Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3998/2021 26.08.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, Ərizəçi nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Sabunçu Rayon İcra Hakimiyyəti başcısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Sabunçu Rayon İcra Hakimiyyəti başcısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 27.12.2002-ci il təvəllüdlü qızı X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun 27.12.2002-ci il təvəllüdlü qızı X9 müstəqil olaraq özünü idarə edə bilmir, daimi köməyə ehtiyacı vardır, xəstəliyi ilə əlaqədar İİ qrup əlildir. X9 psixi qüsuru səbəbindən öz hərəkətlərinin mənasını anlaya bilmir. O, öz hərəkətlərini idarə edə bilməməsi nəticəsində bir sıra hüquqlarından məhrum olmuşdur. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X10 ərizəni müdafiə etməklə ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X6 07.10.2009-cu il tarixdə nikah bağlamışlar. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X1 birgə nikahından 23.02.1996-cı il tarixdə X10 doğulmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X1 birgə nikahından 27.12.2002-ci il tarixdə X9 doğulmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 25.10.2016-cı ildə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial- Ekspertiza və Reabilitasiya Xidməti Uşaq Bərpa Mərkəzi tərəfindən verilmiş Çıxarışdan görünür ki, X8 “Uşaq serebral iflici - sağ tərəfli hemiparez. Epilepsiya” diaqnozu qoyulmuşdur. İş materiallarında olan X2 elektroensefaloqrafiya müayinəsindən görünür ki, X8 “Hemipleqik spastik serebral iflic, sağtərəfli spastik hemiparez” diaqnozu qoyulmuşdur. İş materiallarında olan Tibbi Sosial Ekspert Komissiyasının 18.01.2021-ci il tarixli müayinəsinin cavabından görünür ki, X8 “Hemiplegik spastik serebral iflic, uşaq serebral iflici, hemiparetik forma. Sağtərəfli spastik hemiparez. Çəpgözlüyün digər dəqiqləşdirilmiş növləri, OU xarici çəplik. Davranış pozuntusunun olmamasını və ya zəif dərəcədə təzahür etməsini göstərməklə. Yüngül dərəcəli əqli gerilik” diaqnozları qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 28.06.2021-ci il tarixli, 1386 saylı rəyinə əsasən X5 uşaq serebral iflicinin qalıq əlamətləri, yüngül əqli gerilik, anamnezində qıcolma tutmaları müəyyən edilir. Bunu anamnestik məlumatlar və hal-hazırkı psixitarik müayinənin nəticələri (anamnestik məlumatlara görə erkən uşaqlıq dövründə serebral iflic müəyyən edilməsi, qıcolma tutmaları biruzə verməsi, yaşıdlarına nəzərən psixi-fiziki inkişafda geri qalması, söz ehtiyatının kasadlığı, əvvəllər nevropatoloqun müalicəsini qəbul etməsi, Bakı Uşaq Nevroloji Xəstəxanasında “Uşaq serebral iflici, hemiparetik forma” diaqnozu ilə müayinədə olması, 08.01.2020-ci il tarixdən 22.01.2020-ci il tarixə kimi X15 “Uşaq serebral iflici - sağtərəfli hemiparez. Epilepsiya” diaqnozu ilə stasionar müalicədə olması, hal-hazırda yaşayış yeri üzrə xəstəxanın poliklinika şöbəsinin psixiatrik kabinetində “Hemiplegik spastik serebral iflic. Uşaq serebral iflici, hemiparetik forma. Sağtərəfli spastik hemiparez. Çəpgözlüyün digər dəqiqləşdirilmiş növləri, OU xarici çəplik. Davranış pozuntusunun olmamasını və ya zəif dərəcədə təzahür etməsini göstərməklə, Yüngül dərəcəli əqli gerilik diaqnozu ilə qeydiyyatda olmaqla müalicələr qəbul etməsi, xəstəliyi ilə əlaqədar məktəbdə formal olaraq bir neçə sinif təhsil alması, İİ qrup ömürlük əlil olması, hər hansı bir işi müstəqil yerinə yetirməməsi, həmçinin hazırkı müayinə zamanı aşkar olunan əlamətlər (yüngül ağıl zəifliyi əlamətlərinin biruzə verməsi, maraq dairəsinin adi tələbatları ödəməklə məhdudluğu və s) sübut edir. X5 Uşaq serebral iflicinin qalıq əlamətləri, yüngül əqli gerilik, anamnezində qıcolma tutmaları müəyyən edilir. X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X9 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X4 onda müəyyən edilən Uşaq serebral iflicinin qalıq əlamətləri, yüngül əqli gerilik, anamnezində qıcolma tutmaları ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə iclasında araşdırılmış sübutlardan müəyyən olundu ki, X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmayan şəxsdir. Azərbaycan Respublikası MPM-in 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Beləliklə məhkəmə hesab edir ki, 27.12.2002-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə təmin edilsin. 27.12.2002-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-3998/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3998/2021
26.08.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver