Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3886/2022 07.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Rəhmanov Cahid Faiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 39 saylı Dövlət Notariat Kontoruna qarşı “müddətin bərpası və vərəsəlik şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri 39 saylı Dövlət Notariat Kontoruna qarşı “müddətin bərpası və vərəsəlik şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, B.Əfəndiyev küçəsi, 3 saylı evə, miras qalmış əmlaka vərəsəlik hüququ verilməsi barədə vərəsəlik şəadətnaməsi verilməsi, ötürülmüş müddətin bərpa olunması, notarius hərəkətlərinin yerinə yetirilməsi üçün Bakı 39 saylı Notariat ofisinin üzərinə vəzifə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən ev onun babası X11 xüsusi mülkiyyətində olmuş, onun vəfatından sonra babası X17, sonra atası X18 faktiki istifadəsində olmuşdur. Vərəsəliyi atasının ölümündən sonra faktiki olaraq qəbul etmişdir və anası X12 ilə 1954-cü ildə rəsmi nikaha daxil olaraq həmin mülkdə yaşamışlar. Onların birgə nikahından o və qardaşı X28 anadan olmuşdur və həmin ünvanda böyümüşlər. X56 (Şamil) Fətulla oğlu xx.xx.1963-cü ildə vəfat etmişdir. Atasının ölümündən sonra onun ailə üzvləri xüsusən bacısı Ramizə 9 ilin gəlini olmuş, anası 2 uşaqla yola vermədiyindən məcburiyyətdən evi tərk edib. Bakıda kirayələrdə yaşamalı olmuşlar. Bibisi Ramizə hətta onlar böyüdükdən sonra da onları ata -baba mülkünə buraxmırdı. O öz doğma 2 oğlunu və 1 qızını belə internat məktəbə atıb. Onun aqresiyasının üzündən onlar ata-baba mülkündə faktiki vərəsəlik qəbul edə bilməmişlər. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən 13 yanvar 2022-ci il tarixli TA- 00024-2022 saylı arxiv arayışından göründüyü kimi Balaxanı kəndinin 1886-cı ilə dair kameral siyahısında aşağıda göstərilən şəxslərin adları qeyd olunub. X72 Həsən oqlu- 40 yaşında; Onun oğlanları X39-13 yaş; X36-7 yaş; X37 -3 yaş. Mülkiyyətdəki X11 X20 başqa digər övladları az yaşlarında ölmüşlər. Mülkiyyətdəki X11 X20 başqa digər övladları az yaşlarında ölmüşlər. Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Balaxanı Qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 872, saylı xx.xx.2021- ci il tarixli arayışda qeyd olunur ki, X29 1883-cü ildə doğulub 1961-cu ilə, ölən günə kimi Balaxanı qəsəbəsi Bala Əfəndiyev 3 ünvanda yaşamışdır. X6 1926-cı ildən xx.xx.1979-cu ilə qədər həmin ünvanda yaşamışdır. X7 1924-cü ildən 1951-ci ilə kimi həmin ünvanda yaşamışdır. X4 1929-cu ildən 1963-cü ilə qədər həmin ünvanda yaşamışdır. X8 1939-cu ildən 1974- cü ilə qədər həmin ünvanda yaşamışdır. Qanuni mülkiyyətki olan babası X29 bacı qardaşlarını erkən itirdiyindən yeganə vərəsə olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134-cü maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. X29 onun doğma babasıdır. Onun oğlu Hüseynov Saumyan ( Şamil ) oğlu isə onun doğma atasıdır. O, onun vərəsəsidir. Azərbaycan Respublikasının Milli Arxiv idarəsinin xx.xx.2022-ci il tarixli arxiv arayışında yazılır ki Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin “ Bakı quberniyası və Dağıstan vilayəti əkinçilik və dövlət əmlakları idarəsi” fondunun sənədlərində Bakı qradonaçalnikliyinin Balaxanı kəndi üzrə həyətyanı sahələri olan malikanə sahiblərinin 14 iyul 1915-ci il tarixli akt sənədlərindən məlum olur ki, Fətulla və X45rdaşlarının həyətyanı ərazisində 5 (beş) ədəd neft quyusu, (onlardan bir ədədi su quyusudur) olmuşdur. Azərbaycan Respublikasının Dövlət Tarix Arxivindən verilən arxiv arayışından göründüyü kimi X26 və onun oğlanları X39-13. X36 7 yaş, X38-3 yaş. Ailənin mülkiyyətində üzüm sahəsi olmuş və 8 rubl dövlət rüsumu ödənilmişdir. Qeyd olunanlara nəzərən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə 39 saylı notariat ofisinə müraciət etmişdir. Notariat ofisindən imtina adığına görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarındakı sənədlərə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan Bakı şəhəri 39 saylı Notariat Ofisinin 28 yanvar 2022-ci il tarixli, 28 nömrəli sorğuya cavab məktubundan görünür ki, vərəsəliyin qəbul müddətinin buraxılması, vərəsəlik işinin rəsmiləşdirilməsi ilə bağlı təqdim edilməli olan zəruri sənədlərin natamam olması və vərəsəlik dairəsinin müəyyən olunması ilə əlaqədar vərəsəlik işinin həlli üçün məhkəməyə müraciət edilməsi barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikasının Dövlər Arxivinin 12 yanvar 2022-ci il tarixli, TA-00021- 2022 nömrəli arxiv arayışından görünür ki, Bakı qradonaçalnikliyinin Balaxanı kəndi üzrə həyətyanı sahələri olan malikanə sahiblərinin 14 iyul 1915-ci il tarixli akt sənədindən məlum olur ki, Fətulla və Ver X46rdaşlarının həyətyanı ərazisində 5 (beş) ədəd neft quyusu (onlardan bir ədəd su quyusu) olmuşdur. Azərbaycan Respublikasının Dövlər Arxivinin 13 yanvar 2022-ci il tarixli, TA-00024- 2022 nömrəli arxiv arayışından görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin sənədləri üzrə Balaxanı kəndinin 1886-cı ilə dair kameral siyahısında X26 – 40 yaş, onun oğlanları – X39 -13 yaş, X36 -7 yaş, X37 – 3 yaş, Ailənin mülkiyyətində üzüm sahəsi olmuş və 8 rubl dəyərində dövlət rüsumu ödəmişlər. Azərbaycan Respublikasının Dövlər Arxivinin 11 noyabr 2021-ci il tarixli, DA-01829- 2021 nömrəli arxiv araryışının surətindən görünür ki, X15 xx.xx.1929-cu ildə Bakı şəhərində doğulmuşdur. X1, anası X3r. AZ-İİ seriyalı, 220512 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X29 xx.xx.1961-ci il tarixdə kəskin ürəkdamar çatmamazlığından ölmüşdür. AZ-İİ seriyalı, 188184 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.1963-cü ildə ölmüşdür. Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsinin 02 dekabr 2021-ci il tarixli, 05/Q- 2313/69 nömrəli arayışının surətindən görünür ki, X24 ilə X13 arasında 16 iyul 1954-cü il tarixdə, 539 nömrəli akt qeydi ilə nikah akt qeydi tərtib olunmuş, arvada Hüseynova soyadı verilmişdir. Nikaha Ş.F.Hüseynovun xx.xx.1963-cü ildə ölməsi, .M.Hüseynova isə xx.xx.2003-cü ildə ölməsi ilə bağlı xitam verilmişdir. XVİİİ – ЖГ seriyalı, 256802 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X33 xx xxxxx 1955-ci il tarixdə Bakı şəhərində doğumuşdur. X2, anası X9r. Adın, ata adının və soyadnın dəyişilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, vətəndaş İddiaçı Şaumyan qızı xx xxxxx 1955-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. 12 fevral 1993-cü il tarixdə atasının adı dəyişdirilərək Şamil kimi qeyd edilmişdir. AZ-İ seriyalı, 007884 nömrəli adın, ata adın və soyadının dəyişdirilməsi haqqında şəhadətnmanin surətindən görünür ki, İddiaçı Şaumyan qızı xx xxxxx 1955-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, ata adı Şaumyandan Şamilə dəyişdirilmişdir AZ-İ seriyalı, 054522 nömrəli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X16 xx.xx.2003-cü il tarixdə kəskin miokard infarktı səbəbindən ölmüşdür. Azərbaycan Respublikasının Dövlər Arxivinin 01 dekabr 2021-ci il tarixli, DA-01917- 2021 nömrəli arxiv ararışında görünür ki, X14 1937-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası Şıxəliyev Mirzə-Əli Hacı-Ağa oğlu, anası Şıxəliyeva Dostu-xanımdır. AZ-İİ seriyalı, 259875 nömrəli Bakı şəhəri Sabunçu Rayon Balaxanı qəsəbə icra nümayəndəliyinin ölüm haqqında şəhadətnamənin surətindən görünar ki, X22 xx.xx.1993cü ildə kəskin ürək damar çatışmazlığından ölmüşdür. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli, 807-05/15 nömrəli arayışın surətindən görünür ki, X10 xx.xx.1962-ci ilə aid ölüm akt qeydi aşkar edilməmişdir. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin Başçısının Balaxanı qəsəbəsi üzrə nümayəndəliyinin 872 nömrəli, xx.xx.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, X29 1883-cü ildə doğulub, 1961-cu ilə, ölən günə kimi Balaxanı qəsəbəsi Bala Əfəndiyev 3 ünvanda yaşamışdır. Onun X6 doğulduğu yəni 1926-cı ildən xx.xx.1979-cu ilə qədər həmin ünvanda yaşamışdır. Onun digər X7 doğulduğu yəni 1924-cü ildən 1951-ci ilə kimi həmin ünvanda yaşamışdır. Onun X4 doğulduğu yəni 1929-cu ildən 1963-cü ilə qədər həmin ünvanda yaşamışdır. Onun X8 doğulduğu yəni 1939-cu ildən 1974-cü ilə qədər həmin ünvanda yaşamışdır. Onun gəlini X16 1937-ci il təvəllüdlü qeydiyyatdan çıxıb xx.xx.1973-cü il Bakı şəhəri 2-ci Naqornı küçəsi. Onun kürəkəni X30-1922-ci il təvəllüdlü vəfat edib, xx.xx.1974-cü il akt 42 nömrəli. Onun nəvəsi X34 -1968-ci təvəllüdlü doğulduğu ildən 1991-ci ilə kimi qeyd olunan ünvanda qeydiyyatda olub və yaşayıb. Onun nəvəsi X25- doğulduğu ildən 1988-ci ilə kimi qeyd olunan ünvanda qeydiyyatda olub və yaşayıb. Hal-hazırda qeyd olunan ünvanda qeydiyyatdadır və yaşayır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********55 nömrəli, xx.xx.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, ünvan 3 ünvanının sorğuda sadalanan şəxslərin adına qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1146-ci maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mulki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən 1-ci növbədə – Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1, 1243.2 və 1243.3-cu maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1.-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1195-ci maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Həmin Məcəllənin 1202.1 və 1202.2-ci maddəsinə əsasən məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Həmin Məcəllənin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin Məcəllənin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən evin onun babası X11 xüsusi mülkiyyətində http://e-qanun.az/framework/46944 olmasını qeyd etsədə, bu halı təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir, eyni zamanda məhkəmənin Əmlak Məslələri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixdə göndərmiş olduğu sorğuya cavabın gözlənilməsinə zərurət olmadığını israrla təkid edərək, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin Başçısının Balaxanı qəsəbəsi üzrə nümayəndəliyinin 872 nömrəli, xx.xx.2021-ci il tarixli sorğuya cavab məktubunu əsas götürərək qəynamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının diqqətinə çatdıraraq qeyd edir ki, mübahisəli evin hazırda kimin mülkiyyətində olmasını məhkəməyə məlum deyildir və həmin evə dair hüquqmüəyyənedici sənədlər məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə də hesab etsək ki, həqiqətəndə qeyd edilən evinin iddiaçının ulu babası hesab edilən X11 mülkiyyətində olmuşdur, onun ölümündən sonra isə qeyd edilən evi iddiaçının babası X29 vərəsəliyi faktiki qəbul etmiş, daha sonra isə iddiaçını atası X24 faktiki qəbul etmişdir, iddiaçı ilk növbədə qeyd qeyd edilən şəxlərinin həmin əmlakı faktiki qəbul etməsi halını məhkəmə qaydasında müəyyən etməli, məhz bundan sonra iddiaçının onun atasının ölümündən sonra ona qalmış miras əmlakının qəbulu üçün qanunvericiliklə müəyyən edilmiş müddətinin buraxlılmasını üzürlü hesab edilərək, ötürülmüş müddətinin bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, B.Əfəndiyev küçəsi, 3 saylı evə, miras qalmış əmlaka vərəsəlik hüququ verilməsi barədə vərəsəlik şəadətnaməsi verilməsi, ötürülmüş müddətin bərpa olunması, notarius hərəkətlərinin yerinə yetirilməsi üçün Bakı 39 saylı Notariat ofisinin üzərinə vəzifə qoyulması barədə iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı cavabdeh Bakı şəhəri 39 saylı Dövlət Notariat Kontoruna qarşı müddətin bərpası və vərəsəlik şəhadətnamənin verilməsi tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi günddddən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-3886/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3886/2022
07.07.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver