Məhkəmə qərarları › İş №2(008)-3992/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3992/2025

06.08.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3992/2025 06.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi İmanlı Aytən Məhəmməd qızının katibliyi, İddiaçı nümayəndəsi(vəkili) Vəkil1, Cavabdeh, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X15 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X23 cəlb edilməklə “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın və texniki pasportun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə birgə nikah dövründə əldə etdiyi ünvan 1 ünvandakı ailə üzvlərinə məxsus mənzilin 4 saylı Bakı ASAN Xidmət mərkəzinin notariat ofisində vətəndaşlar Cavabdeh ilə X23 arasında 31,08.2024-cü il tarixidə 4Ə-2347 reyestr nömrəsi ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və qeyd edilən ünvandakı mənzilə dair verilmiş çıxarışın və texniki pasportun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2005- ci il tarixdən etibarən Bakı şəhəri, Sabunçu rayon WADQ şöbəsində 127 saylı qeydə alınmış nikahları Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 07.01,2025-ci il tarixli, 2(001)-801/2025 saylı qətnaməsi ilə pozulmuşdur. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-801/2025 saylı Qətnaməsinə əsasən Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X16 anası İddiaçı yanında saxlanması və birgə nikahdan doğulan uşaqların hər ikisinin yetkinlik yaşına çatana kimi saxlanması üçün alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi müəyyən olunmuşdur. İlk övladı X17 xx.xx.2006-cı il tarixdə doğulduğundan o, yetkinlik yaşına çatdığı üçün öz istəyi ilə onun himayəsində yaşayır.Övadlarının hər üçünün də Cavabdeh bağışladığı ünvan 1 ünvandakı mənzildə qeydiyyatı vardır. Bildirmişdir ki, birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvandakı mənzili keçmiş həyat yoldaşı Cavabdeh birgə nikahda olarkən onun və övladlarının xəbəri olmadan öz qardaşı X18 qanunsuz olaraq bağışlamışdır. Sonradan iddiaçılar X19, X2, X6 və X3 iddia tələbinin həcminin artırılması barədə vəsatətlə məhkəməyə müraciət edərək, cavabdehlər X4 ilə X5 arasında ünvan 3 ünvanlı fərdi yaşaış evinin və həmin evin yerləşdiyi 0.04 ha torpaq sahəsinə dair 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli “Daşınmaz Əmlakın Bağışlaması Müqaviləsi” etibarsız hesab edilməsi və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Mərkəzi küçəsi, 16-cı döngə, 17 C nömrəli yaşayış evinə dair X1 adına aparılmış 14 mart 2023-cü il tarixli ********** qeydiyyat nömrəsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3992/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə X23 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Daha sonra cavabdehin vəkili Vəkil2 iddia ərizəsinə aşağıdakı məzmunda etiraz vermişdir: İddiaçı ilə birgə nikah dövründə əldə etdikləri əmlaka dair iddiaçının göstərdikləri həqiqəti əks etdirmir. İddiaçının göstərdiyi əmlakların əksəriyyəti cavabdehin valideynlərimə məxsus olan əmlaklardır. İddiaçı özünə məxsus olan əşyaları özü ilə aparmışdır. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ev 61 mənzil 106 cavabdehin valideynləri tərəfindən alınıb və ataşının adına sənədləşdirilmişdir. X7 16 avqust 2022-ci il tarixdə vəfat etmişdir. Mənzil cavabdehin adıma vərəsəlik yolu ilə keçmişdir. Bundan əlavə “ VAZ-21099 ” markalı 10MD309 dövlət qeydiyyat nişanlı avtomobil də atasına məxsus olmuşdur. Həmin avtomobil də cavabdehin adına vərəsəlik yolu ilə keçmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir ( ər-arvadın hər birinin əmlakıdır ). Ailə qanunvericiliyinin tələbinə görə mənzil və maşın cavabdehin adıma vərəsəlik qaydasında keçdiyindən həmin əmlaklar birgə nikah dövründə əldə edilmiş əmlak kimi bölünə bilməz. Bundan əlavə iddia ərizəsində göstərilən Bakı şəhəri, Ramana qəsəbəsi, Südçülük sovxozunda 400 kv.metr torpaq sahəsində yerləşən mal-qara saxlanması məqsədilə inşa edilmiş tövlələr və təsərrüfat otaqları, həmçinin 200 kv.metr torpaq sahəsində yerləşən iki məırtəbəli, fərdi yaşayış evi, orada olan inəklər, danalar, toyuqlar bizə məxsus əmlaklar deyildir. Həmin əmlaklar istifadə edilməsi üçün etibarnamə ilə mənim valideynlərimə verilmişdir. İddiaçının iddia ərizəsində göstərdiyi bankda olan pul vəsaiti barədə göstərilənlər də həqiqəti əks etdirmir. Orada olan vəsaitlər birgə nikah dövründə hesabdan çıxarılaraq ailənin ehtiyacları üçün xərclənmişdir. Bildirir ki, iddia ərizəsi əsassızdır, formal mülahizələrə əsasən tərtib edilmişdir və təmin edilməməlidir. İddiaçı “ birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsinə dair ” iddia ərizəsi əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi(vəkili) Vəkil1iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək rədd olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X23 əmlakın atasından miras qaldığını və sonradan qardaşının ona hədiyyə etdiyini bildirmiş, iddia tələbini qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, tərəflərin uşaqları X21, X17, X24 ünvan 1-da qeydiyyatdadırlar. İş materaillarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yaninda Daşinmaz Əmlakin Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanı xx.xx.2023-cü il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır, lakin 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Hacıyevə Hicran Qismət qızı tərəfindən təsdiq edilmiş 4Ə-2347 reyestr nömrəli xx.xx.2024-cü tarixli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bakı şəhəri 4 saylı ASAN Notariat ofisinin 4Ə-2347 nömrəli iş qovluğundan aşağıdakılar görünür: Qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2023-cü il olan çıxarışa əsasən ünvan 1 Cavabdeh tam mülkiyyətindədir. Həmin mübahisəli mənzildə qeydiyyatda olan X25 mənzilin bağışlanmasına etiraz etmədiyini bildirmişdir. xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanılması Müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşəən ümumi sahəsi 77.6 kv/m olan mənzil cavabdehin qardaşı X22 hədiyyə edilmişdir. Daha sonra məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yaninda Daşinmaz Əmlakin Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinə verilmiş sorğu əsasənda aşağıdakı sənədlər təqdim edilmişdir: Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli şəhadətnaməyə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixdə vəfat etmiş X29 oğlunun vərəsəsi hesab edilərək, ona ƏMDK-nin yanında DƏDRX-nir Bakı Şəhər Ərazi idarəsi tərəfindən xx.xx.2013 tarixdə X13 verilmiş **********44-05101-093008 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 70.3 kv/m, yaşayış sahəsi 53.2 kv/m, yardımçı sanəsi 17.1 kv/m, 4 otaqlı olan mənzil miras qalmışdır. Qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2024-cü il olan çıxarışa əsasən ünvan 1 ünvanında yerləşəən ümumi sahəsi 77.6 kv/m olan mənzil X15 tam mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçının nümayəndəsi(vəkili) Vəkil1 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 36.1-ci maddəsinə əsasən Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 36.9-cu maddəsinə əsasən Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Məhkəmə ilk öncə mülki iş üzrə İddiaçı Cavabdeh qarşı yönəlimiş iddia tələbinə münasibət bildirərək qeyd edir ki, mülki iş matriallarından iddiaçının hansı əsalarla cavabdeh və üçüncü şəxs X23 arasında bağlanmış bağışlanma müqaviləsinin etibarsız hesab edilməsini tələb etməsi müəyyən edilmədiyindən müqavilənin etibarsız hesab ediləməsi və çıxarışın ləğvi tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə İddiaçı cavabdehə yönəlmiş “müqavilənin etibarsız hesab ediləməsi və çıxarışın ləğvi” tələbinə hüquqi qiymət verərək qeyd edir ki, mübahisə predmeti birgə nikah dövründə cavabdehə miras qalmış, cavabdehin onların birgə nikah dövründə əldə etdikləri mənzilin onun tərəfindən qardaşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X22 bağışlanmasını onun hüquqlarını pozmuş olduğunu bildirərək məhkəməyə müraciət etsə də, müqavilənin etirsızlığı üçün əsas olmuş olar hallar məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddia tələbi təmin edilə bilməz. Çünki, mübahisə predmeti olan mənzil vərəsəlik qaydasında Cavabdeh keçmiş, o isə əmlakı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X22 bağışlamışdır. NK-in qərarı ilə əmlakın bağışlanması zamanı şəxslərin razılığı tələb edilsə də məhkəmə qeyd edir ki, əmlaka sərəncam hüququ ilə bağlı qeydiyyatda olan şəxslərin razılığının alınmaması bütövlükdə mülkiyyətçinin mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olmur və müqavilənin etibarsızlığına dəlalət etmir. Əks təqdirdə şəxslərin mülkiyyət hüquqları pozulmuş olardı ki, bu da qanunla yolverilməzdir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X23 cəlb edilməklə “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın və texniki pasportun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fuad Babaşov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar