Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-3881/2021 30.06.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Rəhmanov Cahid Faiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «qanunsuz tikilinin sökülməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən, Bakı şəhəri, Sabunçu qəsəbəsi, Ə.Əzimzadə (keçmiş Saratov) küçəsində, yerləşən özbaşına tikili olan, onun həyət divarına bitişik tikilmiş iki mərtəbəli həyət evinin ikinci mərtəbəsinin sökülməsi və bu işlərin görülməsinin Cavabdeh aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, o - İddiaçı Bakı şəhəri, Sabunçu qəsəbəsi, Ə.Əzimzadə(keçmiş Saratov) küçəsində yerləşən özbaşına tikilidə yaşayır. Qonşusu Cavabdeh onun həyətinin divarina bitişik olan, 1 mərtəbəli ev tikmişdir. Lakin sonradan həmin evin ikinci mətrəbəsini tikməyə başlamışdır. Bu zaman o ona öz iradını bildirmişdir. Lakin o, onun iradlarına məhəl qoymayaraq tikintini davam etdirib evin ikinci mərtəbəsini tikib başa çatdırmışdır. Bundan sonra 2021-ci il mart ayının 26-da iddiaçının həyətinə və evinə, hamamına baxan divardan pencərədə açmışdır. Cavabdehin tikdiyi ikinci mərtəbə qanunsuz tikilidir və iddiaçı üçün ciddi maneələr yaradır. Belə ki, cavabdehin evi onun evinə çox yaxın yerşəldiyi üçün o evin ikinci mərtəbəsi evinə düşən günəş şüasının və havanın qarşını alıb. Bundan əlavə həyətinə açılan pəncərədən onun evinin içi, həyəti görünür. Bu da onun öz evində rahat yaşamağına mane olur. Bir mülkiyyətçi kimi hüquqlarını pozur. 2013-cü ildə cənab Prezident fərman verib ki, qanunsuz tikililərin inşası qadağandır. Lakin buna baxmayaraq qonşusu Cavabdeh heç bir qanuna riayət etmədən tikintini davam etdirir. O, dəfələrlə Sabunçu Rayon İcra Hakimiyyətinə Neftin mühafizəsinə və 12 saylı polis bölməsinə müraciət etmişdir. Şikayətdən sonra 2020-ci ilin avqust ayından dekabrın 30-na qədər,ikinci mərtəbənin tiikintisi dayandırılsa da,cavabdeh 31 dekabr 2020-ci ildən, 2021-ci il yanvarın 5-ə qədər tikintini davam etdirib və tikilini tamamlayıb. Əlaqədar təşkilatlara şikayətinə baxmayaraq, tikinti sökülməyib. Özü yüksək təzyiq xəstəliyindən, oğlanlarından biri allergiya, digər oğlu isə yüksək təzyiq xəstəliyindən əziyyət çəkirlər. Cavabdehin qanunsuz hərəkətləri ona və ailəsinə pis təsir edir. Qanunla hasarla tikili arasındsa hər metr hündürlüyə görə 30 sm məsafə qoymalıdır. Təxmini 5 m hündürlük olduğuna görə 1m 50sm, ara məsafəsi nəzərdə tutulur. Cavabdeh isə hasara bitişik iki mərtəbəli ev tikmişdir. Cavabdeh ilə aralarında olan mübahisənin məhkəmədən kənar həll edilməsi barədə razılığa gələ bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı cavabdehlə aralarında razılıq əldə olunduğunu və bu barədə 25.06.2021-ci il tarixdə barışıq sazişi imzalandığnı, barışıq sazişinin onun iradəsinə uyğun olduğunu və barışıq sazişinin hüquqi nəticələrinin ona aydın olduğunu bildirdi. Və bu barədə notariusda təsdiq edilmiş barışıq ərizəsini məhkəməyə təqdim etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim edilmiş İddiaçı ilə Cavabdeh arasında bağlanmış 25.06.2021-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışdır.
1. Mən Cavabdeh mənə məxsus olan Bakı şəhəri, Sabunçu qəsəbəsi, Ə.Əzimzadə küçəsində yerləşən (keçmiş Saratov) özbaşına tikilidən qonşum İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu qəsəbəsi, Ə.Əzimzadə küçəsində yerləşən (keçmiş Saratov) digər özbaşına tikiliyə açılmış pəncərəni (nəfəsliyi) bağlamağı, həmçinin gələcəkdə bu kimi hər hansı pəncərə (nəfəslik) açmamağı öhdəmə götürürəm, bu məsələ ilə bağlı gələcəkdə İddiaçı qarşı heç bir digər tələbim olmayacaq.
2. Mən- İddiaçı mənə məxsus olan Bakı şəhəri, Sabunçu qəsəbəsi, Ə.Əzimzadə küçəsində yerləşən (keçmiş Saratov) özbaşına tikiliyə açılmış pəncərənin (nəfəsliyin) Cavabdeh tərəfindən bağlanmasına razıyam. Öhdəlik icra edilərsə, gələcəkdə qeyd edilən məsələ ilə bağlı ona qarşı heç bir tələbi və şikayəti olmayacaq.
3. Barışıq sazişi imzalanarkən bu sazişdən irəli gələn bütün hüquq və vəzifələrimiz bizə izah olundu və tam sərbəst və könüllü olaraq bu sazişi imazaladıq.
4. Barışıq sazişinin pozan tərəf Azərbaycan Respublikası Mülki Qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Məhkəmə,iddiaçının izahatını dinləyib, iş materiallarını və barışıq sazişini araşdırıb, barışıq sazişinin şərtlərini təsdiq etməklə işin icraatına xitam verilməsi barədə tərəfin izahatını dinləyib, barışıq sazişinin şərtlərinə tətbiq edilməli olan hüquq normalarına uyğun qiymət verərək hesab edir ki, barışıq sazişinin şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından barışıq sazişinin şərtləri təsdiq olunmalı və hazırkı mülki işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası MPM-nin 52.4-cü maddəsinə əsasən məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Tərəflər arasınada bağlanmış barışıq sazişi təsdiq edilməklə məhkəmə tərəflərə izah edir ki, barışıq sazişin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsi eyni tərələr arasındф həmin predmet barsində və eyni əsaslar üzrə yenidən iddia qaldırılmasını istisna edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191, 261-264, 267-268ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı ilə Cavabdeh arasında bağlanmış 25.06.2021-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin.
1. Cavabdeh ona məxsus olan Bakı şəhəri, Sabunçu qəsəbəsi, Ə.Əzimzadə küçəsində yerləşən (keçmiş Saratov) özbaşına tikilidən qonşusu İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu qəsəbəsi, Ə.Əzimzadə küçəsində yerləşən (keçmiş Saratov) digər özbaşına tikiliyə açılmış pəncərəni (nəfəsliyi) bağlamağı, həmçinin gələcəkdə bu kimi hər hansı pəncərə (nəfəslik) açmamağı öhdəmə götürür, bu məsələ ilə bağlı gələcəkdə İddiaçı qarşı heç bir digər tələbi olmayacağını qəbul edir.
2. İddiaçı İddiaçı ona məxsus olan Bakı şəhəri, Sabunçu qəsəbəsi, Ə.Əzimzadə küçəsində yerləşən (keçmiş Saratov) özbaşına tikiliyə açılmış pəncərənin (nəfəsliyin) Cavabdeh tərəfindən bağlanmasına razıdır. Öhdəlik icra edilərsə, gələcəkdə qeyd edilən məsələ ilə bağlı ona qarşı heç bir tələbi və şikayəti olmayacağını qəbul edir.
3. Barışıq sazişi imzalanarkən bu sazişdən irəli gələn bütün hüquq və vəzifələr tərəflər izah olundu və tam sərbəst və könüllü olaraq bu sazişi imzalamışlardır.
4. Barışıq sazişinin pozan tərəf Azərbaycan Respublikası Mülki Qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 25.06.2021-ci il tarixli barışıq sazişi təsdiq edildiyindən iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Nilufər Cəfərli