Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3604/2021 22.07.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X3, Cavabdeh1 vəkili və nümayəndəsi X1, Cavabdeh2 iştirakları ilə, İddiaçı “X4 LTD” Şirkətinin cavabdehlər Cavabdeh1 qarşı tikilinin özbaşına tikili hesab edilərək, sökülməsi və zəbt olunmuş torpaq sahəsinin filialın istifadəsinə qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı “X4 LTD” Şirkəti Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X4 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialının 4 saylı neft-qaz çıxarma sexinin T 39 409812.16 m B – 4477803.16 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində inşa olunmuş tikilinin özbaşına tikili sayılaraq, sökülməsi və zəbt olunmuş torpaq sahəsinin filialın istifadəsinə qaytarılması, ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "xxxx" Ortaq Şirkəti arasında 03 iyun 2010-cu il tarixdə bağlanmış “Azərbaycan Respublikasında Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bolgüsü haqqında” Sazişə müvafiq olaraq Balaxanı blokunda neft və qaz əməliyyatlarının aparılması səlahiyyəti kontraktla “X4 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialına verilmişdir. Buna baxmayaraq halhazırda iddiaçının istifadəsində olan torpaq sahələrinin müxtəlif şəxslər tərəfindən zəbt edilməsi, özbaşına olaraq tikinti aparılması onların qanunla qorunan hüquqlarını pozur. Həmin şəxslərə qanunsuz hərəkətlərinin və tikintinin dayandırılması, tikilmiş evlərin sökülməsi, həmin sahələrinin boşaldılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıq etsə də, cavabdehlər onların haqlı tələblərinə əhəmiyyət verməyərək tikintini davam etdirirlər. 28.03.2020-ci il tarixdə “X4 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialının 4 saylı neft-qaz çıxarma sexinin, 39 T 409812.16 m B – 4477803.16 m C koordinatlar üzrə yerləşən ərazidə özbaşına tikinti aşkarlanmışdır. Tikinti aparan şəxs vətəndaş Cavabdeh1 nə torpaq sahəsinə, nə də tikintiyə dair heç bir sənəd təqdim etməmişdir. Belə ki, dərhal Cavabdeh1na tikintinin qanunsuz olduğu izah edilərək, mübahisə qanuni yolla həll olunana qədər tikinti işlərinin dayandırılması barədə xəbərdarlıq edilmişdir. Həmçinin “X4 LTD” şirkətinin qarşısında yaxın müddət ərzində neftqaz hasilatının maksimum səviyyəyə qaldırılması məsələsi qoyulmuş və buna uyğun proqram hazırlanmışdır. Lakin yuxarıda qeyd edilənlərə bağlı hal-hazırda həmin proqramin yerinə yetirilməsində müəyyən çətinliklərlə üzləşir. Mədən ərazilərində gedən hər hansı tikinti neft quyularına xüsusi cihazlarla yaxınlaşmağı mümkünsüz edir. Yeni quyunun qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda keçiriləcək geoloji-texniki tədbirlərin həyata keçirilməsi mümkün olmur. Cavabdehin zəbt etdiyi mübahisəli torpaq sahəsi dövlətin müstəsna mülkiyyətinə aid torpaq sahəsidir. Cavabdehin hər hansı bir hüquq müəyyən edici sənədi yoxdur. Mübahisəli tikili isə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və lazımi layihə-smeta sənədləri tərtib edilmədən inşa edilmiş qanunsuz tikilidir. Cavabdeh1 məhkəməyə ərizə ilə müraciət edərək, adıçəkilən tikilinin ona heç bir aidiyyət yoxdur, o, Cavabdeh2 sifarişi əsasında həmin tikintinin mansard hissəsinin yenilənməsi üçün müxtəlif növ tikinti materiallarının çatdırılması ilə məşğul olmuşdur. Məhkəmə Cavabdeh2 iş üzrə ikinci cavabdeh qismində cəlb etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 vəkili və nümayəndəsi X5 izahat verərək qeyd etdi ki, adıçəkilən tikintinin ona heç bir aidiyyəti yoxdur, həmin tikintinin sifarişçisi digər Cavabdeh2dur, tikintinin sökülmasi onun maraqlarına toxunmasa da, ona qarşı iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iş üzrə izahat verərək, qeyd etdi ki, ümumiyyətlə bilmir hansı tikintidən söz gedir, hər hansı bir tikinti sifariş etməmiş, Cavabdeh1 heç tanımır və tikintini sökülməsi qəti onun maraqlarına toxunmur. Tikintinin sökülməsinə etiraz etmir, belə ki, bu onun maraqlarına toxunmur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən, yəni Cavabdeh1 baradə təmin, Cavabdeh2 barədə rədd edilməlidir. Belə ki, məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə 26.05.2021-ci il tarixli məktubla mütəxəssis rəyi təqdim olunmuşdur. Həmin rəydən və əlavə olunmuş sənədlərdən göründüyü kimi T 39 409812.16 m B – 4477803.16 m C koordinatlar "Kadastr və Yerqurluşu Layihə Tədqiqat Mərkəzi"nin elektron bazasında araşdırılmış və məlum olmuşdur ki, qeyd olunan koordinatlar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olan və neft-qaz hasilatı məqsədilə Balaxanı əməliyyat şirkətinin idarəetməsində verilmiş torpaq sahələrinin hüdudları daxilində yerləşir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. “Texniki təhlükəsizlik haqqında”Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinin 1-ci bəndinə əsasən əhali və ətraf mühit üçün təhlükə yaradan partlayışyanğın, radioaktiv və ionlaşdırıcı şüa mənbələrinin, zəhərləyici maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadə edilməsi və ləğvi ilə məşğul olan istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab edilir. Həmin Qanunun 3-cü maddəsinin 1-ci bəndinə əsasən texniki təhlükəsizlik tələbləri bu qanunla, Azərbaycan Respublikasının digər normativ-hüquqi aktları ilə, habelə texniki-normativ sənədlərlə müəyyənləşdirilən, mövcud qaydada qəbul olunan və texniki təhlükəsizliyi təmin edən şərtlərdən, qadağalardan, məhdudiyyətlərdən və yerinə yetirilməsi məcburi olan digər tələblərdən ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 56-cı maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsindəəldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Məhkəmə qeyd edir ki, torpaq sahələrinin özbaşına tutulmasında, torpaq sahələrində qanunsuz tikintinin aparılmasında təqsiri olan şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. (TM-nin 110-111-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımı icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparılmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə hesab edir ki, həmin tikinti məhz Cavabdeh1 məxsusdur. Belə ki, o, məhkəməni səhv istiqamətə yönəltmək istəmiş, işə aidiyyəti olmayan şəxsin işə cəlb olunmasına nail olmuş, tikintini sökülməsinə etiraz etmişdir. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, iddia olunan torpaq sahəsi “X4 LTD” Şirkətinin sahibliyindədir, həmin torpaq sahəsinə və orada inşa edilmiş tikiliyə Cavabdeh1 hüquqlarını təsdiq edən hər hansı sübut yoxdur. Eyni zaman da, məhkəmə Cavabdeh2 işə aidiyyətinin olmamasını inandırıcı hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia Cavabdeh1 qarşı təmin edilməli, “X4 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialının 4 saylı neft-qaz çıxarma sexinin T 39 409812.16 m B – 4477803.16 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində inşa olunmuş özbaşına tikili sökülməli və torpaq sahəsi filialın istifadəsinə qaytarılmalı, ödənilmiş 10,40 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia Cavabdeh2 qarşı rədd edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən, yəni Cavabdeh1 qarşı təmin edilsin. “X4 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialının 4 saylı neft-qaz çıxarma sexinin T 39 409812.16 m B – 4477803.16 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində inşa olunmuş özbaşına tikili sökülsün və torpaq sahəsi filialın istifadəsinə qaytarılsın. Ödənilmiş 10,40 manat dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçıya ödənilsin. İddia Cavabdeh2 qarşı rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-3604/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3604/2021
22.07.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver