Məhkəmə qərarları › İş №2(008)-3678/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-3678/2025

17.04.2025 · Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-3678/2025 17.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mahmudova Həqiqət Sahib qızı, Ərizəçi maraqlı şəxslər 5 saylı Bakı “ASAN xidmət” mərkəzi, Maraqlı şəxs2, X3 və Maraqlı şəxs4 olmaqla digər vərəsələrin miras paylarının əlavə edilməsinin notariusun üzərinə qoyulmasına dair şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət kimi nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi maraqlı şəxslər 5 saylı Bakı “ASAN xidmət” mərkəzi, Maraqlı şəxs2, X3 və Maraqlı şəxs4 olmaqla digər vərəsələrin miras paylarının əlavə edilməsinin notariusun üzərinə qoyulmasına dair şikayət ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Maraqlı şəxs2, X3 və Maraqlı şəxs4 ataları X2 qalmış Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ağa Əlizadə küçəsi, ev 44 (yeni qaydalarla: AZ 1135, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakdan ibarət mirasdakı paylarının qanun üzrə vərəsə olaraq onun payına əlavə etməsinin 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X1 üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, ilk növbədə, mülki mühakimə icraatı qaydasında şikayət formasında məhkəməyə müraciət edilməsi mülki prosessual qanunvericiliyiklə nəzərdə tutulmamışdır. Digər tərəfdən, həmin şikayətdə tərəflər qismində ərizəçi və maraqlı şəxs qeyd olunmuşdur, yəni müraciət edən işinə xüsusi icraat qaydasında baxılmasını nəzərində tutmuşdur. Lakin tələbdən görünür ki, müraciət edən qanun üzrə vərəsə olaraq digər vərəsələrin paylarının onun payına əlavə etməsinin notariusun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş edir. Hesab edirəm ki, hazırkı tələb digər şəxslərin (vərəsələrin) mənafeyinə toxunduğundan, ona xüsusi icraat qaydasında baxıla bilməz. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 306.4-cü maddəsində qeyd edilmişdir ki, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Hazırkı işdə isə, tələb digər şəxslərin (vərəsələrin) mənafeyinə toxunduğuna görə, hüquq haqqında mübahisənin mövcudluğu aşkardır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə xüsusi icraat qaydasında baxılmasını nəzərdə tutuan 305.1.8-ci maddəsi isə həmin Məcəllədən çıxarılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.2-ci maddəsinə əsasən, həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır; 114.2-ci maddəsinə əsasən, məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Beləliklə, Ərizəçi maraqlı şəxslər 5 saylı Bakı “ASAN xidmət” mərkəzi, Maraqlı şəxs2, X3 və Maraqlı şəxs4 olmaqla digər vərəsələrin miras paylarının əlavə edilməsinin notariusun üzərinə qoyulmasına dair şikayət ərizəsini və ona əlavə edilmiş sənədləricraata qəbul edilmədən geri qaytarıldığını nəzərə alıb, hesab edirəm ki, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu büdcədən Ərizəçi geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1, 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi maraqlı şəxslər 5 saylı Bakı “ASAN xidmət” mərkəzi, Maraqlı şəxs2, X3 və Maraqlı şəxs4 olmaqla digər vərəsələrin miras paylarının əlavə edilməsinin notariusun üzərinə qoyulmasına dair şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. X6 vasitəsilə xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində ərizə verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu həmin ödənişi həyata keçirmiş Ərizəçi büdcədən geri qaytarılsın. Tərəfə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar