Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3784/2025 14.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Rəhmanov Cahid Faiq oğlunun katibliyi, Ərizəçilər İddiaçı2 və İddiaçı1 iştirakları ilə, Ərizəçilər İddiaçı2 və İddiaçı1 maraqlı şəxs Bakı şəhəri 17 saylı Notariat Ofisinə qarşı “notariat hərəkətlərinin aparılmasından imtinadan” şikayətə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçilər İddiaçı2 və İddiaçı1 maraqlı şəxs Bakı şəhəri 17 saylı Notariat Ofisinə qarşı notariat hərəkətlərinin aparılmasından imtinadan” şikayətə dair ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, 17 saylı Notariat Ofisinin notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında 25 may 2024-cü il tarixli qərarı (vərəsəlik şəhadətnaməsinin verilməsindən imtinaya dair) əsassız hesab edilsin və daşınmaz əmlakın dövlət reyestrindən 28 fevral 2003-cü il tarixdə vəfat etmiş ataları X3 adına verilmiş, dövlət reyestr nömrəsi **********95-10301, qeydiyyat nömrəsi **********9, qeydiyyat tarixi 26 iyul 2024-cü il olan çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 9, ev 9-11, yeni qaydalara görə ünvan 1 ünvanında yerləşən miras əmlaklar: ümumi sahəsi 0,2793 ha olan torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən ümumi ərazisi 99,80 kv.metr olan fərdi tikiliyə hər birinin 1/7 hissədə payının olması barədə vərəsəlik şəhadətnamələrinin verilməsi Bakı şəhəri, 17 saylı Notariat Ofisinə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, 17 saylı Notariat Ofisinə 25 oktyabr 2024-cü il tarixdə müraciət edərək bildirmişlər ki, ataları, xx.xx.1935-ci il təvəllüdlü X13, 28 fevral 2003-cü il tarixdə vəfat edib. Onun və nənəsi (X11) bərabər paylar üzrə adlarına verilmiş, “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair” 1971-ci il tarixdə tərtib edilmiş texniki pasporta əsaslanan, faktiki olaraq ümumi ərazisi 28 sot olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 9, ev 9-11, yeni qaydalara görə ünvan 1 ünvanındakı bağ torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş fərdi tikilinin 8/20 hissəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********95-10301, qeydiyyat nömrəsi **********9, qeydiyyat tarixi 26 iyul 2024-cü il olaraq dövlət reyestrində X6 adına qeydiyyata alınıb və həmin miras kütləsinə də Bakı şəhəri, 17 saylı Notariat Ofisində açılmış vərəsəlik işi üzrə miras qoyanın övladlarının və arvadının adlarına vərəsəlik şəhadətnamələri verilib. Həmin vərəsəlik şəhadətnamələrində də miras qoyanın vərəsələri 5 (beş) nəfər olaraq göstərilib və vərəsələrin hər birinin payının 1/5 hissədə olduğu göstərilib. Onlarında mirasda payının olduğunu notariat ofisinin diqqətinə çatdıraraq paylarına uyğun onlara da vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişik. Notariat ofisində isə onlara bildirildi ki, açılmış vərəsəlik işi ilə əlaqədar vaxtında müraciət edən vərəsələrin sayı 5 nəfərdir və həmin şəxslərin sırasında onların adları yoxdur. Hazırkı müraciətinə gəldikdə də müraciət etmək müddətini ötdüyü üçün tələbin icrası mümkünsüzdür. Qeyd olunan imtina əsası ilə də onlara 25 may 2024-cü il tarixli, “notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında” qərarlar təqdim edilib. Ataları onlarda daxil olmaqla 6 övladı olub və atası vəfat edərkən onların hamısı sağ olub. Hazırda sağ olan anaları (ataların nikanlı arvadı) daxil olmaqia atasının vərəsələrinin sayı, yəni atalarından qalan mirasa pay hüququ olan şəxslərin sayı, 5 deyil 7 (yeddi) nəfərdir. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsində qeyd olunur ki, müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Atalarından miras olaraq qalmış, sözü gedən əmlak yuxarıda qeyd etdiyi kimi atalarının öldüyü məqamda dövlət reyestrində qeydiyyata alınmış olmayıb və qanunvericiyə görə həmin vaxt (nə torpaq sahəsinə, nədə ki fərdi tikiliyə miras kütləsi kimi qiymətin verilməsi və bununla əlaqədar vərəsəlik işinin açılması qanunla yolverilməz olub və bu hüququn yaranması əmlaka mülkiyyət hüququ atanın adına qeydiyyata alındığı tarixdən mümkün olub. Bunun da səbəbləri aydındır. Belə ki, texniki pasportlar Azərbaycan Respublikası Prezidentinin fərmanından sonra dövlət reyestrində qeydiyyat üçün əsas sayılıb. Digər bir fakt da ondan ibarətdir ki, sözügedən texniki pasportda atasının adı Əsgər olaraq yazıldığından həmin sənədin atası Ələsgərə aid olması faktı məhkəmə tərəfindən müəyyən olunduqdan sonra dövlət reyestrində hüququn atalarının adına qeydiyyatı mümkün olub. Qeydiyyat tarixdən hesablananda da mirasın qəbulu üçün nəzərdə tutulan müddəti ötürmədiyimizi görərik və eləcə də mirasın qəbuluna dair notariusa olunan bütün müraciətlər təxminən eyni tarixlidirlər. Məhkəmə iclasında iştirak edən ərizəçilər İddiaçı2 və İddiaçı1 iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli 362 nömrəli məktubu ilə məhkəməyə müraciət edərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iərizəçilərin izahatını dinləyib, iş materiallarındakı sənədlərə hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin olunmamalıdır. İş materiallarında olan Bakı şəhəri 17 saylı Notariat Ofisinin 25 may 2025-ci il tarixli Notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında qərardan görünür ki, İddiaçı1 sənədləri təqdim edərək mərhum X5 onun atası olmasını bildirmişdir. Lakin İddiaçı1, qanunla müəyyən edilmiş vərəsəliyin qəbuluna dair müddəti buraxmışdır və müddətin buraxılmasının üzrlü hesab edilməsinə dair və ya vərəsəliyin faktiki qəbulu ilə bağlı heç bir sənəd təqdim etməmişdir. İddiaçı1 atası X4 miras qalmış əmlaka dair vərəsələrin dairəsi müəyyən edilməsi və digər vərəsəliyi faktiki qəbul etmiş vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi bildirilmişdir. Bundan əlavə miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün qanunvericiliyin tələbinə əsasən lazımı sənədlərin olması və müddətin buraxılması izah edilmişdir. İddiaçı1 tələbini dəyişməmişdir. Bu səbəbdən vərəsəlik işi üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Bakı şəhəri 17 saylı Notariat Ofisinin 25 may 2025-ci il tarixli Notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında qərardan görünür ki, İddiaçı2 sənədləri təqdim edərək mərhum X5 onun atası olmasını bildirmişdir. Lakin İddiaçı2, qanunla müəyyən edilmiş vərəsəliyin qəbuluna dair müddəti buraxmışdır və müddətin buraxılmasının üzrlü hesab edilməsinə dair və ya vərəsəliyin faktiki qəbulu ilə bağlı heç bir sənəd təqdim etməmişdir. İddiaçı2 atası X4 miras qalmış əmlaka dair vərəsələrin dairəsi müəyyən edilməsi və digər vərəsəliyi faktiki qəbul etmiş vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi bildirilmişdir. Bundan əlavə miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün qanunvericiliyin tələbinə əsasən lazımı sənədlərin olması və müddətin buraxılması izah edilmişdir. İddiaçı2 tələbini dəyişməmişdir. Bu səbəbdən vərəsəlik işi üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. xx.xx.2024-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X5 vərəsəsi X8r və o, miras pay olan əmlakların 1/5 hissəsinə pay almalıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin çıxarışından görünür ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi M.Hüseynzadə küçəsi döngə 9 ev 9-11, yeni qaydalarla ünvan 2 ünvanının mülkiyyətçisi X7r. Bakı şəhəri Sabunçu rayon Maştağa qəsəbəsi icra nümayəndəliyi tərindən 06 may 2017-ci ildəı verilmiş AZ-İİİ seriyalı 917585 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx.xx.1975-ci ildə Bakı şəhərində andan olmuş, atası X12, anası X1r. Bakı şəhəri Leninu rayon BBAQ şöbəsi Maştağa qəsəbə Soveti tərindən 20 aprel 1974-cü ildı verilmiş İİ-ЖГ seriyalı 436235 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.1974-cü ildə Bakı şəhərində andan olmuş, atası X12, anası X1r. xx.xx.2025-ci il tarixli **********66 nömrəli qəbzdən görünür ki, İddiaçı1 100 manat dövlət rüsumu ödəmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 10 iyun 2011ci il tarixli 143-İVQD №-li Qanunu ilə MPM-in XXXVİİİ fəsli («Notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlər») həmin Məcəllədən çıxarılsa da, «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında baxılması MPM-in 305.1, 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır. Notariat haqqında Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə əsasən Dövlət notariusu əqdləri və etibarnamələri təsdiq edir; miras əmlakın mühafizə olunması üçün tədbirlər görür; vərəsəlik hüququ haqqında şəhadətnamələr verir; ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr verir; yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr verir; sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq edir; sənədlərdəki imzaların həqiqiliyini təsdiq edir; sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünü təsdiq edir; şəxsin sağ olması faktını təsdiq edir; şəxsin müəyyən yerdə olması faktını təsdiq edir; şəxslə fotoşəkildəki şəxsin eyniliyini təsdiq edir; sənədlərin təqdim olunduğu vaxtı təsdiq edir; fiziki və hüquqi şəxslərin ərizələrini və sənədlərini başqa fiziki və hüquqi şəxslərə verir; [35]Öhdəliyin icra predmetini saxlamağa, pul məbləğlərini, qiymətli kağızları və vəsiyyətnamələri depozitə qəbul edir;[36]icra qeydləri aparır; eksellərə protestlər tərtib edir; çekləri ödənilmək üçün təqdim edir və çeklərin ödənilmədiyini təsdiq edir; sənədləri saxlanmaq üçün qəbul edir; dəniz protestləri tərtib edir; sübutları təmin edir. Azərbaycan Respublikasında notariat hərəkətlətinin aparılmasına qaydaları haqqında Təlimatın 128-ci bəndində əsasən Notarius maraqlı şəxslərin ona müraciəti zamanı məhkəmə, istintaq və ya təhqiqat orqanının icraatında olan işlər üzrə sübutları təmin etmir, o cümlədən şahid ifadələrində imzanın həqiqiliyi notarius tərəfindən təsdiq edilmir. [210] Həmin Təlimatın 190-cu bəndinə əsasən Notarius məhkəmələrdə, istintaq və təhqiqat orqanlarında iş başlanarkən zəruri olacaq sübutları, həmin sübutların təqdim edilməsinin sonralar qeyri-mümkün və ya çətin olacağını güman etməyə əsaslar olduqda, maraqlı şəxslərin xahişi ilə təmin edir. Notariuslar maraqlı şəxslərin notariusa müraciət etdikləri zaman məhkəmənin , istintaq və təhqiqat orqanlarının icraatında olan işlər üzrə sübutları təmin etmirlər. Həmin Təlimatın 191-ci bəndinə əsasən Notarius sübutların təmin olunması qaydasında şahidləri dindirir, yazılı və maddi sübutları müayinə edir, ekspertiza təyin edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1146-ci maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasənmirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mulki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən 1-ci növbədə – Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1, 1243.2 və 1243.3-cu maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1.-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Beləliklə məlum olur ki, ərizəçilər İddiaçı2 və İddiaçı1 xx.xx.2003-cü il tarixdə vəfat etmiş etmiş X5 övladlarıdır. Ərizəçilər ataları öldükdən sonra ondan qalmış miras əmlakını dair qanuni üzrə vərəsəlik şəhadətnamələri almaq üçün Bakı şəhəri 17 saylı Notariat Ofisinə müraciət etmişdirlər. ünvan 4 ünvanlamış olduğu xx.xx.2024-cü il tarixli qərarda görünür ki, ərizəçilər ataları öldükləri məqamda qüvvədə olmuş qanunvericiliyə əsasən nəzərdə tutulmuş müddət ərzində notariat ofisinə vərəsəliyi qəbul etməsi ilə bağlı müraciət etməmiş, həmçinin hazırda vərəsəliyi faktiki qəbul etməsini təsdiq edən sənədləri notariat orqanına təqdim etməmişdir. Belə olan halda Bakı şəhəri 17 saylı Notariat Ofisi haqlı olaraq vərəsəlik hüquqi haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Beləliklə məhkəmə hesab edir ki, ünvan 5 ünvanlamış olduğları xx.xx.2024-cü il tarixli qərarı qanuni hesab edildiyindən ərizə təmin edilməməlidir. Həmçinin ərizəçilərə sözügedən miras əmlakını faktiki qəbul etmiş olduğları halda və ya qanunla müəyyən edilmiş müddəti üzürlü səbəbdən buraxılması ilə bağlı qanunla nəzərdə tutulmuş qaydalarda məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizəçilər İddiaçı2 və İddiaçı1 maraqlı şəxs Bakı şəhəri 17 saylı Notariat Ofisinə qarşı “notariat hərəkətlərinin aparılmasından imtinadan” şikayətə dair ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi günddddən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-3784/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3784/2025
14.08.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver