Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3638/2025 25.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxraq, məhkəmə MÜƏYYƏN ETDİ : Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinə olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qeyd olunan sənədlərin - 29 iyun 1977-ci il tarixli, İİ-CЛ seriyalı, 237571 saylı Ermənistan SSR Masis rayonu, X12 verilmiş doğum haqqında şəhadətnamənin, 26 noyabr 1995-ci il tarixli 3 nömrəli ******* saylı Bakı şəhəri 11 saylı Texniki Peşə Məktəbindən verilmiş diplomun və 26 iyun 1995-ci il tarixli Bakı şəhəri 11 saylı Texniki Peşə Məktəbindən verilmiş yekun qiymətlərə dair çıxarışın eyni şəxsə, yəni xx xxxx 1977ci il təvəllüdlü Ərizəçi məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi xx xxxx 1977-ci ildə Ermənistan Respublikasının Masis rayonunda anadan olmuşdur. Belə ki, onun adına verilmiş şəxsiyyət və vəsiqəsində nikah haqqında şəhadətnaməsində, Bakı şəhəri 11 saylı texniki peşə məktəbi tərəfindən verilmiş diplomunda, həmin texniki peşə məktəbi tərəfindən yekun qiymətlərə dair çıxarışda soyadı Ərizəçi kimi qeyd edilsə də, Ermənistan Respublikasının Masis rayonundan verilmiş doğum haqqında şəhadətnaməsində soyadı X4 qeyd edilmişdir. Doğum haqqında şəhadətnaməsində soyadının «Aşumov Kulam». Digər ona məxsus sənədlərində isə «Ərizəçi» qeyd edilməsi onun üçün hazırki vəziyyətdə bir sıra problemlər yaradır. Belə ki, ona məxsus daşınmaz əmlakını qardaşı X8 bağışlamaq məqsədi ilə sənədlərini notariusa təqdim etmişdir. Lakin doğum haqqında şəhadətnaməsində soyadı və adı qardaşının soyadı ilə uyğun gəlməməsinə görə müraciətinə imtina edilmişdir. Buna görə də bu uyğunsuzluğun aradan qaldırılması, doğum haqqında şəhadətnaməsində soyadının X1 qeyd edilməsi ilə bağlı Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsindən ona həmin düzəlişin onlar tərəfindən aparılmasının mümkünsüz olduğunu qeyd edərək müraciətinə imtina etmişlər. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi X9 məhkəmədə ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsada maraqlı şəxs nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan ******* nömrəli, xx.xx.1995-ci il tarixli Diplomun surətindən görünür ki, Ərizəçi 01 sentyabr 1992-ci il tarixdə Bakı şəhəri 11 saylı Texniki Peşə Məktəbinə daxil olmuş və 26 iyun 1995-ci il tarixdə orta təhsil geniş profilli təmirli çilingər ixtisası verilmişdir. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-16-5/8-15- 1260/2023 nömrəli imtina məktubundan görünür ki, X16 barəsində Ermənistan Respublikası, Zəngibasar rayonu, Rəncbər kənd icra nümayəndəliyində 34 saylı, xx.xx.1977-ci il tarixd qeydə alınmışa akt əsasında verilmiş İİ-CЛ 237571 seriyalı şəhadətnamənin Ərizəçi mənsub olması faktı qanunvericiliyə müvafiq qaydada məhkəmə qaydasında baxıldığından aiddiyyatı üzrə müraciət edilməsi tövsiyə edilmişdir. Н-СЛ seriyalı, 237571 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqd edilmiş surətindən görünür ki, X15 xx.xx.1977-ci il tarixdə Ermənistan SSR Masis rayonu, Rəncbər Kəndində doğulmuşdur. X27 Mahmudoviç, anası isə X17 olmuşdur. AZ İİİ seriyalı, 238352 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2013-cü il tarixdə Sabirabad rayonunda doğulmuşdur. Atası Ərizəçi, anası isə X3r. AZ İİ seriyalı, 673231 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Ərizəçi, anası isə X3r. AZ İİ seriyalı, 210908 nömrəli Nikah haqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X7 xx.xx.2017-ci il tarixdə 1501 nömrəli akt qeydi ilə nikaha daxil olmuşlar. Arvada Həşimova soyadı verilmişdir. İ-ЗЖ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1967-ci il tarixdə Ermənistan SSR, Masis rayonu, Rəncbər kəndində doğulmuşdur. X27 Mahmudoviç, anası isə X6. AZE seriyalı, ******** nömrəli Şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1977-ci il tarixdə Ermənistan Masis rayonunda doğulmuşdur. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, Ərizəçi 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.2-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Həmin qərarın 6.3-cü maddəsinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanuna ziddir. Məhkəmə araşdırması zamanı, o cümlədən mülki işin materiallarına əlavə olunmuş sənədlərdən, görünür ki, həm З seriyalı, ******* nömrəli, xx.xx.1995-ci il tarixli Diplomun surətindən, həm də AZE seriyalı, ******** nömrəli Şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, ərizəçinin soyadı, adı, ata adı Ərizəçidur. Ərizəçiyə verilmiş doğum haqqqında şəhadətnamədə soyadı, adı, atasının adı yanlışlıqla “X18” kimi qeyd edilmişdir. Belə ola halda məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və Ərizənın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin olmaqlalıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. 29 iyun 1977-ci il tarixli, İİ-CЛ seriyalı, 237571 nömrəli Ermənistan SSR, Masis rayonu, X12 verilmiş X18 barəsində doğum haqqında şəhadətnamənin 26 noyabr 1995-ci il tarixli 3 nömrəli ******* saylı Bakı şəhəri 11 saylı Texniki Peşə Məktəbindən verilmiş diplomun və 26 iyun 1995-ci il tarixli Bakı şəhəri 11 saylı Texniki Peşə Məktəbindən verilmiş yekun qiymətlərə dair çıxarışın məxsus olduğu-xx xxxx 1977-ci il təvəllüdlü Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-3638/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3638/2025
25.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver