Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3829/2024 27.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arifqızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyasınaqarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ƏrizəçiMaraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyasınaqarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 22 aprel 1971-ci il tarixdə Lənkəran rayonu, Türkəkəray kəndində anadan olmuş və Lənkəran rayonu, Türkəkəran kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan X6 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1968-ci il tarixdə Lənkəran rayonu, Türkəkəran kəndində anadan olmuşdur. X2, anası isə X13 olmuşdur. Onlar rəsmi nikaha daxil olaraq evlənmişlər. Onların birgə nikahlarından 6 (altı) uşaqları anadan olmuşdur. Onlar ailəlikcə Lənkəran rayonu, Türkəkəran kəndində X2na məxsus fərdi yaşayış evində yaşamışlar. X1 anadan gəlmə xəstədir, o, İ qrup əlildir. Belə ki, X3 xx.xx.1971 -ci il tarixdə anadan olmuş və yuxarıda qeyd etdiyi kimi anadan gəlmə əlildir. X3 xəstə olduğu üçün və başqasının qulluğuna ehtiyacı olduğu üçün onunla birlikdə yaşayır. O, X3na qulluq etdiyi üçün dövlət tərəfindən ona 100 manat pul ödənilir. Hazırda X3 xəstə, İ qrup əlil olduğundan və psixi qüsuru nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilməməsini nəzərə alıb, fəaliyyət qabliyyəti olmayan hesab edilməlidir. Bununla bağlı o, sonra Bakı şəhəri, Maraqlı şəxsnə müraciət etmişdir. Oradan ona bildirmişlər ki, X3 məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edildikdən sonra onun qəyyumluğuna verilə bilər. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsin məhkəmə iclasının yeri və vaxtı barəsində qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında maraqlı şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komisiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışdan görünür ki, X14 dəqiqləşdirilməmiş səbəb nəticəsində əmələ gələn kəskin ifadə olunmuş imbesillik müəyyən olunur. Əlilik və ya sağlamlıq imkanlarının məhdudluğu müddətsizdir. Başqasını qulluğuna ehtiyacı vardır. Lənkəran rayon qeydiyyat şöbəsinin 29 oktyabr 2021-ci il tarixli 2891 nömrəli arayışdan görünür ki, X11 22 avqust 1968-ci ildə Lənkəran rayonunun Türkəkəran kəndində anadan olmuşdur. X2, anası X10r. Lənkəran rayon qeydiyyat şöbəsinin 01 iyul 2021-ci il tarixli 1786 nömrəli arayışdan görünür ki, X14 22 aprel 1971-ci ildə Lənkəran rayonunun Türkəkəran kəndində anadan olmuşdur. X2, anası X10r. Lənkəran rayon qeydiyyat şöbəsinin 25 sentyabr 2020-ci il tarixli 1961 nömrəli arayışdan görünür ki, X15 19 fevral 2019-cu ildə Lənkəran rayonunda vəfat etmişdir Lənkəran rayon qeydiyyat şöbəsinin 25 sentyabr 2020-ci il tarixli 1965 nömrəli arayışdan görünür ki, X5 01 may 2007-ci ildə Lənkəran rayonunun Türkəkəran kəndində vəfat etmişdir. Sumqayıt şəhər Nikah evi tərəfindən 15 dekabr 1990-cı il tarixdə verilmiş V-ЖГ seriyalı 407798 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X11 15 dekabr 1990-cı ildə nikaha daxil olmuşlar. Nikahdan sonra ərə Quliyev, arvada Quliyeva soyadı verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X12 Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli, 4007 saylı rəyindən görünür ki, X8 “ağır dərəcəli əqli gerilik”lə əlaqədar hərəkətlərinin mənasını dərk etmək və onları şürlu idarə etmək iqtidarına malik deyildir. Buna görədə o tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X14 onda müəyyən “Ağır dərəcəli əqli gerililik”lə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakın yol vermir. İş materiallarına əlavə edilmiş ********** nömrəli qəbzin surətindən görünür ki, ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinin tələbinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş üzrə ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların, (valideynlərin, uşaqların, qardaş-bacıların) müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 321.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X14 xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilməməsi və hərəkətlərini idarə edə bilməməsi halları təsdiq edildiyindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 305.1.3-cü, 321.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 22 aprel 1971-ci il tarixdə Lənkəran rayonu, Türkəkəray kəndində anadan olmuş X14 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-3829/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3829/2024
27.11.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver