, X48 ilə xx.xx.1981-ci ildə bağlanmış 1477 nömrəli icarə müqaviləsi əsasında atası X11 adına olan Vişnyovka qəsəbəsində miras qalmış 0,25 ha torpaq sahəsi və üzərində olan tikiliyə vərəsəlik hüququnun tanınması və həmin torpaq sahəsinə 1/2 hissədə payın müəyyən edilməklə vərəsəlik haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X27 ilə X48 arasında xx.xx.1981-ci ildə 1477 nömrəli icarə müqaviləsi əsasında Vişnyovka qəsəbəsində 0,25 ha torpaq sahəsi olan bir otaqdan ibarət yaşayış sahəsi 22,60 kv.m və 16,20 kv.m mətbəx olan 721 nömrəli bağ sahəsi ilə müqavilə bağlanmışdır. Atası M.Cəfərov xx.xx.1991-ci ildə vəfat etmişdir. Ondan başqa atasının 4 övladı - 1 qız və 4 oğlu olmuşdur. Atasının sağlığında bacısı ailə qurub ər evinə köçmüşdür. Atasının sağlığında bağın aşağı tərəfində də 2 otaqlı ev tikilmiş və o, ailə üzviləri ilə orada yaşamış, hal-hazırda da orada yaşayır. Beləliklə, həm atasının sağlığında, həm də vəfatndan sonra həmin bağ sahəsində yaşamış, ağaclar əkmiş, qulluq etmişdir. Qardaşı Asəf də həmin bağ sahəsində yaşayır. Bu yaxınlarda o, vərəsəlik qaydasında atasından qalmış miras bağa sahəsinə vərəsəlik şəhadətnaməsi almaq üçün Bakı şəhəri notariat ofisinə müraciət etmiş və ona məlum olmuşdur ki, qardaşı Asəf Cəfərovun ərizəsinə əsasən 6 saylı Notariat ofisində vərəsəlik işi açılmış, atasından qalmış miras əmlaka dair xx.xx.2011-ci il tarixdə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivi tərəfindən verilmiş vərəsəlik işi üzrə sənədlərdən də görünür ki, Bakı şəhəri 6 saylı notariat ofisində xx.xx.2011-ci il tarixdə 2V-126 reyestr nömrəsi ilə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə cavabdeh digər vərəsələrin olmasını notariat əməliyyatı aparılan zaman gizlətmiş, vərəsəlik haqqında şəhadətnamə əldə edərək çıxarış əsasında sənədləri başqa şəxsə satmışdır. Çünki cavabdeh və o, ailə üzvləri ilə mübahisələndirilən bağ sahəsində atasının sağlığında və onun vəfatından sonra hazırkı vaxta qədər onlar yaşayırlar. Əks halda, onlar bağ sahəsindən və həmin bağ sahəsində inşa edilmiş evdən çıxarılmalı idilər. Daha sonra Azərbaycan Respublikası ƏMDX DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə vəkil sorğusu ünvanlanmış, sorğuya cavab olaraq aşağıdakılar göstərilmişdir: Bakı şəhəri Vişnyovka 1 bağ massivində yerləşən 0,25 hektar torpaq sahəsi olan 721 saylı bağ sahəsi üzərində olan tikili ilə birlikdə keçmiş Bağlar Təsərrüfatı idarəsinin xx.xx.1981-ci il tarixli 1477 saylı müqaviləsi əsasında X15 istifadəsinə verilmişdir. Daha sonra həmin icarə müqaviləsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2011-ci il tarixdə 28668 nömrə ilə uçota alınmış, torpaq sahəsinin planı və ölçüsü sənədi, eləcə də həmin sənədlər əsasında verilmiş xx.xx.2011-ci il tarixli dövlət reyestrindən arayış və 6 saylı notariat kontorunda təsdiq edilmiş 2V-126 reyestr nömrəli xx.xx.2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Vişnyovka bağ massivi 721 saylı bağ sahəsi ünvanında 0,248827 ha torpaq sahəsi X15 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 16 saylı notariat kontorunda təsdiq edilmiş 4Ə/1-103 reyestr nömrəli xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsi əsasında sözügedən bağ sahəsi xx.xx.2012-ci il tarixdə X65 adına qeydiyyata alınmışdır. Bakı şəhəri notariusu X37 tərəfindən təsdiq edilmiş 4Ə/02-465 reyestr nömrəli xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləs əsasında həmin bağ sahəsi xx.xx.2013-cü il tarixdə X8 adına qeydiyyata alınmışdır. xx.xx.2014-cü il tarixdə isə Vişnyovka bağ sahəsi 0,248827 ha torpaq sahəsi və üzərində inşa edilmiş, ümumi sahəsi 273.18 kv.m olan 721 saylı bağ evi onun vahid əmlakı kimi qeydə alınmışdır. Bakı şəhəri 52 saylı notariat kontorunda təsdiq edilmiş 4Ə-51 reyestr nömrəli xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında xx.xx.2017-ci il tarixdə X28 adına qeydiyyata alınmış, hazırda mülkiyyətindədir. Beləliklə, cavabdeh həmin bağın sənədin vərəsəlik qaydasında əldə etməklə həmin torpaq sahəsinə çıxarış almış sonra da formal olaraq alqı-satqı müqaviləsi əsasında başqa şəxsə satmış, həmin sənəd əsasında başqa torpaq sahəsinə çıxarış vermişlər. Hesab edir ki, atasından miras qalmış bağ sahəsinə onun da cavabdehlə bərabər qanuni vərəsə kimi payı vardır. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, ərizəsini onunla əsaslandırmışdır ki, X61 1991-ci ildə, anası Babayeva Kübra isə 1994-cü ildə vəfat etmişdir. Onların birgə evliliyindən 7 (yeddi) övladıları - X20 1992-ci ildə vəfat etmiş, iki övladı - X56 və X57 olmuşdur. X29 1993-cı ildə vəfat etmişdir. Üç övladı - X45, X75 və X50 olmuşdur. X38 2017-ci ildə vəfat etmişdir. İki övladı - X76 və X66 olmuşdur. ünvan 3 ünvanında yaşayırlar. İddiaçı Məmmədtağı oğlu, X36. X16 2015-ci ildə vəfat etmişdir. Bir övladı olmuşdur. Ədalət Muxtarov - 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. X39 olmuşdur. Eyni zamanda qeyd edir ki, sorğu əsasında Ədliyyə Nazirliyinin Notariat Arxiv İdarəsindən əldə olunmuş sənədlərdən də görünür ki, mübahisələndirilən torpaq sahəsi sonradan alqı-satqı müqaviləsi əsasında bir neçə şəxslərin adına rəsmiləşdirilmişdir. Bu səbəbdən də iddia ərizəsinin xahiş edirəm hissəsində dəqiqləşdirmə aparılmasına zərurət yaranmışdır. Ona görə də məhkəmədən X48 ilə xx.xx.1981-ci ildə bağlanmış 1477 nömrəli icarə müqaviləsi əsasında atası X11 adına Vişnyovka qəsəbəsində miras qalmış 0.25 ha torpaq sahəsi olan 721 saylı bağ sahəsinə dair X15 adına verilmiş Bakı şəhəri 6 saylı notariat kontorunda təsdiq edilmiş 2V- 126 reyestr nömrəli xx.xx.2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixli reyestr nömrəsi **********50 qeydiyyat nömrəsi ********** nömrəli çıxarışın ləğv edilməsi, həmin '‘çıxarış” əsasında X39 ilə X89 arasında Bakı şəhəri 16 saylı notariat kontorunda bağlanmış və reyestrdə 4Ə/1-103 nömrə ilə təsdiq edilmiş xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında X77 ƏMDK DƏDRX Bakı Əraz İdarəsi tərəfindən reyestr nömrəsi **********50, qeydiyyat nömrəsi ********** olan xx.xx.2013-ci il tarixli dövlət reyestrindən “çıxarış”ın ləğv edilməsi, həmin “çıxarış” əsasında X21 ilə arasında xx.xx.2013-cü il tarixdə Bakı şəhəri 52 saylı dövlət notariat ofisində bağlanmış 4Ə/02-465 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında AR ƏMDK DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən X9 adına verilmiş xx.xx.2014-cü il tarixli **********50-11301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən “çıxarış”ın ləğv edilməsi, həmin çıxarış əsasında X21 ilə Cavabdeh2 arasında 19 yanvar 2017-ci il tarixdə Bakı şəhəri 52 saylı notariat kontorunda 4Ə-51 reyestr nömrəsi ilə təsdiq edilmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh2 adına olan çıxarışın ləğv edilməsi, X48 ilə xx.xx.1981-ci ildə bağlanmış 1477 nömrəli icarə müqaviləsi əsasında atası X11 adına olan Vişnyovka qəsəbəsində miras qalmış 0.25 ha torpaq sahəsinə vərəsəlik hüququnun tanınması və həmin torpaq sahəsinə 1/2 hissədə vərəsəlik payın müəyyən edilməklə vərəsəlik haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə müvafiq qaydada ərizə təqdim edərək, Bakı şəhəri 6 saylı notariat kontorunda X15 adına təsdiq edilmiş 2V-126 reyestr nömrəli xx.xx.2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında X15 adına Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli reyestr nömrəsi **********50 qeydiyyat nömrəsi ********** olan "çıxarış"ın ləğv edilməsi, həmin “çıxarış” əsasında X39 ilə X89 arasında Bakı şəhəri 16 saylı notariat kontorunda bağlanmış və reyestrdə 4Ə/1-103 nömrəsi ilə təsdiq edilmiş xx.xx.2012-ci iİ tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında X65 adına ƏMDK DƏDRX Bakı Əraz İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********50, qeydiyyat nömrəsi ********** olan xx.xx.2013- ci il tarixli dövlət reyestrindən "çıxarış"ın ləğv edilməsi, həmin "çıxarış" əsasında X89 ilə X21 arasında xx.xx.2013-cü il tarixdə Bakı şəhəri 52 saylı dövlət notariat ofisində bağlanmış reyestrdə 4Ə/02- 465 nömrə ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında AR ƏMDK DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən X9 adına verilmiş xx.xx.2014-cü il tarixli **********50-11301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən "çıxarış”ın ləğv edilməsi, həmin "çıxarış" əsasında X21 ilə Cavabdeh2 arasında 19 yanvar 2017-ci il tarixdə Bakı şəhəri 52 saylı notariat kontorunda reyestrdə 4Ə-51 nömrə ilə təsdiq edilmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh2 adına olan “çıxarış” ləğv edilməklə bütün hüquqi nəticələrin ləğv edilməsi, X48 ilə xx.xx.1981-ci ildə bağlanmış 1477 nömrəli icarə müqaviləsi əsasında atası X11 adına olan Vişnyovka qəsəbəsində miras qalmış 0.25 ha torpaq sahəsinə vərəsəlik hüququnun tanınması və həmin torpaq sahəsinə 1/3 hissədə payını müəyyən etməklə vərəsəlik hüquqi haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə müvafiq qaydada ərizə təqdim edərək, ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1981-ci ildə X48 ilə atası X27 arasında bağlanmış 1477 nömrəli icarə müqaviləsi əsasında Vişnyovka qəsəbəsində 0,25 ha torpaq sahəsi olan bir otaqdan ibarət yaşayı sahəsi 22,60 kv.m və 16,20 kv.m mətbəx olan 721 nömrəli bağ sahəsi onun istifadəsinə verilmişdir. X61 1991-ci ildə, anası Babayeva Kübra isə 1994-cü ildə vəfat etmişdir. Onların birgə evliliyindən 7 (yeddi) övladıları: o - Cəfərov X90, X36, X20, X29, X40, (cavabdeh) Cavabdeh1, X16 olmuşdur. X20 1992-ci ildə, X29 1993-cı ildə vəfat etmişdir. X4 isə 2017-ci ildə vəfat etmişdir. İki övladı - X76 və X66 olmuşdur. X2 2015-ci ildə vəfat etmişdir. Bir övladı var. X26 - 15 saylı Cəzaçəmə müəssisəsində cəza çəkir. Bu səbəbdən də hesab edir ki, anası Kübra Babayevanın ölümündən sonra vəfat etmiş bacı və qardaşlarının övladları məhkəməyə 3-cü şəxs qismində cəlb edilməlidir. xx.xx.1991-ci ildə atası X11 ölümündən sonra qardaşı Cavabdeh1 ərizəsinə əsasən 6 saylı notariat ofisində vərəsəlik işi açılmış, xx.xx.2011-ci il tarixdə 2V-126 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh1 digər vərəsələrin olmasını notariat əməliyyatı aparılan zaman gizlətmiş, vərəsəlik haqqında şəhadətnamə əldə edərək çıxarış əsasında bağın sənədlərini başqa şəxsə satmışdır. Çünki həmin bağ sahəsində atasının sağlığından hazırkı vaxta qədər cavabdehin ailəsi və onun ailəsi yaşayır. Əks halda onlar bağ sahəsindən və həmin bağ sahəsində inşa edilmiş evdən çıxarılmalı idilər. Eyni zamanda da vəkil sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubunda da həmin sənəd əsasında notariat əməliyyatları aparılmaqla həmin nömrəli bağ sahəsinə hüquqların qeydiyyata alınaraq çıxarışın verilməsi qeyd olunmuşdur. Beləliklə, Cavabdeh1 vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mübahisələndirilən bağ sahəsinə hüquqları qeydiyyata alınmaqla Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətil saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixli reyestr nömrəsi **********50, qeydiyyat nömrəsi ********** nömrəli “çıxarış” verilmişdir. Daha sonra Asəf Cəfərov həmin “çıxarış” əsasında X89 ilə aralarında formal olaraq yalan alqı-satqı müqaviləsi bağlanmışdır. Belə ki, Bakı şəhəri 16 saylı notariat kontorunda təsdiq edilmiş 4Ə/1-103 reyestr nömrəli xx.xx.2012-ci il tarixli həmin alqı-satqı müqaviləsinə əsasən xx.xx.2012-ci il tarixdə X89 başqa torpaq sahəsinə mülkiyyət hüququnu rəsmiləşdirərək ƏMDK DƏDRX Bakı Ərazi İdarəsi tərəfindən reyestr nömrəsi **********50, qeydiyyat nömrəsi ********** olan xx.xx.2012-ci il tarixli dövlət reyestrindən verilmiş “çıxarış” əldə etmişdir. Daha sonra X89 ilə X22 arasında təsdiq edilmiş 4Ə/02-465 reyestr nömrəli xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi əsasında həmin bağ sahəsi xx.xx.2013-cü il tarixdə X8 adına qeydiyyata alınmışdır. xx.xx.2014-cü il tarixdə isə Vişnyovka bağ sahəsi 0,248827 ha torpaq sahəsi və üzərində inşa edilmiş, ümumi sahəsi 273.18 kv.m olan 721 saylı bağ evi onun vahid əmlakı kimi qeydə alınmışdır. Daha sonra Bakı şəhəri 52 saylı notariat kontorunda X22 ilə Cavabdeh2 arasında təsdiq edilmiş 4Ə-51 reyestr nömrəli xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında xx.xx.2017-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmış, hazırda mülkiyyətindədir. Bu səbəbdən də maraqarına toxunan şəxs kimi Cavabdeh2 məhkəməyə 3-cü şəxs qismində cəlb edilməlidir. Beləliklə, Cavabdeh1 vərəsələrin dairəsini gizlətməklə yeganə vərəsə kimi mübahisələndirilən bağın sənədini vərəsəlik qaydasında əldə etməklə həmin torpaq sahəsinə hüquqları qeydiyyata alınmaqla çıxarış almış, sonra da formal olaraq həmin bağ sahəsinə yalan alqı-satqı müqaviləsi bağlamışdır. Bağlanmış alqı-satqı müqaviləsi əsasında həmin bağın nömrəsi ilə başqa torpaq sahəsinə çıxarış əldə etmişlər. Qeyd olunanlara əsasən Bakı şəhəri 6 saylı notariat kontorunda Cavabdeh1 adına təsdiq edilmiş 2V-126 reyestr nömrəli xx.xx.2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında Cavabdeh1 adına Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, reyestr nömrəsi **********50 qeydiyyat nömrəli ********** nömrəli “çıxarış”ın ləğv edilməsi, həmin “çıxarış” əsasında Cavabdeh1 ilə X89 arasında Bakı şəhəri 16 saylı notariat kontorunda bağlanmış və reyestr-4Ə/1-103 ilə təsdiq edilmiş xx.xx.2012-ci il tarixli, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında X65 adına ƏMDK DƏDRX Bakı Əraz İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********50, qeydiyyat nömrəsi ********** olan xx.xx.2013-cü il tarixli dövlət reyestrindən verilmiş “çıxarış”ın ləğv edilməsi, həmin “çıxarış” əsasında X89 ilə X21 arasında xx.xx.2013-cü il tarixdə Bakı şəhəri 52 saylı dövlət notariat ofisində bağlanmış, reyestr 4Ə/02-465 nömrə ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında AR ƏMDK DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən X8 adına verilmiş xx.xx.2014-cü il tarixli **********50-11301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən “çıxarış"ın ləğv edilməsi, həmin “çıxarış” əsasında X22 ilə Cavabdeh2 arasında 19 yanvar 2017-ci il tarixdə Bakı şəhəri 52 saylı notariat kontorunda reyestrdə 4Ə-51 nömrə ilə təsdiq edilmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh2 adına olan “çıxarış” ləğv edilməklə bütün hüquqi nəticələrin ləğv edilməsi, X48 ilə xx.xx.1981-ci ildə bağlanmış 1477 nömrəli icarə müqaviləsi əsasında atası X11 adına olan Vişnyovka qəsəbəsində miras qalmış 0,25 ha torpaq sahəsinə vərəsəlik hüququnun tanınması və həmin torpaq sahəsinə 1/3 hissədə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X36 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, Səmədzadə (Cəfərova) Afaq Arif qızı, X64, X26, Bakı şəhəri 6 saylı notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə “vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında əldə olunan bütün hüquqi nəticələrin ləğv edilməsi, vərəsəlik hüququnun tanınması, miras əmlakdan payın müəyyən edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 6 saylı notariat kontorunda Cavabdeh1 adına təsdiq edilmiş 2V-126 reyestr nömrəli xx.xx.2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında həyata keçirilmiş hüquqi nəticələrin ləğv edilməsi, X48 ilə xx.xx.1981-ci ildə bağlanmış 1477 nömrəli icarə müqaviləsi əsasında atası X11 adına olan Vişnyovka qəsəbəsində miras qalmış 0,25 ha torpaq sahəsinə vərəsəlik hüququnun tanınması və həmin torpaq sahəsinə 1/3 hissədə payını müəyyən etməklə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, həm iddiaçı və həm də iddia ərizəsi üzrə 1-ci cavabdeh onun qardaşıdır. X61 1991-ci ildə, anası Babayeva Kübra isə 1994-cü ildə vəfat etmişdir. Onların birgə evliliyindən 7 (yeddi) övladıları: X20, X29, X38, (iddiaçı) İddiaçı Məmmədtağı oğlu, (cavabdeh) Cavabdeh1, X16 və o X36 olmuşdur. X20 1992-ci ildə vəfat etmişdir. X29 1993-cı ildə vəfat etmişdir. X40 2017-ci ildə vəfat etmişdir. İki övladı - Səmədzadə (Cəfərova) Afaq Arif qızı və X64 olmuşdur. X16 2015-ci ildə vəfat etmişdir. Bir övladı olmuşdur. Ədalət Muxtarov - 15 saylı Cəzaçəmə müəssisəsində cəza çəkir. xx.xx.1981-ci ildə X48 ilə atası arasında bağlanmış 1477 nömrəli icarə müqaviləsi əsasında Vişnyovka qəsəbəsində 0.25 ha torpaq sahəsi olan bir otaqdan ibarət yaşayış sahəsi 22,60 kv.m və 16,20 kv.m mətbəx olan 721 nömrəli bağ sahəsi atası X11 istifadəsinə verilmişdir. xx.xx.1991-ci ildə atası X11 ölümündən sonra qardaşı Cavabdeh1 ərizəsinə əsasən 6 saylı notariat ofisində vərəsəlik işi açılmış, atasından qalmış miras əmlaka dair xx.xx.2011-ci il tarixdə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Həmin vərəsəlik şəhadətnaməsi əsasında mübahisələndirilən bağ sahəsinə hüquqları qeydiyyata alınmaqla Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Bakı Ərazi İdarəsi tərəfindən 31.01,2012-ci il tarixli reyestr nömrəsi **********50, qeydiyyat nömrəsi ********** nömrəli “çıxarış” verilmişdir. Daha sonra Cavabdeh1 həmin “çıxarış” əsasında X89 ilə aralarında formal olaraq yalan alqı-satqı müqaviləsi bağlanmışdır. Belə ki, Bakı şəhəri 16 saylı notariat kontorunda təsdiq edilmiş 4Ə/1-103 reyestr nömrəli xx.xx.2012-ci il tarixli həmin alqı-satqı müqaviləsinə əsasən xx.xx.2012-ci il tarixdə X89 başqa torpaq sahəsinə mülkiyyət hüququnu rəsmiləşdirərək ƏMDK DƏDRX Bakı Ərazi İdarəsi tərəfindən Reyestr nömrəsi **********50 qeydiyyat nömrəsi ********** olan xx.xx.2012-ci il tarixli dövlət reyestrindən verilmiş “çıxarış"əldə etmişdir. X89 ilə X22 arasında təsdiq edilmiş 4Ə/02-465 reyestr nömrəli xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi əsasında həmin bağ sahəsi xx.xx.2013-cü il tarixdə X8 adına qeydiyyata alınmışdır. xx.xx.2014-cü il tarixdə isə Vişnyovka bağ sahəsi, 0,248827 ha torpaq sahəsi və üzərində inşa edilmiş, ümumi sahəsi 273.18 kv.m olan 721 saylı bağ evi onun vahid əmlakı kimi qeydə alınmışdır. Daha sonra Bakı şəhəri 52 saylı notariat kontorunda X22 ilə Cavabdeh2 arasında təsdiq edilmiş 4Ə-51 reyestr nömrəli xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında xx.xx.2017-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmış, hazırda mülkiyyətindədir. Beləliklə, Cavabdeh1 vərəsələrin dairəsini gizlətməklə yeganə vərəsə kimi mübahisələndirilən bağın sənədini vərəsəlik qaydasında əldə etməklə həmin torpaq sahəsinə çıxarış almış, sonra da formal olaraq həmin bağ sahəsinə yalan alqı-satqı müqaviləsi bağlamışdır. Bağlanmış alqı-satqı müqaviləsi əsasında həmin bağın nömrəsi ilə başqa torpaq sahəsinə çıxarış əldə etmişlər. Hesab edir ki, X48 ilə xx.xx.1981-ci ildə bağlanmış 1477 nömrəli icarə müqaviləsi əsasında atası X11 adına Vişnyovka qəsəbəsində miras qalmış 0,25 ha torpaq sahəsi olan 721 saylı bağ sahəsinə dair Cavabdeh1 adına verilmiş Bakı şəhəri 6 saylı notariat kontorunda təsdiq edilmiş 2V-126 reyestr nömrəli xx.xx.2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən etibarsız hesab edilməli, həmin şəhadətnamə əsasında Cavabdeh1 adına Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli reyestr nömrəsi **********50 qeydiyyat nömrəli, ********** nömrəli çıxarış ləğv edilməli, həmin “çıxarış” əsasında Cavabdeh1 ilə X89 arasında Bakı şəhəri 16 saylı notariat kontorunda bağlanmış və reyestrdə 4Ə/1-103 nömrə ilə təsdiq edilmiş xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, həmin alqı-satqı müqaviləsi əsasında X65 adına ƏMDK DƏDRX Bakı Əraz İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********50 qeydiyyat nömrəsi ********** olan xx.xx.2013-cü il tarixli dövlət reyestrindən verilmiş "çıxarış” ləğv edilməli, həmin çıxarış əsasında X89 ilə X22 arasında xx.xx.2013-cü il tarixdə Bakı şəhəri 52 saylı dövlət notariat ofisində bağlanmış reyestrdə 4Ə/02-465 nömrə ilə təsdiq edilmiş alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və onun əsasında AR ƏMDK DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən X8 adına verilmiş xx.xx.2014-cü il tarixli **********50-11301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən "çıxarış” ləğv edilməli, həmin çıxarış əsasında X22 ilə Cavabdeh2 arasında 19 yanvar 2017-ci il tarixdə Bakı şəhəri 52 saylı notariat kontorunda reyestr 4Ə-51 nömrə ilə təsdiq edilmiş bağışlama müqaviləsi etibarsız hesab edilməli, həmin müqavilə əsasında Cavabdeh2 adına olan “çıxarış" ləğv edilməlidir. Daha sonra müstəqil tələb irəli sürən üçüncü şəxs X36 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə ərizə təqdim edərək, Cavabdeh2 3-cü şəxs, Bakı şəhəri 6 saylı notariat ofisi və Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsini cavabdeh qismində məhkəməyə cəlb olunmaqla Bakı şəhəri 6 saylı notariat kontorunda X15 adına təsdiq edilmiş 2V-126 reyestr nömrəli xx.xx.2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında X15 adına Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli reyestr nömrəsi **********50 qeydiyyat nömrəli ********** nömrəli “çıxarış”ın ləğv edilməsi, həmin “çıxarış” əsasında X39 ilə X89 arasında Bakı şəhəri 16 saylı notariat kontorunda bağlanmış və reyestrdə 4Ə/1-103 ilə təsdiq edilmiş xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında X65 adına ƏMDK DƏDRX Bakı Əraz İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********50, qeydiyyat nömrəsi ********** olan xx.xx.2013-cü il tarixli dövlət reyestrindən verilmiş “çıxarış"ın ləğv edilməsi, həmin “çıxarış” əsasında X89 ilə X22 arasında xx.xx.2013-cü il tarixdə Bakı şəhəri 52 saylı dövlət notariat ofisində bağlanmış reyestrdə 4Ə/02-465 nömrə ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında AR ƏMDK DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən X8 adına verilmiş xx.xx.2014-cü il tarixli **********50-11301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən "çıxarış”ın ləğv edilməsi, həmin “çıxarış" əsasında X22 ilə Cavabdeh2 arasında 19 yanvar 2017-ci il tarixdə Bakı şəhəri 52 saylı notariat kontorunda reyestrdə 4Ə-51 nömrə ilə təsdiq edilmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh2 adına olan "çıxarış" ləğv edilməklə bütün hüquqi nəticələrin ləğv edilməsi, X48 ilə xx.xx.1981-ci ildə bağlanmış 1477 nömrəli icarə müqaviləsi əsasında atası X11 adına olan Vişnyovka qəsəbəsində miras qalmış 0,25 ha torpaq sahəsinə vərəsəlik hüququnun tanınması və həmin torpaq sahəsinə 1/3 hissədə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdi, iddiaçının izahatındakı xüsusatları təsdiq edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında Cavabdeh1 iddianı qəbul etmədi və izahatında bildirdi ki, atasının 50 sot torpağı olmuş, onun 25 sotu paylara bölünmüş, qalan 25 sot torpaqda o yaşamışdır. Həmin bağ sahəsini satmış və hazırda Səadət adlı xanımın mülkiyyətindədir. Buna baxmayaraq mübahisəli bağ sahəsində yerləşən evdə hazırda özü ailəsi ilə birgə yaşayır. Səadət onu həmin evdən heç vaxt çıxarmaz. Onlara torpağın sənədi lazım deyildir. Torpağı Əliyə 20000 manata satmışdır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs X36 iddia tələbini müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək bildirmişdir ki, atasının 50 sot torpağı olmuş, onun 25 sotu paylara bölünmüş, bölünən sahə 720 saylı bağ sahəsinə aiddir. Mübahisəli bağ sahəsi isə 721 nömrəlidir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Bakı şəhəri 6 saylı notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə, üçüncü şəxslər Cavabdeh2, Səmədzadə (Cəfərova) Afaq Arif qızına, X51, X17 (hazırda cəzaçəkmə müəssisəsində cəza çəkdiyindən, iddia tələblərinə qarşı izahat və mülahizələrini bildirməsi üçün iddia ərizələrinin surətləri göndərilmiş) məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X52 ifadəsində bildirmişdir ki, onlar bağda bir yerdə böyümüş, həmin bağ Vişnyovka, Albalı tərəfdə yerləşir. Atası hər dəfə uşaqlarının hara getdiyini soruşanda Məmmədtağı kişigilə getdiyini deyərdilər. Sonradan gediş-gəlişləri gec-gec olurdu. Azər orada ev tikmişdi, orada yaşayırdı. Məmmədtağı kişinin nə vaxt öldüyünü bilmir. Həmin həyətdə Azərdən başqa kimlərin yaşadığını xatırlamır, o vaxtlar uşaq idi. Bildiyi qədərilə Azər qardaşları ilə birgə ataları ilə yaşayırdı. Yay ayları həmin bağa gedər, sonra şəhərə çıxardılar. Neçə övlad olduqlarını bilmir. Azərin dörd qardaşı və bir bacısını tanıyır. Azərdən başqa Asəfi də tanıyır. Məhkəmə zalında Azərin yanında əyləşən qardaşını da tanıyır, onun ortancıl qardaşı ilə bir böyüyüblər, amma adını bilmir. Məmmədtağı kişi öləndən sonra həmin evdə Azər yaşayırdı, Azər ev tikmişdi, atası ilə birgə qalırdı, Azər indi də orada yaşayır, orada market də açmışdı. Asəf, bəlkə, orada yaşayıb, amma xatırlamır. Əsas dədə-baba yurdunda kimlərin qaldığını bilmir. Asəfin harda yaşadığını bilmir. Azad şəhərdə yaşayırdı. Azərgilin bağı onların bağından 50-100 metr qabaqdadır. O tərəfdə Səadət adında qonşu tanımır. Məhkəmə iclasında şahid X67 ifadəsində bildirmişdir ki, Sovetin vaxtından Maştağadakı bağlardakı ərazi onların dədə-baba torpaqları olub. Onlar əvvəldən qonşu olmuşlar. Azər, Asəf, Azad Məmmədtağı kişinin uşaqlarıdır, onlarla aralarında təxminən 3- 4 qapı olub. Onlarda bağın nömrəsi 740-dır. Məmmədtağı kişi öldükdən sonra orada Azər yaşadı. Səhv etmirsə, 1 bacı və 5, ya da 6 qardaş olmalıdırlar. Sovet vaxtı bağlarda heç kəs qalmırdı, arada gəlib-gedirdilər. Yolun başlanğıcında elə Azərin dükanı da vardı. Sovet hökuməti dağılandan sonra da Azər orada yaşayırdı. Asəfin torpaq sahəsi arxa tərəfdir, ailəsi ilə orada yaşayır. Azad orda yaşamayıb. Səadət adında adamı isə tanımır, orada ev tikib-tikməməsi barədə məlumatı yoxdur. Məhkəmə, proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -ünvan 4 ünvanlanmış 2024/63 nömrəli xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, «atanız X10 qalmış mirasa dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizənizə baxılmışdır. İzah olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktık başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir; 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir; 1262-ci və 1273-1-ci maddələrinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına əlavə edilir. Müvafiq sənədlərə əsasən X11 ölümündən sonra təsərrüfatında onunla birgə yaşayan övladı Cavabdeh1 qalmışdır. İddiaçı tərəfindən isə mirasın qəbul edilməsi aşkar edilməmişdir. Cavabdeh1 ərizəsinə əsasən Bakı şəhəri 6 saylı notariat ofisində vərəsəlik işi açılmış və X10 miras qalmış əmlaka dair ona xx.xx.2011-ci il tarixdə qanunvericiliyin tələblərinə uyğun olaraq vərəsəlik şəhadətnaməsi verilmişdir. Qeyd olunur ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən maraqlı şəxslər aparılmış notariat hərəkətlərindən məhkəməyə şikayət verə bilər». -Bakı şəhəri Yasamal rayon VVADQ şöbəsi tərəfindən verilmiş 218 nömrəli xx.xx.2004-cü il tarixli arayışdan görünür ki, İddiaçı Məmədtağı oğlu xx.xx.1954-cü il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X5, anası X25r. -xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. -Bakı şəhəri 6 saylı notariat ofisində xx.xx.2011-ci il tarixdə rəsmiləşdirilmiş 2V-126 reyestr nömrəli vərəsəlik işindəki: xx.xx.2011-ci il tarixli 2V-126 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1991-ci ildə vəfat etmiş X11 vərəsəsi Bakı şəhəri Bakıxanov qəsəbəsi Sülh küçəsi 8, inzibati binada qeydiyyatda olan Cavabdeh1dur. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri Vişnyovka bağ massivi 721 saylı bağ sahəsi 0.248827 ha torpaqdan ibarətdir. AZ-İ seriyalı 502733 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X27 xx.xx.1991-ci il tarixdə Bakı şəhərində ölmüşdür. AZ-İ seriyalı 512747 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X46 xx.xx.1994-cü il tarixdə Bakı şəhərində ölmüşdür. AZ-İİ seriyalı 708051 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X39 xx.xx.1965-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X5, anası X30r. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 3350/12 nömrəli xx.xx.2011-ci il tarixli arayışdan görünür ki, X6 və X18 nikahı haqqında xx.xx.1939-cu il tarixdə 975 nömrəli aktın qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Cəfərov, arvada Babayeva soyadı verilmişdir. -Bağlar Təsərrüfatı İdarəsinin xx.xx.1981-ci il tarixli 1477 saylı müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri Vişnyovka 1 bağ massivində yerləşən 0.25 hektar torpaq sahəsi olan 721 saylı bağ sahəsi üzərində olan tikili ilə birlikdə X11 istifadəsinə verilmişdir. -Bakı şəhəri 16 saylı notariat ofisində xx.xx.2012-ci il tarixdə rəsmiləşdirilmiş 4Ə/103 reyestr nömrəli alqı-satqı müqaviləsi üzrə notariat işindəki: AN-İ seriyalı ******* nömrəli xx.xx.2012-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 ünvan 5 ünvanında yerləşən 0.248827 ha torpaq sahəsini 20.000 manata X7. MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən, sahəsi 0.248827 ha olan torpaq sahəsi xx.xx.2012-ci il tarixdən Cavabdeh1 mülkiyyətindədir. AZ-İ seriyalı 681067 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X43 xx.xx.2011-ci il tarixdə nikahlarını bağlamışlar, nikah bağlandıqdan sonra arvada Cəfərova soyadı verilmişdir. -Bakı şəhəri 52 saylı notariat ofisində xx.xx.2013-cü il tarixdə rəsmiləşdirilmiş 4Ə/02- 465 reyestr nömrəli alqı-satqı müqaviləsi üzrə notariat işindəki: AN-İ seriyalı ******* nömrəli xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X89 ünvan 5 ünvanında yerləşən 0.248827 ha torpaq sahəsini 20.000 manata X1. MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən, sahəsi 0.248827 ha olan torpaq sahəsi xx.xx.2012-ci il tarixdən X65 mülkiyyətindədir. AZ-İ seriyalı 532883 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X89 ilə X31 xx.xx.2009-cu il tarixdə nikahlarını bağlamışlar, nikah bağlandıqdan sonra arvada Rzayeva soyadı verilmişdir. X47 tərəfindən yazılmış xx.xx.2013-cü il tarixli razılığın surətindən görünür ki, o, birgə nikah dövründə əldə edilmiş ünvan 5 ünvanında yerləşən 0.248827 ha torpaq sahəsinin əri X89 tərəfindən satılmasına razıdır. -Bakı şəhəri 52 saylı notariat ofisində xx.xx.2017-ci il tarixdə rəsmiləşdirilmiş 4Ə-51 reyestr nömrəli bağışlanma müqaviləsi üzrə notariat işindəki: xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X22 ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 0.248827 ha olan torpaq sahəsini və ümumi sahəsi 273.18 kv.m olan bağ evini arvadı Cavabdeh2 bağışlamışdır. RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 0.248827 ha olan torpaq sahəsi və ümumi sahəsi 273.18 kv.m olan bağ evi xx.xx.2014-cü il tarixdən X8 mülkiyyətindədir. Vİİ-ЖГ seriyalı 343046 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X22 ilə Cavabdeh2 xx.xx.1997-ci il tarixdə nikahlarını bağlamışlar, nikah bağlandıqdan sonra arvada Əliyarova soyadı verilmişdir. -Bakı şəhəri Sabunçu rayonu Vişnyovka bağ massivi 721 saylı bağ sahəsinin X10 başlayaraq hazırkı mülkiyyətçi Cavabdeh2 adına qeydiyyata alınmasına əsas olmuş sənədlərdən görünür ki: RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 0.2488 ha olan torpaq sahəsi və ümumi sahəsi 273.18 kv.m olan bağ evi xx.xx.2017-ci il tarixdən Cavabdeh2 mülkiyyətindədir. Bakı şəhəri Sabunçu RİHB-nın 285 nömrəli xx.xx.2014-cü il tarixli sərəncamına əsasən Sabunçu rayonu Vişnyovka bağ massivi 721 saylı 0.2488827 ha bağ sahəsində tikilmiş iki mərtəbəli mansardlı 1-ci mərtəbədə zal – sahəsi 45.0 kv.m, iş otağı – 20.0 kv.m, köməkçi sahə - 76.4 kv.m, meydança – 22.6 kv.m, 2-ci mərtəbədə dörd yaşayış otağı – 92.4 kv.m, köməkçi sahə - 39.4 kv.m, eyvan – 14.0 kv.m, mansardda eyvan sahəsi – 9.0 kv.m, mansard 134.0 kv.m-dən ibarət olan bağ evinin vətəndaş X8 adına hüquqi qeydiyyata alınması qərara alınmışdır. RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 0.248827 ha olan torpaq sahəsi xx.xx.2013-cü il tarixdən X8 mülkiyyətindədir. X35 xx.xx.1970-ci il tarixli 1477 saylı müqaviləsinə əsasən Bakı şəhəri Vişnyovka bağ massivində yerləşən 0.25 hektar torpaq sahəsi olan 721 saylı bağ sahəsi üzərində olan tikili (bir otaq) ilə birlikdə X11 istifadəsinə verilmişdir. X35 xx.xx.1964-cü il tarixli 1477 saylı müqaviləsinə əsasən Bakı şəhəri Vişnyovka bağ massivində yerləşən 0.25 hektar torpaq sahəsi olan 302 saylı bağ sahəsi X11 istifadəsinə verilmişdir. -xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, X36 iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu ödəmişdir. -İİ-ЖГ seriyalı 322194 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X33 xx.xx.1957-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası Cəfərov X34, anası X32r. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Vişnyovka 1 bağ massivində yerləşən 0.25 hektar torpaq sahəsi olan 721 saylı bağ sahəsi üzərində olan tikili ilə birlikdə keçmiş Bağlar Təsərrüfatı İdarəsinin xx.xx.1981-ci il tarixli 1477 saylı müqaviləsi əsasında X11 istifadəsinə verilmişdir. Daha sonra həmin icarə müqaviləsi, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2011-ci il tarixdə 28668 nömrə ilə uçota alınmış torpaq sahəsinin planı və ölçüsü sənədi, eləcə də həmin sənədlər əsasında verilmiş xx.xx.2011-ci il tarixli dövlət reyestrindən arayış və 6 saylı notariat kontorunda təsdiq edilmiş 2V-126 reyestr nömrəli xx.xx.2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Vişnyovka bağ massivi 721 saylı bağ sahəsi ünvanında 0.248827 ha torpaq sahəsi Cavabdeh1 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 16 saylı notariat kontorunda təsdiq edilmiş 4Ə/1-103 reyestr nömrəli xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsi əsasında sözügedən bağ sahəsi xx.xx.2012-ci il tarixdə X65 adına qeydiyyata alınmışdır. Bakı şəhəri notariusu X37 tərəfindən təsdiq edilmiş 4Ə/02-465 reyestr nömrəli xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi əsasında həmin bağ sahəsi xx.xx.2013-cü il tarixdə X13 adına qeydiyyata alınmışdır. xx.xx.2014-cü il tarixdə isə Vişnyovka bağ sahəsi 0.248827 ha torpaq sahəsi və üzərində inşa edilmiş, ümumi sahəsi 273.18 kv.m olan 721 bağ evi onun adına vahid əmlak kimi qeydiyyata alınmışdır. Bakı şəhəri 52 saylı notariat kontorunda təsdiq edilmiş 4Ə-51 reyestr nömrəli xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında xx.xx.2017-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Məhkəmə, İddiaçı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edildi ki, miras qoyan X27 xx.xx.1991-ci il tarixdə ölmüşdür. Cəfərov X3 X103 ilə xx.xx.1939-cu il tarixdə nikah bağlamışdır. Bu nikahdan onların yeddi övladı doğulmuşdur. X20 1992-ci ildə, X29 1993-cı ildə, X40 2017-ci ildə, X16 2015-ci ildə, X46 xx.xx.1994-cü il tarixdə ölmüşdür. Hazırda mirasqoyanın sağ vərəsələri İddiaçı, Cavabdeh1 və X23r. Miras əmlak ünvan 5 ünvanında yerləşən, sahəsi 0.248827 ha olan torpaq sahəsindən ibarətdir. xx.xx.2011-ci il tarixdə miras əmlaka dair Cavabdeh1 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və həmin şəhadətnamə əsasında xx.xx.2012-ci il tarixdə sonuncunun adına çıxarış verilmişdir. xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 ünvan 5 ünvanında yerləşən 0.248827 ha torpaq sahəsini 20.000 manata X7. xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X89 ünvan 5 ünvanında yerləşən 0.248827 ha torpaq sahəsini 20.000 manata X1. xx.xx.2017-ci il tarixli bağışlanma müqaviləsinə əsasən X22 ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 0.248827 ha olan torpaq sahəsini və ümumi sahəsi 273.18 kv.m olan bağ evini Cavabdeh2 bağışlamışdır. İddiaçının tələbi ondan ibarətdir ki, sözügedən miras əmlak barədə Cavabdeh1 adına qanun üzrə vərəsəlik hüququ rəsmiləşdirilərkən maddi hüquq normalarının tələbləri pozulmuş, nəticədə isə o, özünə çatası miras payından məhrum edilmişdir. Aşağıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli hüquq münasibətlərinin yarandığı zaman, yəni mirasın açıldığı xx.xx.1991-ci il tarixdə qüvvədə olmuş 1964-cü il Azərbaycan SSR Mülki Məcəlləsinin: 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər(arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Məhkəmə qeyd edir ki, vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. İş üzrə aparılan məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1, atasının özündən başqa birinci növbə vərəsələri (İddiaçı, X36) olduğunu və onların olduqları yeri bildiyi, həmçinin, İddiaçı onunla birlikdə miras əmlakda yaşadığı halda, yalnız özü notariat ofisinə müraciət etmiş, digər vərəsələri notariusdan gizlətmiş, nəticədə tam olaraq miras əmlaka yiyələnmişdir. Notariat ofisi isə qanunun tələblərini pozaraq, digər vərəsələrin müəyyənləşdirilməsi üçün hər hansı tədbir görməmiş, onları vərəsəliyə çağırmamış, Cavabdeh1 yeganə vərəsə kimi tanıyaraq, adına miras əmlaka dair xx.xx.2011-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Halbuki, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 55-ci maddəsinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Həmçinin, məhkəmə araşdırması zamanı tərəflərin izahatları, şahidlərin ifadələri və təqdim olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, İddiaçı doğulandan hal-hazıradək miras əmlakda yaşayır. Göründüyü kimi iddiaçı, miras qoyan - atası X11 xx.xx.1991-ci il tarixdə ölümündən sonra qanunla nəzərdə tutulmuş qaydada mirasın qəbulu ilə bağlı notariat ofisinə ərizə ilə müraciət etməsə də, mübahisəli miras əmlak olan ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 0.248827 ha olan torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini miras kimi faktiki qəbul etdiyini nümayiş etdirmiş və həmin mirasın qəbulundan imtina etməmişdir. Başqa sözlə, İddiaçı mirası qəbul etməsi üçün mütləq notariat ofisinə müraciət etməsi məcburi şərt olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsi və cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsi hissəsində iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh1 miras əmlaka mülkiyyət hüququ əldə etdikdən sonra həmin əmlakı 20.000 manata X77, sonuncu isə həmin əmlakı 20.000 manata X1. X22 da həmin əmlakı arvadı Cavabdeh2 bağışlamışdır və hazırda əmlak sonuncunun mülkiyyətindədir. Məhkəmə hesab edir ki, miras əmlaka dair alqı-satqı və bağışlama müqavilələri qanunvericiliyin tələblərinə riayət olunmaqla bağlansa da, formal xarakter daşıyır. Belə ki, miras əmlakın müəliyyətçiləri əvvəlcə X89, daha sonra X22 və hazırda Cavabdeh2 olsa da, adıçəkilən şəxslər heç vaxt həmin əmlakda yaşamamışlar. Miras əmlakda mirasqoyanın sağlığında və onun ölümündən sonra hal-hazıradək İddiaçı və Cavabdeh1 ailə üzvləri ilə birlikdə yaşayırlar və bu işin mübahisəsiz halıdır. Belə olan halda, yəni miras əmlak növbəli şəkildə X65, X8 və Cavabdeh2 adına özgəninkiləşdirildiyi halda, iddiaçının və cavabdehin həmin əmlakda yaşamaları, adıçəkilən şəxslərin məhkəmə iclasında iştirak etməmələri onların işin nəticəsində maraqlı olmadıqlarını və alqı-satqı və bağışlama müqavilələrinin yalnız görünüş üçün bağlandığını deməyə əsas verir. Bundan başqa, alqı-satqı müqavilələrində əmlakın dəyərinin 20.000 manat qeyd edilməsi əmlakın real bazar qiymətini əks etdirməməklə yanaşı, müqavilələrin etibarlılığını şübhə altında qoyur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 337.3-cü maddəsinə əsasən həmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Bu səbəbdən məhkəmə hesab edir ki, miras əmlaka dair bağlanmış alqı-satqı və bağışlama müqavilələri etibarsız hesab edilməli, və həmin müqavilələr əsasında verilmiş çıxarışlar da ləğv edilməli, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Məhkəmə, miras əmlaka iddiaçının vərəsəlik hüququnun tanınması və həmin əmlaka 1/3 hissədə miras payının müəyyən edilməsi hissəsində iddia tələbini qismən əsaslı hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mirasqoyanın ölümündən sonra miras əmlak iddiaçı və cavabdeh tərəfindən qəbul edilmiş, X36 isə mirasqoyanın sağlığında miras əmlakdan çıxmış, mirası nə faktiki, nə də notariat ofisinə müraciət etməklə qəbul etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, iddiaçının miras əmlaka vərəsəlik hüququ tanınmaqla, miras əmlaka 1/2 hissədə payı müəyyən edilməlidir. Məhkəmə, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi, miras əmlaka dair bağlanmış alqı-satqı və bağışlama müqavilələrinin etibarsız hesab edilməsi, onların əsasında verilmiş çıxarışın ləğv edilməsi hissəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasını əsaslı hesab edir və həmin tələblərə yuxarıda hüquqi qiymət verildiyindən, prosessual qənaət prinsipinə əsasən yenidən həmin tələblər üzrə ayrıca araşdırma aparmağa lüzum görmür. Lakin məhkəmə, vərəsəlik hüququnun tanınması və miras əmlakda payın müəyyən edilməsi hissəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasını əsassız hesab edir. Belə ki, işin mübahisəsiz hallarına əsasən X36 mirasqoyanın sağlığında miras əmlakdan çıxıb getmiş, mirasqoyan öldükdən sonra miras əmlakda yaşamamış, bununla da miras əmlakı nə faktiki, nə də notariat ofisinə müraciət etməklə qəbul etməmişdir. Belə olan halda, onun miras əmlaka dair vərəsəlik hüququnun tanınmasını və miras payın müəyyən edilməsini tələb etməsi əsassızdır, odur ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri 6 saylı notariat kontoru tərəfindən Cavabdeh1 adına ünvan 5 ünvanında yerləşən, sahəsi 0.248827 ha olan torpaq sahəsinə dair verilmiş xx.xx.2011-ci il tarixli, reyestrdə 2V-126 nömrəsi ilə qeydiyyata alınmış “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə qismən etibarsız hesab edilməli, ünvan 5 ünvanında yerləşən, sahəsi 0.248827 ha olan torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş MA seriyalı ******* nömrəli xx.xx.2012-ci il tarixli çıxarış ləğv edilməli, Cavabdeh1 ilə X89 arasında ünvan 5 ünvanında yerləşən 0.248827 ha torpaq sahəsinə dair xx.xx.2012-ci il tarixdə bağlanmış və reyestrdə 4Ə/1-103 nömrə ilə qeyd edilmiş AN-İ seriyalı ******* nömrəli tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, ünvan 5 ünvanında yerləşən, sahəsi 0.248827 ha olan torpaq sahəsinə dair X65 adına verilmiş MA seriyalı ******* nömrəli xx.xx.2012-ci il tarixli çıxarış ləğv edilməli, X89 ilə X22 arasında ünvan 5 ünvanında yerləşən 0.248827 ha torpaq sahəsinə dair xx.xx.2013-cü il tarixdə bağlanmış və reyestrdə 4Ə/02-465 nömrə ilə qeyd edilmiş AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 0.248827 ha olan torpaq sahəsi və ümumi sahəsi 273.18 kv.m olan bağ evinə dair X8 adına verilmiş RX seriyalı ******* nömrəli xx.xx.2014-cü il tarixli çıxarış ləğv edilməli, X22 ilə Cavabdeh2 arasında ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 0.248827 ha olan torpaq sahəsinə və ümumi sahəsi 273.18 kv.m olan bağ evinə dair xx.xx.2017-ci il tarixdə bağlanmış və reyestrdə 4Ə- 51 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilməli, ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 0.2488 ha olan torpaq sahəsi və ümumi sahəsi 273.18 kv.m olan bağ evinə dair Cavabdeh2 adına verilmiş RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli çıxarış ləğv edilməli, ünvan 5 ünvanında yerləşən, sahəsi 0.248827 ha olan torpaq sahəsinə dair İddiaçı vərəsəlik hüququ tanınmalı və onun həmin torpaq sahəsinə 1/2 hissədə miras payı müəyyən edilməli, iddia qalan hissədə rədd edilməli, məhkəmə xərcləri iddiaçıya aid edilməli, müstəqil tələb irəli sürən üçüncü şəxs X14 iddiası qismən təmin edilməli, Bakı şəhəri 6 saylı notariat kontoru tərəfindən Cavabdeh1 adına ünvan 5 ünvanında yerləşən, sahəsi 0.248827 ha olan torpaq sahəsinə dair verilmiş xx.xx.2011-ci il tarixli, reyestrdə 2V-126 nömrəsi ilə qeydiyyata alınmış “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə qismən etibarsız hesab edilməli, ünvan 5 ünvanında yerləşən, sahəsi 0.248827 ha olan torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş MA seriyalı ******* nömrəli xx.xx.2012-ci il tarixli çıxarış ləğv edilməli, Cavabdeh1 ilə X89 arasında ünvan 5 ünvanında yerləşən 0.248827 ha torpaq sahəsinə dair xx.xx.2012-ci il tarixdə bağlanmış və reyestrdə 4Ə/1-103 nömrə ilə qeyd edilmiş AN-İ seriyalı ******* nömrəli tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, ünvan 5 ünvanında yerləşən, sahəsi 0.248827 ha olan torpaq sahəsinə dair X65 adına verilmiş MA seriyalı ******* nömrəli xx.xx.2012-ci il tarixli çıxarış ləğv edilməli, X89 ilə X22 arasında ünvan 5 ünvanında yerləşən 0.248827 ha torpaq sahəsinə dair xx.xx.2013cü il tarixdə bağlanmış və reyestrdə 4Ə/02-465 nömrə ilə qeyd edilmiş AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 0.248827 ha olan torpaq sahəsi və ümumi sahəsi 273.18 kv.m olan bağ evinə dair X8 adına verilmiş RX seriyalı ******* nömrəli xx.xx.2014cü il tarixli çıxarış ləğv edilməli, X22 ilə Cavabdeh2 arasında ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 0.248827 ha olan torpaq sahəsinə və ümumi sahəsi 273.18 kv.m olan bağ evinə dair xx.xx.2017-ci il tarixdə bağlanmış və reyestrdə 4Ə-51 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilməli, ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 0.2488 ha olan torpaq sahəsi və ümumi sahəsi 273.18 kv.m olan bağ evinə dair Cavabdeh2 adına verilmiş RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli çıxarış ləğv edilməli, müstəqil tələb irəli sürən üçüncü şəxs X14 iddiası qalan hissədə rədd edilməli, məhkəmə xərcləri X24 aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri 6 saylı notariat kontoru tərəfindən Cavabdeh1 adına ünvan 5 ünvanında yerləşən, sahəsi 0.248827 ha olan torpaq sahəsinə dair verilmiş xx.xx.2011-ci il tarixli, reyestrdə 2V-126 nömrəsi ilə qeydiyyata alınmış “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə qismən etibarsız hesab edilsin. ünvan 5 ünvanında yerləşən, sahəsi 0.248827 ha olan torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş MA seriyalı ******* nömrəli xx.xx.2012-ci il tarixli çıxarış ləğv edilsin. Cavabdeh1 ilə X89 arasında ünvan 5 ünvanında yerləşən 0.248827 ha torpaq sahəsinə dair xx.xx.2012-ci il tarixdə bağlanmış və reyestrdə 4Ə/1-103 nömrə ilə qeyd edilmiş AN-İ seriyalı ******* nömrəli tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. ünvan 5 ünvanında yerləşən, sahəsi 0.248827 ha olan torpaq sahəsinə dair X65 adına verilmiş MA seriyalı ******* nömrəli xx.xx.2012-ci il tarixli çıxarış ləğv edilsin. X89 ilə X22 arasında ünvan 5 ünvanında yerləşən 0.248827 ha torpaq sahəsinə dair xx.xx.2013-cü il tarixdə bağlanmış və reyestrdə 4Ə/02-465 nömrə ilə qeyd edilmiş AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 0.248827 ha olan torpaq sahəsi və ümumi sahəsi 273.18 kv.m olan bağ evinə dair X8 adına verilmiş RX seriyalı ******* nömrəli xx.xx.2014-cü il tarixli çıxarış ləğv edilsin. X22 ilə Cavabdeh2 arasında ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 0.248827 ha olan torpaq sahəsinə və ümumi sahəsi 273.18 kv.m olan bağ evinə dair xx.xx.2017-ci il tarixdə bağlanmış və reyestrdə 4Ə-51 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilsin. ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 0.2488 ha olan torpaq sahəsi və ümumi sahəsi 273.18 kv.m olan bağ evinə dair Cavabdeh2 adına verilmiş RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli çıxarış ləğv edilsin. ünvan 5 ünvanında yerləşən, sahəsi 0.248827 ha olan torpaq sahəsinə dair İddiaçı vərəsəlik hüququ tanınsın və onun həmin torpaq sahəsinə 1/2 hissədə miras payı müəyyən edilsin. İddia qalan hissədə rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X14 iddiası qismən təmin edilsin. Bakı şəhəri 6 saylı notariat kontoru tərəfindən Cavabdeh1 adına ünvan 5 ünvanında yerləşən, sahəsi 0.248827 ha olan torpaq sahəsinə dair verilmiş xx.xx.2011-ci il tarixli, reyestrdə 2V-126 nömrəsi ilə qeydiyyata alınmış “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə qismən etibarsız hesab edilsin. ünvan 5 ünvanında yerləşən, sahəsi 0.248827 ha olan torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş MA seriyalı ******* nömrəli xx.xx.2012-ci il tarixli çıxarış ləğv edilsin. Cavabdeh1 ilə X89 arasında ünvan 5 ünvanında yerləşən 0.248827 ha torpaq sahəsinə dair xx.xx.2012-ci il tarixdə bağlanmış və reyestrdə 4Ə/1-103 nömrə ilə qeyd edilmiş AN-İ seriyalı ******* nömrəli tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. ünvan 5 ünvanında yerləşən, sahəsi 0.248827 ha olan torpaq sahəsinə dair X65 adına verilmiş MA seriyalı ******* nömrəli xx.xx.2012-ci il tarixli çıxarış ləğv edilsin. X89 ilə X22 arasında ünvan 5 ünvanında yerləşən 0.248827 ha torpaq sahəsinə dair xx.xx.2013-cü il tarixdə bağlanmış və reyestrdə 4Ə/02-465 nömrə ilə qeyd edilmiş AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 0.248827 ha olan torpaq sahəsi və ümumi sahəsi 273.18 kv.m olan bağ evinə dair X8 adına verilmiş RX seriyalı ******* nömrəli xx.xx.2014-cü il tarixli çıxarış ləğv edilsin. X22 ilə Cavabdeh2 arasında ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 0.248827 ha olan torpaq sahəsinə və ümumi sahəsi 273.18 kv.m olan bağ evinə dair xx.xx.2017-ci il tarixdə bağlanmış və reyestrdə 4Ə-51 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilsin. ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 0.2488 ha olan torpaq sahəsi və ümumi sahəsi 273.18 kv.m olan bağ evinə dair Cavabdeh2 adına verilmiş RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli çıxarış ləğv edilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X14 iddiası qalan hissədə rədd edilsin. Məhkəmə xərcləri X24 aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar