Məhkəmə qərarları › İş №2(008)-3770/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-3770/2024

29.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-3770/2024 29.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi (anası) X4 iştirakları ilə, İddiaçı X6 cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisinə qarşı vərəsəlik hüququna dair iddia tələbi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X8 cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisinə qarşı iddia ərizəsi iləulu babası X5 məxsus evin miras əmlak kimi qəbul etməyi üçün buraxılmış müddətin uzadılması və sair tələblərlə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (anası) X7 ərizə verərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin: 259.0.11-ci maddəsinə müvafiq olaraq, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır; 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. İddiaçı xx.xx.2024-cü il tarixli 13562 №-li qəbz əsasında 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, həmin rüsum dövlət büdcəsindən ona qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 114.1.5-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanıldıqda ödənilmiş dövlət rüsumu geri qaytarılır. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı X1 cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisinə qarşı iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. xx.xx.2024-cü il tarixli 13562 №-li qəbz əsasında ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçı X3 qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar