Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3955/2024 16.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi (oğlu) X5, vəkili Vəkil, Üçüncü şəxsin nümayəndələri Nümayəndə2, X1 iştirakları ilə, İddiaçı Cavabdeh Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nahizrliynin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə sığorta haqqının köçürülməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Birliyin 47 saylı Mənzil Kommunal İstismar Sahəsində işlədiyi müddətdə məcburi dövlət sosial sığorta haqqına görə hesablanıb əmək haqqından tutulan 1059,36 manat məbləğindəki pulun iddiaçının şəxsi hesabına köçürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1959-cu il tarixdə Zaqatala rayonunda anadan olmuş, əmək fəaliyyətinə xx.xx.1985-ci il tarixdə 44 saylı Mənzil Kommunal İstismar Sahəsində liftyor vəzifəsində işə başlamış, xx.xx.1986-cı il tarixdə 47 saylı Mənzil Kommunal İstismar Sahəsinə işə qəbul olunmuş, daha sonra müxtəlif vəzifələrdə işləyərək xx.xx.2011-ci il tarixdə işdən azad olunmuşdur. xx.xx.2021-ci il tarixdə yaşa görə əmək pensiyası almaq üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etdikdə ona imtina verilmiş, yaşa görə əmək pensiyasının əvəzinə müavinət təyin olunmuşdur. İmtinaya əsas kimi isə Sabunçu rayon MKTB tərəfnıdəıı işlədiyi müddət ərzində məcburi dövlət sosial sığorta haqqına görə hesablanıb əmək haqqından tutulan 1059,39 manat məbləğində pulun fərdi şəxsi hesabına ödənilməməsi göstərilmişdir. MKTB-yə ərizə ilə müraciət edib işlədiyi müddət ərzində məcburi dövlət sosial sığorta haqqına görə hesablanıb əmək haqqından tutulan, lakin fərdi şəxsi hesabına ödənilməyən 1059,39 manat məbləğində pulun fərdi şəxsi hesabına ödənilməsini xahiş etmiş, cavabdeh xx.xx.2021-ci il tarixli 49/3 №-li məktubunda qeyd etmişdir ki, işlədiyiniz dövr ərzində əmək haqqından hesablanaraq tutulmuş 1059,39 manat məcburi dövlət sosial sığorta haqqının sızın şəxsi hesabına köçrülməsı ilə bağlı Birlik əməli tədbirlər görməkdədir, hal-hazırda Birlik tərəfindən DSMF-yə köçürülən məbləğlər sistem tərəfindən tənzimləndiyindən ödənişlə bağlı müəyyən çətinliklər yaranmış, bu çətinliyin aradan qaldırılması üçün Birlik tərəfindən sorğu məktubla DSMF-yə müraciət olunmuşdur, ödəniləcək məbləğin məhz sizin fərdi şəxsi hesabınıza oturması üçün DSMF müvafiq prosedurla bağlı izahat verdikdən sonra ərizənizdə göstərdiyiniz məbləğlər ödəniləcəkdir. Cavabdehin ərizəsindən sonra Bakı İnzibatı Məhkəməsinə ərizə ilə müraciət edib məcburi dövlət sosial sığorta haqqına görə hesablanıb əməkhaqqıdan tutulan 1059.36 manat məbləğindəki pulun onun fərdi şəxsi hesabına köçrülməsi öhdəliyinin cavabdeh Sabunçu rayon MKTB-nin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin qərardadı ilə iddia mümkünsüz hesab edilmiş və aidiyyəti üzrə ümumi məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Cavabdehin məktubundan 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq hələ də, işlədiyi müddət ərzində məcburi dövlət sosial sığorta haqqına görə hesablanıb əməkhaqqından tutulan məbləğ fərdi sosial sığorta hesabıma köçürülməmişdir. Ona görə də, pensiya almaq hüququ 3 ildən çox müddətə gec yaranmışdır. Məhkəmə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nahizrliynin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialını mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 47 saylı Mənzil Kommunal İstismar Sahəsində işlədiyi müddətdə məcburi dövlət sosial sığorta haqqına görə hesablanıb əməkhaqqından tutulan 1059,36 manat məbləğindəki pulun cavabdeh Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfat Birliyindən tutularaq İddiaçı Dövlət Sosial Müdafiə Fondunda olan **********166 nömrəli (sosial sığorta nömrəsi) fərdi şəxsi hesabına köçürülməsi barədə qətnamə qəbul edilmiəsini xahiş etmişdir. Üçüncü şəxs aşağıdakı məzmunda iddia ilə bağlı mülahizə təqdim etmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət etmiş, lakin Cavabdeh tərəfindən məcburi dövlət sosial sığorta haqqından hesablanan 1059,39 manat məbləğində pulun fərdi şəxsi hesabına köçürülməməsi səbəbindən yaşa görə pensiyanın təyin edilməsindən imtina edilmişdir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində sığortaçının, 10-cu maddəsində isə sığortaedənin vəzifələri müəyyən olunmuşdur. Belə ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti) təqdim etdiyi məlumatlar (rüblük hesabatlar) əsasında sığortaedənlərin uçotunu aparmaq sığortaçının, müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək isə sığortaedənin vəzifəsidir. Həmin Qanunun 13.1-ci maddəsində sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar (hesabatlar üzərindən) əsasında aparılır. Qanunun 14-cü maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir, əmək ödənişinə (gəlirinə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlir növlərinin əhatəsi isə Qanunun 15-ci maddəsinə əsasən müəyyən edilir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanunun 1.1.1 -ci maddəsinə əsasən əmək pensiyası və sosial müdafiə sahəsində digər hüquqların təmin edilməsi üçün hər bir sığortaolunana dair bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulan məlumatların uçotunun təşkili 2006-cı il 1 yanvar tarixdən başlayaraq aparılır. Sığortaolunanların fərdi uçotunun aparılma qaydaları "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 3-cü maddəsinə əsasən dövlət sosial sığorta sistemində sığortaolunanlar haqqında məlumatların uçota alınmasının ümumi və məcburi olması fərdi uçotun əsas prinsiplərindəndir. Qanunun 4-cü maddəsində qeyd olunur ki, fərdi uçotu məcburi dövlət sosial sığortası sahəsində idaretməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı (sığortaçı) aparır. Bu sahədə göstərilən xidmətlər elektron olduğu halda da, sığortaçının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Qanunun 5-ci maddəsində sığortaolunanın fərdi uçot məlumatlarına əlavə edilməli məlumatlar sadalanır. Sığorta stajının hər ayı üçün məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər, həmçinin sığortaedən tərəfindən fərdi şəxsi hesaba hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləği bu məlumatlar sırasındadır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə 2018-ci il 30 noyabr tarixli 1360-VQS nömrəli Azərbaycan Respublikasının Qanunu xx.xx.2019-cü il tarixdən qüvvəyə minmişdir. Həmin Qanunun 18-ci maddəsində edilmiş dəyişikliklərə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığorta sahəsində idarəetməni Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 421 nömrəli Fərmanının 4.4- cü bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti həyata keçirir. Nazirliyin elektron informasiya ehtiyatlarından əldə olunan məlumatlara əsasən bildiririk ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2011-cü il tarixədək olan dövr ərzində sığortaolunan İddiaçı (FİN xxxxxxx) **********166 nömrəli fərdi şəxsi hesabında sığortaedən Cavabdeh tərəfindən (VÖEN:180016081, SUN: **********1) məcburi dövlət sosial sığorta ödənilməsi aşkar olunmamışdır. İş materiallarında olan Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubda məcburi dövlət sosial sığorta haqqlarının iddiaçının fərdi şəxsi hesabına köçürülməsi ilə bağlı əməli tədbirlər görüldüyü vurğulansada hal-hazıradək məsələ öz həllini tapmamışdır. Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi isə ödənişlərin həyata keçirilməsi ilə bağlı məhkəməyə hər hansı sübutlar təqdim etməmişdir. Sığortaedənlər haqqında məlumat bazası olan Sığorta Alt Sisteminə əsasən Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin X10 Fonduna 380600,41 manat məbləğində borcu olduğu qeyd edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (oğlu) X5, vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndələri Nümayəndə2 və X3 verdikləri mülahizənin məzmununa uyğun izahat verərək məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdılar. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. X7 xx.xx.1977-ci il tarixdə X4 nikahını bağladıqdan sonra Ramazanova soyadını qəbul etmişdir (İ-JQ seriyalı 438308 №-li nigahın bağlanması haqqında şəhadətnamə). İddiaçı tərəfindən təqdim edilmiş LZE seriyalı ******* №-li kolxozçunun əmək kitabçasından görünür ki, xx.xx.1959-cu il tarixdə doğulmuş iddiaçı Əliyeva (Ramazanova) Abidət Şahru qızı əmək fəaliyyətinə xx.xx.1985-ci il tarixdə 44 saylı Mənzil Kommunal İstismar Sahəsində liftyor vəzifəsinə təyin edilmiş, xx.xx.1986-cı il tarixdə 47 saylı Mənzil Kommunal İstismar Sahəsinə keçirilmiş, 0.09.1989-cu il tarixdə Bakliftə keçirilmiş, xx.xx.1989-cu il tarixdə yenidən 47 saylı Mənzil Kommunal İstismar Sahəsinə keçirilmiş, xx.xx.2011-ci il tarixdə öz ərizəsi əsasında işdən azad olunmuşdur. Cavabdeh MKTB tərəfindən iddiaçıya aşağıdakı məzmunda xx.xx.2021-ci il tarixli 49/3 №-li məktub ünvanlanmışdır. İşlədiyiniz dövr ərzində əmək haqqından hesablanaraq tutulmuş 1059,39 manat məcburi dövlət sosial sığorta haqqının sızın şəxsi hesabına köçrülməsı ilə bağlı Birlik əməli tədbirlər görməkdədir, hal-hazırda Birlik tərəfindən DSMF-yə köçürülən məbləğlər sistem tərəfindən tənzimləndiyindən ödənişlə bağlı müəyyən çətinliklər yaranmış, bu çətinliyin aradan qaldırılması üçün Birlik tərəfindən sorğu məktubla DSMF-yə müraciət olunmuşdur, ödəniləcək məbləğin məhz sizin fərdi şəxsi hesabınıza oturması üçün DSMF müvafiq prosedurla bağlı izahat verdikdən sonra ərizənizdə göstərdiyiniz məbləğlər ödəniləcəkdir. Lakin, cavabdeh bu günədək bunu icra etməmişdir. Göründüyü kimi, cavabdehin tərəfindən 1059,39 manat məcburi dövlət sosial sığorta haqqının iddiaçının şəxsi hesabına köçrülməməsi işin mübahisəsiz halıdır. Hazırda iddiaçı bu vəzifənin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının «Sosial təminat hüququ» adlanan 38-ci maddəsinə əsasən: İ. Hər kəsin sosial təminat hüququ vardır. İİ. Yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İV. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. V. Dövlət xeyriyyəçilik fəaliyyətinin, könüllü sosial sığortanın və sosial təminatın başqa növlərinin inkişafı üçün imkanlar yaradır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14.6-cı maddəsinə əsasən bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesabianır, əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında Ödənilir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən əmək pensiyası təminatı və digər sosial müdafiə hüquq larinin təmin edilməsi üçün staj, məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər və məcburi dövlət sosial sığorta haqqı barədə məlumatların dəqiqliyinin təmin edilməsi fərdi uçotun məqsədidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ-ci hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır, İİİ-cü hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Göründüyü kimi, cavabdeh tərəfindən məcburi dövlət sosial sığorta haqqına görə hesablanıb əmək haqqından tutulan 1059,36 manat məbləğindəki pulun iddiaçının şəxsi hesabına köçürülməməsi onun konstitusion hüququnun həyata keçirilməsinə maneə törədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 47 saylı Mənzil Kommunal İstismar Sahəsində işlədiyi müddətdə məcburi dövlət sosial sığorta haqqına görə hesablanıb əməkhaqqından tutulan 1059,36 manat məbləğindəki pul cavabdeh Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfat Birliyindən tutularaq İddiaçı Dövlət Sosial Müdafiə Fondunda olan **********166 nömrəli (sosial sığorta nömrəsi) fərdi şəxsi hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 47 saylı Mənzil Kommunal İstismar Sahəsində işlədiyi müddətdə məcburi dövlət sosial sığorta haqqına görə hesablanıb əməkhaqqından tutulan 1059,36 manat məbləğindəki pul cavabdeh Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfat Birliyindən tutularaq İddiaçı Dövlət Sosial Müdafiə Fondunda olan **********166 nömrəli (sosial sığorta nömrəsi) fərdi şəxsi hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-3955/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3955/2024
16.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver