Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-4067/2025 08.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Sabunçu Rayon Məhkəməsinin hakimi Mirzəliyev Ruslan Əsəd oğlu, İddiaçı cavabdehlər 4 saylı Bakı Cavabdeh1 Notariat Ofisinə, Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçünçü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla) “notariat hərəkətlərinin aparılmasından imtinaya dair və qanun üzrə vərəsəlik hüququ” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərədən keçirib, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər 4 saylı Bakı Cavabdeh1 Notariat Ofisinə, Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçünçü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla) “notariat hərəkətlərinin aparılmasından imtina və qanun üzrə vərəsəlik hüququ” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, X13 adına Bakı şəhəri Səbail rayonu Nizami küçəsi ev 32, 4 saylı mənzilinə dair 41 saylı notariat kontoru tərəfindən verilmiş Qanun üzrə Vərəsəlik Şəhadətnaməsinin xx.xx.2015-ci il tarixdə 2V/01-29 qediyyat nömrəsi və onun əsasında AR DƏK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş Çıxarışın etibarsız edilməsi və miras əmlaka onun vərəsəlik hüququnun təmin edilməsi və miras əmlaka payının müəyyən edilməsi, İddiaçı ünvan 1 ünvanında yerləşən bir otaqlı mənzildə 1/2 payın vərəsəsi kimi tanınması, 4 saylı Bakı "Asan Xidmət" Mərkəzində Notariat ofisinin xüsusi notariusu X6 Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 32 nömrəli evin 4 nömrəli mənzilinin 1/2 hissəsi üzrə vərəsəlik şəhadətnamələrinin verilməsindən imtinaları 29 noyabr 2024-cu il tarixli, 3763 nömrəli məktubu (qərarı) qanunsuz hesab edilməsi, 4 saylı Bakı "Asan Xidmət" Mərkəzində Notariat ofisinin xüsusi notariusu X8 bir vəzifə kimi həvalə edilsin (tapşırılsın) ki, onun adına Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 32 nömrəli evin 4 nömrəli mənzilinin 1/2 hissəsi üzrə vərəsəlik şəhadətnamələrini verilməsi, X2 2V-475 saylı vərəsəlik işində dəyişiklik edilməsi 21 fevral 2018-ci il tarixli 400/12 nömrəli vətəndaşlıq vəziyyəti arayışının surətini və 21 iyun 2016-cı il tarixli 1442 nömrəli vətəndaşlıq vəziyyəti arayışının surətini vərəsəlik işinə daxil edilməsi notarius Sidqi Həbibbəyliyə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina edilməldir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən iddia ərizəsinə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İş materiallarına əlavə olunan 4 saylı Bakı Cavabdeh1ndə Notariat ofisinin xüsusi notariusu X6 29 noyabr 2024-cü il tarixli 3763 nömrəli cavab məktubunda İddiaçı bildirilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 32 nömrəli ev 4 nömrəli mənzil miras qoyan X2 mülkiyyətində, yəni miras aktivində olmadığı üçün vərəsəlik haqqında şəhadətnaməsinin verilməsi mümkün olmamışdır. xx.xx.2016-cı il tarixli, 2V-475 reyestr nömrəli notariat işi tamamlandığından xx.xx.2016-cı il tarixli, 1442 nömrəli vətəndaşlıq vəziyyəti haqqında arayışın surətini, xx.xx.2018ci il tarixli, 400/12 vətəndaşlıq vəziyyəti haqqında arayışın surəti ilə dəyişdirilərək əvəz etmək mümkün olmadığı bildirmişdir. Göründüyü kimi iş materiallarına əlavə olunan 4 saylı Bakı Cavabdeh1ndə Notariat ofisinin xüsusi notariusu X6 29 noyabr 2024-cü il tarixli 3763 nömrəli cavab məktubu qərar olmadığından, heç bir hüquqi nəticə törətmir. Belə olan hada tələbin məhkəmə qaydasında baxılmasına zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İş materiallarına əlavə olunan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 avqust 2006-cı il tarixli Qətnaməsi ilə iddia təmin edilərək, X7 miras qoyan-anası X4 birinci növbəli vərəsəsi kimi mirasın qəbul edilməsi üçün müəyyən edilmiş, müddətin uzadılması, Bakı şəhəri Səbail rayonu Nizami küçəsi 32 nömrəli evin 4 nömrəli mənzilinə X2 adına verilmiş xx.xx.2006-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə və MN Seriyalı ******* nömrəli xx.xx.2006-cı il tarixli qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, birinci növbəli vərəsə kimi X9 miras qoyananası X3 30U2493 saylı xx.xx.1993-ci il tarixli Qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətində olan Bakı şəhəri Nizami küçəsi 32 nömrəli evin, 4 nömrəli mənzilinin 1/2 hissədə payının müəyyən edilməsi, X10 Bakı şəhəri Nizami küçəsi 32 saylı evin, 4 saylı mənzilinin 1/2 hissəsinə mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsinin verilməsinin Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər İdarəsinə tapşırılması qət edilmişdir. İş materiallarına əlavə olunan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 3108/2016 nömrəli 18 may 2016-cı il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 29 avqust 2006-cı il tarixli qətnaməsindən cavabdeh X2 vərəsəsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, həmin iş üzrə Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 29 avqust 2006-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1083/2015 nömrəli 28 aprel 2015-ci il tarixli qətnaməsinə əsasən iddia ərizəsi təmin edilərək, X7 anası – X5 miras qalmış Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 32 saylı evdə yerləşən 4 saylı mənzilin 1/2 hissəsinə vərəsəlik hüquqları tanınması, X1 adına miras əmlak üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsi üçün əsas olması qət edilmişdir. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-34/2018 nöçmrəli 16 yanvar 2018-ci il tarixli Qərarına əsasən cavabdeh İddiaçı nümayəndəsi X14 və vəkili Səlimov Elvin Əliyusif oğlunun kassasiya şikayəti təmin edilməmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 iyun 2017-ci il tarixli 2(103)- 3158/2017 nömrəli qətnaməsi cavabdeh İddiaçı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 fevral 2018-ci il tarixli 980 nömrəli Qərarına əsasən iddiaçı X7 hüquqi varisi Cavabdeh2 cavabdeh Bakı şəhəri 41 saylı notariat kontoruna (maraqlı şəxs İddiaçı) qarşı “vərəsəlik hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 31 iyul 2017-ci il tarixli qətnaməsindən maraqlı şəxs İddiaçı kasassiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 31 iyul 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 11 iyul 2019-cu il tarixli 2(102)-5000/2019 nömrəli qərarından görünür ki, İddiaçı Cavabdeh2 qarşı “çıxarışın ləğv edilməsi və payın ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 32 saylı evdə yerləşən 4 saylı mənzil üzrə ½ hissəsinin vərəsəsi olduğunu və hal-hazırda həmin hissəsin ayrılmasını barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 2(009)-4030/2018 nömrəli 28 dekabr 2018-ci il tarixli qərardadı ilə iddia tələbi üzrə işin icraatına eyni tərəflər arasında, eyni predmet barəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 aprel 2019-cu il tarixli qərardadı ilə İddiaçı şikatyəti təmin edilməmiş, Bakı şəhəri, Səbail Rayon Məhkməsinin 28 dekabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 aprel 2019-cu il tarixli qərardadından verdiyi kasassiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 aprel 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3719/2022 nömrəli xx.xx.2022-ci il tarixli Qətnaməsinə əsasən İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 41-ci notariat ofisinin notariusu X11 və X12 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və s. tələbi”nə dair iddiası təmin edilməmişdir. İş materiallarından da göründüyü kimi iş üzrə eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarları olduğundan, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. 153.3 Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir; 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur; 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdehlər 4 saylı Bakı Cavabdeh1 Notariat Ofisinə, Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçünçü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla) “notariat hərəkətlərinin aparılmasından imtinaya dair və qanun üzrə vərəsəlik hüququ” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-4067/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-4067/2025
08.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver