Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3887/2025 05.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi və Maraqlı şəxs arasında olan xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, ərizəçi Maraqlı şəxs ilə xx.xx.2025-ci il tarixdə barışıq sazişi imzalanmışdır., Barışıq sazişinin şərtlərinə əsasən Maraqlı şəxs birgə nikah dövründə əldə olunmuş Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak üzərində olan pay hüququndan Ərizəçi xeyrinə müqavilə imzaladığı tarixdən 5 gün ərzində öz payından imtina etməyi öhdəsinə götürmüşdür, lakin Maraqlı şəxs barışıq sazişinin şərlərinə əməl etmədiyinə görə Ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak etmiş ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, maraqlı şəxs qismində Maraqlı şəxs məhkəməyə gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır İş materiallarında olan xx.xx.2025-ci il tarixli MŞB/12/2025-000089 saylı barışıq sazişinin tələblərindən görünür ki, tərəflər razılaşırlar ki, ƏMDX-i DƏDKR tərəfindən verilmiş (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan) daşınmaz əmlakın reyestr nömrəsi **********40-05101-093029 olan Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak birgə nikah dövründə əldə edilmişdir. İkinci tərəf öhdəlik götürür ki, ƏMDX-i DƏDKR tərəfindən verilmiş (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan) daşınmaz əmlakın reyestr nömrəsi **********40- 05101-093029 olan Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak üzərində olan pay hüququndan birinci tərəfin xeyrinə imtina edir. İkinci tərəf öhdəlik götürür ki, bu barışıq sazişi imzalandıqdan 5 gün müddətinə bu sazişin 3-cü bəndi üzrə razılaşdırılmış məsələnin müvafiq qaydada rəsmiləşdirilməsini təmin edəcək. Tərəflər üzərinə öhdəlik götürürlər ki, bu sazişin 3-cü bəndində qeyd edilən əmlaka dair bir-birlərinə qarşı heç bir tələbləri, iddiaları olmayacaqdır. İkinci tərəf öhdəlik götürür ki, birgə nikah dövründə alınmış bu sazişdə qeyd olmayan bütün daşınar və daşınmaz əmlaklar üzərindəki hüquqlardan birinci tərəfin xeyrinə imtina edir və gələcəkdə də həmin əmlaklara dair birinci tərəfə qarşı heç bir iddia və tələbi olmayacaqdır. Məhkəmə tərəfindən müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə barışıq sazişi imzalanmış, tərəflər üzərinə öhdəlik götürmüşlər. Lakin Maraqlı şəxs sazişin şərtlərinə əməl etməmiş, və barışıq sazişinin şərtləri icasız qalmışdır. Buna görə də ərizəçi məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 305.1.17-cı maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355.24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını və işə əlavə olunan sənədləri, tərəflərin izahatını nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizəçi ilə maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü icra edilmədiyindən, məhkəmə qaydasında məcburi icra edilməsi üçün barışıq sazişinin şərtləri təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/12/2025- 000089 saylı barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: ƏMDX-i DƏDKR tərəfindən verilmiş (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan) daşınmaz əmlakın reyestr nömrəsi **********40-05101-093029 olan Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak birgə nikah dövründə əldə edilmişdir. İkinci tərəf öhdəlik götürür ki, ƏMDX-i DƏDKR tərəfindən verilmiş (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan) daşınmaz əmlakın reyestr nömrəsi **********40-05101-093029 olan Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak üzərində olan pay hüququndan birinci tərəfin xeyrinə imtina edir. İkinci tərəf öhdəlik götürür ki, bu barışıq sazişi imzalandıqdan 5 gün müddətinə bu sazişin 3-cü bəndi üzrə razılaşdırılmış məsələnin müvafiq qaydada rəsmiləşdirilməsini təmin edəcək. Tərəflər üzərinə öhdəlik götürürlər ki, bu sazişin 3-cü bəndində qeyd edilən əmlaka dair bir-birlərinə qarşı heç bir tələbləri, iddiaları olmayacaqdır. İkinci tərəf öhdəlik götürür ki, birgə nikah dövründə alınmış bu sazişdə qeyd olmayan bütün daşınar və daşınmaz əmlaklar üzərindəki hüquqlardan birinci tərəfin xeyrinə imtina edir və gələcəkdə də həmin əmlaklara dair birinci tərəfə qarşı heç bir iddia və tələbi olmayacaqdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-3887/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3887/2025
05.05.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver