Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3641/2024 01.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X27 qızının katibliyi, İddiaçının nümayəndəsi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Əliyev Eynar Arif oğlunun, Cavabdehin nümayəndəsi “Union” Vəkil Bürosunun vəkili Vəkil2 Vilayət oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Edress X12rşı “alqı-satqı müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Edress X12rşı “alqı-satqı müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə xx.xx.2018-ci il tarixdə bağladığı AN-İ ******* nömrəli “daşınmaz əmlakın alqı-satqı” müqaviləsinin etibarsız hesab olunaraq, həmin müqavilə əsasında əmələ gəlmiş bütün hüquqi nəticələrinin ləğv olunması, eləcə də Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 94 nömrəli bağ evinin üzərində mülkiyyət hüquqlarının bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, Cavabdehı digər bir şəxs vasitəsilə tanımışdır. Belə ki, bir neçə il öncə İddiaçı sərnişin daşıma sahəsində fəaliyyət göstərirmiş, bunun sayəsində cavabdehin tanıdığı X28 Nomanla tanış olmuş və onlar arasında əməkdaşlıq münasibətləri yaranmışdır. Daha sonra Ali Arsalan vasitəsilə cavabdehlə tanış olmuşdur. Bu tanışlıq münasibətləri 2017-2018-ci illərdə cavabdeh Bakıya gəldiyi zaman olmuşdur. O, özünü nüfuzlu işgüzar şəxs kimi təqdim etmiş və Azərbaycan Respublikasında bir neçə investisiya layihələr üzərində fəaliyyət aparmaq istədiyini bildirmişdir. Lakin bunun üçün o, Azərbaycanda müvəqqəti qalmaq üçün miqrasiya orqanından icazə almaq istədiyini bildirmişdir. Lakin hazırki dövrdə investisiyanın Azərbaycana gətirməsi üçün obyektiv səbəbindən imkanı olmadığından, yəni onun adına Azərbaycan Respublikasında dəyəri 100.000 manatdan az olmayan daşınmaz əmlak olduğu halda o, asanlıqla burada məskunlaşa biləcək. Bu vaxt ərzində də, onun Azərbaycan Respublikasında rahat və maneəsiz qalaraq faktiki bazar münasibətlərini, bazarın konyukturasını öyrənərək, hansı sahəyə sərmayə qoyuluşunun daha münasib olacağını müəyyən etmək imkanı olacaqdır. Ən vacib isə, iddiaçıya Azərbaycan Respublikasında hər hansı bir biznes sahəsi açdığı halda, onu həmin şirkətin meneceri olacağına inandırmışdır. Həmin vaxt iddiaçının mülkiyyətində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində yerləşən 12 sotdan ibarət olan torpaq sahəsi və onun üzərində 70 kv.m. ibarət olan 94 nömrəli bağ evi olmuşdur. Qeyd olunan əmlakı iddiaçı daha öncə başqa şəxsdən alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Beləliklə, cavabdehin təklifinə əsasən, həmin əmlak 120 000 manata, yalnız “kağızda" (yəni formal olaraq) alqı-satqı müqaviləsinin bağlanılması yolu ilə öz adına keçirilməsini iddiaçıya təklif etmişdir. Alqı-satqıya az müddət qalmış cavabdeh Bakıya gələndə özü ilə pulun olmayacağını bildirmiş və müqavilə bağlanacağı vaxtda notariat ofisindəki banka pulu öz vəsaiti hesabına qoymasını iddiaçıya təklif etmişdir. Bunu yaşadığı ölkədə vergi orqanları ilə problemlərinin olması və pul vəsaitini özü ilə Azərbaycana gətirməyə imkanı olmayacağı ilə əsaslandırmışdır. Əlavə olaraq alqı-satqının yalnız kağızda olacağını iddiaçı üçün hər hansı bir mənfi təsiri olmayacağını bildirmişdir. Cavabdehin verdiyi vədə görə də 1-2 ilə Azərbaycanda qazana biləcəyi puldan alqı-satqıya görə ödəniləcək pulun əvəzinə 5 qat həcmində pul məbləğini iddiaçıya qaytarılacağını bildirmişdir. Lakin zaman keçdikcə nə müqaviləyə görə ödənilmiş pul qaytarılmış, nə də ki, vəd verilmiş qazanılacaq pul cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Eləcə də cavabdeh Azərbaycanda ümumiyyətlə hər hansı bir biznes da yaratmamışdır. Beləliklə, də xx.xx.2018-ci il tarixində Bakı şəhəri 9 saylı Notariat Ofisinə gələrək, cavabdehin Azərbaycanda uzunmüddətli qalması və daha sonra burada bir neçə biznes layihələrin görülməsi üçün adına (mülkiyyətində) hər hansı bir evin olması üçün yalnız kağızda qalmalı olan bir alqı-satqı müqaviləsi bağlamışdırlar. Məhz bu səbəbdən də, notariat ofisinin bank depozitinə müqavilədə göstərilən 120000 manat pul məbləği iddiaçı (iddiaçının atası M.Qəhrəmanov) ödəmişdir. Qeyd etmək lazımdır ki, alqı-satqı zamanı mülkiyyətçi özü Azərbaycanda olmadığına görə onun adından etibarnamə əsasında atası iştirak etmişdir. Beləliklə həmin müqavilənin bağlanılmasına əsl niyyəti olmadan və ən vacibi isə müqavilədə nəzərdə tutulan pul məbləği cavabdeh (alıcı) tərəfindən ödənilmədiyi üçün həmin alqı-satqı müqaviləsi pərdələnmiş olub və məhz buna görə də etibarsız hesab olunmalıdır. Cavabdeh iddiaçıya (onun nümayəndəsinə) müqaviləyə əsasən ödənilməli olan 120000 manat puldan 1 manat da ödəməyib. Belə olan halda qarşılıqlı olaraq iddiaçı tərəfindən müqavilədə göstərilən pul qaytarılmalı da deyildir. Bu əqd formal olaraq, hüquqi nəticə yaratmadan bağlanılmışdır. Cavabdeh Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı olmaqla orada yaşayır. Lakin onun mülkiyyətində Azərbaycan Respublikasında daşınmaz əmlak var. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 verdiyi izahatında və məhəkəməyə ünvanlandığı yazılı etirazda iddianı qəbul etmədiyini və onun əsassız olduğunu bildirərək göstərmişdir ki, xx.xx.2017-ci ci il tarixdə Edrees Ali X29 ilk dəfə Azərbaycana gəlmiş, onu hava limanında sərnişindaşıma fəaliyyəti ilə məşğul olan İddiaçı qarşılamış və aralarında münasibətlər yaranmışdır. İddiaçı təklifi ilə Edrees Ali Bakıda bağ evi almaq istəmiş və bu işi İddiaçı tapşırmışdır. Edrees Ali aralarında olan razılaşmaya görə İddiaçı adına pul göndərməli, əvəzində Edrees Alinin adına şirkət təsis edərək, torpaq sahəsi şirkətin adına rəsmiləşdirilməklə, bağ evi Edrees Alinin mülkiyyətinə keçirilməli idi. xx.xx.2017-ci il tarixdə Edrees Ali tərəfindən İddiaçı atası, eyni zamanda, etibarnamə üzrə nümayəndəsi X2 adına 176.070,87 USD köçürülmüşdür. ("xxxx"ASC-nin xx.xx.2021-ci il tarixli məktubu) xx.xx.2017-ci il tarixdə İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində, ümumi sahəsi 0.09 ha olan torpaq sahəsində yerləşən 94 nömrəli bağ sahəsini 32.000 manata X20 alaraq öz adına rəsmiləşdirmişdir. Bundan əlavə, Edrees Ali torpaq səhəsində inşa edilən bağ evinin tikinti və təmiri üçün müxtəlif məbləğlərdə İddiaçı pul göndərmişdir. İddiaçı adına rəsmiləşdirdiyi həmin evi xx.xx.2018-ci il tarixdə 120.000, manata Edrees Aliyə satmışdır. Lakin torpaq sahəsini öz mülkiyyətində saxlamışdır. xx.xx.2018-ci il tarixdə "Edrees Alameri” MMC dövlət qeydiyyatından keçirilmişdir. İddia ərizəsində göstərilənlərin hər biri uydurma olmaqla, həmin halları təsdiq edəcək bir dənə də olsun sübut iş materiallarında müəyyən olunmur. Əksinə, əvvəlki məhkəmə qətnamələri ilə müəyyən edilmiş faktlardan görünən odur ki, xx.xx.2017-ci il tarixdə ilk dəfə turist kimi Azərbaycana gələn Edrees Ali X1 xidməti göstərən İddiaçı təklifi ilə razılaşmış və xx.xx.2017-ci il tarixdə ona bağ evi almaq üçün 176.070,87 USD göndərmişdir. Pul köçürülməsindən 2 ay 7 gün sonra - xx.xx.2017-ci il tarixdə İddiaçı mübahisələndirilən 94 nömrəli bağ sahəsini 32.000 manata İrina Rzayevadan alaraq öz adına rəsmiləşdirmişdir. xx.xx.2018-ci il tarixdə İddiaçı həmin evi 120.000 manata Edrees Aliyə satmışdır. xx.xx.2018-ci il tarixdə "xxxx" MMC dövlət qeydiyyatından keçirilsə də, İddiaçı torpaq sahəsini MMC-nin adına keçirməmişdir. İddiaçılə digər BƏƏ vətəndaşı X28 Nomanla da eyni əsasla mübahisə (torpaq sahəsinə mülkiyyət hüququnu özündə saxlamaqla, yalnız evin alqı-satqı müqaviləsinin bağlanması) mövcuddur. Həmçinin iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək qeyd etmişdir ki, İddiaçı cavabdeh Edrees X15rşı xx.xx.2018-ci il tarixdə bağlanan AN-İ seriyalı, ******* nömrəli, Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinin etibarsız hesab olunaraq, həmin müqavilə əsasında əmələ gəlmiş bütün hüquqi nəticələrin ləğv olunması, eləcə də Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 94 nömrəli bağ evinin üzərində mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddiası əsassız olmaqla yanaşı, əsaslı olsa belə, iddiaçının tələbi üzrə iddia müddəti keçmişdir. İddiaçı aldanılaraq sözügedən bağ evinin üzərində mülkiyyət hüququnu cavabdehin adına keçirməsini və müqavilədə müəyyən olmuş dəyərin 120.000 manatın ödənilmədiyinə istinad edərək, alqı-satqı müqaviləsinin pərdələnmiş əqd olmasını göstərmişdir. Belə ki, tərəflər arasında xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 9 saylı notariat kontorunda adıçəkilən daşınmaz əmlaka dair iki müqavilə bağlanmışdır 179,6 kv metrdən ibarət olan 94 nömrəli bağ evinin AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi 9 sot torpaq sahəsinin icarə müqaviləsi. Əliyev X10 X15rşı xx.xx.2021-ci il tarixdə iddia ərizəsi verərək icarə müqaviləsinin ləğv edilməsini tələb etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(008)-5503/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, İddiaçı ilə Edress Ali X29 arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, icarə müqavilə üzrə ödənilməmiş 6.600 manat icarə haqqının Edress Ali X29dən İddiaçı xeyrinə tutulması qət edilmişdir. İddiaçılar Edrees Ali X29 və "Edrees Alameri” MMC-nin cavabdeh İddiaçı qarşı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 94 nömrəli bağ evi ünvanında yerləşən 0.09 ha torpaq sahəsinə "xxxx" MMC-nin mülkiyyət hüququnun tanınması, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 94 nömrəli bağ evi ünvanında yerləşən 0.09 ha torpaq sahəsinə dair "xxxx" MMC ilə alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh İddiaçı üzərinə qoyulması və ya Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 94 nömrəli bağ evi ünvanında yerləşən 0.09 ha torpaq sahəsinə görə iddiaçı Edrees Ali X29 tərəfindən ödənilən 299.320,47 manat məbləğin cavabdehlər İddiaçı Edrees Ali X29nin xeyrinə tutulması tələbi üzrə Sabunçu Rayon Məhkəməsinin icraatında olan 2(008)- 537/2022 nömrəli iş üzrə hazırki tələbi ilə bağlı qarşılıqlı iddia verməmişdir. Bakı Apellyasiya Məhkəmsinin icraatında olan 2(103)-4636/2023 iş üzrə Kassasiya instansiya məhkəməsinin göstərişinin icrası məqsədilə torpaq sahəsinin mülkiyyətçisi İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş, məhkəmə iclasının vaxt və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Belə olan halda, (iddia tələbi əsaslı sayılsa belə) hazırkı iddia tələbi əhəmiyyətsiz əqd üzrə verilmişlərin geri qaytarılması əsaslarını və müddətlərini tənzimləyən maddi hüquq normaları çərçivəsində qiymətləndirilməli və həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelər nəzərə alınmaqla baxılan iş üzrə iddiaçının etibarsız əqd üzrə verdiyi əvəzedilən əşyaların qaytarılması barədə tələbinə Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən 1 illik iddia müddəti tətbiq edilməlidir. Deməli müqavilə tələbləri üzrə iddia müddətini tətbiq edilsə belə iddia müddəti keçmişdir. Odur ki, iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Həmçinin Cavabdeh Ahmed Alameri məhkəməyə vəsatət təqdim edərək, iddia müddəti keçdiyindən hazırki iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** nömrə ilə qeyd edilmiş, xx.xx.2018-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 94 nömrəli bağ evi xx.xx.2018-ci il tarixdə İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. - AN-İ seriyalı, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı (nümayəndəsi X6 vasitəsilə) Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 94 nömrəli bağ evi 120000 manata Cavabdeh Ahmed Alameriyə satmışdır. - ƏN-İ seriyalı, 699828 nömrəli xx.xx.2018-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı tərəfindən X3 verilmiş etibarnamədə etibar edilən səlahiyyətlər sırasında onun adından qanunla müəyyən edilmiş bütün əqdləri bağlamaq və s. hərəkətləri etmək səlahiyyətlərini də etibar edilmişdir. - "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, Cavabdeh Ahmed Alameri tərəfindən X11 (Bakı şəhəri 9 saylı notariat kontoru VÖEN: **********) hesabına 120000 manat və 240 manat pul köçürülmüşdür. - Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu X11 "xxxx" ASC-nin 6 saylı şöbəsinə ünvanlandığı məktubda xahiş edilmişdir ki, Cavabdeh Ahmed Alameri notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsi üzrə 120000 manat məbləğində pulun təsdiq edildikdən sonra 3232,80 manat vergi məbləğinin X8 və 116767,20 manat pulun Cəbrayıl rayonu, Sirik kəndində qeydiyyatda olan X3 verilməsi üçün bankda olan **********00001 nömrəli depozit hesabına köçürülsün. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** nömrə ilə qeyd edilmiş, xx.xx.2018-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 94 nömrəli bağ evi xx.xx.2018-ci il tarixdə Cavabdeh Ahmed Alamerinin xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5720/2021 nömrəli, xx.xx.2021ci il tarixli qətnaməsindən görünür ki, "xxxx" MMC-nin cavabdeh X9 qarşı “bağ evindən və torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia təmin edilmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1772/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Edrees Ali X29n cavabdehlər Bakı şəhəri 9 saylı notariat ofisinə, İddiaçı və X4 qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1164/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Edrees Ali X29n cavabdehlər Bakı şəhəri 9 saylı notariat ofisinə, İddiaçı və X4 qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Edrees Ali X29n apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1772/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlaılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi 2(102)-3550/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qərarından görünür ki, Edrees Ali X29n kassasiya şikayəti qismən təmin edilmiş, iddiaçı Edrees Ali X29n cavabdehlər Bakı şəhəri 9 saylı notariat ofisinə, İddiaçı və X4 qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-537/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Edrees Ali X29 və "xxxx" MMC-nin cavabdehlər İddiaçı və X4 qarşı “mülkiyyət hüququnun tanınması, alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması və ya pul” tələbinə dair iddia təmin edilməmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3759/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-537/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi 2(102)-108/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qərarından görünür ki, Edrees Ali X29 və "xxxx" MMC tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3759/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki Məcəllənin 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 337.1-ci maddəsinə müvafiq olaraq, bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Göründüyü kimi, əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Normada qeyd edilən «pozmaqla bağlanılmış» ifadəsi əqdin etibarsızlığına əsas kimi götürülən istənilən halın əqd bağlanana qədər və ya əqd bağlanan zaman mövcud olmasını tələb edir. Əqdlər aşağıdakı əlamətlərlə xarakterizə olunur: əqd həmişə iradəvi akt olub, adamların hərəkətlərini ehtiva edir; əqd hüquqa uyğun hərəkətdir; əqd xüsusi olaraq mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və xitamına yönələn hərəkətdir; əqd müəyyən hüquqi nəticələr əmələ gətirən hərəkətdir. Mülki qanunvericilikdə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən birinin qüsurlu olması vacibdir: - subyekt tərkibinə görə; - məzmununa görə; - formasına görə; - iradə və iradə ifadəsinə görə. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununu qanunvericiliyin tələblərinə uyğun olması vacibdir (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011ci il tarixli Qərarı). İddiaçı iddia ərizəsinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə istinad edir və qeyd edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi digər müqaviləni pərdələmək üçün bağlanmışdır. Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Qeyd edilməlidir ki, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Tərəflərin görünüş üçün bağladıqları müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək niyyətləri olmur və bu cür pərdələmə müqavilə tərəflərinin hər ikisinin qəsdi ilə əhatə olunaraq üçüncü şəxsləri aldatmaq məqsədi daşıyır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart tarixli Qərar). İddia tələbindən də göründüyü kimi iddiaçı tələbini onunla əsaslandırır ki, cavabdeh ona heç bir pul verməmiş, aralarında bağlanmış əqd uydurma əqd olmuş, əslində başqa bir əqdi pərdələmək üçün bağlanmışdır. Məhkəmə qeyd edir ki, başqa əqdi pərdələyən uydurma əqd deyil yalan əqddir. Bu halda iddiaçı göstərə bilməmişdir ki, bu hansı əqddir, hansı əqdi pərdələmişlər, belə bir əqd varmı? İş materiallarından göründüyü kimi qanuni yolla tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, alqı-satqı müqaviləsinin bağlanması ilə bağlı notariat işindən göründüyü kimi pulun ödənilməsi barədə qəbzdə banka pul alıcı Edrees Ali X29 tərəfindən ödənilmiş və pulu Bankdan çıxartmaq üçün hazırki İddiaçı nümayəndəsi X5 notarius tərəfindən məktubverilmişdir. İddiaçı evin alqı-satqısı üçün ödənilmiş pulun onun tərəfindən verildiyini iddia etsə də bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmiş, əksinə iş materiallarında olan notariat işində olan qəbzdən görünür ki, pul Edrees Ali X29 tərəfindən ödənilmişdir. Həmçinin iş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(008)-5720/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Edrees Ali X29nin iddiası təmin olunaraq, X14 Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 94 nömrəli ünvanda yerləşən bağ evindən və həmin bağ evinin yerləşdiyi torpaq sahəsindən çıxarılması qət edilmişdir. Göründüyü kimi sözügedən bağ sahəsi cavabdehin mülkiyyətində olmuş və məhkəmə iclasında iddiaçının vəkili hazırda həmin bağ osahəsində heç kimin yaşamadığını bildirmişdir. Qeyd olunmalıdır ki, yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Odur ki, yazılı və notariat qaydasında bağlanılmış əqdin aldatma nəticəsində və ya Məcəllədə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla bağlanıldığı nəticəsinə gələ bilmək üçün iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur.”. Hazırkı halda alğı-satqı müqaviləsi üzrə bütün mühüm şərtlər yerinə yetirilmiş, müqavilə tərəflərin tam sərbəst iradələri əsasında bağlanmışdır. Bir sözlə mübahisələndirilən əqdin məzmunu qanuni olmaqla yanaşı onu bağlayan şəxslər hüquq və fəaliyyət qabiliyyətli olmuş, əqddə iradənin və iradə ifadəsinin bir-birinə uyğun gəlməklə əqdin qanunla müəyyən edilmiş formasına əməl olunmuşdur. Beləliklə, iddia ərizəsində iddiaçı mübahisə predmetini təşkil edən müqavilənin digər müqaviləni pərdələmək üçün bağlandığına əsaslanaraq, onun etibarsız hesab edilməsini xahiş edir. Lakin bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Tərəflər arasında hər hansı başqa münasibətlərin olması və bağlanmış əqdlərin hər hansı başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanması iş materialları ilə təsdiq olunmur. Satıcı ona məxsus əmlakı satmaq, alıcı isə həmin əmlakı almaq niyyətində idi. Alıcının satılan əmlakları hansı məqsədlə alması hazırkı vəziyyətdə əqdi əmələ gətirən iradənin mövcud olmaması anlamına gəlmir. Qeyd edilən müqavilənin bağlanması zamanı notarial qaydada etibarnamə verdiyi şəxs müqavilənin bağlanması üçün Bakı şəhəri 9 saylı notariat ofisinə müraciət etmiş, bağ sahəsi üzrə müəyyən edilmiş satış məbləği alıcı tərəfindən notariusun depozit hesabına köçürülmüş və iddiaçının nümayəndəsi tərəfindən qəbul edilmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş məhkəmə aktlarında aşağıdakılar müəyyən edilmişdir: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-537/2022 nömrəli, 19 yanvar 2022-ci il tarixli qətnaməsində qeyd edilmişdir ki, "... Beləliklə məhkəmə araşdırılması o cümlədən Bank of Baku ASC-nin məhkəmənin sorğusuna vermiş olduğu cavabdan da aydın olur ki, həqiqətən iddiaçı Edrees Ali X29 xx.xx.2017-ci il tarixində cavabdeh X4 bank hesabına 176070.87 ABŞ dolları məbləğində pul vəsaiti köçürmüş, cavabdeh X7 isə həmin pul vəsaitini şəxsən xx.xx.2017-ci il tarixində nəğdləşdirmişdir.” "... Məhəmmədəli Komu oğlunun adına köçürülməsinin səbəbini həmin pul məbləğinin iddiaçıya deyildə onun qohumu olan X30 Noman tərəfindən köçürüldüyünü qeyd edərək, həmin pulu tərəflar arasında bağlanmış tapşırıq müqaviləsinə əsasən Abşeron rayonu saray qəsəbəsində ev alındığını vurğulayaraq buna dair daşınmaz əmlakın alqı-satqısına dair sənədləri məhkəmə təqdim etməsinə baxmayaraq məhkəmə hesab edir ki, həmin pul məbləğinin iddiaçıya deyildə digər şəxsə yəni X30 Nomana məxsus olmasını təsdiq edəcək sübutlar məhkəməyə təqdim etməmişdir. Və eyni zamanda məhkəmə cavabdeh X2 xx.xx.2017-ci il tarixdə Bank of Baku ASC-nin rəhbərliyinə yazmış olduğu izahatına hüquqi qiymət verərək hesab edir ki, həmin izahat birtərəfli qaydada yazıldığında məhkəmə qeyd edilən izahatı mötəbər sübut qismində qəbul edə bilməz." Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3759/2022 nömrəli, 21 iyul 2022-ci il tarixli qətnaməsi "... X30 Noman məhkəmə iclasında iştirak edərək tərcüməçi vasitəsi ilə verdiyi izahatında bildirmişdir ki, Bakı şəhərinə ilk dəfə turist kimi gələn zaman İddiaçılə tanış olmuş, burada investisiya etmək istədiyi təqdirdə Elçin ona kömək edə biləcəyini demiş, onun Elçinə qarşı etibarı yaranmış, ona etibarnamə vermiş, Elçinin ailə üzvləri ilə də tanış olmuşdur. Onun adına Saray qəsəbəsində yaşayış evi var, həmin evin alınması üçün 250000 manat pulu Elçinə heç bir yazılı rəsmiləşdirmə olmadan əlbə-əl vermişdir. İddiaçı Edrees X16 qohumudur. İddiaçını cavabdehlərlə o tanış etmişdir. İddiaçı Edrees Ali X29 özünə bağ evi almaq üçün xx.xx.2017-ci il tarixində Elçinin atası Məhəmmədəli Qəhrəmanovun adına pul göndərmişdir. Həmin pul Ali Edressə məxsus olmuşdur." Azərbaycan Respublikası Ali Məhkəməsi 2(102)-108/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, "... İşdən göründüyü kimi tərəflər arasında hazırkı iş üzrə mübahisə onların arasında 2017-ci ildə bağlanılmış şifahi tapşırıq müqaviləsindən irəli gələn öhdəliklərin lazımi qaydada icra edilməməsi nəticəsində yaranmışdır. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətində iddia müddətinə dair qeyd olunmuş dəlil ilə bağlı qeyd edir ki, tərəflər arasında mübahisə daşınmaz əşyalarla bağlı öhdəliklərin icra edilməməsi nəticəsində yarandığı təqdirdə iddia müddətinin 6 altı il olması nəzərə almardı. Hazırki iş üzrə mübahisə tapşırıq müqaviləsindən irəli gələn öhdəliyin icra olunmaması və öhdəlik icra olunmadığı üçün bir tərəf əsassız varlandığından iddia müddətinin 2 il olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Bununla yanaşı məhkəmə cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə münasibətdə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli Qərarında qeyd olunmuşur ki, “İddia müddətləri və kəsici müddətlərin mahiyyəti və fərqləndirici xüsusiyyətləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun artıq formalaşmış hüquqi mövqeyi mövcuddur. B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etmişdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin burada bəzi istisnalar mövcuddur. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə cavabdehin ərizə verib-verməməsindən asılı olmayaraq, məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Yuxarıda vurğulandığı kimi, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin 337.3 və 337.4-cü maddələrinə görə, əhəmiyyətsiz əqd bağlandığı andan etibarsız əqd olaraq heç bir hüquqi nəticəyə, yəni hüquq və öhdəliklərin yaranmasına səbəb ola bilməz, bu zaman əhəmiyyətsiz əqd üzrə alınanların geri qaytarılması üçün iddia qaldırmaq hüququnun müddətlə məhdudlaşdırılmış olması haqlı olaraq mübahisəyə səbəb olur. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd edir ki, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir.”. Məhkəmə hesab edir ki, iddiaçıya mübahisə predmeti təşkil edən torpaq sahəsinin hüquqi statusu barədə iddiaçının ən azından Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5720/2021 nömrəli mülki işin araşdırılması zamanı məlumatı olduğunu və bunu mübahisələndirməmişdir. Beləliklə, İddiaçı cavabdeh Edress X12rşı “alqı-satqı müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdeh Edress X12rşı “alqı-satqı müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-3641/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3641/2024
01.10.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver