Məhkəmə qərarları › İş №2(008)-3944/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-3944/2025

01.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-3944/2025 01.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlu, İddiaçı İvanovnanın cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Sabunçu rayonu 4 saylı servis Mərkəzi, notarius X4, Cavabdeh1 Tofik qızına və 3cü şəxs qismində Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Bakı Şəhər 1 saylı Ərazi İdarəsinə qarşı “vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsızlığı, əmlaka payının müəyyən edilməsi, notariat hərəkətlərinin qanunsuz hesab edilməsi və digər” tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı İvanovna məhkəməyə müraciət edərək, X5 adına Bakı şəhəri Səbail rayonu Nizami küçəsi ev 32, 4 saylı mənzilinə dair 41 saylı notariat kontoru tərəfindən verilmiş Qanun üzrə Vərəsəlik Şəhadətnaməsinin xx.xx.2015-ci il tarixdə 2V/01-29 qediyyat nömrəsi və onun əsasında AR DƏK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş Çıxarışın etibarsız edilməsi və miras əmlaka onun vərəsəlik hüququnun təmin edilməsi və miras əmlaka payının müəyyən edilməsi, İddiaçı ünvan 1 ünvanında yerləşən bir otaqlı mənzildə 1/2 payın vərəsəsi kimi tanınması, 4 Saylı Bakı "Asan Xidmət" Mərkəzində Notariat ofisinin xüsusi notariusu X2 Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 32 saylı evin 4 saylı mənzilinin 1/2 hissəsi üzrə vərəsəlik şəhadətnamələrinin verilməsindən imtinaları 29 noyabr 2024-cu il tarixli, 3763 nömrəli məktubu (qərarı) qanunsuz hesab edilməsi, 4 saylı Bakı "Asan Xidmət" Mərkəzində Notariat ofisinin xüsusi notariusu X3 bir vəzifə kimi onun adına Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 32 saylı evin 4 saylı mənzilinin 1/2 hissəsi üzrə vərəsəlik şəhadətnamələrini verməsinin və X1 2V-475 saylı vərəsəlik işində dəyişiklik edilməsinin - 21 fevral 2018-ci il tarixli 400/12 nömrəli vətəndaşlıq vəziyyəti arayışının surətini və 21 iyun 2016-cı il tarixli 1442 nömrəli vətəndaşlıq vəziyyəti arayışının surətini vərəsəlik işinə daxil edilməsinin həvalə edilməsi (tapşırılması) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirib hesab edirəm ki, ərizə forma və məzumununa riayət edilmədən verilmişdir. Belə ki, MPM-in 149.2.2, 149.2.3 və 149.2.5-ci maddələrinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Lakin, iddiaçı cavabdeh qismində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Sabunçu rayonu 4 saylı servis Mərkəzi qeyd etsə də, cavabdehin eyniləşdirmə məlumatları iddia ərizəsində göstərilməmiş, məhkəmə tərəfindən belə bir qurum müəyyən edilməmiş və həmin qurumun müəyyən edilməsi üçün iddia ərizəsinə hər hansı bir sənəd əlavə edilməmişdir. İş materiallarında olan 06 mart 2021-ci il tarixli 2V-195 və 2V-196 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətindən görünür ki, şəhadətnamələr 4 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X6 tərəfindən verilmişdir. İddiaçı isə iddia ərizəsində cavabdehin adını düzgün qeyd etməmişdir. Belə olan halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Eyni zamanda MPM-nin 35.1-ci qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Lakin iddiaçı tərəfindən cavabdehin Sabunçu rayonu, ünvan 2 ünvanında olduğunu qeyd edilsə də, bunu sübut edəcək heç bir sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Cavabdehin eyniləşdirmə məlumatları olmadığından, "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə onun qeydiyyat ünvanı və ya olduğu yeri müəyyən etmək məhkəmə tərəfindən mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin: 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 263.1-ci maddəsinə əsasən iş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırda iddia ərizəsi qanunla müəyyən olunmuş qaydada verilmədiyindən iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılırsa ödənilmiş dövlət rüsumu qaytarılır. Eyni zamanda iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, müvafiq nöqsanı aradan qaldırmaqla yenidən məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, və 268cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı İvanovnanın cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Sabunçu rayonu 4 saylı servis Mərkəzi, notarius X4, Cavabdeh1 Tofik qızına və 3cü şəxs qismində Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Bakı Şəhər 1 saylı Ərazi İdarəsinə qarşı “vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsızlığı, əmlaka payının müəyyən edilməsi, notariat hərəkətlərinin qanunsuz hesab edilməsi və digər” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbz əsasında ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı İvanovnaya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar