Məhkəmə qərarları › İş №2(008)-3750/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3750/2024

28.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3750/2024 28.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X17 qızının katibliyi, Ərizəçi və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri 17 nömrəli Dövlət Notariat Kontoruna qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxraq, MÜƏYYƏN ETDİ : Ərizəçi maraqlı şəxs Bakı şəhəri 17 Nömrəli Dövlət Notariat Kontoruna qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1990-cı il tarixdə vəfat etmiş mərhum - X13 tərəfindən 17-ci Bakı şəhər Dövlət Notariat kontorunda yazılmış 07 mart 1980-ci il tarixli “Vəsiyyətnamə”nin xx.xx.1968-ci il təvəllüdlü Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1968-ci il tarixdə Bakı şəhərində doğulmuş, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X6 onun anası, xx.xx.1990-cı il tarixdə vəfat etmiş X13 isə anasının əmisidir. O, uşaqlıqdan anası ilə birlikdə anasının əmisi olan - X13 ilə - X10 və anasına məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məktəb küçəsi (indiki B.Bağırov küç.), döngə 3, ev 22-də yaşamışdır. O, uşaq vaxtlarından - X11 özünə babası bilmişdir. Aralarındaki bu yaxın münasibətin nəticəsi olaraq, X13 istəmişdir ki, o dünyasını dəyişdikdən sonra Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məktəb küçəsi (indiki B.Bağırov küç.), döngə 3, ev 22-nin onun payına düşən 1/2 hissəsi Ərizəçi qalsın. Bu məqsədlə də X13 17-ci Bakı şəhər Dövlət Notariat kontoruna gedərək, 07 mart 1980-ci il tarixli “Vəsiyyətnamə” yazaraq, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məktəb küçəsi, döngə 3, ev 22-ni ona vəsiyyət etmişdir. X13 xx.xx.1990-cı il tarixdə vəfat etmişdir. O, uşaqlıq illərindən indiyə kimi X10 və anasına məxsus olmuş Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məktəb küçəsi (indiki B.Bağırov küç.), döngə 3, ev 22-də yaşayır. Həmin ev anası X3 məxsus 1/2 hissəsi qardaşı X2 adına qeydiyyata alınmış, 1/2 hissəsi isə mərhum X9 mülkiyyətində qalmışdır. Ərizəçi bir müddət əvvəl həmin evin X10 məxsus 1/2 hissəsini öz adına sənədləşdirmək üçün X13 tərəfindən vəsiyyətnamənin yazıldığı Bakı şəhər 17 saylı notariat ofisinə müraciət etmiş və Bakı şəhər 17 saylı notariat ofisinin notariusu, X13 tərəfindən yazılmış 07 mart 1980-ci il tarixli “Vəsiyyətnamə”yə nəzər salaraq ona, həmin vəsiyyətnamədə vəsiyyət edən şəxs - X13 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məktəb küçəsi, döngə 3, ev 22-ni nəvəsi-Ərizəçi vəsiyyət etdiyini qeyd etmişdir. Lakin ərizəçi X9 nəvəsi olmadığı üçün qohumluq münasibətlərində ziddiyət yaranır. Qeyd edilən səbəbə görə də “Notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərər qəbul edilmişdir. Belə olan halda X8 ona miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məktəb küçəsi (indiki B.Bağırov küç.), döngə 3, ev 22 ilə bağlı vərəsəlik hüququ haqqında şəhadətnamə, müvafiq sənədləşmə işləri görə, miras əmlakı sənədləşdirib öz adına qeydiyyata aldıra bilmir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri 17 saylı Dövlət Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X5 ifadəsində ərizəçinin onun qardaşı olduğunu, qeyd olunan evdə yaşadıqlarını, X11 baba kimi bildiklərini, lakin anasının əmisi olduğunu, X9 uşaqları olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X1 ifadəsində ərizəçinin bacısı oğlu olduğunu, X13 onun bacısının əmisi olduğunu bildirmişdir. Həmçinin bacısını X13 böyütdüyünü bildirmişdir. Məhkəmə, ərizəni iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, tələbin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunan АЗ seriyalı ******* nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. - 07 mart 1980-ci il tarixli “Vəsiyyətnamə”dən görünür ki, X13 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məktəb küçəsi, döngə 3, ev 22-ni nəvəsi -Ərizəçi vəsiyyət etmişdir. - Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X13 xx.xx.1990-cı il tarixdə vəfat etmişdir. - Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.2023-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2023-cü ilin 12 ayının 26 günündə 1973 nömrə ilə qeyd edilmişdir. - Notariat hərəkətlərin aparılmasından imtina edilməsi haqqında 18 mart 2024-cü il tarixli qərardan görünür ki, vərəsəlik işi üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. - Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-49/2-28522/24 nömrəli sorğuya cavab məktubunda, vətəndaş Ərizəçi məxsus “X19”nın surəti məhkəməyə göndərilmiş, Ərizəçi xx.xx.1968-ci il tarixdə Bakı şəhərində doğulması qeyd edilmişdir. - Azərbaycan Respublikasının Dövlət Arxivinin 26 iyul 2024-cü il tarixli, 3-48-DA/2- 448/2024 nömrəli sorğuya cavab məktubunda bildirilmişdir ki, xx.xx.1990-cı il tarixdə vəfat etmiş X9 nikahı barədə məlumat əldə edilməsi üçün, nikaha daxil olma tarixi və yeri qeyd edilməsi xahiş olunmuşdur. X4 qeydiyyat kitabları arxivə qismən 1920-ci ildən 1948-ci ilədək təhvil verilmişdir. - X4 Reyestri Xidmətinin 26 iyul 2024-cü il tarixli 3-16-5/4-13-5603/2024 nömrəli sorğuya cavab məktubunda bildirilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən H.Hüseynovun aktları nikahı və övladlarının doğumu haqqında məlumat aşkar edilməmişdir. Həmçinin müraciət ilə əlaqədar sözügedən şəxsin ölümü haqqında xx.xx.1990-cı ildə Sabunçu rayonu Maştağa kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş akt qeydi nəzərdən keçirilərkən onun 1902-ci ildə doğulduğu məlum olmuşdur. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Akt kitablarının saxlanılması qaydası və müddətləri”nin tələblərinə əsasən X4 qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrinin və X4 reyestri xidmətinin arxivində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün Dövlət Arxivinə təhvil verilir. Hazırda vətəndaşlıq vəziyyətinə dair akt qeydləri X4 reyestri xidmətinin və qeydiyyat şöbələrinin arxivində 1948-ci ildən saxlanılır və H.Hüseynovun qeyd olunan ildən əvvəl nikaha daxil olması və övladının doğulması istisna edilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.2-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Həmin qərarın 6.3-cü maddəsinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə araşdırması zamanı, o cümlədən mülki işin materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, X13 17-ci Bakı şəhər Dövlət Notariat kontoruna müraciət edərək, 07 mart 1980-ci il tarixli “Vəsiyyətnamə” yazaraq, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məktəb küçəsi, döngə 3, ev 22-ni ona vəsiyyət etmişdir. Ərizəçi bir müddət əvvəl həmin evin X10 məxsus 1/2 hissəsini öz adına sənədləşdirmək üçün X13 tərəfindən vəsiyyətnamənin yazıldığı Bakı şəhər 17 saylı notariat ofisinə müraciət etmişdir. Bakı şəhəri 17 saylı notariat ofisinin notariusu Süleyman Məmmədov tərəfindən “Notariat hərəkətlərin aparılmasından imtina edilməsi” haqqında 18 mart 2024-cü il tarixli qərar qəbul edilmişdir. Belə ki, ərizəçi X9 nəvəsi olmadığı üçün qohumluq münasibətlərində ziddiyət yaranmışdır. Belə ola halda məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və Ərizənın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin olmaqlalıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1990-cı il tarixində vəfat etmiş mərhum X13 tərəfindən 17-ci Bakı şəhər Dövlət Notariat kontorunda yazılmış 07 mart 1980-ci il tarixli “Vəsiyyətnamə”nin xx.xx.1968-ci il təvəllüdlü Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev Hakim: Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar