Məhkəmə qərarları › İş №2(008)-3776/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3776/2025

29.08.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3776/2025 29.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arifqızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi Rena İbragimovanın iştirakı ilə, Ərizəçi Rena İbragimovanın maraqlı şəxs Sabunçu Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Rena İbragimova maraqlı şəxs Sabunçu Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il təvəlüdlü Xudayev Heydər Oktay oğlunun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırılmışdır ki, o, İbrahimova Rəna xx xxxxxx 1982ci il tarixdə Gürcüstan Respublikasında doğulmuşdur. Azərbaycan Respublikasında 00***** seriyalı X9 vəsiqəsi ilə yaşayır. X9 vəsiqəsinin surəti ərizəyə əlavə olunur. X12 Oktay oğlu xx.xx.2006-cı ildə Bakı şəhərində anadan olmuşdur. Şəxsiyyət vəsiqəsi ərizəyə əlavə olunur. Doğum haqqında şəhadətnamədən görünür ki, o, Xudayev Heydər Oktay oğlunun anasıdır. Oğlu anadan gəlmə xx.xx.2006-cı il tarixdən nevroloji xəstəliyindən əziyyət çəkir. Oğlu həmişə onun himayəsində olub. Oğlu, ünvan 1 ünvanında qeydiyyatdadır. Oğlu, birinci qrup əlildir, belə ki, xx.xx.2024-cü il tarixdə müddətsiz birinci qrup əlillik verilmiş, əmək qabiliyyətsiz olmaqla, diaqnozu F20.1 X3 qeyd edilmişdir. Əlilliyin qiymətləndirilməsinin nəticəsinə dair arayışdan görünür ki, Bakı 2 nömrəli X2 müəyyən etmişdir ki, oğlumun əmək qabiliyyətinin itirilmə faizi 85 % -dir. Əlilliyin müddəti müddətsiz göstərilmişdir. Sosial müavinət və təqaüd haqqında arayışdan görünür ki, o, İbrahimova Rəna oğlum, Xudayev Heydər Oktay oğlunun sağlamlıq imkanı məhdud olduğu üçün 100 manat məbləğində müavinət təyin edilmişdir. Arayışdan göründüyü kimi müavinət xx.xx.2022-ci ildən başlamış xx.xx.2024-cü il tarixində bitirmişdir. Oğlu öz hərəkətlərini idarə etmək qabiliyyətindən, hərkətlərin mənası dərk etməkdən, ümumiyyətlə hər hansı hərəkət etməkdən belə məhrumdur. Belə ki, qardaşı anlaqsızdır. Oğlu fəaliyyət qabiliyyəti olmadığından öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətindən məhrumdur. Bu barədə, yəni fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmə qətnaməsi olmadığı üçün də o, qəyyumu kimi onun adında çıxış edə bilmir. Oğlu nə əmək qabiliyyəti, nə də ki fəaliyyət qabiliyyəti vardır. Hal-hazırda oğlunun müalicəsi üçün daim yanında kiməsə ehtiyac duyması səbəbindən öz müalicəsini saxlamış və hal-hazırda qardaşı ilə məşğuldur və onun qayğısına qalır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barəsində qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş AZ-İ 787931 nömrəli Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2006-cı il tarixdə anadan olmuşdur. X1, anası İbrahimova Rənadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Hüquqi Şəxsin xx.xx.2025-ci il tarixli, 2886 saylı rəyindən görünür ki, X4 X3 Qüsur Əlamətləri ilə (F20.1) xroniki psixi xəstəliyi qeyd olunur. Bunu anamnestik məlumatlar-14 yaşından psixi vəziyyətində dəyişikliklərin meydana çıxması, dəfələrləstasionar və ambulator müalicə qəbul etməsi xəstəliyi ilə əlaqədar İ dərəcəli əlil hesab edilməsi, SN Respublika Psixiatriya Xəstəxanasında “X3" diaqnozu ilə hal-hazırda da stasionar müalicədə olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər- steriotip hərəkətlər etməsi, sualları cavablandırarkən mövzudan yayınması, təfəkkürünün paroloqik olması, davranışı üzərində nəzarətinin zəifləməsi, maraq dairəsinin məhdudluğu, emosional-iradi sferasının enməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. X5 hazıki psixi vəziyyətinə görə oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. İş materiallarına əlavə edilmiş 25289 nömrəli qəbzin surətindən görünür ki, ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinin tələbinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş üzrə ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların, (valideynlərin, uşaqların, qardaş-bacıların) müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 321.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X8 xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilməməsi və hərəkətlərini idarə edə bilməməsi halları təsdiq edildiyindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 305.1.3-cü, 321.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.2006-cı il tarixdə Bakı şəhərində doğulmuş Xudayev Heydər Oktay oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar