Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-411/2024 22.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı1 və onların nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh1, Cavabdeh X8, Cavabdeh X9 və Cavabdeh2 nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X18 və X13 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 15 mart 2014-cü il tarixdə ölmüş X5 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 20-ci Qurultay küçəsi, 18 nömrəli fərdi yaşayış evinin onlar tərəfindən miras qismində faktiki qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. İddia onunla əsaslandırılmışdır ki, miras əmlak Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 20-ci Qurultay küçəsi, 18 nömrəli fərdi yaşayış evidir. Miras qoyan X6r. X1 15 mart 2014-cü il tarixdə ölümü ilə açılmışdır. İddiaçı2 miras qoyanın oğlu X3 arvadıdır (yəni miras qoyanın gəlnidir). İddiaçı1 miras qoyanın nəvəsidir. Belə ki, İddiaçı2 X14 ilə 06 iyun 1991-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurub. İddiaçı2 ailə qurduğu gündən miras qoyana məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 20-ci Qurultay küçəsi, 18 nömrəli fərdi yaşayış evinə köçüb həmin evdə yaşayıb. İddiaçı2 ilə X3 birgə nikahından xx xxxxx 1992-ci il tarixdə İddiaçı1 anadan olub. İddiaçı2 əri X14 24 avqust 1992-ci ildə ölüb. İddiaçı2 əri öləndən sonra bir müddət Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 20-ci Qurultay küçəsi, 18 nömrəli fərdi yaşayış evində yaşasa da, sonradan uşağı ilə birlikdə həmin evdən çıxmağa, valideynləri ilə birgə yaşamağa məcbur olub. X15 17 yanvar 2020ci il tarixdə ölüb. Lakin o ölməzdən əvvəl arvadı X20 ilə aralarında olan nikahı məhkəmə qaydasında pozduğuna görə X20 onun vərəsəsi hesab edilmir. X4 vərəsələri onun övladları - xx xxxx 2001-ci il təvəllüdlü Cavabdeh2 və 17 aprel 2004-cü il təvəllüdlü X16r. Miras qoyan X17 ölən günədək Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 20-ci Qurultay küçəsi, 18 saylı fərdi yaşayış evində tək yaşayıb. O, sağlığında narkotik vasitələrdən istifadə etdiyinə görə oğlu X7 evdən qovmuş, qızı Cavabdeh1 da nikaha daxil olaraq başqa ünvana köçmüşdür. İddiaçı2 23 fevral 2010-cu ildə Bilgəh qəsəbəsi, 20-ci Qurultay küçəsi, 18 nömrəli fərdi yaşayış evinə köçməyi barədə məhkəməyə iddia ərizəsi vermişdi, həmin vaxt qaynı X15 cəzaçəkmə müəssisəndə idi. Baldızı Cavabdeh1 onun məhkəmədə iddia qaldırdığını bildikdən sonra həmin evin əri Saməddinə məxsus olmasını, gələcəkdə miras açılarsa evin ona qalacağını bildirib, atalarının yaşlı kişi olmasına görə ondan xahiş edib ki, iddianı geri götürsün. Ona deyib ki, Xaləddin həbsdən çıxar bu məsələni sülhlə həll edərik. O da artıq məhkəməyə getməyib ki, iddia baxılmamış saxlanılsın və ona görə də məhkəmənin 31 mart 2010-cu il tarixli qərardadı ilə iddia baxılmamış saxlanılıbdı. X17 15 mart 2014-cü il tarixdə ölən gün iddiaçılar onun yaşadığı evə gedib, onun dəfn edilməsini təşkil edərək onu dəfn edib, həmin tarixdən də həmin evdə yaşamağa başlamaqla, mirası faktiki qəbul etdiklərini bildiriblər. Halbuki, həmin ərəfədə X15 və Cavabdeh1 xaricdə idilər, onlar atasının ölümü barədə məlumat aldıqdan sonra gəliblər. Hazırki iş üzrə cavabdehlər isə anaları ilə başqa ünvanda yaşayırdılar. Sonradan iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkməyə ərizə ilə müraciət edərək, ünvan 1 ünvanda qeydiyyatda olan 17 aprel 2004-cü il təvəllüdlü X19 və X10 hazırki iş üzrə cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə etdiyini, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 və İddiaçı2 iddianı müdafiə etdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2, X19 və X8 nümayəndəsi Vəkil iş materialları ilə tanış olduğunu, iddiaçıların həmin ünvanda yaşamadıqlarını bildirərək iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 atasının yasını özünün verdiyini, hazırda həmin evdə yaşamadığını bildirdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair’ 26 dekabr 2023-cü il tarixli Qərarda göstərilmişdir ki, Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməli, Mülki Məcəllənin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməli, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir. Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci bəndindən irəli gələrək həmçinin qeyd etmişdir ki, notariuslar tərəfindən vərəsəliklə bağlı notarial hərəkətlər həyata keçirilərkən şəxslərə müvafiq hərəkətlərlə bağlı onların hüquq və vəzifələri izah edilməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərilməli, o cümlədən yerində olmayan vərəsələrin məlumatlandırılması üçün bütün mümkün vasitələrdən istifadə olunmalıdır. Belə ki, Mülki Məcəllənin mirasın qəbul edildiyi müddət başlıqlı 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1 -ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Konstitusiya Məhkəməsi sözügedən Qərarda hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71 -ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Belə ki, hüquq müəyyənliyi və sabitliyi, vərəsələrin, habelə miras qoyanın və vərəsələrin kreditorlarının mənafeləri baxımından bu hüquqdan istifadə imkanı qanunverici tərəfindən müəyyən müddətlə məhdudlaşdırılmamalıdır. Yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, hazırda mübahisə predmeti olan məsələ, yəni mirasın qəbul edilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş müddətin uzadılmasına dair mübahisə, Mülki Məcəllənin vərəsəlik hüququ ilə əlaqədar xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri qüvvədən düşdüyü üçün mülki qanunvericilik tənzimlənməsindən çıxmış, bununla da mübahisəli məsələ olaraq öz aktuallığını itirmişdir. Belə olan halda sözügedən Konstitusiya Məhkəməsinin Qərarı ilə mübahisəli hüquq münasibətinin mövcudluğu aradan qaldırıldığı üçün artıq icraata qəbul edilmiş bu iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "X12 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 07 iyul 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2l.06.2010-cu il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyinə əsasən ".... iş məhkəmədə baxılmalı olmadıqda iddia tələbinin tam və ya qismən yolverilməzliyini nəzərdə tutan bu vacib institut bir sıra mühüm məqsədlərə xidmət edir. Belə ki, məhkəmədə baxılmalı olmayan iddia ərizələrinin yolverilməzliyi və ya artıq icraata qəbul edilmiş işlərə xitam verilməsi faktiki olaraq mübahisəli hüquq münasibətinin hələ yaranmadığı və məhkəmədən kənar baxılmalı olan işlərlə məhkəmələrin lüzumsuz yüklənməsinin qarşısını alır. Bu institut, eyni zamanda, tərəflərin öz aralarında olan mübahisəli məsələləri həll etmək üçün malik olduqları daha geniş imkanlardan səmərəli istifadə etməsinə şərait yaradır. Göründüyü kimi, iş məhkəmədə baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməlidir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər - iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X11 və X13 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə uyğun olaraq xitam verilməlidir. Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X11 və X13 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələblərinə uyğun olaraq, mübahisəli hüquq münasibətini tənzimləyən norma qüvvədən düşmüş hesab edildiyi üçün, xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263-264, 268ci maddələrini rəhbər tutaraq, QƏRАRА АLDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X11 və X13 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki işin icraatına xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-411/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-411/2024
22.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver